Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

_______________ Milli Kitabxana _______________ 
111 
 
Mənim yaralı köksüm yanır dağdan, düyündən,  
Bezmişəm, əl çəkmişəm, inan, ömürdən, gündən. 
 
Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı,  
1105 
      Səndən sorulacaqdır qiyamətdə hesabı. 
 
Adillik eşqindəsən, bəs hanı ədalətin?  
Haçan sona yetəcək sitəmin, qəbahətin? 
 
Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr,  
Bəs niyə səndən bizə daim həqarət gələr? 
 
Yetim malını yemək ədalətmidir məgər?  
Hələ də lənətlənir Abxazda qarətçilər. 
 
Dulların əmlakını soyma, çapma, talama!  
Utan ağ saçlarımdan, dəymə olub-qalana. 
 
Sən qul olduğun halda şahlıq sövdasındasan,  
1110
       Canidən şah olarmı, ey haqqı dardan asan? 
 
Şah ölkədə hər işi sahmana salsın gərək,  
Xalqın səadətinə keşikçi olsun gərək. 
 
Adil olsa şah əgər, hamı ona baş əyər,  
Bəslər məhəbbətini bütün canlar, könüllər. 
 
Nə hünər göstərmisən taxt başına gələli?  
Alt-üst etdin, taladın, viran qoydun bu eli. 
 
Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,  
Sarmışdı məmləkəti ədaləti, şəfqəti. 
 
Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,  
1115   
    Demək, sən türk deyilsən, yağmaçı bir hindusan. 
 


_______________ Milli Kitabxana _______________ 
112 
 
Əllərinlə dağıldı şəhərlərin əsası,  
Biçinçinin xırmanı, əkinçinin tarlası. 
 
Yığ başına ağlını əcəl gəlib yetməmiş,  
Bir ədalət qəsri tik, əlindən gəlirsə iş. 
 
Ədlin çilçıraq kimi işıqlatsın gecəni, 
Bu gün, sabah, həmişə bəxtiyar etsin səni. 
 
Yadda saxla, nə söylər sənə ağbirçək qarı:  
Qanadlandır, şadlandır yetimləri, dulları. 
 
Qapazını geri çək yoxsulların başından,  
1120 
      Yoxsa oxlanacaqsan məzlumlar qarğışından. 
 
Sən ki ox yağdırırsan hər guşəyə bu qədər,  
Girəcəyin guşədən bixəbərsən, bixəbər. 
 
Cahan qalalarını açan bir açardı şah,  
Qapılar bağlamağa gəlməmisən, ol agah! 
 
Səni şah dikdilər ki, azaldasan cəfanı,  
Bir könül yaralansa, sən olasan dərmanı. 
 
Zəiflərin adəti - nazla sığınmaq sənə,  
Sənin borcun - onların sığal çəkmək telinə. 
 
Qulağını geniş aç, bu möhtac, bu yalavac,  
1125
       Bu ac zavallıların komasına işıq saç. 
 
Xorasan ölkəsinin hökmdarı Səncərə,  
Kar etmədi bu sözlər, düşdü başı cəncələ. 
 
Bu dövrdə ədalət ərşə çəkilmiş, inan,  
Asılmışdır o yalnız Simurğun qanadından. 


_______________ Milli Kitabxana _______________ 
113 
 
Daha bu torpaq üstə nəşədən bir əsər yox
Bu göy qübbə altında həyadan bir xəbər yox. 
 
Qalx, ey dərdli Nizami, bu dünyanı qucaqla, 
Ürəklər qana döndü, elə sən də qan ağla. 
 
                   Beşinci söhbət 
 
        QOCALIĞIN SİFƏTLƏRİ 
 
Ömrün gözəl günləri ötüşdü, gecə düşdü, 
1130
       Torpaq yellə öpüşdü, atəş suyla görüşdü. 
 
Günəş divardan aşdı, uyğudasan hələ sən
Sübhün bal yuxusunda hələ nəşələnirsən. 
 
Cahangirlik, mənəmlik qasırğasından əl çək! 
Qocasan, cavanlığın gur dalğasından əl çək! 
 
Yaralanmış ürəyin dərddən, qəmdən dağ almış, 
Sözlərinin duzu da, şəkəri də azalmış. 
 
Ağıl bir az pərişan, fikirlər də dağınıq, 
Ayaq yürüşdən, əl də işdən soyumuş artıq. 
 
Ayağını uzat ki, torpaq ülfət istəyir, 
1135
       Daha baş da, ayaq da istirahət istəyir. 
 
Bu kirli, kəsafətli, bu pak, ülvi dünyada, 
Asudəlikdən savay varmı bir özgə fayda?! 
 
Üzün, gözün soyudu Ayın ağ çeşməsi tək, 
Göyçək, al yanaqların soldu dağ laləsi tək. 
 
Saçın ağ, saçın qara... Başında səngərmi var? 
Türk ordusu elə bil zəncilərlə çarpışar. 
 


_______________ Milli Kitabxana _______________ 
114 
 
Bu qara, ağ saçların nəyi öyrədir sənə? 
Gecədən yol gedirsən təfəkkür günduzünə. 
 
Çox gəlib bu aləmə sənin kimi cavanlar,  
1140
      Heç qocalmayacaqlar - elə sanıblar onlar. 
 
Heyhat, çalır qocalıq cavanlıq baharını,  
Bükür xəzan yelləri gülün qanadlarını. 
 
Gənclik hər növ çör-çöpü bulaq kimi ötürər,  
Qocalıqsa, deyirlər, min bir eyib götürər. 
 
Ağ tel Cəmşid dövləti - dövlət tükü olsa da,  
Sənə qırx yaşdan sonra çətin gətirə fayda. 
 
Axı, kimin gəncliyi döndü dədə mülkünə?  
Mənə vəfa qılmadı, vəfa qılarmı sənə? 
 
Gənclik sovuşdu getdi, heyhat, qəflət içində,  
1145 
      Təəssüflər yandırar məni heyrət içində. 
 
Sənin qəmin, kədərin çətin kiriyib susa,  
Yusif gözəlliyini zəmanə soldurubsa. 
 
Gənclik səadətini anlaya bilmədin sən,  
Qocalıq gəlməyibsə, bunu dərk edərmisən? 
 
Bağın süsü, bəzəyi tazə qönçə, tər fidan,  
Qocaldımı, görərsən, odun yaparlar ondan. 
 
Gənclik - yaxıcı atəş, hər dəmi od parçası,  
Gənclik - həyatın dadı, qocalıqsa - acısı. 
 
Yazda tazə budaqdan tazə güllər fışqırar,  
1150
       Odundansa ocaqda yalnız ağ küllər qalar. 
 


_______________ Milli Kitabxana _______________ 
115 
 
Başın ən gözəl tacı həmişə qara saçdır,  
Qızılın əyarını verən də qara daşdır. 
 
Yatma! Gənclik çağları sona yetdi, oyan, dur,  
Səhər gündüzə döndü, qafil olma, amandır. 
 
Xilqətinin atəşi kafur kimi söndümü?  
Müşkə bənzər saçların ağ kafura döndümü? 
 
Bəli, elə ki, hava bir-iki ay soyuyar,  
Qapqara buludlardan yağar ağappaq ilk qar. 
 
Boyamaq və ağartmaq az qala eyni tədbir,  
1155
       İsa ilə Günəşin qızıl daxması birdir. 
 
Üzağartma adəti selin, suyun sənəti,  
Gümüşdən boya vurmaq göydə Ayın sənəti. 
 
Udur bütün rəngləri göyün mavi çanağı,  
Səmalardan öyrəndi İsa boya vurmağı. 
 
Bircə arpa qədər də çəkisi yox havanın,  
Sən də havalısansa, azca fikirləş, saqın! 
 
Qəlbin zənciyə oxşar, üzünsə ağ rumluya.  
Çəkmə gecə-gündüzlü, ikiüzlü dünyaya. 
 
Nə qədər ki, zəncilik, rumluluq var qanında,  
1160
       Zalim, cahil damğası alışacaq alnında. 
 
Zolaq-zolaq qaplanın iki rəng olub suçu,  
Hədəfi aydın seçib, arxadan vurur ovçu. 
 
Fidan gəlinsən məgər, dondan dona girirsən,  
Gah ağappaq tac qoyur, gah zərxara geyirsən?! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə