Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə116/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

Azərbaycan Tarixi 
 
 
461 
hazırlamağa başladılar. Onlar hələ yanvarın 6-da Azərbaycanın 
daxili  işlər  orqanlarının  rəhbərləri,  o  cümlədən  Bakı  şəhəri 
rayonlarının daxili işlər idarələrinin rəisləri ilə müşavirə keçirib 
yanvarın 13-də  Bakıda  erməni  qırğını  gözlənilməsi  haqqında 
məlumat  verdilər.  Əslində  bunu  təxribat  məqsədi  ilə  özləri 
hazırlayırdılar. Şəhərdə heç kəsin bu hazırlıqdan xəbəri yox idi. 
Rayon  daxili  işlər  idarələrinin  rəislərinə  tapşırıldı  ki,  milisin 
bütün  tabel  silahları,  hətta  dəyənəkləri  də  yığılsın  və  milis 
işçiləri  talan  və  qırğınlarda  iştirak  edənləri  bu  işdən 
çəkindirmək  üçün  onlarla  yalnız  dialoqa  girə  bilərdilər.  Hətta 
Azərbaycan  SSR  Daxili  İşlər  naziri  də  bu  əməliyyatdan təcrid 
edilmişdi.  Qırğın  və  talanlara  qarşı  "mübarizə  əməliyyatına" 
Moskvadan  göndərilmiş  və  respublikada  daxili  işlər  nazirinin 
birinci  müavini  təyin  olunmuş  general  V.Barannikov  başçılıq 
etməli idi. 
1990-cı  il  yanvarın 13-də  Bakıda  "erməni  talanları"  baş 
verdi. 56 nəfər qoca və xəstə erməni öldürüldü, 112 nəfər xə-
sarət  aldı.  Bakıda  yerləşdirilmiş  və  general  V.Barannikovun 
sərəncamında  olan  SSRİ  Daxili  İşlər  Nazirliyinin  xüsusi  təyi-
natlı milis dəstəsinin 12 min nəfərlik silahlı qüvvələri "erməni 
talanının" qarşısını almaq üçün heç bir tədbir görmədilər. "Er-
məni talanlarının" qarşısı AXC Milli Müdafiə Şurasının özünü-
müdafiə  dəstələri  və  silahsız  milisin  iştirakı  ilə  alındı.  Ermə-
nilərin  çoxu  azərbaycanlıların  evlərində  sığınacaq  tapdı  və 
kino-teatr binalarında yerləşdirilib mühafizə olundular. 
Yanvarın 13-də planlaşdırılmış bu təxribat xalqın demok-
ratik  qüvvələrinə  qarşı  hücuma  keçilməsi  üçün  “hüquqi  əsas” 
oldu. "Tayfun"  əməliyyatına  başlamazdan  öncə,  hərbi 
komandanlıq Bakıda xalqa tutulacaq divana cavab olaraq, guya 
adamların  rus  dilli  əhaliyə  ilk  növbədə  hərbçi  ailələrinə  zərər 
yetirəcəyindən  qorxub  onları  Azərbaycandan  çıxarmağa 
başladı. 
Qəzənfər Rəcəbli 
 
 
462
1990-cı  il  yanvarın 17-dən  Azərbaycan  KP  MK  binası 
(indiki  Prezident  sarayı)  qarşısında  izdihamlı  mitinq  başlandı, 
ümumi  tətil  elan  olundu.  Mitinqdə  Moskvadan  ermənilərin 
Azərbaycana  ərazi  iddialarına  son  qoyması,  Bakı  və  onun 
ətrafında  yerləşdirilmiş  hərbi  hissələrin  Dağlıq  Qarabağa  və 
Azərbaycanın  erməni  basqınlarına  məruz  qalan  sərhəd 
rayonlarına  göndərilməsi,  Azərbaycan  KP  MK-nın  birinci 
katibi  Ə.Vəzirovun  istefası  tələbləri  irəli  sürülürdü.  Rəsmi 
Moskvanın  Bakıya  göndərdiyi  nümayəndələri  Sov.  İKP  MK 
katibi  A.Kiriyenko  və  SSRİ  Ali  Soveti  İttifaq  Sovetinin  sədri 
Y.Primakovun  AXC-nin  "liberal"  və  "radikal"  qanadlarının 
nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri bir nəticə vermədi. 
Moskva  Naxçıvanda  da  xalqa  divan  tutmaq  məqsədi  ilə 
fövqəladə vəziyyət elan etmək üçün fürsət axtarırdı. 1990-cı il 
yanvarın 18-də  Şərur  rayonu  Kərki  kəndini  ermənilərin  işğalı 
vəziyyəti  daha  da  gərginləşdirdi.  Xalqın  tələbi  ilə  Naxçıvan 
Muxtar  Respublikasının  Ali  Soveti  yanvarın 19-da    Muxtar 
Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul 
etdi. 
1990-cı  il  yanvarın 19-da  SSRİ  Ali  Sovetinin  sədri 
M.Qorbaçov    yanvarın 20-də  saat 00-dan  "Bakı  şəhərində 
fövqəladə  vəziyyət  tətbiq  edilməsi  haqqında"  Fərman  verdi. 
Lakin  xalqı  qəfildən  yaxalamaq,  ona  divan  tutmaq  və 
qoşunlardan istifadə etməklə qırğın törətmək məqsədilə fərmanı 
gizli  saxladı.  Belə  ki,  fövqəladə  vəziyyətin  vaxtının  elan 
edilməsi  Mərkəzin  qanlı  planların  poza  bilərdi.  Çünki,  AXC-
nin  radikalları  barrikadaları  tərk  etməməyə  çağıraraq,  xalqa 
silah  veriləcəyi  və  "kömək  gələcəyinə"  vəd  vermələrinə 
baxmayaraq,  AXC  İdarə  Heyəti  komendant  vaxtı  tətbiq 
olunduğu  təqdirdə  orduya  müqavimət  göstərmədən  piketləri 
götürmək  haqqında  qərar  qəbul  etmişdi.  Piketçilər  Moskvanın 
Bakıda  olan  səlahiyyətli  nümayəndələri  və  respublika 


Azərbaycan Tarixi 
 
 
463 
rəhbərlərinin  ordunun  şəhərə  girməyəcəyi  haqqında  dəfələrlə 
təkrar etdikləri vədlərinə inanmışdılar. 
İnformasiya blokadası yaratmaq məqsədi ilə yanvarın 19-da 
saat 19.22-də Azərbaycan Televiziyasının enerji bloku partladılıb 
sıradan  çıxarıldı.  Yanvarın 19-da  saat 21-də  D.Yazovun  şəxsi 
rəhbərliyi  altında  Bakıda  "Tayfun"  əməliyyatı  başladı.  Bütün 
qoşun növlərindən istifadə olunması ilə hər tərəfdən şəhər üzərinə 
ordu  yeridildi.  Əhaliyə  divan  tutuldu.  Ordunun  şəhərə  hücumu 
vaxtı  rəsmi  məlumata  görə 131 nəfər  öldürüldü, 744 nəfər 
yaralandı. 400 nəfər  həbs  edildi 4 nəfər  itkin  düşdü.  Fövqəladə 
vəziyyət haqqında fərman isə yalnız yanvarın 20-də səhər saat 7-
də elan olundu. 
Yanvarın 21-də  Azərbaycan  SSR  Ali  Sovetinin  fövqəladə 
sessiyası  çağırıldı.  Sessiyada  deputatların  üçdə  bir  hissəsi  iştirak 
edirdi. Sessiya baş vermiş hadisəyə siyasi qiymət verməyə çalışdı. 
Sessiyada  qanlı  faciəni  törədən  ölkə  və  respublika  rəhbərlərinə 
qəti  etiraz  bildirildi,  Bakı  şəhərində  qanunsuz  olaraq  fövqəladə 
vəziyyət  tətbiq  edilməsi  haqqında  fərmanın  ləğv  edilməsi  və 
qoşunların  Bakıdan  çıxarılması  haqqında  qərarlar  qəbul  edildi. 
Moskva bu qərarlara əhəmiyyət vermədi. 
Xalq  başsız  qalmışdı.  Belə  bir  şəraitdə,  yanvarın 21-də 
Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, 
burada  təşkil  olunmuş  izdihamlı  yığıncaqda  çıxış  etdi.  O,  heç 
yerdən dəstək almayan doğma xalqı ilə bir yerdə olduğunu bildirdi 
və 20 yanvar  faciəsinə  siyasi  qiymət  verdi.  H.Əliyev  ölkə 
rəhbərliyini  "qatillər"  adlandırıb  qeyd  etdi  ki,  Dağlıq  Qarabağ 
hadisələrinin  ilkin  mərhələsində  ölkənin  ali  partiya  rəhbərliyi 
tərəfindən vaxtında lazımi tədbirlər görülsə idi 20 yanvar faciəsi 
törənməzdi.  H.Əliyevin  çıxışının  mətni  bütün  maneələrə 
baxmayaraq respublikada və dünyada yayıldı, dünya ictimaiyyəti 
Bakıda  yanvarın 19-dan 20-ə  keçən  gecə  törədilən  qanlı  cinayət 
barədə ilk dəfə xəbər tutdu. 
Qəzənfər Rəcəbli 
 
 
464
Azərbaycanda 3 gün  matəm  elan  olundu. Azərbaycan Ali 
Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova fövqəladə 
vəziyyət üzrə hərbi komandanlığa müraciət edərək şəhidlərin dəfn 
olunmasına imkan verilməsini tələb etdi. Yanvarın 23-də 
Azərbaycan xalqı,  Bakıda  fövqəladə  vəziyyət  olmasına 
baxmayaraq,  şəhidlər  ilə  vidalaşdı.  Paytaxt  matəm  libası 
geyinmişdi.  Azadlıq  meydanında  izdihamlı  matəm  mitinqi 
keçirildi.  Mitinq  və  dəfn  mərasimində  bir  milyondan  çox  adam 
iştirak  edirdi.  Şəhidlər  şəhərin  ən  uca  yerində - Dağüstü  parkda 
dəfn edildi. 
Sovet  Ordusunun  xalqa  qarşı  qanlı  cinayətləri  tükənmək 
bilmirdi.  Tam  döyüş  vəziyyətində  olan  ordunun  Ermənistan 
ərazisindən  Naxçıvana  yeridilməsinə  cəhd  göstərildi,  lakin  xalq 
bunun  qarşısını  aldı.  Ordu  hissələri  Lənkərana  da yeridildi. 
Lənkəranda  və  Neftçalada  xeyli  qan  töküldü.  Siyasi  çevriliş 
edilmiş Lənkəran bölgəsinin bütün rayonlarında ordunun köməyi 
ilə  kommunistlərin  hakimiyyəti  bərpa  edildi.  Moskva,  gizli 
surətdə  respublikadan  qaçmış  Ə.Vəzirovun  yerinə,  Azərbaycan 
KP MK-nın birinci katibi vəzifəsinə Ayaz Mütəllibovu gətirdi. 
Qanlı  Yanvar  günü  Azərbaycan  xalqı  üçün  faciə  olmaqla 
yanaşı, eyni zamanda öz ləyaqətini qorumaq üçün mübarizəyə və  
bu yolda qurban verməyə hazır olan millətin tarixində şərəfli bir 
səhifədir. Qanlı Yanvara qədər Azərbaycanın suverenliyini SSRİ 
daxilində 
mövcud 
iqtisadi 
və 
siyasi 
münasibətlərin 
təkmilləşdirilməsi  kimi  qeyri-real  imkanlarda  axtaran  xalqın 
mütərəqqi,  qabaqcıl  qüvvələri  bir  daha  yəqinlik  əldə  etdilər  ki, 
suverenliyin 
yeganə 
yolu 
Azərbaycan 
Respublikasının 
müstəqilliyinin bərpa olunmasındadır. 
26.3.  SSRİ-nin  süqutu  və  Azərbaycan  Respublikasının 
dövlət  müstəqilliyinin  bərpası.  Qanlı  Yanvar  hadisələrindən 
sonra  bir  qrup  ziyalının  müraciətindən  "təsirlənən"  Azərbaycan 
iqtidarı və AXC liderləri 1990-cı il mayın 17-də birlikdə Məşvərət 
Şurası yaratdılar. Məşvərət Şurasında əldə edilmiş razılığa  əsasən 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə