Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə46/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

Azərbaycan Tarixi 
 
 
181 
xarici hücumlardan qorunmaq ehtiyacı da güclü mərkəzləşmiş 
hakimiyyətin yaranmasını  tələb edirdi. Bütün bunlar Şeyx 
İsmayıla Azərbaycanı vahid dövlət halında birləşdirməyə  şans 
verirdi. 
 Vahid Azərbaycan uğrunda mübarizədə Şeyx İsmayılın 
üç  əsas düşməni var idi: Şirvanşah Fərrux Yasar, Ağqoyunlu 
şahı  Əlvənd və  Ağqoyunlu  şahı Murad. Qaynaqların 
məlumatına görə  Ərdəbilə  gəlməmişdən öncə  Şeyx  İsmayılın 
Ərzincanda keçirdiyi müşavirədə vahid Azərbaycan dövləti 
yaratmaq məqsədilə ilk zərbəni Səfəvilərin sülalə düşməni olan 
Şirvanşah Fərrux Yasara endirmək qərara alınmışdı.  
 1500-cü ilin payızında 14 yaşlı  Şeyx  İsmayıl 
Şirvanşahlar dövləti üzərinə hücuma keçdi. Şah Fərrux Yasar 
Şamaxını  tərk edərək, qoşun toplamaq üçün Qəbələyə  çəkildi. 
Şamaxı  şəhərinin  əhalisi də qorxuya düşüb dağlara qaçmışdı. 
Şeyx İsmayıl Qulu adlı elçisi vasitəsilə şamaxılılara xəbər gön-
dərdi ki, evlərinə qayıtsınlar, heç kəsə toxunulmayacaqdır. 
Əhali şəhərə qayıtdı. “Qızılbaş” ordusu iki gün Şamaxı şəhərin-
də qaldı.  
  Şeyx İsmayıl xəbər tutdu ki, şah Fərrux Yasar böyük bir 
qoşun toplayıb Gülüstan və  Qəleybuğurd qalaları arasındakı 
meşədə düşərgə salmışdır. Tarixçilərdən  İskəndər Münşi, 
Həsən Rumlu və Xantemirin yazdıqlarına görə Fərrux Yasarın 
ordusunda 20 min süvari və 6 min piyada vardı. “Qızılbaş” 
ordusu isə 7 min süvaridən ibarət idi. Oktyabr ayının 20-də 
Çabanı adlı yerdə qanlı döyüş baş verdi və  Şirvanşah ordusu 
məğlub oldu. Şah Fərrux Yasar qaçmaq istədikdə öldürüldü. 
  Şeyx  İsmayıl qışı Muğanda keçirmək üçün Mahmud-
avar kəndinə  gəldi. 1501- ci ilin yazında “Qızılbaş” ordusu 
Məhəmməd bəy Ustaclı və İlyas bəy Xınıslının başçılığı altında 
Şirvanşahların ikinci igamətgahı  və  xəzinəsi yerləşən Bakı 
üzərinə hücum etdi. Onlar Bakı qalasının təslim olmasını tələb 
etdilər. Bakı qalasının hakimi Fərrux Yasarın oğlu Qazı  bəy 
qardaşı  Bəhram bəy ilə birlikdə dağlarda Səfəvilərə qarşı 
Qəzənfər Rəcəbli 
 
 
182
müqaviməti davam etdirmək məqsədilə  Qəleybuğurd qalasına 
çəkilmişdilər. Bakının müdafiəsinə Qazı  bəyin arvadı 
Bibixanım başçılıq edirdi. O, şəhərin təslim edilməsi təklifini 
qəti surətdə  rədd etdi. Həsən bəy Rumlunun yazdığına görə 
Bibixanım qalanın təslim edilməsi təklifini gətirən Səfəvi 
elçisinin edam olunmasını  əmr etdi. Bakının darğası  Əbülfət 
bəy onu bu addımdan çəkindirməyə  cəhd göstərdikdə 
Bibixanım onun da edam olunmasını  əmr etdi. Şeyx  İsmayıl 
Bakı qalasına hücuma rəhbərlik etmək üçün özü bura gəldi. 
“Qızılbaşlar” çətinliklə də olsa, qala divarlarının altından lağım 
ataraq Bakıya daxil oldular. Şəhər ağsaqqallarından 70 nəfər 
əllərində müqəddəs “Quran” Şeyx  İsmayıldan aman istədilər. 
Şeyx İsmayıl yalnız 1000 tümən qan bahası alıb şəhər əhalisini 
bağışladı. Şeyx İsmayıl Şirvanşahların xəzinəsini ələ keçirdi və 
Şirvanşahlar dövlətini asılı vəziyyətə salan müqavilə bağladı.  
  Şeyx  İsmayılın növbəti hədəfi Ağqoyunlu  şahı  Əlvənd 
oldu. Şeyx İsmayıl Kür çayını keçərkən onun üzərindən körpü 
saldırdı.  Şah  Əlvənd “qızılbaşları” qabaqlayıb onlara qəflətən 
zərbə endirmək üçün sərkərdə Qaraca Mahmudun başçılığı 
altında qoşun göndərdi. Lakin Cavad kəndi yaxınlığında “qızıl-
başlara” qəflətən hücum edən Ağqoyunlu ordusu məğlubiyyətə 
düçar oldu və sərkərdə Qaraca Mahmud öldürüldü. Şah Əlvənd 
“qızılbaşların” üzərinə sərkərdə Osman bəyin başçılığı altımda 
ikinci ordu göndərdi. Bu ordu da Naxçıvan yaxınlığında sər-
kərdə Piri Halvaçı  oğlunun başçılıq etdiyi “qızılbaş” ordusu 
tərəfindən məğlub edildi, sərkərdə Osman isə  əsir alınıb 
öldürüldü.  
  Şah  Əlvənd  Şərur düzündə düşərgə salmış  Səfəvi 
ordusuna qarşı 30 min nəfərlik yeni qoşun göndərdi. Lakin 
Ağqoyunlu ordusunun döyüşçüləri vahimə içində idilər. Onlar 
“qızılbaşların” hücuma keçməsindən xəbər tutan kimi cəbhəni 
qoyub vahimə içində qaçırdılar. Vahiməyə düşmüş döyüşçülər 
qaçmasın deyə,  şahın  əmri ilə  dəvələri zəncirlə bir-birinə 
bağlayaraq qoşunun ətrafına üç tərəfdən çəpər çəkildi. Şahın bu 


Azərbaycan Tarixi 
 
 
183 
tədbiri də kömək etmədi. Ağqoyunlu ordusu 8 min döyüşçüsü-
nü itirərək məğlub oldu. Şah Əlvənd ordunun qalıqları ilə Ər-
zincana qaçdı. 
  Şərur qələbəsindən dərhal sonra, 1501-ci ilin payızında 
Şeyx İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan 
etdi, adına xütbə oxutduraraq sikkə  kəsdirdi. Beləliklə, 
Səfəvilər dövləti yarandı. Səfəvilər dövləti ilk vaxtlar 
Azərbaycanın  Şirvan, Qarabağ, Naxçıvan, Talış, Muğan və 
Qızıl Üzən çayına qədər Cənubi Azərbaycan torpaqlarını əhatə 
edirdi.  
 Lakin siyasi vəziyyət  Şah  İsmayılın qarşısında daha 
geniş  vəzifələr qoydu. Səfəvi ordusu Şərur döyüşündən sonra 
Ərzincana qaçmış  Əlvəndi təqib edərək Sarıqaya adlı yerdə 
yenidən məğlubiyyətə uğratdı. Əlvənd Bağdada qaçdı və sonra 
Diyarbəkrə gedərək, 1504-cü ildə orada vəfat etdi.  
  Şah İsmayıl 1503-cü ilin payızında Qənbər ağa adlı bir 
müridini  Əlvəndin qardaşı Murad şahın yanına göndərib itaət 
etməsini tələb etdi. Məktubda Səfəvilərlə  Ağroyunluların 
qohumluq  əlaqələrini xatırladan  Şah  İsmayıl Muradın onun 
hakimiyyətini tanıdığı  təqdirdə  İraqi-Əcəmin bir hissəsini ona 
təklif edirdi. Murad məktuba mənfi cavab verdi və Qum hakimi 
Asılmaz ilə ittifaqa girib Həmədanda 70 min nəfərlik böyük 
qoşun topladı. Belə olduqda Şah İsmayıl 12 min nəfərlik süvari 
ordu ilə  Qızıl Üzən çayını keçərək Həmədana doğru irəlilədi. 
1503-cü il iyunun 21-də  Həmədan yaxınlığındakı Almabulağı 
adlı yerdə  Şah  İsmayılın ordusu ilə Murad şahın ordusu 
arasında döyüş baş verdi. Sayca üstün olmasına baxmayaraq 
Ağqoyunlu ordusu məğlub oldu, Fars və  İraqi-Əcəmin böyük 
bir hissəsi Səfəvi dövlətinə qatıldı. Ağqoyunlu dövlətinə son 
qoyuldu. Murad Şiraza qaçdı. Şah İsmayıl özünü babası Uzun 
Həsənin qanuni varisi hesab edir və dövlətini Ağqoyunlu 
sərhədləri daxilində  bərpa etməyə çalışırdı. O, 1503-cü ildə 
Şirazı,  İsfahanı, Kaşanı  və Qumu tutdu. Şah  İsmayıl 1504-cü 
ildə Yəzdi ələ keçirdi, sonra qərbə doğru hərəkət edərək 1506-
Qəzənfər Rəcəbli 
 
 
184
1507-  ci illərdə Suriyə  sərhədlərinə  çıxdı  və Uzun Həsənin 
vətəni Diyarbəkri ələ keçirdi. 1508-ci ildə isə Bağdadla birlikdə 
bütün  İraqi-Ərəbi tutdu. Şah  İsmayıl 1510-cu ildə Xorasan 
istisna olmaqla bütün müasir İranı Səfəvilər dövlətinə qatdı. Bu 
istilaları ilə  Şah  İsmayıl mərkəzləşdirilmiş böyük Azərbaycan 
Səfəvilər dövlətini yaratdı. 
  Şah  İsmayıl böyük fateh idi. K.Marksın dediyi kimi o, 
14 ildə 14 ölkəni tutdu. Şah İsmayılın istilaçılıq siyasəti iki əsas 
rəqiblə qarşı-qarşıya gəldi: onlardan biri şərqdə - güclü özbək 
hökmdarı Məhəmməd Şeybani, digəri qərbdə əzəmətli Osmanlı 
imperiyası idi.  
Hələ 1508-ci ildə  Məhəmməd xan Şeybani Xorasana 
hücum etdikdə Xorasan hakimi Hüseyn Baykal şah İsmayıldan 
kömək istəmişdi. O vaxt Şah İsmayıl Kiçik Asiyada müharibə 
etdiyi üçün ona kömək edə bilmədi.  Şeybani Məhəmməd xan 
Xorasanı tutub Şah  İsmayıla hədələyici məktub göndərmişdi. 
Məktubda deyilirdi: “Yaxşı olar ki, sən də babaların kimi 
dərvişlik edəsən. Yoxsa İrana və Azərbaycan sərhədlərinə 
qoşun çəkərəm, Hicaza qədər bütün ərazini tutaram.” Şah 
İsmayıl ona belə bir cavab məktubu yazmışdı. “Məsləhətlərin 
üçün çox sağ ol. Mən həqiqətən dərvişliyi çox sevirəm. Allah 
qoysa yaxın vaxtlarda öz "qızılbaşlarımla” birlikdə  İmam 
Rzanın qəbrini ziyarət etmək üçün Xorasanın Məşhəd şəhərinə 
gələcəyəm. Söhbətimizi orada davam etdirərik.” 
Lakin  Şah  İsmayılın Xorasana yürüşü bir qədər ləngidi. 
O, kiçik Asiyadan sonra, 1509-cu ildə  Şirvana gəlməli oldu. 
Səfəvilərin vassalı olan Şiranşah Fərrux Yasarın oğlu Şeyxşah 
Şah  İsmayıla tabe olmaqdan imtina etmişdi.  Şah  İsmayıl öncə 
Bakıya gəldi və burada mehribanlıqla qarşılandı. Sonra Şamaxı 
şəhərini tutub Dərbəndə getdi. Dərbənd şəhəri də Şamaxı kimi 
müqavimət göstərdi. Səfəvi ordusu qala divarları altından 12 
yerdən lağım atıb  şəhərə daxil oldu. Şirvanın  şəhərləri 
tutulduqdan sonra Şah  İsmayıl sərkərdəsi Lələ  bəyi  Şirvana 
hakim təyin edib. 1510-cu ilin qışında Təbrizə qayıtdı.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə