Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə54/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   50   51   52   53   54   55   56   57   ...   134

Azərbaycan Tarixi 
 
 
213 
XVIII  əsrin II yarısında vəziyyət bir qədər dəyişir. Ölkə 
qonşu böyük dövlətlərin hücumlarından müəyyən müddət xilas 
olub azad nəfəs alır. Yalnız 1795-1797-ci illərdə İran tərəfindən 
hərbi müdaxilə olmuşdur.  Əlbəttə  zəhmətkeş kütlələrin yerli 
feodallar tərəfindən istismarı davam edirdi. Qonşu xanların və 
quldur dəstələrinin soyğunçu basqınları da davam edirdi. Bu da 
ayrı-ayrı bölgələrdə bütöv təsərrüfat sahələrinin tənəzzülünə 
səbəb olurdu. Məsələn, 1772-ci ildə  Ağası xanın silahlı 
dəstələrinin qarətçi hücumları  nəticəsində Salyanda balıqçılıq 
təsərrüfatı tamamilə  tənəzzülə  uğramışdı. Rus konsulunun 
məlumatında deyilirdi ki, Lənkəranda baramaçılığı inkişaf 
etdirməklə bir xeyli  miqdarda ipək istehsal etməyə imkan 
vardır. Lakin Gilandan olan quldurların basqınları buna imkan 
vermir. Lənkərandan 17 ucrs məsafədə  məskən salmış quldur 
dəstələri tez-tez basqın edir, tut ağaclarını  qırır, Təbrizdən və 
Ərdəbildən gələn ticarət karvanlarını qarət edirdilər.  
Bütün bunlara baxmayaraq xanlıqlar dövründə Azərbay-
canın təsərrüfat-iqtisadi həyatı XVIII əsrin I yarısı ilə müqayi-
sədə II yarısında xeyli inkişaf edir. Bunu prof. İ.Petruşevski və 
prof. H.Abdullayevin tədqiqatları sübut edir. İ.Petruşevski ayrı-
ayrı xanların ölkənin məhsuldar qüvvələrini bərpa etməyə çalış-
dıqlarını, Şuşa, Şəki, Quba, İrəvan kimi şəhərlərin inkişaf etdi-
yini qeyd edir. Əlbəttə  İ.Petruşevski bunu təsdiq etmək üçün 
konkret faktlar gətirmir, yalnız elmi fərziyyələrlə məhdudlaşır. 
Prof. H.Abdullayevin əsəri isə belə faktlarla zəngindir.  
Azərbaycan iqtisadiyyatının  əsas sahələri  əkinçilik və 
maldarlıq idi. XVIII əsrdə ölkənin ayrı-ayrı bölgələri arasında 
təsərrüfat ixtisaslaşması davam edirdi. Gəncə, Qazax, Şamaxı, 
Quba,  Şəki, Aran Qarabağ bölgələrində  əkinçiliyin daha çox 
inkişaf etmiş sahəsi taxılçılıq (buğda və arpa) idi. Talış  və 
Bərquşat bölgələri isə  çəltik istehsalı ilə  məşhur idilər. 
Abşeronda – zəfəran, Gəncə, Şamaxı, Qarabağ və Dərbəndə – 
üzümçülük inkişaf etmişdi. Gəncə,  Şamaxı,  Şəki, Qəbələ  və 
Təbriz əsas ipəkçilik rayonları idilər.  
Qəzənfər Rəcəbli 
 
 
214
Xanlıqlar dövründə qiymətli texniki bitkilərin  əkin 
sahələri o qədər də böyük deyildi. Pambıqçılıq.  İpəkçilik və 
üzümçülüklə,  əsasən varlı  kəndlilərin və  bəylərin təsərrüfat-
larında məşğul olurdular. Şamaxı, Cavad, Qazax, Aran 
Qarabağ, Gəncə, Talış, Salyan və b. bölgələrdə süni suvarma 
şəbəkələrindən istifadə edilirdi.  
Maldarlıq Azərbaycanın təsərrüfat həyatında ikinci yeri 
tuturdu.  Əhalinin  əksər hissəsi həm  əkinçilik, həm də 
maldarlıqla məşğul olurdu. Bu, xüsusilə, Qarabağ,  Şamaxı, 
Təbriz və Naxçıvan üçün daha çox xarakterik idi.  
Xəzər sahili bölgələrdə,  Şəki və  Gəncə xanlıqlarında 
balıqçılıq təsərrüfatı da əhalinin həyatında mühüm yer tuturdu.  
Sənaye sahələrindən Abşeronda neft, Daşkəsəndə  dəmir, 
Gədəbəydə mis, Qubanın Sahdağ rayonunda gümüş istehsalını 
qeyd etmək olar.  
Xanlıqların  şəhərlərində  sənətkarlıq və ticarət də inkişaf 
edirdi.  Şamaxı,  Şəki və Basqalda ipək parçalar hazırlayan 
sənətkarlıq, Lahıcda mis qab-qacaq, xəncər, qılınc, çaxmaqlı 
silah istehsalı  sənətkarlığı, Qubada xalçaçılıq, Bakıda boyaq-
çılıq, Lənkəranda dulusçuluq, həsirçilik və s. hörmə  sənətkar-
lığı, ağac qab-qacaq istehsalı  sənətkarlığı, Qarabağ  və Naxçı-
vanda xalçaçılıq və  dəridən  şeylər hazırlayan sənətkarlıq, 
Təbriz və  Ərdəbildə yun və ipək parçalar, zərgərlik məmulatı 
hazırlayan sənətkarlıq sahələri xeyli inkişaf etmişdi.  
Xanlıqlar dövründə Azərbaycanda feodal torpaq mülkiy-
yəti formalarında bəzi dəyişikliklər baş verdi. Hələ Sasanilər 
dövründən mövcud olan divanı  və xassə kimi torpaq üzərində 
mülkiyyət formaları xanlıqlar dövründə aradan çıxdı. Onların 
hər ikisi xan torpaqları adlanmağa başladı. Divani torpaqlarının 
hesabına xüsusi torpaq mülkiyyəti forması artmağa başladı.  
Torpaq sahibliyinin formalarından biri mülk idi. Mülk 
feodalın, xana xidmətdən asılı olmayaraq, xüsusi mülkiyyəti 
idi. Onun sahibinə mülkədar deyilirdi. Azərbaycanda feodal 
torpaq sahibliyinin formalarından biri də tiyul idi. Tiyul xana 


Azərbaycan Tarixi 
 
 
215 
xidmətə görə feodala istifadə üçün verilən şərti torpaq sahibliyi 
idi. Xanlıqlar dövründə  tədricən  şərti feodal torpaq sahibliyi 
tiylun mülkə çevrilməsi prosesi gedirdi.  
 
Ədəbiyyat:  
 1. 
Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, s. 404-439.  
2. Azərbaycan tarixi. Dərslik, s. 522-568.  
3. E.Babazadə. Gəncə xanlığı. Bakı, 2012.  
4. F.Əliyev. Naxçıvan xanlığı. Bakı, 1996.  
5. M.İsmayılov və M.Bağırova. Şəki xanlığı. Bakı, 1997.  
6. C.Mustafayev. Xanlıqlar dövründə Azərbaycanda 
sənətkarlıq. Bakı, 2009.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
216
 
 
 
XIV FßSÈL 
 
ORTA ƏSRLƏR AZƏRBAYCAN  
MƏDƏNİYYƏTİ 
 
14.1. XI-XVIII əsrlərdə Azərbaycanda maarif, elm və 
fəlsəfə.  Azərbaycan xalqı dünyanın  ən qədim xalqlarından 
biridir. Xalqımız  əsrlər boyu yüksək mədəniyyət yaratmışdır. 
Xalqımız yaratdığı mədəniyyət inciləri ilə bəşər mədəniyyətini 
zənginləşdirmişdir. 
Bütün müsəlman dünyasında olduğu kimi Azərbaycanda 
da təhsil və elm XI-XII əsrlərdə yüksək inkişaf səviyyəsinə 
çatmışdı. Bu dövrdə Azərbaycanın paytaxt şəhərləri Təbriz və 
Şamaxıda, həmçinin Naxçıvan, Gəncə, Beyləqan, Bakı və baş-
qa iri şəhərlərdə görkəmli elm xadimləri yaşamış  və yarat-
mışlar. Onlar elmin müxtəlif sahələrə  hələ bölünmədiyi bir 
dövrdə elmi biliklərin bütün məcmusuna sahib olan şəxslər idi-
lər. Belə şəxslərə xalq alim, yaxud şeyx deyirdi. Təbiidir ki, be-
lə alimlərin yetişməsi üçün mükəmməl təhsil sistemi olmuşdur.  
XI-XII  əsrlərdə Azərbaycanda təhsil və elm sahəsində 
çalışan şəxsləri Şirvanşahlar və Eldəgəzlər dövlətlərinin hökm-
darları himayə edirdilər. Monqol əsarəti Azərbaycana müəyyən 
zərbə vurmuş, maarifin və elmin inkişafını  ləngitmişdi. Lakin 
monqollar istər-istəməz yerli mədəniyyəti qəbul etməli olmuş-
dular. Odur ki, Azərbaycan hətta monqol işğalı dövründə  də 
Şərqin  ən mühüm mədəniyyət mərkəzlərindən biri olaraq qal-
mışdı. 
XIV  əsrin  əvvəllərində  Təbrizin  şimal-şərqində yerləşən 
Rəbi-Rəşididə təsis edilmiş Darülfünün Bağdadın “Nizamiyyə” 
mədrəsəsindən sonra Yaxın və Orta Şərqin ən böyük ali təhsil 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə