Azərbaycan Tarixi
225
İlyas Yusif oğlu Nizami (1141-1209, 7 cildlik “Azərbaycan
tarixi” kitabında isə bu rəqəmlər 1140-1214
kimi qeyd olun-
muşdur), Gəncə şəhərində yaşamışdır. Nizami Gəncəvi hərtə-
rəfli və mükəmməl təhsil almış, elmin müxtəlif sahələrində də-
rin biliyə malik olan böyük mütəfəkkirdir. O, 1177-ci ildə ta-
mamladığı “Sirlər xəzinəsi” adlı bir poeması ilə Şərq xalqla-
rının bədii təfəkkür tarixində və Azərbaycan ədəbiyyatında yeni
bir dövr açmışdır. Nizami Gəncəvi “Xəmsə” adı ilə məşhur
olan 5 poemanın - “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xos-
rov və Şirin”, “Yeddi gözəl” və “İskəndərnamə”nin müəllifi ki-
mi öz adını əbədi olaraq tarixə yazmışdır. Nizami dühası Azər-
baycan poeziyasını əlçatmaz zirvəyə qaldırmışdır. XIII əsrdən
bəri dünyada elə bir söz ustası tapılmaz ki, Nizami ideyalarının
ecazkar təsiri altına düşməsin.
XIII-XV əsrlərdə Azərbaycanda, çox çətin şərait olsa da,
ədəbi yaradıcılıq inkişaf etmişdi. Bu dövr saray ədəbiyyatının,
qəsidə, şeir janrının nisbətən zəiflədiyi bir dövrdür. Nəimi və
Nəsimi kimi görkəmli şairlərin yaradıcılığı ideya
istiqaməti ba-
xımından saray ədəbiyyatına, məddahlığa yabançı idi. Lakin
Seyid Zülfüqar Şirvani və Arif Ərdəbili kimi şairlər saray şeiri-
nin ənənələrini davam etdirirdilər.
XIV əsrdə Azərbaycan şeiri nisbətən daha sürətlə inkişaf
etmişdir. 1376-cı ildə tamamladığı “Mehr və müştəri” poeması
ilə Azərbaycan ədəbiyyatı tarixinə düşmüş Əssar Təbrizi Niza-
mi ənənələrini davam etdirərək xalq dastanlarının yazılı ədəbiy-
yata gətirilməsi işinə xidmət göstərmişdi.
Bu dövrdə Azərbaycanda təşəkkül tapmış hürufilik
təriqəti ədəbi inkişafa xeyli təsir göstərmişdir. Fəlsəfi məzmun
baxımından sufizm ilə üzvi surətdə bağlı olmuş hürufilik
təriqətinin əsasını məşhur şair və mütəfəkkir Fəzlullah Nəimi
Təbrizi (1330-1396) qoymuşdur. Nəiminin şeirlərindən bir
qismi Sankt-Peturburqda, qəzəl, tərcibənd, qitə və rübailərdən
ibarət olan divanın əl yazması isə İstanbulda saxlanılır.
Qəzənfər Rəcəbli
226
XIII-XV əsrlərdən etibarən Azərbaycan dilində yaranmış
poeziya nümunələrinin artması ilə əlaqədar olaraq ərəbcə və
farsca bədii əsər yazmaq ənənəsi tədricən zəifləməyə başladı.
XIII əsrdən bizə gəlib çatmış Əli adlı bir şairin “Qisseyi-Yusif”
əsərini Azərbaycan dilində yazılmış ilk bədii əsər hesab etmək
olar. 1223-cü ildə tamamlanmış bu əsər həm Azərbaycan
dilinin, həm də poeziyamızın tarixini öyrənmək baxımından
çox əhəmiyyətlidir.
Azərbaycan dilində yazılmış İzzəddin Həsənoğlunun iki
qəzəli və Nəsir Bakuvinin son illərdə üzə çıxmış müxəmməsini
xüsusilə qeyd etmək lazımdır. Təbiidir ki, Bakuvinin bu
müxəmməsini XIII əsrdə Azərbaycan dilində yazılmış ilk əsər
kimi qiymətləndirmək olmaz. “Kitabi-Dədə Qorqud” kimi bədii
cəhətdən zəngin bir yazılı abidə aydın
surətdə göstərir ki, hələ
XIII əsrə qədərki dövrdə Azərbaycan dilində ədəbi əsərlər
yaradılmışdır.
XIV əsrdə Azərbaycan dilində yaradılmış şeir nümunələri
içərisində Qazi Bürhanəddin (1344-1398) əsərləri böyük maraq
doğurur. XIV əsrin ikinci yarısı – XV əsrin əvvəllərində isə
Azərbaycan şeirinin inkişafında İmadəddin Nəsimi (1369-
1417) mühüm rol oynamışdır. Nəsimi Azərbaycan dilində
böyük divan yaratmışdır. O, ərəb və fars dillərində də şeir
yazmış, lakin Azərbaycan dilində yazdığı şeirləri doğma dilin
tarix səhnəsinə çıxmasını, elm və mədəniyyət
vasitəsi kimi
möhkəmlənməsini təmin etmişdir. Nəsimi Azərbaycan ədəbi
dilini canlı xalq dili hesabına zənginləşdirmiş, şeiri bədii ifadə
vasitələri, janr, vəzn və ahəng cəhətdən inkişaf etdirmişdir.
Nəsimi Azərbaycan ədəbiyyatının klassiklərindən biri ol-
maqla bərabər Azərbaycanda hürufilik fəlsəfi təliminin ən bö-
yük nümunələrindən də biri olmuşdur. Nəsimi əvvəllər sufiliyə
aludə olmuşdu. Lakin sonralar hürufiliyə bağlanmış və hürufi-
liyin banisi şair Nəimini özünün ustadı hesab etmişdir. (Nəimi
1402-ci ildə Naxçıvanda Əmir Teymurun oğlu Miranşah tərə-
findən edam edilmişdir.) Nəsimi öz yaradıcılığında mükəmməl
Azərbaycan Tarixi
227
bildiyi üç dildən (Azərbaycan, ərəb və fars)
istifadə edərək
müsəlman Şərqinin bir sıra ölkələrində bu təlimin geniş
yayılmasında iştirak etmişdir.
Nəsimi hürufilik təliminin sıravi təbliğatçısı olmamışdır.
Humanist şairin yaradıcılığında mərkəzi yeri İnsan tutur. Onun
fikrincə, son məqsəd və həqiqət İnsandır. O, İnsana kainatın
təcəssümü və yaradıcısı kimi yanaşır, İnsanı bütün mövcudatın,
varlığın səbəbi hesab edir. “İnsan - Allahdır” tezisinin əsaslan-
dırılması və hərtərəfli inkişaf etdirilməsi Nəsimi poeziyasında
əsas yer tutur.
XV-XVII əsrlərdə Azərbaycan ədəbiyyatında poeziya
janrı inkişaf zirvəsinə çatmışdı. Azərbaycan ədəbiyyatının inki-
şaf tarixində bu dövrdə yazıb-yaratmış Məhəmməd Füzulinin
yaradıcılığı xüsusi yer tutur. Füzuli Azərbaycan ədəbiyyatının
çoxəsərlik ənənələrini mənimsəmiş, onları yaradıcı surətdə in-
kişaf etdirmiş, ədəbiyyata yeni məzmun və bədii keyfiyyətlər
gətirmişdir. Üç dildə ölməz əsərlər yaratmış bu
dahi sənətkar
yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə, Türkiyə, İran
və Orta Asiyada tanınmış, bu ölkələrin xalqlarının ədəbiyyatlar-
ına güclü təsir etmişdir. Onun “Bəngü badə”, “Şikayətnamə”,
“Leyli və Məcnun”, “Söhbətül-əsmar”, “Həft cam”, “Ənis ül-
qəlb” poemaları, “Səhhət və Mərəz”, “Rindü zahid” adlı nəsr
əsərləri, “Mətlə ül-etiqad” adlı fəlsəfi əsəri və qəzəlləri dünya
ədəbiyyatının incilərindən hesab edilir. Füzulinin yaradıcılığı
təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Yaxın Şərq və Av-
ropada da tədqiq edilmiş və yüksək qiymətləndirilmişdir.
Azərbaycan xalqının tarixinə görkəmli dövlət xadimi ki-
mi düşmüş Şah İsmayıl Xətai istedadlı bir şair kimi də Azər-
baycan ədəbiyyatı tarixinə düşmüşdür. Şairin ədəbi irsi Azər-
baycan dilində yazılmış “Divan”dan, ibrətamiz mənzumələr-
dən, lirik qoşmalardan, “Nəsihətnamə” adlı məsnəvidən və
“Dəhnamə” poemasından ibarətdir. Üç dildə şeir yazmaq qabi-
liyyəti olan Xətainin əsərlərinin
böyük qismi Azərbaycan dilin-
Qəzənfər Rəcəbli
228
dədir. Onun yaradıcılığında xalq dilindən, əruz və heca vəznlə-
rindən, folklordan geniş istifadə olunmuşdur.
XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli simaların-
dan biri də Saib Təbrizi olmuşdur. Azərbaycan və fars dilində
şeirlər yazan Saib Təbrizinin yaradıcılıq irsi 120 min beytin
toplusu olan 7 divandan, “Qəndəharnamə”, “Mahmud və Ayaz”
adlı məsnəvilərdən, “Səfineyi-Saib” məcmuəsindən ibarətdir.
Saib Təbrizinin poeziyası Yaxın Şərq ölkələri ədəbiyyatının,
Hindistanda irandilli poeziyanın inkişafına böyük təsir gös-
tərmişdir.
Bu dövrdə Şah İsmayıl Xətainin sarayında
fəaliyyət
göstərən şairlər məclisinin Azərbaycan ədəbiyyatı tarixində
özəl yeri olmuşdur. Həmin məclisə “Məlik üş-şüəra” adlanan
Həbibi başçılıq edirdi.
XVI-XVII əsrlər ədəbiyyatı yazılı poeziya ilə yanaşı,
folklorun müxtəlif forma və janrlarının geniş inkişafı ilə də
səciyyələnir. Şah İsmayıl Xətainin hakimiyyəti illərində
Azərbaycan dilində yazan aşıqlar da sarayın himayəsindən
bəhrələnirdilər. Çox qiymətli qəhrəmanlıq və məhəbbət
dastanlarının təşəkkül prosesi XVI əsrin sonu – XVII əsrin
başlanğıcına təsadüf edir. Bu dövr xalq yaradıcılığının qüdrətli
məhsulları “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Abbas və
Gülgəz” və “Əsli və Kərim” dastanlarıdır. Bu dövr xalq poezi-
yasının görkəmli nümayəndələrindən aşıq Qurbani, aşıq Abbas
Tufarqanlı və Sarı Aşıq Abdulla daha çox tanınırdılar. (“Abbas
və Gülgəz” dastanı XVII əsrdə aşıq Abbas Tufarqanlının lirik
şeirləri əsasında formalaşmışdır).
XVIII əsr Azərbaycan ədəbiyyatının ən
görkəmli nüma-
yəndəsi Molla Pənah Vaqif olmuşdur. Vaqif savadı və qabiliy-
yəti sayəsində Qarabağ xanının baş vəziri işləmişdir. Vaqif
Azərbaycan ədəbiyyatının ən görkəmli lirik şairlərindən biridir.
O, astronomiya və memarlıq haqqında məlumatı ilə də dövrü-
nün görkəmli şəxsiyyəti kimi fərqlənirdi. Onun həyatı faciəli
olmuşdur. Vaqif 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın