Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə57/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   53   54   55   56   57   58   59   60   ...   134

Azərbaycan Tarixi 
 
 
225 
İlyas Yusif oğlu Nizami (1141-1209, 7 cildlik “Azərbaycan 
tarixi” kitabında isə bu rəqəmlər 1140-1214 kimi  qeyd olun-
muşdur), Gəncə  şəhərində yaşamışdır. Nizami Gəncəvi hərtə-
rəfli və mükəmməl təhsil almış, elmin müxtəlif sahələrində də-
rin biliyə malik olan böyük mütəfəkkirdir. O, 1177-ci ildə ta-
mamladığı “Sirlər xəzinəsi” adlı bir poeması ilə  Şərq xalqla-
rının bədii təfəkkür tarixində və Azərbaycan ədəbiyyatında yeni 
bir dövr açmışdır. Nizami Gəncəvi “Xəmsə” adı ilə  məşhur 
olan 5 poemanın - “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xos-
rov və Şirin”, “Yeddi gözəl” və “İskəndərnamə”nin müəllifi ki-
mi öz adını əbədi olaraq tarixə yazmışdır. Nizami dühası Azər-
baycan poeziyasını  əlçatmaz zirvəyə qaldırmışdır. XIII əsrdən 
bəri dünyada elə bir söz ustası tapılmaz ki, Nizami ideyalarının 
ecazkar təsiri altına düşməsin.  
XIII-XV əsrlərdə Azərbaycanda, çox çətin şərait olsa da, 
ədəbi yaradıcılıq inkişaf etmişdi. Bu dövr saray ədəbiyyatının, 
qəsidə,  şeir janrının nisbətən zəiflədiyi bir dövrdür. Nəimi və 
Nəsimi kimi görkəmli şairlərin yaradıcılığı ideya istiqaməti ba-
xımından saray ədəbiyyatına, məddahlığa yabançı idi. Lakin 
Seyid Zülfüqar Şirvani və Arif Ərdəbili kimi şairlər saray şeiri-
nin ənənələrini davam etdirirdilər. 
XIV əsrdə Azərbaycan şeiri nisbətən daha sürətlə inkişaf 
etmişdir. 1376-cı ildə tamamladığı “Mehr və müştəri” poeması 
ilə Azərbaycan ədəbiyyatı tarixinə düşmüş Əssar Təbrizi Niza-
mi ənənələrini davam etdirərək xalq dastanlarının yazılı ədəbiy-
yata gətirilməsi işinə xidmət göstərmişdi.  
Bu dövrdə Azərbaycanda təşəkkül tapmış hürufilik 
təriqəti ədəbi inkişafa xeyli təsir göstərmişdir. Fəlsəfi məzmun 
baxımından sufizm ilə üzvi surətdə bağlı olmuş hürufilik 
təriqətinin  əsasını  məşhur  şair və mütəfəkkir Fəzlullah Nəimi 
Təbrizi (1330-1396) qoymuşdur. Nəiminin  şeirlərindən bir 
qismi Sankt-Peturburqda, qəzəl, tərcibənd, qitə  və rübailərdən 
ibarət olan divanın əl yazması isə İstanbulda saxlanılır. 
Qəzənfər Rəcəbli 
 
 
226
XIII-XV əsrlərdən etibarən Azərbaycan dilində yaranmış 
poeziya nümunələrinin artması ilə  əlaqədar olaraq ərəbcə  və 
farsca bədii  əsər yazmaq ənənəsi tədricən zəifləməyə başladı. 
XIII əsrdən bizə gəlib çatmış Əli adlı bir şairin “Qisseyi-Yusif” 
əsərini Azərbaycan dilində yazılmış ilk bədii əsər hesab etmək 
olar. 1223-cü ildə tamamlanmış bu əsər həm Azərbaycan 
dilinin, həm də poeziyamızın tarixini öyrənmək baxımından 
çox əhəmiyyətlidir.  
Azərbaycan dilində yazılmış  İzzəddin Həsənoğlunun iki 
qəzəli və Nəsir Bakuvinin son illərdə üzə çıxmış müxəmməsini 
xüsusilə qeyd etmək lazımdır. Təbiidir ki, Bakuvinin bu 
müxəmməsini XIII əsrdə Azərbaycan dilində yazılmış ilk əsər 
kimi qiymətləndirmək olmaz. “Kitabi-Dədə Qorqud” kimi bədii 
cəhətdən zəngin bir yazılı abidə aydın surətdə göstərir ki, hələ 
XIII  əsrə  qədərki dövrdə Azərbaycan dilində  ədəbi  əsərlər 
yaradılmışdır.  
XIV əsrdə Azərbaycan dilində yaradılmış şeir nümunələri 
içərisində Qazi Bürhanəddin (1344-1398) əsərləri böyük maraq 
doğurur. XIV əsrin ikinci yarısı – XV əsrin  əvvəllərində isə 
Azərbaycan  şeirinin inkişafında  İmadəddin Nəsimi (1369-
1417) mühüm rol oynamışdır. Nəsimi Azərbaycan dilində 
böyük divan yaratmışdır. O, ərəb və fars dillərində  də  şeir 
yazmış, lakin Azərbaycan dilində yazdığı  şeirləri doğma dilin 
tarix səhnəsinə  çıxmasını, elm və  mədəniyyət vasitəsi kimi 
möhkəmlənməsini təmin etmişdir. Nəsimi Azərbaycan  ədəbi 
dilini canlı xalq dili hesabına zənginləşdirmiş, şeiri bədii ifadə 
vasitələri, janr, vəzn və ahəng cəhətdən inkişaf etdirmişdir. 
Nəsimi Azərbaycan ədəbiyyatının klassiklərindən biri ol-
maqla bərabər Azərbaycanda hürufilik fəlsəfi təliminin  ən bö-
yük nümunələrindən də biri olmuşdur. Nəsimi əvvəllər sufiliyə 
aludə olmuşdu. Lakin sonralar hürufiliyə bağlanmış və hürufi-
liyin banisi şair Nəimini özünün ustadı hesab etmişdir. (Nəimi 
1402-ci ildə Naxçıvanda  Əmir Teymurun oğlu Miranşah tərə-
findən edam edilmişdir.) Nəsimi öz yaradıcılığında mükəmməl 


Azərbaycan Tarixi 
 
 
227 
bildiyi üç dildən (Azərbaycan,  ərəb və fars) istifadə edərək 
müsəlman  Şərqinin bir sıra ölkələrində bu təlimin geniş 
yayılmasında iştirak etmişdir. 
Nəsimi hürufilik təliminin sıravi təbliğatçısı olmamışdır. 
Humanist şairin yaradıcılığında mərkəzi yeri İnsan tutur. Onun 
fikrincə, son məqsəd və  həqiqət  İnsandır. O, İnsana kainatın 
təcəssümü və yaradıcısı kimi yanaşır, İnsanı bütün mövcudatın, 
varlığın səbəbi hesab edir. “İnsan - Allahdır” tezisinin əsaslan-
dırılması  və  hərtərəfli inkişaf etdirilməsi Nəsimi poeziyasında 
əsas yer tutur.  
XV-XVII  əsrlərdə Azərbaycan  ədəbiyyatında poeziya 
janrı inkişaf zirvəsinə çatmışdı. Azərbaycan ədəbiyyatının inki-
şaf tarixində bu dövrdə yazıb-yaratmış  Məhəmməd Füzulinin 
yaradıcılığı xüsusi yer tutur. Füzuli Azərbaycan  ədəbiyyatının 
çoxəsərlik  ənənələrini mənimsəmiş, onları yaradıcı surətdə in-
kişaf etdirmiş,  ədəbiyyata yeni məzmun və  bədii keyfiyyətlər 
gətirmişdir. Üç dildə ölməz  əsərlər yaratmış bu dahi sənətkar 
yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə, Türkiyə, İran 
və Orta Asiyada tanınmış, bu ölkələrin xalqlarının ədəbiyyatlar-
ına güclü təsir etmişdir. Onun “Bəngü badə”, “Şikayətnamə”, 
“Leyli və  Məcnun”, “Söhbətül-əsmar”, “Həft cam”, “Ənis ül-
qəlb” poemaları, “Səhhət və  Mərəz”, “Rindü zahid” adlı  nəsr 
əsərləri, “Mətlə ül-etiqad” adlı  fəlsəfi  əsəri və  qəzəlləri dünya 
ədəbiyyatının incilərindən hesab edilir. Füzulinin yaradıcılığı 
təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Yaxın Şərq və Av-
ropada da tədqiq edilmiş və yüksək qiymətləndirilmişdir. 
Azərbaycan xalqının tarixinə görkəmli dövlət xadimi ki-
mi düşmüş  Şah  İsmayıl Xətai istedadlı bir şair kimi də Azər-
baycan  ədəbiyyatı tarixinə düşmüşdür.  Şairin  ədəbi irsi Azər-
baycan dilində yazılmış “Divan”dan, ibrətamiz mənzumələr-
dən, lirik qoşmalardan, “Nəsihətnamə” adlı  məsnəvidən və 
“Dəhnamə” poemasından ibarətdir. Üç dildə şeir yazmaq qabi-
liyyəti olan Xətainin əsərlərinin böyük qismi Azərbaycan dilin-
Qəzənfər Rəcəbli 
 
 
228
dədir. Onun yaradıcılığında xalq dilindən, əruz və heca vəznlə-
rindən, folklordan geniş istifadə olunmuşdur. 
XVII  əsr Azərbaycan  ədəbiyyatının görkəmli simaların-
dan biri də Saib Təbrizi olmuşdur. Azərbaycan və fars dilində 
şeirlər yazan Saib Təbrizinin yaradıcılıq irsi 120 min beytin 
toplusu olan 7 divandan, “Qəndəharnamə”, “Mahmud və Ayaz” 
adlı  məsnəvilərdən, “Səfineyi-Saib” məcmuəsindən ibarətdir. 
Saib Təbrizinin poeziyası Yaxın  Şərq ölkələri  ədəbiyyatının, 
Hindistanda irandilli poeziyanın inkişafına böyük təsir gös-
tərmişdir. 
Bu dövrdə  Şah  İsmayıl Xətainin sarayında fəaliyyət 
göstərən  şairlər məclisinin Azərbaycan  ədəbiyyatı tarixində 
özəl yeri olmuşdur. Həmin məclisə “Məlik üş-şüəra” adlanan 
Həbibi başçılıq edirdi.  
XVI-XVII  əsrlər  ədəbiyyatı yazılı poeziya ilə yanaşı, 
folklorun müxtəlif forma və janrlarının geniş inkişafı ilə  də 
səciyyələnir.  Şah  İsmayıl Xətainin hakimiyyəti illərində 
Azərbaycan dilində yazan aşıqlar da sarayın himayəsindən 
bəhrələnirdilər. Çox qiymətli qəhrəmanlıq və  məhəbbət 
dastanlarının təşəkkül prosesi XVI əsrin sonu – XVII əsrin 
başlanğıcına təsadüf edir. Bu dövr xalq yaradıcılığının qüdrətli 
məhsulları “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Abbas və 
Gülgəz” və “Əsli və Kərim” dastanlarıdır. Bu dövr  xalq poezi-
yasının görkəmli nümayəndələrindən aşıq Qurbani, aşıq Abbas 
Tufarqanlı və Sarı Aşıq Abdulla daha çox tanınırdılar. (“Abbas 
və Gülgəz” dastanı XVII əsrdə  aşıq Abbas Tufarqanlının lirik 
şeirləri əsasında formalaşmışdır).  
XVIII  əsr Azərbaycan  ədəbiyyatının  ən görkəmli nüma-
yəndəsi Molla Pənah Vaqif olmuşdur. Vaqif savadı və qabiliy-
yəti sayəsində Qarabağ xanının baş  vəziri işləmişdir. Vaqif 
Azərbaycan ədəbiyyatının ən görkəmli lirik şairlərindən biridir. 
O, astronomiya və memarlıq haqqında məlumatı ilə də dövrü-
nün görkəmli  şəxsiyyəti kimi fərqlənirdi. Onun həyatı faciəli 
olmuşdur. Vaqif 1795-ci ildə  Ağa Məhəmməd  şah Qacarın 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə