Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə58/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   54   55   56   57   58   59   60   61   ...   134

Azərbaycan Tarixi 
 
 
229 
Qarabağa hücumunun qarşısının alınmasında fəal iştirak 
etmişdi. 1797-ci ildə  Ağa Məhəmməd  şah Qacar Şuşanı  ələ 
keçirdikdə Vaqif həbsxanaya salınır. Lakin Ağa Məhəmməd 
şahın öldürülməsi şairin həbsxanadan azadlığa çıxmasına səbəb 
olsa da, onun həyatını xilas etmir. Şair saray çəkişmələrinin 
qurbanı olur. 
Vaqif yaradıcılığı üçün xəlqilik, canlı  və ifadəli dil, ob-
razlar zənginliyi, cilalanmış  bədii sənətkarlıq və gerçəkliyin 
nikbin ifadəsi səciyyəvi cəhətlərdəndir. O, nikbin şair kimi 
Azərbaycan poeziya tarixində xüsusi yer tutur. Həyat sevinclə-
rini tərənnüm edən  şair dövrünün ədalətsizliklərinə  və insan 
əzablarına da biganə deyildi. Vaqif “Görmədim” müxəmməsin-
də dövrünün ümumbəşəri nöqsanlarını,  ədalətsizlikləri lakonik 
şəkildə ifadə etmişdir: 
“Mən cahan mülkündə mütləq doğru halət görmədim
  Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.” 
 Vaqif klassik Şərq poeziyasının sirlərinə, onun bədii ifa-
də formalarına dərindən yiyələnmiş, onları  aşıq poeziyası ilə 
üzvi surətdə bağlamışdı. Nəticədə xalq şeir formaları olan qoş-
ma yazılı poeziyada geniş tətbiqini tapmışdı. 
 XVIII əsr Azərbaycan ədəbiyyatının ikinci görkəmli nü-
mayəndəsi Molla Vəli Vidadi olmuşdur. Vaqif və Vidadi dost 
olmuşlar. Bu iki dost şairi müəyyən amillər bir-birinə yaxınlaş-
dırmışdı. Vaqif və Vidadi birlikdə Azərbaycan poeziyası dilini, 
şeir formasını  dəyişmiş, onu xalq üçün daha anlamlı etmişlər. 
Vaqif və Vidadi yaradıcılığında klassik və xalq ənənələri birləş-
sə  də, onların hər biri özünəməxsus tərzdə, bir-birindən fərqli 
halda həyatı  dərk etmiş  və xalqa çatdırmışlar. Bu da onların 
yaradıcılığında təkrarolunmaz iz buraxmışdır.  
 Vidadi iri həcmli müxəmməslər də yazmışdır. Onun 
“Müsibətnamə”si incəsənəti hümayə edən görkəmli  Şəki xanı 
şair Hüseyn xan Müştaqa həsr edilmiş  şeirlər sırasında  ən 
önəmlisidir. Vidadi “Müsibətnamə”də Hüseyn xanı düşmən 
əhatəsində təsvir edir, onu taxtdan salmaq istəyən namərd düş-
Qəzənfər Rəcəbli 
 
 
230
mənlərini qəzəblə  lənətləyir. Hüseyn xan Müştaqın obrazında 
Vidadi özünün adil və vicdanlı hökmdar haqqında arzusunu əks 
etdirmişdi.  
XVIII əsrdə 
Şəki xanlarına qulluq edən  şair Nəbi 
yaradıcılığının bir hissəsini Hacı  Çələbi xana həsr etmişdir. 
Onun müxəmməslərində Hacı Çələbi xanın Nadir şaha qarşı cü-
rətli çıxışı  və digər hərbi yürüşləri öz bədii  əksini tapmışdır. 
Aşıq Şikəstə Şirvaninin poeması isə Ağa Məhəmməd şah Qaça-
rın 1795-ci ildə Tiflisi tutması ilə  əlaqədar baş vermiş faciəli 
hadisələrə  həsr edilmişdi. Poemada əhalinin qarət olunması 
ürək ağrısı ilə təsvir olunur. 
 XVIII əsr də, əvvəlki yüzillikdə olduğu kimi, aşıq poe-
ziyasının yüksəlişi dövrü olmuşdur. Bu dövrdə Aşıq poeziyası-
nın ən böyük ustadı Xəstə Qasım idi. Onun ustadnamələrindən 
həm XVIII əsrdə, həm də sonrakı  əsrlərdə yaradılmış bir çox 
dastanların giriş hissələrində geniş istifadə olunmuşdur.  
XVIII  əsr Azərbaycan  şifahi xalq ədəbiyyatına bir sıra 
maraqlı  nəsr nümunələri də vermişdir. Onlardan ən maraqlısı 
“Şəhriyar” dastanıdır. Əsər naməlum müəllif tərəfindən “Şəhri-
yar və Sənubər” adlı xalq dastanı əsasında yazılmışdır. Əsərdə 
silki bərabərsizliyin amansızlığı təsvir edilir. Şəhriyar tacir oğ-
ludur, Sənubərin atası isə zadəgandır. Şəhriyarın atası varlı da 
olsa Sənubərin zadəgan atası onunla qohum olmağı özünə 
əskiklik bilir. Yalnız  Şəhriyar Tiflisin hakimi təyin edildikdən 
sonra sosial durum dəyişir, sevgililər sosial iyerarxiya pilləsin-
də bərabərləşirlər və bir-birinə qovuşurlar. Dastanda sosial du-
rumlarından asılı olmayaraq bir neçə təmiz, ağıllı, cəsarətli və 
tədbirli insan obrazları vardır. Bu obrazlar insanların şəxsi key-
fiyyətlərinin, qabiliyyətinin onların sosial mənsubiyyətindən 
asılı olmadığının nümunələri kimi verilmişdir. 
Orta  əsrlər Azərbaycan  ədəbiyyatı milli mədəniyyətimi-
zin təkamülündə mühüm mərhələ olmuşdur. Bu dövrün nailiy-
yətləri sonrakı yüzillikdə Azərbaycan ədəbiyyatının keyfiyyətcə 
yeni inkişaf mərhələsi üçün təməl yaratdı.  


Azərbaycan Tarixi 
 
 
231 
14.3. XI-XVIII əsrlərdə Azərbaycanda incəsənət və 
memarlıq. XIII-XV əsrlərdə Azərbaycanda musiqiçilərlə yana-
şı, musiqi nəzəriyyəçiləri də yetişmişdi. Təbriz şəhərində Nəsi-
rəddin Tusi, Səfiəddin Urməvi,  Əbdülqadir Marağayi, Xacə 
Rizvanşah Təbrizi, Hafiz və Yusifşah kimi musiqişünaslar ya-
şayırdı. Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və Xacə Riz-
vanşah Təbrizi Azərbaycan ənənəvi musiqi nəzəriyyəsinin, pe-
şəkar musiqi məktəblərinin və not yazılışı sahələrinin baniləri 
hesab olunurlar.  
  Məşhur xanəndə olmuş  Əbdülqadir Marağayi (1353-
1435) mahnılara özü şeir yazırdı. Onun Azərbaycan, fars və 
ərəb dillərində yazdığı şeirlərdən nümunələr indiyədək qalmış-
dır. Onun bəstələdiyi bir mahnının sözləri Azərbaycan dilində 
yazılmış “Bizi unutma” rədifli şeiri geniş yayılmışdı. O, Miran-
şahın hakimiyyəti dövründə Səmərqənddən Təbrizə qayıtmış və 
saray musiqiçiləri Həbib Udi, Qütbəddin Nai və  Əbdülmömin 
Quyəndə ilə musiqi fəaliyyətini davam etdirmişdi. Miranşah at-
dan yıxınlığı üçün əsəbləri pozulmuş  və günlərini eyş-işrətdə 
keçirirdi. Bundan qəzəblənən  Əmir Teymur Təbrizə  gələrək 
Miranşahı guya eyş- işrətə məcbur edən həmin məşhur musiqi-
çiləri edam etdirmiş,  Əbdülqədir Marağayi isə canını qurtarıb 
Bağdada  Əhməd Cəlairinin yanına qaçmışdı.  Əmir Teymur 
Bağdadı tutduqdan sonra Əbdülqədirin edam olunmasını  əmr 
etdi. Kəndir boğazında ikən görkəmli musiqişünas və müğənni 
bir Quran ayəsini muğam musiqisi axarında xoş avazla oxuyur. 
Bu Əmir Teymurun xoşuna gəlir, ölüm hökmünü ləğv edir.  
 Azərbaycan musiqisi Qaraqoyunlu və  Ağqoyunlu 
hökmdarlarının dövründə xeyli inkişaf etmişdir. Bu dövrdə mu-
siqi təkcə sarayda deyil, Təbrizin 30 min tamaşaçı tutan “Qurd 
meydanı”nda təşkil edilən müxtəlif məclislərdə  də  səslənirdi. 
Təbrizin musiqi həyatı Avropa səyyahlarının və elçilərinin də 
diqqətini cəlb etmişdi. Avropalı müəllif Barbaronun yazdığına 
görə Təbrizin meydanında uzunluğu bir gəzdən artıq olan cəng
ud, bərbət, ney və sinc çalınırdı. 
Qəzənfər Rəcəbli 
 
 
232
 Orta əsrlərdə Azərbaycanda təsviri incəsənət də inkişaf 
etməkdə idi. Təsviri sənətin  əsas və daha çox tərəqqi etmiş 
növünə kitab tərtibatını  və miniatür sənətini  misal göstərmək 
olar. Marağa, Təbriz və  Şamaxı  şəhərində dini və dünyəvi 
məzmunlu çoxlu əlyazma kitabları hazırlanmışdır. Kitablar 
əlvan miniatür rəsmləri ilə bəzədilirdi. Təsviri incəsənətin məhz 
bu sahəsində Azərbaycan xalqı dünya mədəniyyətində önəmli 
yer tutur. Azərbaycan miniatür sənəti müsəlman  Şərqində 
miniatür rəssamlığının ümumi inkişafı prosesində aparıcı rol 
oynamışdır. XIII əsrdə “Vərqa və Gülşa”, XIV əsrdə “Cami ət-
təvarix” kimi məşhur əlyazmalarına çəkilmiş miniatürlər Azər-
baycanda bədii sənət  ənənələrinin mövcudluğunu, yeni bədii 
məktəbin yarandığını sübut edir. 1330-1340-cı illərdə  Təbriz 
miniatür rəssamlığı məktəbində Firdovsinin “Şahnamə”sinə çə-
kilmiş miniatürlər nəinki Azərbaycan miniatür sənətinin, habelə 
bütün Şərq rəssamlıq sənətinin inkişafında yeni və yüksək mər-
hələni təşkil edir. Həmin miniatürlərin böyük bir hissəsini ustad 
rəssam Şəmsəddin çəkmişdir. Miniatürlərin başqa qismini onun 
şagirdi, XIV əsrin tanınmış rəssamı Əbdül Xoyluya aid edirlər. 
 Bu dövrdə  Təbriz məktəbinin incilərindən biri Nizami 
“Xəmsə”sinin 1481-ci ildə  tərtib edilmiş  əlyazmasıdır.  Əlyaz-
manı saray xəttatı  Əbdürrəhim  əl-Yaqubi tərtib etmişdir. Rəs-
samlardan Şeyxi və Dərviş Məhəmməd bu əlyazmasını 19 mi-
niatürlə zənginləşdirilmişdir. Özlərinin quruluşu və kolorit həl-
linə görə bu rəsmlər XIV əsrin  əvvəllərinin  ən yaxşı mi-
niatürləri hesab edilirlər. Hazırda bu nüsxə İstanbulun Topqapı 
muzeyində saxlanılır.  
 XVI əsrdə də Azərbaycan miniatür rəssamlığı çoxəsirlik 
ənənələrini davam etdirirdi. Tariximizin Səfəvilər dövrünün 
miniatür sənəti  İslamın rəssamlığa mənfi, qadağaedici 
münasibət bəsləməsi haqqında qeyri-obyektiv fikri təkzib edir. 
XVI əsrdə özünün yüksək mərhələsinə çatmış Təbriz miniatür 
məktəbinin meydana gəlməsi və  təkmilləşməsi mənbələri 
müxtəlif olmuşdur. Təbriz miniatür məktəbi monqolların gəlişi 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə