Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə61/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   57   58   59   60   61   62   63   64   ...   134

Azərbaycan Tarixi 
 
 
241 
qəbul olunduğunu bildirdi. 1801-ci ildə  Şərqi Gürcüstan ilə 
birlikdə,  əhalisi azərbaycanlılardan ibarət olan Qazax və 
Şəmsədil sultanlıqları Rusiya təbəəliyinə qəbul edildilər. 1801-
ci ildə Talış, Quba və Bakı xanları Rusiyanın imperatoru I 
Aleksandr tərəfindən qəbul olundular və onlar arasında 
Rusiyaya birləşmə haqqında rəsmi danışıqlar getdi. 1802-ci il 
dekabrın 26-da Şimali Qafqazın Georgiyevski kəndində  Şərqi 
Gürcüstanın və  Şimali Qafqazın Rusiyaya birləşdirilməsi 
haqqında bağlanan müqavilənin imzalanması  mərasimində 
Talış, Quba və Bakı xanlıqlarının nümayəndələri də  iştirak 
etdilər. Georgiyevski müqaviləsini Rusiya imperiyası 
tərəfindən Rusiyanın Qafqaz qoşunlarının baş komandanı ilə 
birlikdə Talış və Quba xanları da imzaladılar. 
1803-1804-cü illərdə Rusiya Azərbaycan torpaqlarını 
işğal etməyə başladı. General Bulqakovun komandanlığı 
altında rus qoşunları Car – Balakən torpaqlarını tutdular. 1803-
cü ilin noyabrında general Sisianovun komandanlığı altında rus 
qoşunları Tiflisdən başlayaraq Gəncə xanlığı üzərinə yeridilər. 
Gəncə hökmdarı Cavad xan Gəncə  şəhərinin mühafizəsini 
təşkil etdi. Lakin 1804-cü il yanvarın 3-də güclü top atəşi ilə 
dağıdıldıqdan sonra Gəncə  şəhəri rus qoşunları  tərəfindən 
tutuldu. Cavad xan döyüşdə qəhrəmancasına həlak oldu. Gəncə 
şəhəri işğal edildikdən sonra adı  dəyişdirilib I Aleksandrın 
arvadı Yelizavetanın  şərəfinə Yelizavetpol edildi. Rusiya 
imperatorunun fərmanı ilə Gəncə xanlığı ləğv edilib Rusiyanın 
əyalətinə çevrildi. Gürcüstanın Rusiyaya birləşdirilməsi və 
Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması  İran və 
Osmanlı dövləti tərəfindən etirazla, İngiltərə  və Fransa 
tərəfindən isə narazılıqla qarşılandı. 
1804-cü ilin mayında  İran rus qoşunlarının Cənubi 
Qafqazdan çıxarılmasını  tələb etdi. İranın notasına Rusiya 
tərəfindən rədd cavabı verildi. 1804-cü il iyunun 10-da Rusiya 
ilə  İran arasında müharibə başladı. Bu Azərbaycanı 
bölüşdürmək uğrunda birinci Rusiya – İran müharibəsi idi. 
Qəzənfər Rəcəbli 
 
 
242
1806-cı ilin sonunda isə Rusiya – Osmanlı müharibəsi başladı. 
1812- ci il iyulun 16-da Osmanlı dövləti ilə Rusiya arasında 
müharibə Buxarest sülh müqaviləsi ilə bitdi. Osmanlı dövləti 
Cənubi Qafqaz torpaqlarının Rusiya tərəfindən zəbt edilməsini 
tanımalı oldu.  
Rus qoşunları  Gəncəni işğal etdikdən sonra şərqə doğru 
irəliləməyə başladılar. 1805-ci il mayın 14-də Qarabağ xanı 
İbrahim xanla general Sisianın arasında “Andlı öhdəlik” adı ilə 
tarixə düşən Kürəkçay müqaviləsi imzalandı. Kürəkçay 
müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçir 
və Qarabağ xanlığı  ərazisində yerləşən rus ordusunu ərzaqla 
təmin etməyi öz öhdəsinə götürürdü. Bir qədər sonra Şəki xanı 
Səlim xan da gəlib Kürəkçay “Andlı öhdəliyini” imzaladı. 
1805-ci il dekabrın 27-də isə  Şamaxı xanı Mustafa xan ilə 
Sisianov arasında Şirvanın Rusiya tabeliyinə keçməsi haqqında 
müqavilə imzalandı. 1806-cı il fevralın 8-də Bakıda 
İçərişəhərin qoşaqala qapıları yanında Bakı xanı Hüseynqulu 
xan general Sisianovu qarşıladı. Bu görüş zamanı Hüseynqulu 
xanın dayısı  oğlu  İbrahim bəy tərəfindən Sisianov öldürüldü. 
Oktyabrın 3-də  Dərbənddən hərəkət edən general Bulqakovun 
qoşunları Bakını zəbt etdilər. Hüseynqulu xan İrana qaçdı. Bakı 
Rusiyaya qatıldı, Bakı xanlığı  ləğv edildi. Az sonra Quba da 
Bulqakov tərəfindən döyüşsüz tutuldu, Quba xanı  Şeyxəli xan 
dağlara qaçdı. Qafqazda rus ordusunun baş komandanı general 
Qudoviçin  əmri ilə  Dərbənd və Quba xanlıqları müvəqqəti 
olaraq Tarkov şamxallığının hakimiyyəti altına verildi, sonra 
isə Rusiyanın  əyalətinə çevrildi. Şəki xanlığı  Cəfərqulu xan 
Xoyskinin hakimiyyəti altına verildi. Cənubi Azərbaycanın 
Xoy xanlığından çoxlu azərbaycanlı, qismən də erməni 
köçürülüb Şəkidə məskunlaşdırıldı. 
1812-ci ilin payızında İran cəbhəsində general Kotlyaro-
viçin komandanlığı altında rus qoşunları hücuma keçdi. 
Oktyabrın 18-də Araz çayı sahilində Aslandüzü adlı yerdə İran 
ordusu məğlubiyyətə  uğradı  və  İran vəliəhdi  şahzadə Abbas 


Azərbaycan Tarixi 
 
 
243 
Mirzənin komandanlığı altında Təbrizə  çəkildi. 1812-ci il 
dekabrın 31-də isə rus qoşunları yaxşı möhkəmləndirilmiş 
Lənkəran qalası üzərinə hücuma keçdilər. Rus komandanlığı, 
Peterburqa Yeni il sovqatı  təqdim etmək naminə, nəyin 
bahasına olursa-olsun şəhəri tutmaq əmri vermişdi. 1813-cü il 
yanvarın 1- də Lənkəran şəhəri rus qoşunları tərəfindən tutuldu. 
Bu qələbə rus qoşunlarına ikiqat itki hesabına başa gəldi. 
Lənkəran  şəhərinin tutulması rus hərbçilərinin törətdikləri 
dəhşətli bir faciə ilə  də tarixə düşdü. Həmin il yanvarın 1-i 
müsəlmanların Aşura günü idi. Səhər sübhdən dindar əhali 
əllərində  ələm (dini bayraq) şəhərin Sütəmordov kəndi adlı 
məhəlləsində  məscidin qarşısında toplaşmışdı. Rus hərbçiləri 
onların  əllərində bayraq hücuma keçməyə hazırlaşdıqlarını 
zənn edib dinc əhalini qılıncla doğrayıb məscidin həyətindəki 
quyuya tökdülər. Dindarların bayrağı da həmin quyuya atıldı. 
(Həmin “ələm” sonralar quyudan çıxarılıb tarixi şahid kimi 
Sütəmordov məscidində saxlanılır). 
Lənkəran qalasının süqutundan sonra İran sülh xahiş 
etməyə  məcbur oldu. 1813-cü il oktyabrın 12-də Qarabağın 
Gülüstan kəndində bağlanmış sülh müqaviləsi ilə birinci Rusiya 
–  İran müharibəsi başa çatdı. Gülüstan müqaviləsinə görə 
Şimali Azərbaycanın Bakı, Qarabağ, Quba, Dərbənd, Gəncə, 
Talış,  Şamaxı  və  Şəki xanlıqları Rusiyaya qatıldı,  İran bu 
xanlıqlara iddiasından imtina etdi və həmçinin Şərqi Gürcüstan 
ilə Dağıstanın Rusiya tabeliyinə keçmələrini tanıdı. Gülüstan 
müqaviləsinə görə yalnız Rusiya Xəzər dənizində  hərbi 
donanma saxlaya bilərdi. Ticarət münasibətlərində 5% 
miqdarında gömrük rüsumu müəyyən edildi. Iranın daxilində 
Rusiya təbəələri üçün gömrük rüsumu ləğv edildi. Gülüstan 
müqaviləsi Rusiya ilə  İran arasında ticarət münasibətlərinin 
inkişafı üçün əlverişli şərait yaradıldı.  
Beləliklə, Gülüstan müqaviləsi ilə Rusiya və  İran 
arasında Azərbaycanı bölüşdürmək uğrunda müharibənin 
birinci mərhələsi başa çatdı. Naxçıvan və  İrəvan xanlıqları 
Qəzənfər Rəcəbli 
 
 
244
istisna olmaqla Şimali Azərbaycan xanlıqları Rusiyaya qatıldı, 
Naxçıvan və İrəvan xanlıqları və Cənubi Azərbaycan xanlıqları 
İranın tabeliyində qaldılar. 
15.2. Azərbaycanın Rusiya və  İran arasında 
bölüşdürülməsinin başa çatması. Türkmənçay müqaviləsi.  
Gülüstan müqaviləsindən sonra da İran hakim dairələri Şimali 
Azərbaycan torpaqlarını  zəbt etmək niyyətlərindən  əl 
çəkməmişdilər.  İngiltərə  də  İranı  qızışdıraraq, Rusiyaya qarşı 
müharibəyə  təhrik edirdi. İngiltərənin Peterburqdakı  səfiri 
İranın Peterburqdakı  səfirinə bildirir ki, onun hökuməti 
Gülüstan müqaviləsini bəyənmir, onu İrana qarşı  ədalətsizlik 
hesab edir. Səfir bildirirdi ki, əgər İran Gülüstan müqaviləsinin 
şərtlərinə yenidən baxılmasını, Talış  və Muğanın  İrana 
qaytarılmasını  tələb etsə  İngiltərə onu dəstəkləyər. Böyük 
Britaniyanın Tehrandakı  səfiri  şahı inandırmağa çalışırdı ki, 
İran Cənubi Qafqazı yenidən  əlinə keçirə bilər. Bunun üçün 
İrana öncə güclü ordu yaratmaq lazımdır. Səfir bildirirdi ki, 
İngiltərə İrana yaxşı təlim görmüş və yaxşı silahlanmış 50 min 
nəfərlik ordu yaratmaqda köməklik göstərməyə hazırdır.  
İranın Rusiya ilə yeni müharibəyə hazırlaşması  işində 
Cənubi Azərbaycanın hakimi, vəliəhd  şahzadə Abbas Mirzə 
mühüm rol oynayırdı. Abbas Mirzə özünü ingilis zabitləri və 
səfirin məsləhətçiləri ilə əhatə etmişdi və onların köməkliyi ilə 
öz ordusunu yenidən qururdu. İranın cəbhəxanaları ingilis 
silahları  və  hərbi sursatları ilə dolu idi. Abbas Mirzə rus 
səfirliyini qorumaq adı ilə Təbrizə 10 min nəfərlik hərbi hissə 
göndərdi. 
XIX  əsrin 20-ci illərinin  əvvəllərində  İranın Rusiyaya 
qarşı  hərbi hazırlığı yeni mərhələyə  qədəm qoydu və çox 
fəallaşdı.  Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun 
gücünü artırır və gələcək müharibədə Osmanlı imperiyasından 
kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İrana kömək 
edirdi. Çünki İngiltərə ehtiyat edirdi ki, Rusiya Şərq məsələsini 
öz xeyrinə  həll edə bilər.  İngilis diplomatiyasının dəstəyi ilə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə