Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə63/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   59   60   61   62   63   64   65   66   ...   134

Azərbaycan Tarixi 
 
 
249 
Köçkünlər Naxçıvan və İrəvan xanlıları ilə bərabər Qara-
bağ xanlığının da ən münbit torpaqlarında məskunlaşdırıldılar. 
Onlar 6 il müddətinə bütün vergilərdən və 3 il müddətinə feodal 
mükəlləfiyyətlərini yerinə yetirməkdən azad edildilər. Erməni-
lərin varlı kəndli təsərrüfatları yaratmaqları üçün onlara maliy-
yə yardımı göstərildi, iş heyvanları  və damazlıq mal-qara 
verildi. Cənubi Qafqazda mövcud olan bütün kənd təsərrüfatı 
texnikası  sərgilərinə göstəriş verildi ki, Avropadan gətirilən 
yeni müasir kənd təsərrüfatı texnikalarını birinci növbədə 
ermənilərə satsınlar. 
Beləliklə, Cənubi Azərbaycan xanlıqlarından  Şimali 
Azərbaycanın Qarabağ, Naxçıvan və  İrəvan xanlıqları torpaq-
larına köçürülən ermənilər qısa müddətdə varlı  təsərrüfatlar 
yaratmaq imkanı  əldə etdilər. Bununla da çar hökuməti er-
mənilərin simasında Azərbaycanda özünə xristian əhalinin 
sosial dayağını yaratdı. 
15.4.  İstiladan sonra Şimali Azərbaycanın inzibati - 
ərazi  və idarə sistemi. Çarizmin müstəmləkəçilik siyasətinə 
qarşı xalq üsyanları.  İstiladan sonra Şimali Azərbaycanın 
inzibati-ərazi bölgüsündə  və idarə sistemində  əsaslı 
dəyişikliklər baş verdi. 1804-cü ildə Gəncə xanlığı, 1806-cı ildə 
Bakı, Quba və  Dərbənd xanlıqları, 1819-cu ildə  Şəki xanlığı, 
1820-ci ildə  Şamaxı xanlığı, 1822-ci ildə Qarabağ xanlığı, 
1826-cı ildə Talış xanlığı, 1828-ci ildə Naxçıvan və  İrəvan 
xanlıqları ləğv edilib Rusiyanın əyalətlərinə çevrildilər.  
Şimali Azərbaycan 7 əyalətə (Bakı, Quba, Dərbənd, 
Qarabağ, Lənkəran, Şəki və Şirvan), 2 dairəyə (Yelizavetpol və 
Car – Balakən) və 2 distansiyaya (Qazax və Şəmşədil) bölündü. 
Şimali Azərbaycanda hərbi idarə sistemi tətbiq edildi. Şəki, 
Şirvan, Qarabağ  və  Lənkəran  əyalətləri, iqamətgahı  Şuşada 
yerləşən hərbi-dairə komendantı tərəfindən idarə edilirdi. Bakı, 
Quba və  Dərbənd  əyalətləri, iqamətgahı  Dərbənddə yerləşən 
hərbi-dairə komendantı  tərəfindən idarə edilirdi. Hər bir 
əyalətin özünün də komendantı var idi. Komendantlar rus 
Qəzənfər Rəcəbli 
 
 
250
ordusunun zabitləri arasından təyin edilirdilər. Belə inzibati-
ərazi idarə sistemi komendant idarə-üsulu adlanırdı. 
1840-cı il aprelin 10-da çar hökuməti Cənubi Qafqaz üzrə 
inzibati- ərazi bölgüsü haqqında fərman verdi. Həmin fərmana 
əsasən  Şimali Azərbaycanın Yelizavetpol, Balakən və 
Naxçıvan qəzaları 1841-ci il yanvarın 1-dən Gürcüstan – 
İmeretiya quberniyasının tərkibinə daxil edilirdi. Həmin ilin 
aprelin 20-dən isə Qazax, Şəmşədil və Borçalı  qəzaları da 
Gürcüstan – İmeritiya quberniyasının tərkibinə daxil edildi. 
Şimali Azərbaycanın qalan ərazisində  mərkəzi  Şamaxı  şəhəri 
olmaqla Kaspi vilayəti yaradıldı. Kaspi vilayəti  Şimali 
Azərbaycanın Şamaxı, Lənkəran, Şuşa, Bakı, Quba və Dərbənd 
qəzalarını əhatə edirdi. 
1844-cü ildə çar hökuməti Qafqazda öz mövqeyini 
möhkəmlətmək üçün Qafqaz canişinliyi yaratdı. Qafqazın ilk 
canişini knyaz M.Voronsov oldu. 1846-cı ildə Tiflis, Kutaisi, 
Şamaxı  və  Dərbənd quberniyaniyaları yaradıldı. 1850-ci ildə 
isə  İrəvan quberniyası yaradıldı. Yelizavetpol qəzası Tiflis 
quberniyasının, Şamaxı, Nuxa, Şuşa, Lənkəran və Bakı qəzaları 
Şamaxı quberniyasının, Quba və  Dərbənd qəzaları  Dərbənd 
quberniyasının, Naxçıvan və  İrəvan qəzaları isə  İrəvan 
quberniyasının tərkibinə daxil edildilər. Car – Balakən 
torpaqlarında və  İlisu sultanlığında xüsusi Zaqatala dairəsi 
yaradıldı.  
Azərbaycan Rusiya və İran arasında iki yerə bölündükdən 
sonra  Şimali Azərbaycan xalqı  həm müstəmləkə  əsarətindən, 
həm də feodalların istismarı  və öz başından  əziyyət çəkirdi. 
XIX  əsrin 30-cu illərində  Şimali Azərbaycanda çarizmin 
müstəmləkə əsarətinə və feodal zülmünə qarşı xalq kütlələrinin 
çıxışları genişlənib ölkənin bütün ərazisini bürümüşdü. Bu 
dövrdə  Şimali Azərbaycanda baş verən xalq çıxışlarından  ən 
böyükləri Zaqatala, Talış və Qubada olan üsyanlar olmuşdur.  
Car – Balakən camaatlığını  işğal etmiş çar hökuməti 
1830-cu ilin fevralında camaatlığı ləğv edib Zaqatala dairəsinə 


Azərbaycan Tarixi 
 
 
251 
çevirdi. O, komendant idarə üsulu ilə nəzərdə tutulmuş, xüsusi 
qaydalarla idarə olunmalı idi. Camatlığın rus qoşunları 
tərəfindən tutulması  və yeni hərbi idarə sisteminin tətbiqi 
carlıların narazılığına səbəb olmuşdu. Onlara Dağıstan 
dağlılarının çarizmə qarşı apardığı mübarizə  də öz təsirini 
göstərmişdi. Carlılar dağlıların rəhbərlərindən biri olan Həmzət 
bəylə  əlaqə yaratdılar. 1830-cu il sentyabrın 12-də  Həmzət 
bəyin dəstələri dağlardan enərək Zaqatala dairəsinə  gəldilər. 
Car  əhalisi üsyan qaldırıb dağlılarla birləşdi. Oktyabrın 15-də 
rus qoşunları ilə üsyançılar arasında baş verən döyüşdə 
üsyançılar qələbə çaldılar. Lakin rus qoşunlarının komandanlığı 
dağlıların başçılarından biri ilə, sonra isə Həmzət bəyin özü ilə 
danışığa girə bildi. Həmzət bəy öz dağlılarını Zaqatala 
dairəsindən çıxarıb apardı. Nəticədə noyabrın 14-də rus 
qoşunları Carı ələ keçirtdilər və üsyan yatırıldı. 
Talışda komendant İlınski tərəfindən Talış xanı Mirhəsən 
xan təqib edilirdi. O xana məxsus olan torpaqlarının 2/3 
hissəsini  əlindən almışdı. Ona görə  də 1826-cı ildə Mirhəsən 
xan İrana qaçmışdı. Talış bəylərinin çoxlu tələbindən sonra çar 
hökuməti tərəfindən  İlinski məhkəməyə verilsə  də Talış 
zadəganlarının narazılığı artmaqda davam edirdi. Rus hərbi 
hakimiyyəti nümayəndələri tərəfindən hüquqları tapdanmış 
talış bəyləri və ruhanilər Mirhəsən xanla əlaqə yaradaraq onun 
geri qayıtmasını xahiş etdilər. 1831-ci il martın 5-də Mirhəsən 
xan 20 nəfər süvari ilə geri qayıdaraq Lənkəran şəhərindən 10 
km aralıda düşərgə saldı. Lənkəran, Alar və Dırıq mahallarının 
əhalisindən ibarət olan dəstələr xana qoşuldular. Martın 12-də 
Mirhəsən xanın atlı  dəstələri Lənkərandakı rus qarnizonunun 
Şirvan və Qarabağda yerləşən hərbi hissələr ilə quru yolla olan 
əlaqəsini kəsdilər. Lakin aprelin əvvəllərində üsyan yatırıldı. 
Mirhəsən xan hakimiyyətə qayıtmaq təşəbbüsünün 
mümkünsüzlüyünü başa düşərək 1831-ci il mayın  əvvəlində 
yenidən İrana qaçdı. 
Qəzənfər Rəcəbli 
 
 
252
Qubada komendant Qimbutun özbaşınalığı  kəndlilərin 
səbr kasasını doldurmuşdu. Belə şəraitdə 1837-ci ilin əvvəlində 
Varşavada yerləşən hərbi-müsəlman alayında xidmət üçün 
süvarilərin çağırışı elan edildi. Bu kəndlilərin çıxışına səbəb 
oldu. Onların hiddəti orduda xidmət etməyə qarşı deyildi, onlar 
süvarilərin çağırışının növbəti qarət mənbəyinə çevrilməsinə 
qarşı çıxış edirdilər. Yerli məmurların özbaşınalığı nəticəsində 
Qubada hər bir atlının paltar və ləvazimatının qiyməti 350 rubla 
qaldırılmışdı, halbuki başqa əyalətlərdə bu 130-150 rubla başa 
gəlirdi. Üsyan 1837-ci ilin aprelində başladı. Bərmək 
mahalında onlara Buduq kəndinin yüzbaşısı Hacı  Məmməd 
Yaroğlu adlı bir kəndli başçılıq edirdi. Avqust ayında üsyan 
yeni vüsət aldı. Sentyabr ayında üsyançıların sayı 12 minə çatdı 
və üsyan Bərmək mahalının hüdudlarını aşdı. Üsyançılar Hacı 
Məmmədi xan seçdilər. Üsyan 1838-ci ilin əvvəlində yatırıldı.  
Quba üsyanı ilə eyni vaxtda Şimali Azərbaycanın digər 
bölgələrində    də  kəndli çıxışları baş verirdi. Məsələn: 1837-ci 
ilin mayında Naxçıvanda, 1838-ci ildə  Şəkidə  kəndli çıxışları 
olmuşdu.     
           
Ədəbiyyat: 
1. Azərbaycan tarixi. 7 cilddə, 4-cü cild, Bakı, 2000, s.14-53.  
2. Azərbaycan tarixi. Dərslik, s. 569-579.  
3. Azərbaycan tarixinə dair qaynaqlar. Bakı, 1989, s. 271-
286.  
4. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi 
iqtisadi və mədəni nəticələri. Bakı, 1956.  
5.  С.Глинка.  Описание  переселения  армян  Азербай-
джанских  в  пределы  России.  Москва, 1831 (Баку, 
1990). 
 
 
 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə