Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə60/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   56   57   58   59   60   61   62   63   ...   134

Azərbaycan Tarixi 
 
 
237 
dəyirmanlar, rəssamlıq və  xəttatlıq emalatxanaları, xiyabanlar 
və bağlar da vardı. 
 Böyük karvan yollarının qovşağında yeni şəhərin – 
Sultaniyyənin 
əsasının qoyulması dövrün əlamətdar 
hadisələrindən biri olmuşdur. Sultaniyyənin inşasına XIII əsrin 
80-ci illərində Arqun xanın dövründə başlamış və tikinti işləri 
1305-ci ildə Ulcayqu xanın dövründə başa çatdırılmışdı. XIII-
XIV  əsrlərdə  Təbriz və Sultaniyyənin memarlıq simasına dair 
yeganə  təsviri sənət XVI əsrin 30-cu illərində Sultan 
Süleymanın qoşunları tərkibində bu şəhərlərdə olmuş Mətrakçi 
Nasuhun rəsmidir. 
  Dövrün  aparıcı memarlıq abidələri arasında məqbərələr 
geniş yer tuturlar. Naxçıvanın Qarabağlar kəndində XIV əsrin 
30-cu illərində memar Əhməd Naxçıvani tərəfindən inşa 
edilmiş məqbərə xüsusilə diqqəti cəlb edir. 
 Müdafiə qurğularının bir qismini XIII-XIV əsrlərdə 
Abşeronda tikilmiş feodal qəsrləri təşkil edir. Adətən, bu 
qəsrlər qala divarları ilə  əhatə olunmuş saray kompleksi və 
onların mərkəzində ucaldılmış qüllədən ibarət olurdu. Belə 
abidələrə 1232-ci ildə memar Əbdülməcid ibn Məsud 
tərəfindən inşa edilmiş Mərdəkandakı dördguşəli qülləyə malik 
qəsri, 1301-ci ildə memar Mahmud ibn Sədi tərəfindən 
Nardaranda inşa edilmiş  qəsri, Ramana qəsrini və  Şaqandakı 
qəsri misal göstərmək olar.  
 XIII-XIV əsrlərdə bir sıra mülki obyektlər (karvansara, 
hamam, su təchizatı  şəbəkələri və b.) də inşa edilmişdi. Belə 
tikililərin  ən yaxşı nümunələrindən biri 1388-ci ildə 
Nardaranda memar Güştəsif ibn Musa tərəfindən inşa edilmiş 
hamamdır.  
 Beləliklə, qeyd edilənlərdən məlum olur ki, monqol 
yürüşləri nəticəsində müvəqqəti tənəzzülə uğramış Azərbaycan 
mədəniyyəti, o cümlədən memarlığı XIII əsrin ikinci yarısından 
başlayaraq yeni yüksəliş  mərhələsinə  qədəm qoymuşdur. 
Mədəniyyət və incəsənət xadimləri keçmiş dövrlərdən  əldə 
Qəzənfər Rəcəbli 
 
 
238
edilmiş bilik və  vərdişləri bərpa etmiş, Azərbaycan 
mədəniyyətinə mütərəqqi yeniliklər gətirmişlər. 
Azərbaycan memarlıq sənəti XVI-XVII əsrlərdə  də 
inkişaf etmişdir. Səfəvilər dövləti dövründə körpü, karvansara, 
hamam, kəhriz, quyu, ovdan, buzxana və s. tikililər geniş 
miqdarda aparılmışdı. Bu dövrün Azərbaycan memarlığında 
Şirvan-Bakı  məktəbi aparıcı rol oynamışdır. Bu memarlıq 
məktəbinin mühüm abidələri Bakı,  Şamaxı  və  Dərbənddə 
cəmləşmişdi. Yaxın və Orta Şərqin nadir memarlıq incilərindən 
olan Bakıdakı Şirvanşahlar saray kompleksi bu məktəbin tipik 
nümunəsidir. Bu kompleks saray, divanxana, Şirvanşahlar 
türbəsi (1435), ovdan (1436), hamam (1438), şah məscidi 
(1441), Keyqubad məscidi və Seyid Yəhya Bakuvinin 
türbəsindən ibarətdir. Səfəvilər dövlətinin möhkəmlənməsi və 
inkişafının nəticəsi olaraq, XVI əsrin ortalarından Azərbaycan 
memarlığının aparıcı  mərkəzi Cənubi Azərbaycan  şəhərlərinə 
keçdi. Təbriz  şəhəri Səfəvilər dövlətinin paytaxtı kimi 
Azərbaycan bədii memarlıq sənətinin mərkəzi oldu. Səfəvilər 
sülaləsinin vətəni olan Ərdəbil  şəhərinin yüksəlişi nəticəsində 
memorial memarlıq sənəti memarlığın diqqəti cəlb edən 
formalarından birinə çevrildi. Bu dövrün memarlıq abidələri 
arasında 1606-cı ildə  Gəncədə inşa edilmiş  məscid, Ordubad 
şəhərindəki məscid və mədrəsə binası da diqqəti cəlb edirlər. 
XVIII əsrdə şəhərsalma sahəsində böyük işlər görülmüş-
dü.  Şəhərsalmada xanlıqların paytaxtlarının öz xüsusiyyəti ol-
muşdur. Bu xüsusiyyət paytaxt kimi Azərbaycanın qədim tarixi 
şəhərlərinin seçilməsidir.  Şamaxı 1734-cü ildə Nadir şah tərə-
findən dağıdılmasına baxmayaraq yenidən bərpa edilmişdi. Şə-
ki 1772-ci ildə baş vermiş seldən sonra yeni ərazidə, müasir 
şəhərin  ərazisində salınmışdır. Bu dövrdə bir sıra xanlıqların 
yeni mərkəzləri də yaradılmışdı. Bununla əlaqədar  şəhərsalma 
işində mühüm tədbirlərin aparılması müşahidə edilir. Şəhərsal-
manın bu qrupuna Qarabağ xanlığının paytaxtı  Şuşa  şəhəri, 
Quba xanlığının paytaxtı Quba şəhəri və Talış xanlığının 


Azərbaycan Tarixi 
 
 
239 
paytaxtı Lənkəran şəhəri aiddir. O dövrün şəhərsalma işi üçün 
ən çox səciyyəvi olan obyektlər Şuşa və Şəki şəhərləridir. Şuşa 
salınarkən ilk növbədə  təbii  şəraitdən məharətlə istifadə 
edilmiş,  ərazinin  əlçatmaz, alınmaz olması  nəzərə alınmışdır. 
Şəhər salınan  əraziyə yalnız  şimaldan yaxınlaşmaq mümkün 
olduğundan burada qala divarları tikilmişdir. Ona görə də Şuşa 
olduqca möhkəmləndirilmiş şəhər idi. 
Azərbaycan Rusiya və İran arasında bölüşdürülməsindən 
sonra rus hökuməti tərəfindən Qafqazdakı bütün Azərbaycan 
xanlıqlarının paytaxtlarında olan xan sarayları dağıdıldığından 
bizə gəlib çatmamış, yalnız Şəkidə xanın mərasimlər keçirdiyi 
bina qalmışdır ki, o da “Xan sarayı” adı ilə xalqımızın nadir 
memarlıq abidəsi kimi qorunur.  
Bu dövrdə dini binalar da inşa edilib: İrəvanda – “Göy 
məscid”, Şuşada – “Gövhər ağa məscidi”, Şəkidə – “Gilək məs-
cidi”, Ordubadda “Dilbər”, “Yuxarı anbar”, “Sərşahyar” məs-
cidləri.  Şamaxı, Quba, Şuşa və Qazaxda piramida şəkilli, sək-
kizguşəli günbəzli memorial tikililər – türbələr inşa edilmişdir. 
 
 
               Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild, s. 440-501, 
 3-cü cild, s. 123-181, 295-346, 460-488.  
2. Azərbaycan incəsənəti. Bakı, 1992.  
3. Ə.Səfərli və X.Yusifov. Qədim və  
orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982. 
  
Qəzənfər Rəcəbli 
 
 
240
 
 
 
XV  FßSÈL 
 
AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA 
BÖLÜŞDÜRÜLMƏSİ 
 
15.1. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının 
başlanması. Gülüstan müqaviləsi.  XVIII  əsrin sonu – XIX 
əsrin  əvvəllərində Azərbaycanın daxili və beynəlxalq durumu 
çox mürəkkəb idi. Azərbaycanın kiçik feodal dövlətləri olan 
xanlıqlar arasındakı  çəkişmələr və ardı-arası  kəsilməyən 
müharibələr, feodalların özbaşınalıqları  və iqtisadi tənəzzül 
ölkə  əhalisinin vəziyyətini ağırlaşdırırdı. Rusiyanın Cənubi 
Qafqazı  işğal etmək niyyəti və  İran işğalçılarının viranəedici 
yürüşləri ölkənin vəziyyətini daha da ağırlaşdırırdı. Osmanlı 
dövlətinin və Qərbi Avropa dövlətlərinin, xüsusilə İngiltərə və 
Fransanın da  Qafqaz ölkələri barədə işğalçılıq planları var idi. 
Belə bir mürəkkəb  şəraitdə Azərbaycan xanları qüvvətli 
qonşuların hansınınsa himayəsinə ehtiyac hiss edirdilər. 
Xanların qarşısında Rusiya, yaxud Osmanlı dövlətinin himayəsi 
arasında seçim dururdu. Xanların bir çoxu, o cümlədən 
Qarabağ, Quba, Talış  və Bakı xanları Rusiya himayəsinə 
üstünlük verirdilər. Şəki, Naxçıvan, İrəvan və Gəncə xanları isə 
Osmanlı dövlətinin himayəsini qiymətləndirirdilər. Osmanlı 
dövlətinin dəstəyini almaq üçün əməli addımlar da atılmışdı. 
Osmanlı dövləti Azərbaycan xanlarını  dəstəkləməyi vəd etsə 
də, bu istiqamətdə heç bir əməli addım atmır, gözləmə mövqeyi 
tuturdu. Rusiya isə, Avropadakı inqilabı hadisələrlə  məşğul 
olmaqdan başı ayıldıqdan sonra, Qafqazı  işğal etmə planını 
gerçəkləşdirməyə başladı. 1800-cü ildə rus hökuməti Talış 
xanının məktubuna cavab verərək xanlığın Rusiya himayəsinə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə