Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə59/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   55   56   57   58   59   60   61   62   ...   134

Azərbaycan Tarixi 
 
 
233 
ilə uyğur rəssamlığının, Bağdad məktəbi vasitəsilə əxz olunmuş 
ərəb boyakarlığı ənənələrinin və yerli təsviri sənət dəyərlərinin 
sintezi kimi təşəkkül tapmışdı. Təbriz rəssamlıq məktəbinin 
böyük uğurlar qazanmasında Kəmaləddin Behzad (1450-1536) 
mühüm rol oynamışdır. 
XVI  əsrdə  Təbriz məktəbinin təsiri ilə kitab sənəti və 
miniatür rəssamlığı Şirvanda da inkişaf etmişdi. Sədi Şirazinin 
“Bustan”  əsərinin 1539-cu ildə  tərtib edilmiş  əlyazmasındakı 
miniatürlər Müzəffərəli Şirvani və Əbdüllətif Şirani tərəfindən 
çəkilmişlər. (Həmin nüsxə  İstanbulda Topqayı muzeyində 
saxlanılır). 
 XVII əsrdə Azərbaycan rəssamlıq sənətində durğunluq 
dövrü başlanır və XVIII əsrdə miniatür sənəti tamamilə 
tənəzzülə  uğrayır. (Azərbaycanda miniatür rəssamlığı yalnız 
XIX əsrin II yarısından sonra dirçəlməyə başlamışdır). 
 XVI-XVII əsrlər Azərbaycan sənətkarlığı tarixdə zəngin 
dövrlərdən biri sayılır. Bu dövrdə Azərbaycan  şəhər və 
kəndlərində xeyli zərgər, misgər, toxucu və duluscu çalışırdı. 
Onların hazırladıqları  sənət nümunələrinin  şöhrəti ölkənin 
hüdudlarını aşmışdı. Bu dövrdə Azərbaycanda əsl mənada bədii 
parça istehsalı  sənayesi yaradılmışdı. Azərbaycanda istehsal 
edilən bədii parça nümunələri Venetsiya, Geniya, Fransa, 
Hollandiya, İngiltərə və Rusiyada böyük şöhrət tapmışdı. 
 XVI-XVII əsrlərdə Azərbaycanda xalçaçılıq sənəti də 
yüksək inkişaf mərhələsinə çatmışdı. Bu dövrün xalçalarında 
nəbati naxışlara daha çox üstünlük verilirdi. Bu dövrün naxışlı 
xalçaları arasında 1530-cu ildə  Ərdəbildə  Şeyx Səfi məscidi 
üçün toxunmuş  və hazırda Nyu-Yorkun “Metropoliten” 
muzeyində saxlanılan xalını  və 1539-cu ildə  Təbrizdə yenə 
həmin məscid üçün toxunmuş və hazırda Londonun “Viktoriya 
və Albert” muzeyində saxlanılan xalını xüsusi olaraq qeyd 
etmək lazımdır. “Şeyx Səfi” adı ilə  məşhur olan və 1893-cü 
ildə ingilislər tərəfindən alınıb Londona aparılan qeyd 
etdiyimiz həmin Təbriz xalçasının eni 5,34 metr, uzunluğu 
Qəzənfər Rəcəbli 
 
 
234
10,51 metrdir. Həmin xalı dünya muzeylərində saxlanılan nadir 
incəsənət nümunələrindən sayılır. Bu dövrün Şirvan, Qarabağ, 
Gəncə  və Qazax xalçaları naxışlarının məzmunu etibarı ilə 
Təbriz və  Ərdəbil xalçalarına oxşasalar da, üslub 
xüsusiyyətlərinə görə onlardan fərqlənirlər. Mütəxəssislər 
Təbriz və  Ərdəbil xalılarının rəsm və naxışlarının digər 
mərkəzlərdə toxunan xalılara nisbətən daha çox real bəzək 
ünsürlərinə malik olduqlarını qeyd edirlər. 
 XVI-XVII əsrlərdə metaldan məişət avadanlığı, bəzək 
şeyləri və silah hazırlamaq işi Təbriz,  Ərdəbil, Naxçıvan, 
Gəncə,  Şamaxı  və Bakı  şəhərlərində xüsusilə inkişaf etmişdi. 
Metal məmulatı üzərində Nizaminin əsərlərindən alınmış 
surətlərin həkk olunması XVI əsrdə geniş yayılmışdı.  
 Daşişləmə sənətinin XVI-XVII əsrlərə aid nümunələrinə 
məzarüstü daşlarda rast gəlmək olar. Məzar daşları müxtəlif 
forma və bəzəklərdə tərtib edilir. XVI-XVII əsrlərə aid ən zərif 
və orijinal üslubda oyma yolu ilə hazırlanmış  məzar daşlarına 
Abşeron,  Şamaxı, Bərdə, Laçın, Naxçıvan, Gəncə, Lerik və 
Qəbələ ərazilərində rast gəlmək mümkündür. 
 Azərbaycanda XVI-XVII əsrlərə aid daş qoç fiqurları 
xüsusilə geniş yayılmışdı. Bu da Azərbaycanda qoyunçuluq 
təsərrüfatının inkişaf etməsilə, qədim dövrdən fərqli olaraq orta 
əsrlərdə Azərbaycan xalqının qoyun ətinə qida məhsulu kimi 
daha çox üstünlük verməsilə  əlaqədardır. Daş üzərində oyma 
bəzəklər və  şəbəkə  bəzəyi vurma sənəti də inkişaf etmişdi. 
XVI-XVII  əsrlərdən bizə  şəbəkəçilik sənətinin iki gözəl 
nümunəsi gəlib çatmışdır. Onlardan biri Gəncədə Cümə 
məscidinin minarəsi, o biri isə Qusar rayonunda Həzrə 
kəndindəki Şeyx Cüneyd türbəsinin qəbirüstü daşıdır. 
XVIII  əsr təsviri incəsənətinin geniş yayılmış  və inkişaf 
etmiş sahəsi divarüstü boyakarlıq olmuşdur. XVIII əsr 
divarüstü boyakarlıq sənətinin  ən gözəl nümunələri memarlıq 
abidələrində zəmanəmizə qədər gəlib çatmışdır. 


Azərbaycan Tarixi 
 
 
235 
XVIII əsrdə Azərbaycanda divar naxışlarının ən tipik və 
gözəl nümunələri “Şəki xan sarayı”nda, Şəkixanovların evində, 
Lahıc,  Şuşa, Ordubad və digər  şəhərlərdəki yaşayış evlərinin, 
ictimai tikililərin interyerlərində qorunub saxlanmışdır. 
Azərbaycan divar naxışlarında fantastik və real heyvan, quş, 
eləcə  də nağıl qəhramanlarının təsvirləri ilə yanaşı, portret 
xarakterli və süjetli tematik kompozisiyalar da vardır. Portret 
təsvirlərinin və insan fiqurları olan süjetli əsərlərinin  ən yaxşı 
nümunələri  Şəkixanovun evinin və  “Şəki xan sarayı”nın 
memarlıq dekorunda qorunub saxlanmışdı. Portret xarakterli 
naxış Ordubad rayonu Vənənd kəndindəki bir yaşayış binasında 
da qorunub saxlanmışdır. 
XVIII  əsrdən bu günədək xeyli miqdarda dekorativ 
tətbiqi incəsənət nümunələri, o cümlədən, daş və ağac üzərində 
bədii oyma, metal üzərində döymə  məmulatı, saxsı qablar, 
xalçalar, parçalar və naxışlı tikmələr qorunub saxlanmışdır. 
Müxtəlif dekorativ incəsənət növləri arasında aparıcı yer 
xalçaçılığa məxsusdur. XVIII əsrdə Quba, Bakı,  Şamaxı, 
Qarabağ, Gəncə, Qazax, Təbriz və Ərdəbil xalçaları məşhur idi. 
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də 
bədii tikmədir. Azərbaycan Milli Tarix Muzeyində saxlanılan 
həmin dövr bədii tikmə nümunələri onların yüksək səviyyəyə 
və müxtəlif icra texnologiyasına malik olduğunu göstərir. 
Təkəlduz və güləbətin kimi ənənəvi üslubla yanaşı, XVIII 
əsrdə  məişət  əşyalarına, paltarlara bəzək vurulduqda müxtəlif 
metallardan – gümüş, bürünc və s. hazırlanmış dairə (pilə), və 
romblardan geniş istifadə olunurdu. Bu tikmələrdən daha çox 
Gəncə,  Şuşa,  Şəki, Qazax və Naxçıvanda istifadə olunurdu. 
Taxça üçün pərdələrdən və xonça örtüklərindən tutmuş at 
çulunadək ən müxtəlif əşyalar pilələrlə bəzədilirdi. Azərbaycan 
Dövlət  İncəsənət Muzeyində saxlanılan Qarabağ xanının 
təkəlduzla tikilmiş papağı, Naxçıvanda güləbətinlə  işlənmiş 
qadın arxalığı,  Şuşada hazırlanmış muncuqlu bürüncək XVIII 
əsr tikmələrinin ən gözəl nümunələridirlər.  
Qəzənfər Rəcəbli 
 
 
236
XI-XII əsrlərdə Azərbaycanda şəhərlərin inkişafı ilə bağlı 
olaraq memarlıq yüksək zirvəyə qalxmışdı. Bu dövrdə 
Azərbaycan şəhərlərində gözəl saraylar, qəsrlər, karvansaralar, 
məqbərələr, türbələr, körpülər və s. memarlıq nümunələri 
yaradılmışdı. Bu dövrdə  Təbriz, Marağa, Gəncə,  Şamaxı, 
Naxçıvan, Bakı  və b. şəhərlərdə tikilmiş qala divarları orta 
əsrlər memarlıq məktəblərinin xüsusiyyətlərini  əks etdirməklə 
bərabər hər bir şəhərin ümumi memarlıq görkəminə 
uyğunlaşdırılırdı. 
Azərbaycanın XI-XII əsrlər memarlıq nümunələrindən 
Bakının "Qız qalası", Marağanın "Qırmızı kümbəz türbəsi" və 
Naxçıvanın "Möminə xatun məqbərəsi" (Memar Əcəmi 
Əbubəkr oğlu tərəfindən 1186-cı ildə tikilmişdir) dünya  
şöhrətli memarlıq inciləri hesab edilirlər. 
XIII  əsrin ikinci yarısında Azərbaycan torpaqlarının 
Elxanilər dövlətinin  əsas mərkəzi olması  nəticəsində nisbi 
sabitliyin qərarlaşması ölkədə memarlığın inkişafı üçün də 
şərait yaratdı. Hələ Hülaku xanın dövründə Nəsirəddin Tusinin 
başçılığı ilə Marağada rəsədxana inşa edildi. Rəsədxana elmi 
mərkəz olmaqla yanaşı, həm də gözəl memarlıq kompleksi 
kimi məşhurlaşmışdı. 
 1297-ci ildə  Şənb adlı yerdə  Təbrizin yeni mərkəzinin 
əsası qoyuldu. “Şənbi-Qazan”, yaxud “Qazaniyyə” adı ilə 
tanınmış bu kompleksdə Qazan xanın məqbərəsi mərkəzi yer 
tuturdu. Azərbaycanın qülləvari abidələri tipinə aid edilən bu 
məqbərə kaşılarla bəzədilmişdi. Memar Tacəddin  Əlişah 
tərəfindən inşa edilmiş bu məqbərə qaynaqların verdiyi 
məlumata görə XVI əsrə  qədər mövcud olmuşdur. O dövrdə 
Təbrizdə yaradılmış iri memarlıq kompleksi olan “Rəbi-
Rəşidi”, yaxud “Rəşidiyə” adlandırılan  şəhərcik olmuşdur. Bu 
şəhərcik Qazan xanın vəziri Rəşidəddininin rəhbərliyi ilə 
salındığına görə belə adlanırdı. Rəşidiyyədə darülfünundan 
əlavə 24 iri karvansara, 1500 dükan, 30 min ev, hamamlar, 
kağız istehsal edən karxana, boyaqçı emalatxanası, sikkəxana, 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə