Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə55/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   51   52   53   54   55   56   57   58   ...   134

Azərbaycan Tarixi 
 
 
217 
müəssisəsi sayılırdı. Həmin təhsil müəssisəsində yeddi min 
tələbə  təhsil alırdı. Rəbi-Rəşididə darülfünunun yerləşdiyi yer 
“Tələbə  məhəlləsi” adlanırdı. Darülfünunda təbiətşünaslıq, 
fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri vardı. 
Çindən, Hindistandan, Misirdən və Suriyadan Darülfünuna cəlb 
edilmiş 50 görkəmli alim tədris işi ilə  məşğul olur və eyni 
zamanda xəstələri müalicə edirdilər. Təbabəti tədris edən hər 
bir müəllimin 12 tələbəsi olurdu. Təbabət  şöbəsində  təhsil 
müddəti 5 il idi. Təhsilini bitirmiş  tələbələrdən bir il ərzində 
Rəbi – Rəşididə  xəstələri müalicə etmək tələb olunurdu. Bu 
müddət  ərzində  tələbənin aldığı ixtisasın keyfiyyəti hərtərəfli 
yoxlanılır, xəstələri müalicə etmək qabiliyyəti müəy-
yənləşdirildikdən sonra həkim işləmək üçün ona icazənamə 
verilirdi.  
XVI-XVII  əsrlərdə maarif və  məktəb işləri ilə ruhanilər 
məşğul olurdular. Uşaqların təhsili ilə  məscidlərin nəzdində 
olan mədrəsələr və şəxsi evlərdə təşkil edilmiş məktəblər məş-
ğul olurdular. İlkin mərhələdə dərslər ana dilində, yuxarı sinif-
lərdə isə fars və  ərəb dillərində keçilirdi. (Çünki Azərbaycan 
dilində hələ dərs vəsaiti yox idi). 
Məktəblərdə  şagirdlər  əvvəlcə  əlifbanı öyrənir, sonra isə 
“Quran”ı  əzbərləyirdilər. Sonra kiçik kitabçalar, o cümlədən 
Übeyd Zakaninin “Siçan və pişik”, Fəridəddin  Əttarın “Nə-
sihətnamə”, Sədinin “Gülüstan”, Hafizin “Divan” əsərlərindən 
parçalar öyrənirdilər. Mədrəsələrdə ilahiyyat dərslərinin  əsas 
yer tutmasına baxmayaraq, təbiət və ictimai elmlərin tədrisinə 
də geniş yer verilirdi. Şamaxı  mədrəsəsini müşahidə etmiş 
Adam Oleari ölkədə astronomiyanın, riyaziyyatının və fəlsəfə-
nin tədrisinin Avropa tədrisinə uyğun gəldiyini xəbər verirdi. 
XVIII əsrdə Azərbaycanda məktəblər məscidlərin bir gu-
şəsində, xüsusi dükanlarda və  şəxsi evlərdə yerləşirdi və bir 
qayda olaraq onları yaradan müəllimlərin adları ilə adlanırdılar. 
Məsələn,  Şuşa  şəhərində Molla Pənah Vaqif məktəbi,  Şıxlı 
kəndində Molla Vəli Vidadi məktəbi, Qıraq Salahlı  kəndində 
Qəzənfər Rəcəbli 
 
 
218
Molla Cəbrayıl məktəbi və s. Uşaqlar, bir qayda olaraq altı 
yaşından məktəbə gedirdilər. Məktəblər 
şagirdlərin 
valideynlərinin verdikləri “həftəlik” maddi yardım hesabına 
fəaliyyət göstərirdilər. Məktəblərdə, adətən, bir müəllim – 
molla dərs deyirdi. Şagirdlər ərəb əlifbasını öyrəndikdən sonra 
“Quran”ı oxumağa başlayırdılar. Dərs vəsaitləri məhdud idi. 
Şagirdlər “Quran”dan əlavə, əsasən Sədinin “Gülüstan” əsərini 
oxuyur və  əzbərləyirdilər. Məktəblər ibtidai təhsil verirdi. 
Təhsilin yuxarı pilləsini isə mədrəsələr təşkil edirdi. Mədrəsələr 
böyük məscidlərin nəzdində yerləşirdi. Mədrəsədə nisbətən 
geniş bir dərs otağı  və  tələbələrin yaşadıqları kiçik otaqlar – 
hücrələr olurdu. Mədrəsədə  dərs deyən müəllim “müdərris”, 
təhsil alan şəxs isə “tələbə” adlanırdı. Tələbə  mədrəsədə  ərəb 
və fars dilləri və “Quran”ı öyrənməklə yanaşı islam fəlsəfəsini 
və islam qanunlarını (“fiqh”i) də öyrənirdilər. Mədrəsələrdə, 
həmçinin ədəbiyyat, riyaziyyat və nücum (astronomiya) elmləri 
də  tədris olunurdu. Həm məktəblərdə, həm də  mədrəsələrdə 
hüsn-xəttə diqqət yetirilirdi. Ona görə  də  mədrəsələri bitirən-
lərin əksəriyyəti gözəl xəttə malik olurdular. 
XII-XIII  əsrlərdə Azərbaycanda elm, o cümlədən fəlsəfi 
fikir yüksək zirvəyə qalxmışdır. Görkəmli  şərqşünas alim 
Y.Bertels  şərqin bu dövrdə tanınmış görkəmli  şəxsiyyətləri 
sırasında şairlər şairi böyük Nizaminin adını birinci çəkir. Onun 
yazdığına görə zəmanəsinin və bütün zamanların ən böyük şairi 
Nizami Gəncəvi dövrünün biliklərinin tam məcmusuna sahib 
idi. Nizami fəlsəfə, ədəbiyyat, astronomiya, riyaziyyat, kimya, 
coğrafiya, ilahiyyat və b. elm sahələri ilə tanış idi. 
Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin yara-
dıcılığı isə XIII əsrə aiddir. Məhz bu dövrdə Xacə  Nəsirəddin 
Məhəmməd Tusinin (1201-1274) rəhbərliyi ilə 1259-cu ildə 
Marağa yaxınlığında, yüksək bir yerdə Yaxın və Orta Şərqin ən 
məşhur rəsədxanası yaradılmışdı. Tusinin yaradıcılığında pla-
netlərin və digər səma cisimlərinin öyrənilməsinə həsr olunmuş 


Azərbaycan Tarixi 
 
 
219 
“Elxani cədvəlləri” adlı əsəri ilə yanaşı “Əxlaqi - Nasiri”, adlı 
fəlsəfi, məntiqi və pedaqoji əsəri mühüm yer tutur. 
XIII-XIV  əsrlərin görkəmli alimi Xacə  Fəzlullah Rə-
şidəddin (1247-1318) elmin müxtəlif sahələrindən bəhs edən 24 
enlik “Əl-əhya vəl-əsar” adlı ensiklopedik əsər yazmışdır. 
Riyaziyyatçılardan Übeyd Təbrizi, Məhəmməd Təbrizi və Şeyx 
Abdulla  Şəbüstəri bir sıra  əsərlərin müəllifi olmuşlar. Fəlsəfə 
sahəsində  Şeyx Məhəmməd  Şəbüstəri (1252-1320) “Gülşəni-
raz” (“Sirlər gülşəni”) və “Səadətnamə” kimi dəyərli  əsərlərin 
müəllifi idi. XV əsr alimi Seyid Yəhya Bakuvi (1464) 
“Gülşəni-raz”  əsərinə  şərh yazmış  və  “Əsrar  ət-talibin” 
(“Həqiqətən axtaranların sirrləri”) adlı  fəlsəfi traktatı 
yaratmışdı. “Gülşəni-raz”  əsəri 1836-cı ildə Vyanada, alman 
dilinə tərcüməsi ilə birlikdə nəşr edilmişdir.  
Bu dövrdə  İmanəddin Məhəmməd Yekui və  İbrahim 
Salmasi kimi hüquqşünas alimlər,  Əbühica  əl-Rəvvadi Bərdəi 
kimi tarixçi alim də yetişmişdi. Fəzlullah Rəşidəddinin 
rəhbərliyi ilə XIV əsrin  əvvəllərində  Təbrizdə tarixçilər 
tərəfindən hazırlanmış “Cami ət-təvarix” (“Salnamələr 
məcmuəsi”) adlı dünya əhəmiyyətli çoxcildli tarixi araşdırma 
qiymətli elmi əsər hesab edilir. XIV əsrdə yaşamış tarixçi 
Məhəmməd ibn Hinduşah Naxçivaninin “Dəstur  əl-kitab”da 
ölkəmizin XIII-XIV əsrlərdə siyasi, ictimai və iqtisadi tarixini 
əks etdirən xeyli məlumat vardır. 
XIII-XV əsrlərdə Azərbaycanda fəlsəfi fikrin əxilik təlimi 
də  təşkilati baxımdan xeyli möhkəmlənmiş  və güclənmişdi. 
Əxiliq təlimi solçu, sufi mahiyyətli  şiəliyə çox yaxın idi. Bu 
dövrdə ismaili təlimi də müəyyən təsir dairəsinə malik 
olmuşdur. Məhəmməd  Şəms Təbrizi sufiliklə  bərabər 
ismaililiyin  əsas təbliğatçılarından biri idi. İsmaililiyin 
hürufiliyin və  səfəviyə  təliminin formalaşmasına güclü təsiri 
olmuşdur. Səfəviyyə    təliminin yaradıcısı  Səfəvilər sülaləsinin 
banisi  Şeyx Səfiəddin  İshaq  Ərdəbili (1252-1334) olmuşdur. 
Bu dövrdə Azərbaycan fəlsəfi fikrinin tanınmış nümayəndələri 
Qəzənfər Rəcəbli 
 
 
220
Nəsirəddin Tusi, Şeyx Zahid Gilani, Siracəddin Urməvi,  Əf-
zələddin Xunəci,  Şəmsəddin  Əhməd Xoylu, Nəcməddin Nax-
çıvani,  Şəmsəddin  Şirvani, Mahmud Şabüstəri Təbrizi, Zül-
füqar  Şirvani,  Şah Qasım  Ənvər, Seyid Yəhya Bakuvi, Yusif 
Miskuri,  Şükrulla  Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi, 
Qaraqoyunlu hökmdarı Cavanşah Həqiqi və b. hesab edilirlər. 
XVI  əsrin başlanğıcında mərkəzləşmiş  və qüdrətli 
Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə əlaqədar xalqın 
mədəniyyəti də xeyli inkişaf edir. Təbriz, Gəncə,  Ərdəbil, 
Şamaxı  və Marağa  şəhərləri bu dövrün mühüm mədəniyyət 
mərkəzləri kimi tanınmışdılar.  
XVI  əsrin sonu – XVII əsrin  əvvəllərində  Səfəvi – 
Osmanlı müharibələri xalqın mədəniyyətinə  ağır zərbə vurdu. 
Azərbaycan alimlərindən bir çoxu əsir kimi İstanbula aparılmış, 
bir qismi isə  Qəzvin və  İsfahana köçürülmüşdü. Azərbaycan 
filosofu Yusif Məhəmmədcan oğlu Qarabaği isə ölkə 
osmanlılar tərəfindən zəbt olunan zaman Orta Asiyaya köçmüş, 
Səmərqənd və Buxarada yaşamışdı. O, ərəb və fars dillərində 
hüquqa dair bir sıra əsərlərin müəllifidir.  
Uzun sürən müharibənin ağır nəticələrinə baxmayaraq 
XVI-XVII  əsrlərdə elm sahəsində müəyyən irəliləyişlər 
olmuşdu. Mədəni irsin öyrənilməsi sahəsində xeyli iş görülmüş, 
“Təzkirə” adlanan elmi məcmuələr yazılmışdı. I Şah İsmayılın 
oğlu Sam Mirzə  Ərdəbildə  məşhur “Töhveyi Sami” əsərini 
yazmışdı. Şahın digər oğlu İbrahim Mirzə “Tərhəngi - İbrahim” 
(“İbrahimin lüğəti”) əsərini yazmışdı. Bu dövrdə tarix elmi də 
inkişaf etmişdi. Bu dövrün tanınmış tarixçiləri tarixi hadisələri 
yalnız təsvir etməklə kifayətlənməyib, hadisələrə öz 
münasibətlərini də bildirmişlər. XVI əsrin məşhur tarixçisi 
Həsən bəy Rumlu I Şah Təhmasibin sarayında xidmət etmiş, 
onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun yazdığı  “Əhsən 
ət-təvarix” (“Tarixlərin  ən yaxşısı”)  əsəri dövrümüzə  qədər 
gəlib çatmışdır. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə