Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə53/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   49   50   51   52   53   54   55   56   ...   134

Azərbaycan Tarixi 
 
 
209 
razı olmaz. O, öz əmisinin yanına hədiyyə  və sursatla elçilər 
göndərib, ona heç bir şaiyəyə inanmamağı  və öz xanlığına 
qayıtmağı  təklif etdi. Lakin İbrahim xan Məhəmməd bəyin 
paxıllığını çəkən saray adamlarının təsiri altında ona inanmadı 
və  Fətəli  şahın vədini almadan Qarabağa qayıtmaqdan imtina 
etdi. 
Payızda Fətəli şahdan belə bir əmr aldı ki, İbrahim xan öz 
xanlığına qayıdıb Ağaməhəmməd  şahın nəşini və onun 
ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət Səfərəli 
bəyi onun yanına göndərsin.  İbrahim xan öncə  Məhəmməd 
bəyin yeznəsi olan oğlu Mehdiqulu xanı Qarabağa göndərdi ki, 
Məhəmməd bəyi və əhalini onu qarşılamağa hazırlaşdırsın, özü 
isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü.  
Öz  əmisindən  əsla bədgüman olmayan Məhəmməd bəy 
xanın böyük oğlu Məhəmmədhəsənağa ilə birlikdə  İbrahim 
xanı qarşılayıb sarayına qədər müşayiət etdi, ertəsi gün isə ona 
Ağaməhəmməd  şahın xəzinəsindən  ələ keçirdiyi qiymətli 
hədiyyələr göndərdi.  
İbrahim xan oğlu Məhəmmədhəsənağanın məsləhətinə 
məhəl qoymayaraq bədxah qohumu Mirzəli bəyin təkidi ilə 
Fətəli şahın əmrinin yerinə yetirilməsi üçün fərman verdi. O, öz 
fikrini sonra dəyişsə  də  Məhəmmədhəsənağa tərəfindən 
qabaqcadan xəbərdar edilən Məhəmməd bəy ona inanmırdı.  
Məhəmməd bəy Qarabağı  tərk etməli oldu. Məhəmməd 
bəyin keçmiş  rəqibi  Şəki xanı kor Məhəmmədhəsən xan onun 
yanına adamlar göndərib qızını ona ərə vermək və kor olduğu 
üçün düşmənləri ilə mübarizə apara bilmədiyindən xanlığı idarə 
etməyi ona tapşıracağı vədi ilə Şəkiyə dəvət etdi.  
Məhəmməd bəy ona inandı. Məhəmməd bəy Şəkiyə gəl-
diyinin 6-cı günü, toya hazırlıq zamanı xanın əmri ilə həbs edil-
di, sərvəti əlindən alındı və qandallanıb güclü keşikçi dəstəsi ilə 
qan düşməni  Şamaxı xanı Mustafa xanın yanına göndərildi. 
Mustafa xan isə Məhəmməd bəy tərəfindən öldürülmüş atası və 
qardaşlarının intiqamını alaraq onu öldürdü.  
Qəzənfər Rəcəbli 
 
 
210
İbrahim xan Səfərəli bəyi  Şəki xanından tələb edib 
Ağaməhəmməd şahın cənazəsi ilə birlikdə Fətəli şaha göndərdi. 
Bir qədər sonra isə  Fətəli  şahın tələbi ilə  oğlu  Əbülfət xanı 
girov kimi göndərdi və  qızı  Ağabəyimağanı ona ərə verdi. 
Beləliklə, 1804-cü ilədək  İrandan vassal asılılığına düşmüş 
Qarabağın həyatında əhəmiyyətli dəyişiklik olmadı.  
Gəncə xanlığı  Gəncə  bəylərbəyliyi  əsasında yaranmışdı. 
XVI  əsrdən 1804-cü ilədək, kiçik fasilələrlə  Gəncəni qacar 
soyların köçəri feodal əyanlarından olan Ziyadoğlular idarə 
etmişdir. Ziyadoğlu sülaləsindən Gəncənin ilk bəylərbəyi XVI 
əsrdə sultan Şahverdi, Gəncənin sonuncu xanı isə Cavad xan 
olmuşdur.  
Ziyadoğlu sülaləsindən olan xanlar böyük bir ərazinin 
faktik hakimləri idilər. Onların hökmdarlığı ilə Gürcüstan 
arasında sərhəd «Sınıq körpüdən» yuxarı olan «Suri-daşa» qə-
dər uzanırdı. Cənubi Azərbaycanla Gəncə  bəybərbəyliyi ara-
sında sərhəd isə «Xudafərin» körpüsünə çatırdı. Bəzi vaxt Gən-
cə xanlarının hökmranlığı Darüssürür (Tiflis) şəhərinə də şamil 
edilirdi (Darüssürür – torpaq, su, od və hava mənasını verir).  
II Uğurlu xan Ziyadoğlu 1736-cı ildə Muğanda Nadir 
xanın  şah seçilməsinin  əleyhinə  çıxmışdı. O, gizli və  aşkar 
surətdə çalışmışdı ki, «səfəvilərdən başqa bir kimsə»  şah 
olmasın. Nadir şah bundan xəbər tutduqda, Ziyadoğulların qə-
dim sülalə və böyük bir duduman olduqlarına görə, ona ağır cə-
za vermədi. O, Qazax və Borçalını Ziyadoğlulardan alıb Gür-
cüstan əmirlərinin hakimiyyəti altına (Kartliya çarı Teymuraza) 
verdi; Cavanşir, Otuziki və Kəbirli elatlarını Qarabağdan köçü-
rüb Xorasanın Sərəxs torpağında məskunlaşdırdı. O, Qarabağın 
Xəmsə  əmirlərini də  Gəncə xanlarının tabeliyindən azad edib, 
yalnız ona tabe olmalarını əmr etdi. Beləliklə, Gəncə xanlarının 
ixtiyarları tamamilə əllərindən alındı.  
Nadir şahın vəfatından sonra Ziyadoğlu sülaləsinin nüma-
yəndəsi  Şahverdi xan öz hakimiyyətlərini bərpa edib Gəncə 
xanlığını yaratdı. Gəncə xanlığı  hərbi-siyasi və iqtisadi 


Azərbaycan Tarixi 
 
 
211 
cəhətdən  əhəmiyyətli mövqeyə malik idi. O, Şərqlə aparılan 
mühüm ticarət mərkəzi idi. Müstəqil olmuş  Gəncə xanlığı bir 
tərəfdən Quba xanlığının, digər tərəfdən isə Kartli-Kaxetiya 
çarlığı  və Qarabağ xanlığının mübarizə obyektinə çevrilmişdi. 
1750-ci ildə Kartli-Kaxetiya çarı Teymuraz ilə Qarabağ xanı 
Pənah xan arasında Gəncə üstündə müharibə oldu. Gəncə 
xanlığı Qarabağ xanlığından bir müddət asılı vəziyyətə düşdü.  
Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığı nəinki 
öz müstəqilliyini bərpa edə bildi, hətta öz hakimiyyətini 
Şəmşədil mahalına da yaymağa müvəffəq oldu. Belə  vəziyyət 
rus işğalına qədər davam etdi.  
Azərbaycanın ilk xanlıqlarından biri də  Şəki xanlığı 
olmuşdur. Hələ XIV əsrin dördüncü rübündə  Şəki müstəqil 
dövlət kimi yaranmışdı. Onun müstəqilliyi XVI əsrin 
ortalarında şah Təhmasib tərəfindən ləğv edilmişdi. Nadir şahın 
dövründə  Şəkidə milli-azadlıq hərəkatı genişlənir və 1743-cü 
ildə  Şəki  İran dövlətindən ayrılır. Üsyana başçılıq edən Hacı 
Çələbi müstəqil Şəki xanlığını yaradır. Hacı Çələbi 1551-ci ildə 
I Təhmasibə qarşı üsyana başçılıq edən Dərviş xanın 7-ci nəsli-
nin nümayəndəsi idi. Xanlığın ilk mərkəzi Gələsən-görəsən qa-
lası idi. 1746-cı ildə xanlığın paytaxtı Şəki şəhərinə köçürülür.  
XVIII  əsrin 40-cı illərinin sonu və 50-ci illərində  Şəki 
xanlığı Azərbaycanda böyük siyasi qüvvəyə çevrilir. Qutqaşın, 
Ərəş  və  Qəbələ sultanlıqları ondan vassal asılılığı  vəziyyətinə 
düşürlər. Car-Balakən camaatlığı da ona tabe olur.  
Şəki xanlığının güclənməsi, Çələbi xanın hakimiyyətinin 
möhkəmlənməsi Qarabağ xanı  Pənah xanı, Qaradağ xanı 
Kazım xanı, Naxçıvan xanı Heydərqulu xanı  və  Gəncə xanı 
Şahverdi xanı narahat edirdi. Onlar birləşib gürcü çarları 
Teymuraz və II İrakli ilə  Şəki xanlığına qarşı ittifaqa girdilər. 
Gəncəni özünə tabe etmək istəyən II İrakli müttəfiqlərinə 
xəyanət etdi. O, 1791-ci ildə Şəmkir yaxınlığındakı düşərgəsinə 
xanları dəvət edərək onları həbs etdi. Hacı Çələbi xan düşmənin 
hücumunu gözləmədən qəflətən hücuma keçdi. O, Şəmkir ya-
Qəzənfər Rəcəbli 
 
 
212
xınlığında II İraklinin qoşunlarını  əzib xanları  əsirlikdən azad 
etdi. O, Qazax və Borçalı mahallarını öz hakimiyyəti altına al-
dı. 1751-1752-ci illərdə  Gəncə,  Şəmkir, Qazax və Borçalı  uğ-
runda II İrakli ilə Hacı  Çələbi xan arasında kəskin mübarizə 
getdi. Bu mübarizə sonralar öncə 1755-ci ilə qədər Şəkinin üs-
tünlüyü ilə, 1755-ci ildən sonra isə gürcü çarlarının üstünlüyü 
ilə fasilələrlə davam etdi.  
XVIII əsrin II yarısında Şəki xanlığı Azərbaycanın siyasi 
həyatında mühüm rol oynamış, onun paytaxtı  Şəki  şəhəri isə 
Azərbaycanın iri ticarət-iqtisadi mərkəzinə çevrilmişdi.  
Şamaxı xanlığı XVIII əsrin ortalarında yaranmışdır. Qeyd 
edildiyi kimi bu ərazidə  əvvəlcə iki hakimiyyət yaranır. Ağsu 
yaxınlığındakı Yeni Şamaxıda Hacı Məhəmmədəli xan, Köhnə 
Şamaxıda isə Məhəmməd Səyid xan hakimiyyəti ələ almışdılar. 
1763-cü ildə  Məhəmməd Səyid xan Hacı  Məhəmmədəli xanı 
məğlub edib əsir götürdü və o, 5 həftə sonra həbsxanada öldü. 
Məhəmməd Səyid xandan sonra Şamaxı xanı onun qardaşı 
Ağası xan oldu. Sonrakı 25 il ərzində isə  Şamaxı xanlığı öz 
müstəqilliyini itirib Quba xanlığından vassal asılılığına düşdü.  
Beləliklə, XVIII əsrdə Azərbaycanda feodal pərakəndəli-
yi hökm sürürdü. Azərbaycanda yaranmış xanlıqlar feodal döv-
lətləri idi. Onların, möhkəm olmasa da, müəyyən sərhədləri var 
idi. Azərbaycan xanlıqları üçün ümumi cəhət o idi ki, onlar gah 
tam müstəqil olur, gah da biri digərini özündən asılı vəziyyətə 
salır və ya daha qüvvətli olan qonşu dövlətlərdən vassal asılılığı 
vəziyyətinə düşürdülər.  
13.3. Xanlıqlar dövründə Azərbaycanın ictimai-iqtisa-
di həyatı.  XVIII əsrin I yarısında Azərbaycanda dərin iqtisadi 
böhran hökm sürürdü. Xarici basqınlar, ara müharibələri, feodal 
dağınıqlığı ölkənin təsərrüfatını dağıdır, məhsuldar qüvvələrin 
inkişafına mane olurdu. Bunlara yerli hakimlərin amansız 
istismarı da əlavə olunurdu. Ölkənin  şəhərləri tənəzzül edir, 
kəndlər boşalırdı. Azərbaycanda Təbriz istisna olmaqla bir dənə 
olsun 10 mindən çox əhalisi olan şəhər qalmamışdı.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə