Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə50/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

Azərbaycan Tarixi 
 
 
197 
Səfəvilər dövlətinin özündə  də bu müqavilə narazılıqla 
qarşılandı.  Şah II Təhmasib həmin müqaviləni imzalamaqdan 
imtina etdi. Rusiya isə bildirdi ki, şahın Peterburq müqaviləsini 
imzalamasına ehtiyac da yoxdur, çünki şahın tam səlahiyyətli 
nümayəndəsi  İsmayıl bəy  şah II Təhmasibin xüsusi vəkalət-
naməsi əsasında onu imzalamışdır və müqavilə qüvvədə qalır.  
Vəziyyət belə olduqda Osmanlı dövləti  İngiltərənin 
təhriki ilə Səfəvilərə qarşı fəal hərbi əməliyyata başladı. 1723-
1725-ci illərin hərbi əməliyyatları  nəticəsində Osmanlı dövləti 
bütün Azərbaycanı, o cümlədən, indiki Ermənistanı  və 
Azərbaycanın ruslar tərəfindən tutulmuş Xəzər sahili vilayətləri 
istisna olmaqla bütün şimal torpaqlarını və Gürcüstanı tutdu.  
Səfəvilər dövlətinin tamamilə darmadağın edilməsi 
qorxusu iri feodalları  və  əmirləri öz aralarındakı ziddiyyətləri 
bir kənara qoyaraq ölkənin istiqlaliyyəti naminə birləşməyə 
məcbur etdi. Bu işin təşkilatçısı  və  rəhbəri türk əfşar 
soylarından olan sərkərdə Nadir Qulu xan idi. O, 1726-cı ildə 
Şah II Təhmasibin qulluğuna gəldi.  Şah onu bütün Səfəvi 
ordusunun baş  sərkərdəsi təyin etdi. O, Osmanlı ordularını 
məğlub edərək Azərbaycandan çıxartdı.  Əmirlər arasında 
böyük nüfuzu artmış Nadir Qulu xan 1732-ci ildə  Şah II 
Təhmasibi 4 aylıq oğlu şahzadə Abbasın xeyrinə taxt-tacdan əl 
çəkməyə  məcbur etdi. Şahzadə Abbas III Şah Abbas adı ilə 
taxta oturduldu. Nadir Qulu xan isə onun qəyyumu oldu və 
dövləti tam müstəqil idarə etməyə başladı.  
Nadir rus qoşunlarının Azərbaycandan çıxarılmasını tələb 
etdi. 1732-ci ildə Rusiya ilə bağlanmış Rəşt müqaviləsinə əsa-
sən rus qoşunları Kür çayından cənubda yerləşən Azərbaycan 
torpaqlarından çıxarıldı. 1735-ci il Gəncə müqaviləsinə əsasən 
isə Dərbənd də daxil olmaqla Azərbaycanın bütün şimal torpaq-
ları Səfəvilər dövlətinə qaytarıldı.  
1736-cı ilin başlanğıcında 3 yaşlı Şah III Abbas qəflətən 
vəfat etdi. Fevralın 26-da Kür və Araz çaylarının qovuşduğu 
yerdə çağırılmış ümumdövlət müşavirəsində Nadir Qulu xan 
Qəzənfər Rəcəbli 
 
 
198
Nadir  şah adı ilə hökmdar elan olundu. Beləliklə, Səfəvilər 
sülaləsinin hakimiyyətinə son qoyuldu. Səfəvilər dövləti süqut 
etdi.  
Nadir şah qüdrətli hökmdar olmuşdur. Onun dövləti İran 
dövləti adlansa da hakimiyyət türk soylarının nümayəndələrinin 
əlində idi. Nadir şahın ilk tədbirlərindən biri ölkədə inzibati 
ərazi islahatı olmuşdur. Hələ şah I Abbas dövründə Azərbaycan 
ərazisi dörd bəylərbəyliyə bölünmüşdü: Təbriz, Çuxur-Səd, 
Şirvan və Qarabağ bəylərbəylikləri. Nadir şah onları birləşdirib 
«Azərbaycan» adlı vahid bəylərbəylik yaratdı. Beləliklə, 
«Azərbaycan» adı ilk dəfə olaraq şimallı-cənublu bütün Azər-
baycana  şamil edildi. Bu vaxtadək isə Azərbaycan dedikdə 
yalnız Cənubi Azərbaycan nəzərdə tutulurdu. Hazırda dövləti-
mizin Azərbaycan Respublikası adlanması üçün xalqımız ilk 
növbədə Nadir şaha borcludur.  
Qeyd edilməlidir ki, hələ  Səfəvilər dövründə  bəylərbəy-
liklər şah tərəfindən təyin edilən hakimlər tərəfindən idarə olu-
nurdular. Azərbaycan bəylərbəylikləri isə 20 ölkəyə bölünmüş-
dü: 1) Urmu, 2) Marağa, 3) Soyuqbulaq,  4) Xoy  və Salmas,  
5) Maku,  6) Qaradağ, 7) Ərdəbil, 8) Naxçıvan, 9) Talış, 10) 
Bərguşad, 11) Qazax, 12) Şəmşəddil, 13) İyirmi dörd, yaxud 
Bərdə, 14) Şəki, 15) Otuziki, 16) İlisu, yaxud Saxur, 17) Ərəş,  
18) Baku, 19) Quba və 20) Dərbənd. Ölkələr irsi hakimlər tərə-
findən idarə olunurdular. Bu ölkələr sonralar xanlıqlar kimi ki-
çik feodal dövlətlərinin yaranması üçün əsas oldu.  
Nadir şah 11 il ölkəni idarə etdi. Onun ölümündən sonra 
ölkədə feodal pərakəndəliyi gücləndi. Bu dövrdə Azərbaycanda 
gözü olan həm Türkiyə, həm də Rusiya ölkənin daxili işlərinə 
fəal qarışmaq imkanları yox idi. Osmanlı dövləti Rusiya ilə 
apardığı müharibələr nəticəsində xeyli zəifləmişdi. Rusiya isə 
Qərbi Avropada baş verən inqilabi hadisələrlə  əlaqədar olaraq 
özünün Şərq siyasətini hələlik birinci plandan çıxartmışdı.  
Beləliklə, mərkəzi dövlət hakimiyyətinin zəif olması  və 
feodal pərakəndəliyinin artması kimi daxili şərtlərlə yanaşı, 


Azərbaycan Tarixi 
 
 
199 
xarici siyasi vəziyyət də Azərbaycanda yerli feodal hakimlə-
rinin müstəqil olub Azərbaycan xanlıqlarını yaratmaq üçün 
tarixi şərait yaranmışdı. Azərbaycanda ilk xanlıqların meydana 
çıxması XVII əsrin sonlarına təsadüf edir. O vaxt Şəki, Talış və 
Qubada faktik olaraq xanlıq hakimiyyəti mövcud idi. XVIII 
əsrin ortalarında Azərbaycanda yeni müstəqil və yarım asılı 
xanlıqlar yarandı. Onların sayı  Şimali Azərbaycanda 12, 
Cənubi Azərbaycanda 7 olmaqla 19 xanlıq mövcud olmuş-
dur: 1) Bakı, 2) Qarabağ, 3) Quba, 4) Dərbənd, 5) İrəvan, 
6)Gəncə, 7) Naxçıvan, 8) Cavad, 9) Salyan, 10) Talış, 11) Şa-
maxı, 12) Şəki, 13) Ərdəbil, 14) Qaradağ, 15) Marağa, 16) 
Maku, 17) Təbriz, 18) Urmu və 19) Xoy.  
Bu kiçik feodal dövlətləri ilə yanaşı Şimali Azərbaycanda 
Qazax, Qəbələ, Qutqaşın.  Ərəş, Ilisu və  Şəmşədil sultanlıqları 
da mövcud olmuşdur. Ilisu sultanlığından şimalda azad Car-Ba-
lakən camaatlığı (icması) da vardı. Dağlıq Qarabağda isə Xəm-
sə məliklikləri adı ilə 5 məliklik (Dizaq, Çilabert, Talış, Xaçın 
və Vərəndə) vardı.  
Sultanlıqlar və məlikliklər xanlıqlardan asılı idilər. Məsə-
lən, Qəbələ, Qutqaşın, Ərəş və Ilisu sultanları Şəki xanlığından, 
Qazax və  Şəmşədil sultanlıqları  Gəncə xanlığından, Xəmsə 
məliklikləri isə Qarabağ xanlığından vassal asılılığında idilər.  
Azərbaycan xanlıqlarını əsasən yerli feodallar idarə edir-
dilər. Onlardan bir qismi Nadir şahın təyin etdiyi keçmiş yerli 
hakimlər idilər, bir qismi isə xanlıqda hakimiyyəti hərbi yolla 
ələ almışdılar. Məsələn, Bakıda Nadir şaha qulluq edən yerli 
feodal Mirzə Məhəmmədin oğlu Dərgahqulu özünü xan elan et-
di. Dərbənddə isə 1747-ci ildə Nadir şahın öldürüldüyü xəbəri-
ni alan kimi onun canişinlərindən narazı olan xalq yerli feodal 
Məhəmmədhəsəni xan elan etdilər.  Şaması xanlığında Nadir 
şahın dövründə  ərzaq vergisi toplamaqla məşğul olan Hacı 
Məhəmmədəli hakimiyyəti ələ alır. XVIII əsrin ikinci yarısında 
Şirvanın Xançobanı düzündə köçəri xançobanı soyunun başçısı 
Əskər bəy ağalıq edirdi. 1765-ci ildə onun oğlanları Ağası xan 
Qəzənfər Rəcəbli 
 
 
200
və Məhəmmədsəyad xan Ağsu yaxınlığındakı Yeni Şamaxı şə-
hərini  ələ keçirib Hacı  Məhəmmədəli xanı öldürdülər və  Şir-
vanda hakimiyyəti ələ keçirdilər.  
Azərbaycan xanlıqlarının yaranması haqqında A.Bakıxa-
nov yazır ki, Nadir şahın vəfatından sonra bu vaxta qədər şah-
dan asılı olan keçmiş irsi hakimlər müstəqil hökmdarlara çevril-
dilər.  Şəki,  Şirvan və Qarabağda isə bu mərtəbəyə  hətta ali 
mənşəyə malik olmayıb, lakin güclü nüfuza malik olan şəxslər 
də çatdılar.  
Beləliklə, uzun fasilədən sonra Azərbaycanda yenidən 
müstəqil dövlət qurumları yarandı. Azərbaycan xanlıqlarının 
yaranması Azərbaycan dövlətçiliyinin bərpası kimi tarixi 
əhəmiyyətə malikdir. Xanlıqlar dövründə Azərbaycan, kiçik 
feodal dövlətlərə bölünsə  də, Cənubi Azərbaycan xanlıqları 
istisna olmaqla, yenidən istiqlaliyyət  əldə edib xaricilərin 
hökmranlığından azad oldu. Cənubi Azərbaycan xanlıqları 
əslində yarımasılı vəziyyətdə idilər.  
Azərbaycanın cənubunda xanlıqlar arasında mübarizə 
rəqiblərinə qalib gəlib, Iran taxtını bərpa etmək bayrağı altında 
aparılırdı. Nadir şahın ölümündən sonra Məşhəd xanları onun 
yaxın qohumu Əliqulu xanı taxta çıxartdılar. Əliqulu xan Adil 
şah adı ilə 1 il hakimiyyətdə olmuşdur. O, taxtdan salındıqdan 
sonra saray çevrilişləri və ara müharibələri dövrü başlandı. İran 
dövləti bir-birilə daima düşmənçilik edən xırda feodal hökm-
darlıqlara parçalandı. Nadir şahın oğlu Şahruh Xorasan xanı ol-
du. Astrabad və sonra Mazandaranda Qacar tayfa başçılarından 
olan Məhəmməd Həsən xanın, Cənubi Azərbaycanın əksər tor-
paqlarında isə Nadir şahın qoşun başçısı, əfqan gilzayi tayfasın-
dan olan Azad xanın hakimiyyəti quruldu. Lakin 1756-1759-cu 
illərdə  Məhəmməd Həsən xan Qacar Azad xana qarşı  çıxdı. 
Onun qoşunları Azad xanın qoşunlarını məğlub edib, onun iqa-
mətgahı yerləşən Urmu şəhərini aldılar. Məhəmməd Həsən xan 
Cənnibi Azərbaycanın digər ölkələrini də ələ keçirib oğlu Ağa 
Məhəmməd xan Qacarı Təbrizə hakim təyin etdi.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə