Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə48/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   44   45   46   47   48   49   50   51   ...   134

Azərbaycan Tarixi 
 
 
189 
Şahruxun fəaliyyətsizliyindən istifadə edən  Şirvan  əyanları 
əslində özləri hakimiyyəti idarə edirdilər. Bu da xalqın 
narazılığına səbəb olurdu. Şah I Təhmasib həmin  əyanların 
müstəqillik meyllərini qırmaq məqsədilə 1538-ci ildə qardaşı  
Əlqas Mirzənin başçılığı ilə  Şirvana 20 min nəfərlik süvari 
qoşun göndərdi.  Əlqas Mirzə 4 aylıq mühasirədən sonra 
Şamaxı şəhərini  ala bildi və Şirvanşah Şahruxu tutub Təbrizə 
göndərdi.  Şirvanşahlar dövləti ləğv edildi və  Səfəvilər 
dövlətinin  əyalətlərindən birinə çevrildi. Şah I Təhmasib 
qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etdi. O, 1546-cı 
ildə Bakını da tutdu. Lakin Əlqas Mirzə müstəqil hökmdar 
olmaq məqsədilə 1547-ci ildə qardaşına qarşı qiyam qaldırdı və 
məğlubiyyətə  uğrayıb Osmanlı imperiyasına qaçdı.  Şah I 
Təhmasib Abdulla xanı Şirvana bəylərbəyi təyin etdi. O, 1551-
ci ildə Şəkinin Səfəvilər dövlətinə tabe olmasına nail oldu.  
XVI əsrin 30-cu illərində Osmanlı türklərinin hücumu ilə 
bir  əsrdən çox davam edən Səfəvi – Osmanlı müharibələri 
başlandı. Öncə Ülamə  bəyin başçılığı altında türk soylarından 
ibarət olan köçərilər. Anadoludan hücuma keçərək Təbrizi 
tutmağa cəhd göstərdilər, lakin məğlub olub geri qayıtmağa 
məcbur oldular. 1533-cü ildə isə 80 minlik Osmanlı ordusu Şah 
I Təhmasibin Xorasan tərəfdə özbəklərə qarşı müharibədə 
olmasından istifadə edərək Səfəvilər dövlətinin sərhədini keçib 
Təbrizi tutdu, lakin paytaxt əhalisinin kəskin müqavimətinə rast 
gəlib geri qayıtmağa məcbur oldu. 1534-cü ildə Osmanlı 
ordusu yenidən Azərbaycana hücum etdi. Bu dəfə  Səfəvi 
ordusu Osmanlı ordusunu əzib Azərbaycandan qovdu. 
15 illik fasilədən sonra, 1548-1549-cu illərdə Osmanlı 
qoşunlarının Azərbaycana yeni yürüşü oldu. Bu yürüşə  Şah I 
Təhmasibin qardaşı Əlqas Mirzə başçılıq edirdi. Səfəvi ordusu 
Həmədan yaxınlığında  Əlqas Mirzənin türk ordusunu məğlub 
etdi və Əlqas Mirzəni əsir alıb qardaşının yanına gətirdilər. Şah 
I Təhmasib xəyanət etmiş qardaşını, ömrünün axırınadək əzab 
çəksin deyə, Qəh-Qəhə qalasında zindana saldırdı. 
Qəzənfər Rəcəbli 
 
 
190
1552-ci ildə Sultan Süleyman Ərzurum hakimi İskəndər 
paşanın başçılığı ilə Azərbaycana qoşun göndərdi.  İskəndər 
paşa Xoy və  İrəvanı tutub taladı. 1553-cü ildə isə Sultan 
Süleyman özü Azərbaycana hücum edib Naxçıvanı ələ keçirdi 
və qarət edib Ərzuruma çəkildi. 
 1554-cü ildə Sənan paşanın başçılığı ilə Osmanlı ordusu 
Azərbaycana soxuldu. Bu yürüşdə Krım xanı da iştirak edirdi. 
Osmanlı ordusu Səfəvi ordusu tərəfindən darmadağın edildi. 
Sultan Süleyman vəziri Mahmud paşa vasitəsilə sülh bağlamağı 
təklif etdi. 1555-ci il mayın 29-da Səfəvilər dövləti ilə Osmanlı 
sultanlığı arasında Amasiya sülhü bağlandı. Amasiya sülh 
müqaviləsinə görə tarixi Ermənistan və Gürcüstanın qərb 
hissəsi Osmanlı imperiyasına verildi, şərqi Gürcüstan isə 
Səfəvilər dövlətində qaldı. Amasiya sülhü ilə Səfəvi – Osmanlı 
müharibələrinin birinci mərhələsi başa çatdı.  
1555-ci ildə  Şah I Təhmasib paytaxtı Osmanlı  sərhədin-
dən uzaqlaşdırmaq məqsədilə  Təbriz  şəhərindən Qəzvin  şəhə-
rinə köçürtdü. Amasiya sülhündən sonraki fasilə zamanı Azər-
baycanda təsərrüfat və mədəniyyətin inkişafı üçün müəyyən qə-
dər şərait yarandı. Lakin 1576-cı ildə Şah I Təhmasibin vəfatın-
dan sonra hakimiyyət uğrunda onun oğlanları arasında 
mübarizə başladı. Nəhayət, II İsmayıl qalib gəldi. Ancaq Şah II 
İsmayılın hakimiyyəti uzun sürmədi. 1578-ci ildə onun qardaşı 
kor Məhəmməd Xüdabəndə  Şah II İsmayılı öldürdü və 
hakimiyyəti ələ keçirdi. Məhəmməd Xüdabəndənin hakimiyyəti 
dövrü Səfəvi sülaləsinin hakimiyyətinin ən uğursuz dövrü oldu. 
Bu barədə A.Bakıxanov belə yazıb: “Kor Məhəmməd Xü-
dabəndə iradəcə  zəif adam idi. O, ifrat dərəcədə  ənam pay-
layırdı. Məhz ona görə də dövlətin bünövrəsinə rəxnə düşdü.” 
Şah Məhəmməd Xüdabəndənin hakimiyyəti dövründə 
Səfəvilər dövləti xeyli zəiflədi. Əmirlərin özbaşınalığı gücləndi, 
onların arasında daxili mübarizə başladı. Ölkədə yaranmış 
vəziyyətdən istifadə edərək 1578-ci il avqustun 9-da Mustafa 
Lələ paşanın başçılığı altında 100 min nəfərlik Osmanlı ordusu 


Azərbaycan Tarixi 
 
 
191 
Azərbaycana hücum etdi. Bununla da Səfəvi – Osmanlı 
müharibələrinin ikinci mərhələsi başlandı. 
Müharibəyə başlamazdan öncə Osmanlı dövləti 
Azərbaycana və Şimali Qafqaza sünni missionerləri göndərərək 
dini təbliğat aparır və sünni təriqətini yayırdı. Osmanlı Sultanı 
III Murad Şirvanşahların nümayəndələrinə  Şirvanşahlar 
dövlətinin müstəqilliyini bərpa edəcəyini vəd verirdi. 
Osmanlı ordusu Gürcüstanı tutub Qanıx çayı yaxınlığında 
Səfəvi ordusu ilə qarşılaşdı. 50 min nəfərlik Səfəvi ordusu 
Osmanlı ordusunun hücumunun qarşısını ala bildi. Lakin ilk 
döyüşdən sonra Səfəvi  əmirləri arasında baş verən çəkişmələr 
ordunu növbəti döyüşlər üçün təşkil etməyə imkan vermədi. 
Mustafa Lələ paşa  Şəkini, Dərbəndi və  Gəncəni tutub, 
Ərzuruma çəkildi. O, Azərbaycandan özü ilə 60 min nəfər əsir 
apardı. 
Azərbaycanda Osman paşanın qoşunları və Krım xanının 
qardaşı Adil Gərayın qoşunları qaldılar. 1078-ci il noyabrın 20-
də Ağsu çayı yaxınlığında baş verən döyüşdə Səfəvi ordusuna 
Şah Məhəmməd Xüdabəndənin oğlu Həmzə Mirzə başçılıq 
edirdi. Bu döyüşdə düşmən ordusu məğlub oldu. Adil Gəray 
döyüşdə öldürüldü, Osman paşa isə Dağıstana qaçdı. 
1581-ci ildə Krım xanı Məhəmməd Gəray Dərbəndə gəldi 
və Osman paşanın qüvvələri ilə birləşdi. Onlar 2 dəfə Kür çayı 
sahillərinə hücum etdilər,  əhalini qarət edib Dərbəndə 
qayıtdılar. Osman paşa Dərbəndə getsə də Osmanlı ordusunun 
hissələri Azərbaycanda qalmaqda davam edirdi. Bakı şəhəri də 
onların  əlində idi. Səfəvi ordusu Bakı qalasını 18 gün 
mühasirədə saxlasa da ala bilmədi. Ərzağı tükənmiş ordu aclığa 
davam gətirməyib geri qayıtdı. Dəfələrlə qarət olunmuş 
Azərbaycanda aclıq baş verdiyinə görə  əhali ordunu ərzaqla 
təmin edə bilmədi. 
Səfəvilər 1586-cı ildə Rusiya ilə ittifaq yaratmağa 
çalışdılar. Onlar Dərbənd, Bakı və Şamaxı şəhərlərini Rusiyaya 
Qəzənfər Rəcəbli 
 
 
192
güzəştə getməklə ondan hərbi kömək istədilər. Lakin Rusiya o 
vaxt buna razı olmadı. 
1587-ci ildə  Səfəvilər taxtına  Şah I Abbas oturdu. O, 
1590-cı il martın 21-də  İstanbulda sülh müqaviləsi bağladı. 
İstanbul sülhünün şərtlərinə görə  Ərdəbil və Talış istisna 
olmaqla bütün Azərbaycan və Gürcüstan Osmanlı sultanlığında 
qaldı. 
Azərbaycanda Osmanlı hökmranlığı dövrü başlandı. 
Ölkədə Osmanlı üsul-idarəsi yaradıldı. Azərbaycan inzibati 
cəhətdən paşalıqlara və sancaqlara bölündü. Paşalıqları idarə 
edən Osmanlı paşaları  əhalini qarət edirdilər. Qaynaqların 
məlumatına görə Marağada Cəfər paşa əhalidən bir ildə 15 ulağ 
yükü qızıl toplamışdı. Nəticədə əhali o qədər haldan düşmüşdü 
ki, sonrakı il paşa heç bir şey toplaya bilmədi. 
Şah I Abbas 1598-ci ildə  Səfəvilər dövlətinin paytaxtını 
Qəzvindən İranın daxili bölgələrinə - İsfahan şəhərinə köçürdü. 
Paytaxtın fars torpağına köçürülməsi sarayda və dövlət apara-
tında fars əyanlarının təsirinin artmasına, fars təmayülünün 
güclənməsinə səbəb oldu.  
Şah I Abbas mərkəzi hakimiyyətin gücləndirilməsində 
marağı olan feodal qruplarının, tacirlərin və  sənətkar 
təbəqələrinin dəstəyinə arxalanaraq hərbi-köçəri “qızılbaş” 
əmirlərinin müqavimətini qıra bildi. O, güclü nizami ordu 
yaratdı. Ordu odlu silahlarla təchiz edildi və birbaşa mərkəzi 
hakimiyyətə tabe edildi. Nizami ordunun döyüşçülərinin sayı 
110 min nəfərə çatırdı. “Qızılbaş” süvari dəstələri də yenidən 
təşkil olundu. 44 min nəfərlik “qulamlar” dəstəsi (şah qvardiya-
sı) yaradıldı. 
Şah I Abbas fəal xarici siyasət yeritməyə başladı. O, 
1599-cu il iyulun 29-da Şeybaniləri məğlub edib Xorasanı ye-
nidən Səfəvilər dövlətinə birləşdirdi. Osmanlı imperiyası ilə Al-
maniya arasında müharibə getməsindən istifadə edərək,  Şah I 
Abbas 1602-ci ildə Osmanlı sultanlığına qarşı müharibəyə baş-
ladı. 1603-cü il sentyabrın 14-də Səfəvi ordusu hücuma keçib


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə