Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə47/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

Azərbaycan Tarixi 
 
 
185 
1510-cu ilin sonunda Şah  İsmayıl  Şeybani Məhəmməd 
xana qarşı yürüşə başladı. Səfəvi qoşunları  hələ Xorasanda 
olarkən  Şeybani Məhəmməd xan paytaxtı Herat şəhərini tərk 
edib, qoşun toplamaq üçün Mərv  şəhərinə getdi. Şah  İsmayıl 
yaxşı möhkəmləndirilmiş Mərv qalasına hücum etmədi, şəhərin 
10 km.- liyindəki Mahmudi kəndində düşərgə saldı.  Şah 
İsmayıl hərbi taktika işlədərək 1510-cu il dekabrın 2- də  Şey-
bani Məhəmməd xanı  Mərv  şəhəri yaxınlığındakı düzəngahda 
döyüşə cəlb edə bildi. Mərv döyüşündə Şah İsmayıl qalib gəldi, 
Şeybani Məhəmməd xan öldürüldü. 
Mərv qələbəsi nəticəsində Şah İsmayıl Xorasan vilayətin-
dən  əlavə  Mərv, Herat və  Bəlx  şəhərlərini  əhatə edən  Şey-
banilər dövlətinin  ərazisinin bir hissəsini tutub Amu-Dərya 
çayına çatdı.  İndi Səfəvilər dövlətinin sərhədləri  şərqdə Amu-
Dərya çayından qərbdə  Fərat çayına qədər, cənubda  İran kör-
fəzindən  şimalda Dərbənd  şəhərinə  qədər böyük bir ərazini 
əhatə edirdi. 
Şah İsmayıl yaxşı başa düşürdü ki, Səfəvilər dövləti tez-
gec qərbdə Osmanlı imperiyası ilə toqquşacaqdır.  Şah  İsmayıl 
Osmanlı sultanlığı ilə müharibədən çəkinirdi. Onu bu 
müharibədən çəkindirən türk ordusunda topların olması idi. O 
vaxt türk topları bütün Avropanı qorxudurdu. Səfəvi ordusunda 
isə heç bir odlu silah yox idi. Şah  İsmayıl hələ 1505-ci ildən 
Venetsiya və digər Avropa dövlətləri ilə Osmanlı imperiyasına 
qarşı ittifaq bağlamaq üçün danışıqlar aparırdı. Bu danışıqlarda 
əsas məqsəd odlu silah əldə etmək idi. Lakin Səfəvilər odlu 
silah əldə edə bilməmişdilər. 
Osmanlı sultanlığında da Səfəvilər dövlətinə qarşı 
müharibəyə ciddi hazırlıq gedirdi. Lakin Sultan II İldırım 
Bəyazid tərəddüd edirdi. Onun tərəddüdündən cana doyan 
hərbiçilər sultanın oğlu Səlim Yavuzu başdan çıxarıb, onun 
razılığını aldıqdan sonra 1512-ci ildə dövlət çevrilişi etdilər. II 
İldırım Bəyazidi taxtdan salıb, Səlim Yavuzu I Sultan Səlim adı 
ilə Osmanlı taxtına oturtdular.  
Qəzənfər Rəcəbli 
 
 
186
Sultan Səlim dərhal bir neçə Avropa dövləti ilə Səfəvilərə 
qarşı ittifaq bağladı. O, gələcək müharibə zamanı Şərqi Anado-
luda yaşayan şiələrin arxadan təhlükə yarada biləcəyindən ehti-
yat edərək, 7 yaşından 70 yaşına qədər  şiə  təriqətinə etiqad 
edən bütün kişiləri siyahıya aldırdı  və bu siyahı  əsasında 40 
min nəfər təşkil edən kişi cinsindən olan şiələr bir gecə ərzində 
öldürüldülər, ailələri isə imperiyanın Avropa qitəsində olan 
torpaqlarına köçürüldülər.  
Sultan Səlim 1514-cü ildə  təxribat məqsədilə  Şah 
İsmayıla 4 təhqir edici məktub göndərdi. Bu məktubların 
məzmunu  Şeybani Məhəmməd xanın məktubları ruhunda idi. 
Şah İsmayıl məktubların üçünə cavab vermədi. Sultan Səlim 4-
cü məktubu ilə  Şah  İsmayıla bir nimdaş  dərviş libası, bir 
təsbeh, bir çəlik (əsa) və qoz ağacından hazırlanmış  və 
dərvişlərin pul yığmaq üçün istifadə etdikləri piyalə göndərir. 
Şah  İsmayıl 4-cü məktuba cavab yazır və  məktubla birlikdə 
Sultan Səlimə bir kiçik mücrü dolu tiryək göndərir. Məktubda 
yazılmışdı: “Başa düşürəm, sən də ölmək istəyirsən  İnşallah 
arzunu ürəyində qoymaram. O ki, qaldı  sənin Azərbaycana 
sahib olmağına, arzuna bu tiryəkdən çəkdikdən sonra, ağlın 
dumanlanıb, gözlərin yaşla dolanda çatarsan".  
Bu məktub müharibəyə başlamaq üçün bəhanə oldu. 
Sultan Səlimin vəzirləri onu bu müharibədən çəkindirməyə 
çalışsalar da bu mümkün olmadı. Osmanlılar və  Səfəvilər 
arasında müharibə başlandı. Osmanlı ordusunda 100 min 
döyüşçü və topçu dəstəsi var idi. Səfəvi ordusunda isə cəmi 20 
min süvari döyüşçü vardı. Səfəvi sərkərdəsi Məhəmməd Ustaclı 
Şah  İsmayıla məsləhət gördü ki, Osmanlı ordusu sayca çox 
olduğu və toplarla silahlandığı üçün hələ yolda yürüş 
formasında hərəkət etdiyi zaman kiçik dəstələrlə cinahlardan 
qəflətən hücümlar etməklə taqətdən salmaq və ordu vahimə 
içində olduqdan sonra baş döyüş vermək lazımdır. (Bu hərbi 
taktikadan hələ 474 il əvvəl məşhur səlcuq oğuz sərkərdəsi 
Çağrı  bəy Qəznəvi Sultan Mahmudun ordusunu məğlub 


Azərbaycan Tarixi 
 
 
187 
edərkən istifadə etmişdi.)  Şah  İsmayıl yaxşı bilirdi ki, məğlub 
olacaq. Odur ki, o, ordunun ruh yüksəkliyini saxlamaq üçün
qələbələri Allahın adı ilə bağlandığı kimi, baş verəcək 
məğlubiyyəti də Allahın “istəyi"lə bağlamaq məqsədilə bu 
təklifi rədd edərək demişdi: “Mən karvan soyan quldur 
deyiləm. Qoy Allah necə bilir, elə də olsun.”  
1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığında 
Çaldıran düzündə Səfəvi və Osmanlı qoşunları arasında böyük 
döyüş baş verdi. Döyüşün  əvvəlində  Səfəvi döyüşçüləri 
üstünlüyə malik idilər. Lakin döyüşün taleyini Osmanlı topları 
həll etdi. Qolundan və çinindən yaralanan Şah İsmayıl ordunun 
qalıqları ilə geri çəkilib Bağdad tərəflərə getdi.  
Sultan Səlim döyüş meydanını  gəzərkən öldürülmüş 
döyüşçülər arasında kişi paltarı geymiş çoxlu qadın meyitinə də 
rast gəldi. O, qadınlarının meyitlərini hörmətlə, müsəlman 
qaydası ilə  dəfn etdirdi. Çaldıran döyüşündən sonra tutulmuş 
çoxlu əsirlər arasında Şah İsmayılın hərəmxanasından Bəhruzə 
xanım və Taclı xanım adlı iki qadın da vardı. Onlar Şah 
İsmayılın sevimli hərəmləri olmuşdular. Sultan Səlim  Şah 
İsmayıla mənəvi zərbə vurmaq üçün Bəhruzə xanımı vaxtilə 
Şah  İsmayıla həcvlər yazmış, sonra isə  İstanbulda sığınacaq 
tapmış  şair Cəfər Çələbiyə bağışladı. Taclı xanımı isə öz 
hərəmxanasına götürmək istədi, lakin o, tabe olmaq istəmədiyi 
üçün zindana atıldı.  
Sultan Səlim Xoy, Mərənd və b. Azərbaycan  şəhərlərini 
tutub Təbrizə daxil oldu. Hər yerdə Osmanlı ordusu nifrətlə 
qarşılanırdı. Təbriz  əhalisi mülki itaətsizlik göstərdi. Bütün 
evlərin və  həyətlərin qapıları bağlandı. Osmanlı ordusunun 
şəhərdə olduğu müddətdə  şəhər  əhalisindən heç kəs küçəyə 
çıxmadı, Təbriz ölü şəhərə çevrilmişdi. Sultan Səlim ciddi 
müqavimətə rast gəldiyi üçün Təbrizdə cəmi 9 gün qaldı və geri 
qayıtmaq əmri verdi. Təbrizi tərk edərkən Sultan Səlim demişdi 
ki, Azərbaycanı hərbi güc ilə tutmaq olar, lakin əcnəbilər zorla 
Qəzənfər Rəcəbli 
 
 
188
onu idarə edə bilməzlər. Təbrizdən çıxan Sultan Səlim heç 
yerdə dayanmadan bir başa İstanbula qayıtdı.  
Çaldıran döyüşü  Şah  İsmayılın birinci və sonuncu 
məğlubiyyəti oldu. O, 1515- 1516-cı illərdə 2 dəfə böyük 
elçilik göndərib Sultan Səlim ilə sülh bağlamaq istədi. Lakin 
Sultan Səlimin sərəncamı ilə elçiləri  İstanbulda heç sultan 
sarayına belə  buraxılmadılar. Odur ki, Şah İsmayıl Venetsiya, 
Macarıstan, Polşa, Almaniya, hətta  İspaniya və Rusiya ilə 
danışıqlar aparıb odlu silah almağa cəhd göstərərək, Osmanlı 
sultanlığına qarşı müharibəyə hazırlaşmalı oldu. Bu dövlətlər 
ona silah satmağı  vəd etsələr də öz vədlərinə  əməl etmirdilər. 
Beləliklə,  Şah  İsmayılın sağlığında Səfəvi dövlətinin ordusu 
odlu silahla silahlana bilmədi.  
Şah  İsmayılın hakimiyyəti dövründə bütün Cənubi 
Qafqaz Səfəvilərin vassal asılılığında idi. Şah  İsmayılın 
göndərdiyi sərkərdə Div Sultan Rumlunun başçılığı altında 
“qızılbaşlar” gürcü feodal hökmdarları arasında ziddiyyətlərin 
həll edilməsində  əsas rol oynayırdılar. Bir qaynağın 
məlumatına görə 1519-cu ildə  Təbrizdə  Şah  İsmayılın qış 
sarayında Cənubi Qafqazın feodal hökmdarlarından  Şirvanşah 
Şeyxşahın,  Şəki hakimi Həsən bəyin, Kaxetiya çarı Levanın 
(Ləvənd xanın) və Mesxetiya çarı IV Kvarkvarenin yerli 
Azərbaycan hakimlərindən rəşdli Müzəffər Sultan, gilanlı 
Xanəhməd və b. ilə birlikdə şahın hüzurundakı xalça üzərində 
oturmaları, onların  Şah  İsmayıla tabe olduqlarını sübut edir. 
Digər qaynağa görə 1521-ci ildə Gürcüstan feodal hökmdarları 
Ləvənd xan, Kvarkvare və David bəy Div Sultan ilə 
Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəlib Səfəvilərə hər 
il bac və xərac verməyi öhdələrinə götürürlər. 
12.3. Səfəvi – Osmanlı müharibələri. Azərbaycan 
Səfəvilər dövlətinin zəifləməsi və  tənəzzülü.  Şah  İsmayıl 
1524-cü ildə 38 yaşında vəfat etdi. Onun oğlu şah I Təhmasibin 
hakimiyyətinin  əvvəllərində ölkədə  əyanların müstəqillik 
meylləri gücləndi. Məsələn, 1536-cı ildə  Şirvanşah olmuş 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə