Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə45/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

Azərbaycan Tarixi 
 
 
177 
Şeyx Cüneydin siyasətini Şeyx Heydər davam etdirdi. O, 
dayısı Uzun Həsən qızı Martuza bəyimlə, yaxud Marta ilə 
evlənli. (Sonra Martuzənin adı  dəyişdirildi və Aləmşah xanım 
adlandırıldı). Beləliklə, Səfəvilər Ağqoyunlu sarayı ilə ittifaqı 
daha da möhkəmlətdilər. Digər tərəfdən 1478-ci ildə Uzun 
Həsənin vəfatından sonra onun oğlu Yaqub şah  Şirvanşah 
Fərrux Yasarın bacısı ilə evləndiyindən, bu qohumluq əlaqələri 
daha da genişləndi. Bu qohumluq əlaqələrindən istifadə edən 
Şeyx Heydər 1483-cü ildə  Şirvanşah torpağından sərbəst 
keçərək Dağıstana yürüş etdi. Həmin yürüş  nəticəsində çoxlu 
qənimət  əldə etmiş  Şeyx Heydər 1894-cü ildə onu ikinci dəfə 
təkrar etdi. Dağıstana hərbi səfərlər nəticəsində  əldə etdiyi 
vəsait Şeyx Heydərə Səfəvi ordusunu yenidən qurub möhkəm-
lətməyə imkan verdi. 
  Səfəvi ordusunun döyüşçüləri başlarına, 12 şiə imamı-
nın şərəfinə 12 qızılı- qırmızı zolaqlı parçadan hazırlanmış çal-
ma qoyurdular. Məhz buna görə Səfəvi ordusu “Qızılbaş” ordu-
su, döyüşçüləri isə “qızılbaşlar” adlandırıldı. Beləliklə,  Şeyx 
Heydər ordunun geyimi ilə  şiəlik təbliğatını bir qədər də 
genişləndirdi.  
  Şeyx Heydər arvadı Aləmşah xanımı Qum şəhərinə qar-
daşı Yaqub şahın yanına göndərərək, qaynının razılığını alan-
dan sonra 1488-ci ildə Dağıstana  üçüncü dəfə yürüş etdi. O, bu 
dəfə Şirvan torpağından keçərkən, Şirvanşahlar dövlətinin pay-
taxtı Şamaxı şəhərinin müdafiəsinin zəif olduğunu bilib şəhərə 
hücum etdi. Qəflətən yaxalanan şah Fərrux Yasar qaçıb Gü-
lüstan qalasında gizləndi. Ağqoyunlu hökmdarı Yaqub şah 
Şeyx Heydərin bu hərəkətini özünə qarşı hörmətsizlik sayaraq, 
qaynı  Fərrux Yasarın köməyinə yaxşı  təlim görmüş 4 min 
süvaridən ibarət nizami qoşun göndərdi. Dərbəndi mühasirə 
etmiş  Şeyx Heydər Ağqoyunlu ordusunun Fərrux Yasarın 
köməyinə  gəlməsindən xəbər tutub, mühasirədən  əl çəkdi və 
geriyə Tabasarana qayıtdı. Birləşmiş  Ağqoyunlu və  Şirvanşah 
orduları ilə Səfəvilərin “Qızılbaş” ordusu arasında bir neçə gün 
Qəzənfər Rəcəbli 
 
 
178
döyüş getdi və  nəticədə “qızılbaşlar” məğlub oldular. Son 
döyüşdə  Şeyx Heydər həlak oldu. Onu Həzrə  kəndində  dəfn 
etdilər. 
 Bu hadisədən sonra Yaqub şah Şeyx Heydərin oğlanları 
Sultanəli,  İbrahim və  İsmayılı anaları ilə birlikdə  həbs edib 
Şiraz  şəhəri yaxınlığındakı  İstəxri – Fars qalasında zindana 
saldırdı. Şeyx Heydərin əmlakı müsadirə edildi. 
 1490-cı ildə Yaqub şah anası  Şahxatunun dərman 
əvəzinə səhvən verdiyi zəhəri içməklə vəfat etdi. Hakimiyyətə 
onun oğlu Baysunqur keçdi. O, da Şahxatunun xahişinə 
baxmayaraq, bibisini və bibisi oğlanlarını zindandan azadlığa 
buraxmadı. Lakin 2 il sonra, 1492-ci ildə Baysunqur əmisi oğlu 
Rüstəm tərəfindən taxtdan devrildi. Rüstəm özünü şah elan etdi 
və Şeyx Heydərin ailəsini zindandan azad edərək, onun böyük 
oğlu Sultanəlini Ərdəbilə hakim təyin etdi. 
 Hakimiyyətdən devrilmiş Baysunqur Şamaxıya dayısı 
Fərrux Yasarın yanına qaçdı.  Şirvanşah Fərrux Yasar 1493-cü 
ildə  Ağqoyunlu  şahı Rüstəmə qarşı müharibəyə başladı. 
Rüstəm  şahın  Şirvanşah ordusuna qarşı göndərdiyi qoşuna 
Sultanəli başçılıq edirdi. Fərrux Yasarın qoşunları  Bərdə 
yaxınlığındakı döyüşdə  məğlub edildi, döyüşdə Baysunqur da 
həlak oldu. Bərdə döyüşündə Ağqoyunlu ordusu tərəfindən “qı-
zılbaş” dəstələri xüsusilə  fərqlənmişdilər. Qələbədə Sultanəli-
nin sərkərdəlik məharəti də az rol oynamamışdı. Odur ki, qalib 
ordu Təbruzə qayıdan zaman şəhər  əhalisi Sultanəlini  şahlara 
layiq təntənə ilə qarşıladı. Sultanəlinin  şöhrətinin artmasından 
narahat olan Rüstəm  şah  Şeyx Heydərin oğlanlarını aradan 
götürməyi qərara aldı. O, İbrahim və  İsmayılın tərbiyəsi ilə 
özünün  şəxsən məşğul olmaq istəyi adı ilə onları  Təbrizə  şah 
sarayına gətirtdi. Onun tapşırığı ilə Şeyx Sultanəlinin qardaşları 
böhtanlanıb edam edilməli idilər. Sarayda Səfəvilərə  rəğbət 
bəsləyən bir nəfər  şahın niyyətindən xəbər tutub bunu Şeyx 
Sultanəliyə çatdırdı. Şeyx Sultanəli bir dəstə yaxın adamları ilə 
birlikdə gizlicə  Təbrizə  gəlib qardaşlarını saraydan qaçırır. 


Azərbaycan Tarixi 
 
 
179 
Sarayda  şeyx Sultanəlinin qardaşlarının qaçırıldığından xəbər 
tutulduqda, Rüstəm  şah onların tutulması üçün 5 min nəfərlik 
atlı göndərir. Sultanəli təqib olunduğunu bildiyinə görə heç 
yerdə dayanmadan özünü tez Ərdəbilə yetirir. Şeyx Sultanəli 
müridləri yığıb qardaşı  İsmayılı varis təyin etdiyini bildirir və 
ailəsinin etibarlı yerdə gizlədilməsi üçün tapşırıqlar verir. Özü 
isə  şah qoşununu müəyyən qədər yubatmaq üçün 700 atlı ilə 
onlara qarşı döyüşə gedir. Qeyri bərabər döyüşdə  Şeyx 
Sultanəli və onun “qızılbaşları” qəhrəmancasına həlak olurlar. 
  Ərdəbil  şeyxinin müridləri  İbrahim və  İsmayılı etibarlı 
yerdə gizlədir, sonra isə gizli yol ilə Gilan vilayətinin Biyəpiş 
mahalına göndərirlər. Mahal hakimi Mirzə Əli Şeyx İsmayıl və 
onu müşayiət edən 80 müridi Lahicanda yerləşdirdi. Mirzə Əli 
öz fəxri qonağına böyük hörmət göstərərək onun tərbiyəsi üçün 
əlindən gələni etdi. Ərəb-fars dilləri və Qurani-Kərimi 
öyrətmək üçün müəllim kimi görkəmli ilahiyyat alimi 
Şəmsəddin Lahıci dəvət olundu. İsmayıl və onun qardaşı üçün 
yaxşı  tərbiyəçilər ayrıldı. Tərbiyəçilərdən Hüseyn bəy Lələ, 
Dədə  bəy Talış,  İlyas bəy Xınıslı  və Xadim bəy Xülafə  Şeyx 
İsmayılın tərbiyəsi ilə  məşğul olub onu bacarıqlı döyüşçü, 
görkəmli sərkərdə və gələcək dövlət xadimi kimi hazırladılar. 
12.2. Azərbaycan Səfəvilər dövlətinin  yaranması  və 
genişlənməsi.  1497-ci ildə Rüstəm  şah öldükdən sonra 
Ağqoyunlu dövləti parçalandı. Murad şah  İraqi-Ərəb,  İraqi-
Əcən, Fars və Kirmanın hökmdarı oldu. Cənubi Azərbaycan, 
Qarabağ, Naxçıvan və indiki Ermənistandan ibarət olan digər 
Ağqoyunlu dövlətinin  şahı isə 1498-ci ildən  Əlvənd oldu. 
Səfəvilərə düşmən olan şah Əlvənd Ərdəbilə Əli bəy adlı birini 
hakim təyin etdi. 1498-ci ildə 12 yaşlı  Şeyx  İsmayıl  ətrafına 
topladığı 300 nəfər mürid ilə  Ərdəbilə qayıtmaq istədi. Lakin 
Əli bəy onları şəhərə buraxmadı. Şeyx İsmayıl öz müridləri ilə 
qayıdıb Talışa gəldi. Talış hakimi Məhəmməd onları indiki 
Astara rayonunun Ərçivan kəndində yerləşdirdi. Onlar bir il 
burada qaldılar.  Şirvanşah Fərrux Yasar Məhəmmədə 1000 
Qəzənfər Rəcəbli 
 
 
180
tümən qızıl pul təklif etdi ki, Şeyx  İsmayılı tutub ona versin. 
Məhəmməd bu təklifi rədd edərək bildirdi ki, qonaq “Allah 
qonağı” hesab edilər. Ona görə  də qonağı qorumaq hər bir 
müsəlmanın müqəddəs borcudur. Şah Əlvəndin isə göndərdiyi 
cəza dəstəsinin başçısı Qasım bəy  Şeyx  İsmayılın təslim 
olunmasını tələb etdikdə, “Qurana” əl basıb and içdilər ki, onun 
ayaqları Talış torpağında yoxdur. Belə ki, Şeyx İsmayılı iri bir 
zənbilə qoyub sıx yarpaqlı bir ağacdan asmışdılar. Ona görə də 
sonralar, həmin ağacın olduğu kənd Şahağac kəndi adlandırıldı. 
  Şeyx İsmayılın dəstəsi 1499-1500-cü ilin qışını Talış və 
Muğanda keçirdi. Bu vaxt onun dəstəsində artıq 1500 nəfər 
mürid və “qızılbaş” döyüşçüsü vardı. Yaxın müridlərin və 
əmirlərin məsləhəti ilə  Şeyx  İsmayıl 1500-cü ildə Qarabağa, 
oradan Gəncə, Göyçə, İrəvan, Şoragöl, Mingöl, Kağızman, Pər-
can, Sarıqaya və nəhayət Ərzincana getdi. Burada onun bayrağı 
altında  şamlı, rumlu, ustaclı, təkəli, zülqədər,  əfşar, qacar, va-
saq soylarından, həmçinin Talış və Qaradağ sufilərindən ibarət 
7 mindən çox “qızılbaş” qazısı birləşmişdi. Buradan o, Ərdəbilə 
gəldi. 
  Şeyx  İsmayıl Azərbaycanın bütün torpaqlarını birləşdi-
rib vahid Azərbaycan dövləti yaratmağı qarşısına məqsəd qoy-
muşdu. Azərbaycanın vahid dövlət halında birləşdirilməsi tarixi 
zərurət idi. Feodal pərakəndəliyi ölkənin ayrı-ayrı bölgələri 
arasında sabit təsərrüfat əlaqələrinin yaranmasına və məhsuldar 
qüvvələrin inkişafına mane olurdu. Əhalinin vəziyyəti ağırlaş-
mış, ölkədə mədəni həyat tənəzzül etmişdi. Feodal pərakəndəli-
yi ticarətin inkişafına mane olurdu. Tacirlər saysız-hesabsız 
feodal sərhədlərini keçərkən gömrük vergiləri ödəməli idilər. 
Odur ki, tacirlər də güclü mərkəzləşmiş dövlətin olmasını arzu 
edirdilər. Orta və  xırda torpaq sahibləri də iri feodalların 
özbaşınalığından əziyyət çəkirdilər. Onlara da mərkəzləşmiş və 
güclü dövlət lazım idi. Əkinçilərin, maldarların və sənətkarların 
narazılıqları ölkədə tez-tez üsyanlar baş verməsilə nəticələnirdi. 
Üsyançılar çox vaxt dini bayraq altında çıxış edirdilər. Nəhayət, 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə