Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə41/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

Azərbaycan Tarixi 
 
 
161 
və  Dərbəndi tutub Azərbaycanın işğal olunmasını başa 
çatdırdılar.  
11.2. Azərbaycan Elxanilər dövlətinin tərkibində. 
1254-cü ildə Çingiz xanın nəvəsi böyük Monqol xaqanı Müngə 
xaqanının qardaşı Hülaku xan başda olmaqla 12 tümən (120 
min nəfərlik) monqol ordusu Orta Asiyadan İran  ərazisini 
keçməklə  qərbə  tərəf yürüşə başladı  və Azərbaycanı tutdu. 
Hülaku xan 1258-ci ildə xəlifə əl- Möhtəsinin ordusunu məğlub 
edib Bağdadı tutdu. Abbasilər sülaləsindən olan sonuncu xəlifə 
əl-Möhtəsim edam edildi, Abbasilər sülaləsinin 508 il davam 
edən hakimiyyətinə son qoyuldu. 
Hülaku xan bütün Azərbaycan da daxil olmaqla böyük bir 
dövlət yaratdı. Hülaku dövləti Orta Asiyadan Aralıq dənizinə 
qədər, Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə 
edirdi. Hülaku dövlətinin paytaxtı öncə Marağa, sonra isə 
Təbriz olmuşdur. Hüvaku dövləti ilə  Şərqi Avropada mövcud 
olan qüdrətli Qızıl Orda dövləti arasında daim mübarizə 
gedirdi. Azərbaycan bu iki monqol sülaləsinin mübarizəsinin 
döyüş meydanına çevrilmişdi. Qızıl Ordanın Azərbaycana beş 
dəfə yürüşü nəticəsində ölkəmizin təsərrüfat həyatı acınacaqlı 
hala salınmışdı. 
Hülakular dövlətində hökmdar titulu “elxan” adlanırdı. 
Ona görə  də monqolların Azərbaycanda yaratdıqları dövlət 
tarixdə Elxanilər adı ilə tanınır. Elxanilər dövlətində Hülakular 
sülaləsi dövləti idarə etmək üçün divan yaratmışdı. Monqollar 
ağır vergilərlə  əhalini, demək olar ki, qarət edirdilər. onlar 
əhalidən “xərac”  -  torpaq vergisi, “qopçur” – can vergisi, 
“tağar” – qoşun xərci, “ixracat” – monqol əyanları üçün topla-
nan vergi, “rüsum” – elxanın arvadları üçün toplanan vergi, 
“tamğa” – tacir və sənətkarlardan toplanan vergi, “bac” – daxili 
ticarət üçün vergi (bu vergi şəhər darvazalarının yanında, kö-
rpülərdə gömrükxana işçiləri tərəfindən başqa şəhərlərə satmaq 
üçün mallardan tutulurdu), “avaris” – müxtəlif təyinatlı  təcili 
xərcləri ödəmək məqsədilə dövlət və feodallar tərəfindən 
Qəzənfər Rəcəbli 
 
 
162
toplanan vergi və s. 40-dan çox adda vergi toplamaqla ölkənin 
təsərrüfat həyatını müflisləşmə  səviyyəsinə çatdırmışdılar. 
Vergi siyasəti ilə bağlı olaraq 1254-cü ildə 10 yaşdan 60 yaşa 
qədər bütün kişilərin siyahıya alınması keçirilmişdi. 
Azərbaycan xalqı monqolların vergi siyasətinə qarşı 
müxtəlif formalarda etirazını bildirirdi. Belə etiraz 
formalarından biri kəndlilərin və  sənətkarların kütləvi surətdə 
öz yurd-yuvalarını  tərk edib dağlara qaçmaları idi. XIII əsrin 
ikinci yarısında monqolların zülmünə qarşı üsyanlar da baş 
vermişdi. Üsyanlar Şirvan və  Təbriz bölgələrində daha geniş 
vüsət almışdı. Tarixçi Rəşidəddinin məlumatına görə  hətta 
Abaqa xan Arana ova getdiyi zaman üsyançılar ona hücum 
etmişdilər. Yalnız Qazan xanın üsyançılara qarşı amansız 
tədbirləri nəticəsində 1301-ci ildə bütün üsyanlar yatırıldı. 
Monqolların ağır vergi siyasətinə etiraz hərəkatının 
nəticəsində xəzinəyə daxil olan vəsait azalmışdı. Hülaku hökm-
darı Qazan xan (1295-1304) xəzinənin gəlirlərinin azalmasının 
qarşısını almaq məqsədilə 1303-cü ildə torpaq sahibkarlığı, 
kəndlilərin vəziyyəti, vergi siyasəti, ölçü və çəki sistemləri, pul 
və islam dini ilə bağlı bir sıra islahatlar keçirdi. 
Torpaq sahibkarlığı islahatı divan torpaqlarının iqta hüqu-
qu əsasında sərkərdələrə və əskərlərə əkin sahəsi kimi paylan-
ması ilə səciyyələnirdi. İqta sahibləri dövlətə vergi vermir, yal-
nız “xass” adlanan özəl mülklər idarəsinə müəyyən qədər taxıl 
verirdilər.  
Kəndlilərin vəziyyəti ilə bağlı Qazan xanın verdiyi fər-
mana görə son 30 il ərzində öz yurd-yuvalarını qoyub qaçmış 
kəndlilər geri qayıtmalı idilər. Fərmana  əməl etməyənləri ağır 
cəza gözləyirdi. Qazan  xanın  bu  fərmanı  Azərbaycanda 
təhkimçilik  hüququnun  tətbiqi  barədə  ilk  cəhd  idi.  Lakin  bu 
fərmanla
  Qazan  xanın  Azərbaycanda  təhkimçilik  sistemi 
yaratmaq cəhdi baş tutmadı. Fərman rəsmən ləğv edilməsə də, 
faktiki  olaraq  həyata  keçirilmədi,  necə  deyərlər  "öz  əcəli  ilə 
öldü".  Bütün  İslam  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da 


Azərbaycan Tarixi 
 
 
163 
təhkimçilik hüququnu tətbiq etmək mümkün olmadı.  Qeyd et-
mək lazımdır ki, İslam dininə görə bütün insanlar bərabərdirlər, 
deməli şəxsən azaddırlar. Kəndlilərin feodaldan asılılığı istifadə 
etdikləri torpaqla bağlı idi, yəni əslində iqtisadi asılılıq idi. Ona 
görə də İslam dininin hakim olduğu bütün ölkələrdə, o cümlə-
dən Azərbaycanda heç vaxt təhkimçilik hüququ olmamışdır. 
Qazan  xanın  vergi  islahatına  görə  vergilərin  toplan-
masının
 icarəyə verilməsi məhdudlaşdırıldı. Vergilərin miqdarı 
və  toplanması  müddətləri  tənzimləndi.  Qazan  xanın  islahatları 
ilə ölçü və çəki sistemləri nizama salındı, ölkə üzrə eyni ölçü və 
çəki  vahidləri  qəbul  edildi.  Ölkədə  vahid  rabitə  sistemi 
yaradıldı.  Bütün  əsas  yollarda  hər 3 fərsəxdən  bir  (fərsəx 21 
km-ə  bərabərdir) "yam"lar - rabitə  dayanacaqları  yaradıldı  və 
karvansaralar tikildi. Dövlət sənədləri, məktublar və baratlar bir 
yamdan digərinə ötürülməklə ünvanına çatdırıldı. 
İnzibati-ərazi  bölgüsü  islahatına  görə  Elxanilər  dövləti 
vilayətlərə,  vilayətlər  isə  tümənlərə  bölünürdü.  Azərbaycan 
vilayəti 9 tümənə bölünmüşdü. Tümənlər hərbi və inzibati-ərazi 
vahidləri idilər. 
Qazan  xanın  islahatları  sırasında  din  ilə  bağlı  islahatlar 
xüsusi  əhəmiyyətə  malik  idi.  Qazan xanın özü İslamı  qəbul 
etdi.  İslam Elxanilər dövlətinin dövlət dininə çevrildi. Qazan 
xandan başlayaraq Elxanilər dövləti, monqol sülalələrinin 
hakimiyyətdə olduğu digər dövlətlərdən fərqli olaraq, İslam 
dəyərlərinə hörmət edən dövlət oldu. 
Elxanilər dövlətində monqol sülalələrinin nümayəndəli 
arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Hakimiyyət 
tez-tez bir əldən başqa  ələ keçirdi. XIV əsrin ortalarında 
Elxanilər dövlətində vəzir Şeyx Həsən Çobani və onun qardaşı 
Məlik  Əşrəf Azərbaycan Elxaniləri adından dövləti idarə 
edirdilər. Onlar faktiki olaraq Hülaku sülaləsindən olan 
elxanları hakimiyyətdən uzaqlaşdırıb Çobanilər dövlətini 
yaratmışdılar. Ona görə  də  Qızıl Orda xanı Canıbəy 
Qəzənfər Rəcəbli 
 
 
164
Azərbaycana yürüş edərək ölkəni tutdu və 1357-ci Çobani 
əmiri Məlik Əşrəfi edam etdirdi.  
Canıbəy getdikdən sonra Cəlairi əmiri Şeyx Uveys 1358-
ci ildə  Cəlairilər dövlətinin  əsasını qoydu. Onun 1359-cu ildə 
Təbrizi tutub özünü sultan elan etməsi ilə Hülakular dövlətinə 
son qoyuldu. Azərbaycanda Elxanilər dövlətini Cəlairilər 
sülaləsinin hakimiyyəti əvəz etdi. Sultan   Əhmədin hakimiyyə-
ti dövründə Muğan və Aran da Cəlairilər dövlətinə qatıldı. 
11.3. Şirvanşahlar (Dərbəndilər) dövləti. Azərbaycanın 
şimal torpaqlarında Elxanilərin hakimiyyəti  şərti xarakter 
daşıyırdı. Bu dövrdə  Kəsranilər sülaləsindən olan Şirvanşah 
Huşəngin siyasətindən əhali çox narazı idi. 1382-ci ildə Şirvan-
ın kiçik feodalları üsyan qaldırıb Huşəngi öldürdülər. Üsyan-
çılar hakimiyyətə  Məzyədilər sülaləsindən olan və vaxtı ilə 
Dərbənd hakimi olmuş İbrahimi gətirdilər. I İbrahim adı ilə Şir-
vanşahlar dövlətinin taxtına oturdulan yeni hökmdar çox ağıllı 
adam idi. Onun xalq arasında böyük nüfuzu və hörməti var idi. 
I İbrahimin dövründə Şirvanşahlar dövləti xeyli gücləndi. 
I İbrahimin hakimiyyəti dövründə, 1386-cı ildə Qızıl Or-
da xanı Toxtamış Azərbaycana hücum etdi. Lakin Əmir Tey-
murun Azərbaycan üzərinə yürüşə başlaması haqqında xəbər 
tutan kimi Toxtamış xan tutduğu yerləri qarət edərək, böyük 
qənimət ilə geri qayıtdı. Əmir Teymur Təbrizi tutduqdan sonra 
Şirvanşah I İbrahim qiymətli hədiyyələrlə Teymurləngin 
hüzuruna getdi və onun hakimiyyətini qəbul etdi. Əmir Teymur 
Şirvandan  əlavə  Qəbələ  və  Dərbəndin idarə olunmasını da I 
İbrahimə tapşırdı. Beləliklə, Qəbələ  və  Dərbənd də  Şir-
vanşahlar dövlətinin tərkibinə qatıldı.  
Əmir Teymur Gürcüstanı  və indiki Ermənistan  ərazisini 
tutduqdan sonra Naxçıvana gəldi. O, Naxçıvanı tutdu, lakin 
Əlincə qalasını ala bilmədi. Əlincə qalası 4 il mühasirədə qal-
dıqdan sonra təslim oldu. Bu dövrdə yalnız Qarabağ və Talışın 
əlçatmaz dağlıq əraziləri Əmir Teymurun hakimiyyətindən kə-
narda qalıb öz müstəqilliklərini saxlaya bilmişdilər. Bir qədər 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə