Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə40/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   36   37   38   39   40   41   42   43   ...   134

Azərbaycan Tarixi 
 
 
157 
Həmədana gəlmək imkanı yoxdur, öz yerinə qardaşı Özbəyi 
göndərir. 1210-cu ildə Əbubəkr öldü. 
1221-ci ildə Xarəzmin süqutundan sonra monqol qoşun-
ları  Cəbə  və Sübüqüteyin başçılığı altında Təbrizə yaxınlaş-
dılar. Özbək onları şəhərə buraxdı. Monqollar Təbrizdən sonra 
Muğan və Arana gəldilər. 
Xarəzmşah Cəlaləddin monqolların ardınca Azərbaycana 
gəldi və 1225-ci ildə Təbrizi aldı. Özbək Gəncəyə qaçdı. Cəla-
ləddin Gürcüstana yürüş etdi. Tiflis üzərinə yürüşdən öncə o 
Beyləqan, Gəncə, Şəmkir şəhərlərini tutdu. Özbək Əlincə qala-
sında gizləndi. Bir neçə gündən sonra orada xəstələnib vəfat et-
di. Beləliklə, 1225-ci ildə Eldəgəzlər hakimiyyətinin sonuncu 
nümayəndəsi Özbəyin ölümü ilə Azərbaycan Atabəylər dövləti 
süqut etdi.   
 
                     Ədəbiyyat:  
 
1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild, s. 359-424. 
2. Azərbaycan tarixi. Dərslik, s. 289-324. 
3. İ.Cəbrayılov. Azərbaycan tarixi. s. 127-151.  
4. Z.Bünyadov. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985.  
5. Rəfiq Özdək. Türkün qızıl kitabı. 2- ci kitab. Bakı, 1993.  
6. L.Qumilyov. Qədim türklər. Bakı, 1993. 
 
 
Qəzənfər Rəcəbli 
 
 
158
 
 
 
XI FßSÈL 
 
AZƏRBAYCAN XIII-XV ƏSRLƏRDƏ 
 
11.1. Monqolların və  Cəlaləddinin Azərbaycana 
yürüşləri və Azərbaycan Atabəylər dövlətinin süqutu. XIII 
əsrin başlanğıcında Mərkəzi Asiyada Çingiz xanın başçılığı al-
tında çox güclü bir dövlət yaranmışdı. Çingiz xan 1206-1215-ci 
illərdə Tanqut dövlətini və Pekinə  qədər Çini işğal etdikdən 
sonra qərbə tərəf yürüşə başladı. O, 1218-ci ildə Xarəzm dövlə-
tinin sərhədinə çatdı, lakin Xarəzm üzərinə dərhal hücum etmə-
di. 
Çingiz xan bir müddət Xarəzmlə ticarət edib Xarəzmşah-
lar dövlətinin gücünü öyrənməklə məşğul oldu. Kəşfiyyat işləri 
başa çatdıqdan sonra müharibəyə başlamaq üçün bəhanə axtar-
dı. Bu məqsədlə Xarəzmin Otrar şəhərində monqol tacirlərinin 
qarət olunması  təşkil edildi. Bunu bəhanə edən Çingiz xan 
1219-cu ildə Xarəzmşahlar dövləti üzərinə hərbi yürüşə başla-
yaraq Otrar, Ürgənc, Buxara və Səmərqənd şəhərlərini tutdu. 
Xarəzmşah Məhəmməd İrana qaçdı. Çingiz xan kəşfiyyat 
məqsədilə qərb istiqamətində sərkərdələr Cəbə, Şübüqütey (Su-
butay) və Toqaqarının başçılığı altında üç tümən ordu göndərdi. 
(Hər tüməndə 10 min nəfər döyüşçü olurdu). Monqol orduları 
Məhəmməd  şahı  təqib etməyərək qərbə istiqamət aldılar. On-
ların məqsədi Ön Asiya, Qafqaz və  Şərqi Avropanı öyrənib 
Volqa boyu ilə geri qayıtmaq və kəşfiyyatın nəticələri haqqında 
Çingiz xana məlumat vermək idi.  
Xarəzmşah Məhəmməd Bəlx  şəhərinə çatdıqda, artıq 
monqol süvariləri onu ötüb keçərək Nişapura çatmışdılar. Mə-
həmməd  şah Qəzvin  şəhərinə getdi və sonra Xəzər dənizinin 


Azərbaycan Tarixi 
 
 
159 
cənub sahilinə yaxın adalardan birinə gedib gizləndi. O, 1220-
ci ildə orada öldü və Xarəzmşahlar taxtına oğlu Cəlaləddin 
keçdi.  
Monqol orduları  İranın Səbzəvar  şəhərinə çatanda 
sərkərdə Toqaqarın qızdırma (malyariya) xəstəliyindən öldü, 
onun ordusu Cəbə  və Sübüqütey arasında bölüşdürüldü. 
Monqol atlıları  İranı talan edib 1220-ci ilin payızında 
Azərbaycan torpaqlarına daxil oldular. Monqol orduları Təbrizə 
yaxınlaşanda Atabəylər dövlətinin sultanı Özbək müqavimət 
göstərməyib,  şəhəri tərk edərək qaçdı. Monqollar Təbriz 
əhalisindən çoxlu xərac alıb qışlamaq üçün Muğana gəldilər. 
1221-ci ildə monqollar Gürcüstana getdilər, sonra isə 
yenidən Təbrizə qayıtdılar. Təbriz şəhərinin darğası Şəmsəddin 
Tuğrayi bu dəfə  də  xərac verməklə  əhalini qarət olunmaqdan 
xilas etdi. Həmin ilin martın 4-də monqol orduları Marağa 
şəhərini döyüşlə aldılar.  Şəhər  əhalisi müqavimət göstərdiyi 
üçün tamamilə qılıncdan keçirilirdi. Monqollar Marağanı qarət 
edib dağıtdıqdan sonra, Ərdəbil və Sarab şəhərlərini tutub qarət 
etdilər. Avqust ayında isə Beyləqan şəhəri monqollar tərəfindən 
tutuldu. Şəhər əhalisi müqavimət göstərdiyi üçün Marağa kimi 
Beyləqan şəhəri də yerlə - yeksan edildi. Sonra monqol orduları 
Gəncə üzərinə yürüş etdilər. Gəncə  əhalisi xərac verməklə 
canını qurtardı. Monqollar Kür çayı sahilində qışlayıb, 1222-ci 
ilin yazında  Şamaxı  şəhərini döyüşlə alıb,  əhalisini qırdılar. 
Monqol qoşunları  Dərbəndə yaxınlaşanda Dərbənd hakimi 
Şirvanşah I Gəstaşibin qardaşı  Rəşid xərac verməklə  şəhəri 
talan olunmaqdan qurtardı. Monqollar Dərbənd  şəhərinə 
girmədilər. Onlar Rəşiddən 10 nəfər bələdçi alıb Qafqaz sıra 
dağlarının aşırımını keçərək  Şimali Qafqaza getdilər və orada 
alanların, qıpçaqların və onların köməyinə  gəlmiş rus 
knyazlarının qoşunlarını darmadağın etdilər. Sonra isə monqol 
orduları  Xəzər dənizinin  şimalından keçərək Orta Asiyaya 
qayıtdılar. 
Qəzənfər Rəcəbli 
 
 
160
Monqollar keçib getdikdən sonra, 1225-ci ildə Xarəzm-
şah Cəlaləddin Azərbaycana gəldi. Özbək bu dəfə  də qorxub 
qaçdı. Təbriz  şəhəri darğa  Şəmsəddin Tuğrayinin başçılığı 
altında müqavimət göstərsə  də  Cəlaləddin  şəhəri tuta bildi. 
Cəlaləddin özünü Azərbaycanın sultanı elan etdi. Naxçıvana 
qaçmış sultan Özbəyin arvadı Mehrican xatun Cəlaləddinə ərə 
gəlməklə uşaqlarının varislik hüququnu təmin etdi. Cəlaləddin 
Marağa və Xoy şəhərlərini də aldı  və monqollar tərəfindən 
dağıdılmış Marağanı    bərpa etdirdi. Bununla o, özünü yerli 
əhaliyə xeyirxah kimi göstərməyə çalışırdı.  
Cəlaləddin Gəncəni də  ələ keçirdi. Şirvanşahlar dövləti 
isə ondan vassal asılılığına düşdü. Sultan Cəlaləddinin hakimiy-
yəti, Şirvanşahlar dövləti istisna olmaqla, bütün Azərbaycanı, o 
cümlədən indiki Ermənistanı və Gürcüstanın bir hissəsini əhatə 
edirdi. Dövlətin paytaxtı  Təbriz  şəhəri idi. Sultanın ikinci 
iqamətgahı  Gəncə  şəhərində idi. Cəlaləddin Gürcüstanın idarə 
olunmasını qardaşı Qiyasəddinə tapşırmışdı, Azərbaycanı isə 
vəziri Şərəf əl-Mülk ilə birlikdə özü idarə edirdi.  
Sultan Cəlaləddin qarətçilikdə monqollardan geri qalmır-
dı. Onun zülmünə qarşı Təbrizdə 1227-ci ildə Şəmsəddin Tuğr-
ayinin başçılığı altında üsyan qalxdı. Üsyan yatırıldı  və  Şəm-
səddin edam edildi. 1231-ci ildə Gəncədə üsyan baş verdi. Üs-
yana sənətkar Bəndər başçılıq edirdi. Üsyançılar şəhər hakimini 
öldürüb hakimiyyəti ələ aldılar. Cəlaləddin özü Gəncə üzərinə 
yeridi. Bəndərin üsyançı  dəstələri  şəhərdən çıxıb Cəlaləddinin 
ordusu ilə döyüşə girdilər. Lakin yaxşı silahlanmış  və  təlim 
görmüş orduya ciddi müqavimət göstərə bilmədilər. Üsyan ya-
tırıldı. Cəlaləddin üsyan iştirakçılarına amansız divan tutdu.              
1231-ci ildə monqolların Azərbaycana ikinci yürüşü 
başladı. Cəlaləddin Azərbaycanı tərk edib Kürdüstana getdi və 
Diyarbəkr yaxınlığında təsadüfi ölümlə, bir çobanın dəyənəyilə 
ömrünü başa vurdu.  
Monqollar 1235-ci ilə  qədər Cənubi Azərbaycanı tutub, 
Şimali Azərbaycana gəldilər və 1239-cu ilədək Gəncə, Şamaxı 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə