Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə37/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

Azərbaycan Tarixi 
 
 
145 
hakimi  Nüsrətdin  ibn  Ağ-Sunqura  göndərir.  Nüsrətdin 
cavabında bildirir ki, ona inanmır, çünki sultan onlarla da belə 
rəftar  edə  bilər.  Atabəy  Eldəgəz  Aranda  qalır  və  Sultanın 
işlərinə  qarışmır,  hadisələrin  sonrakı  inkişafını  gözləyir.  Bu 
vaxt onun rezidensiyası Naxçıvan idi. 
Sultanın güclü əmirlərin nəzarətindən çıxması yenidən 
saray çəkişmələrini gücləndirdi. Taxt-tac uğrunda mübarizəni 
Xəlifə  əl-Müktəfi qızışdırırdı. Bu vaxt artıq  İraqda iqta 
mülkiyyətinə Xəlifə nəzarət edirdi. Xəlifənin bu özbaşınalığını 
Sultana xəbər versələr də, o, heç bir şey edə bilmirdi, çünki zəif 
idi. Hətta Xəlifə onun üçün xütbə  də oxumurdu. Xəlifənin 
müttəfiqi  şahzadə Süleymanşah idi. O, Sultan Səncərin 
sarayında yaşayırdı.  Xəlifə xütbələrdə onun adını Sultan 
Səncər ilə yanaşı  çəkirdi. Sultan Səncər Xarəzm oğuzları 
tərəfindən məğlub edilib əsir alındıqdan sonra, Süleymanşah 
Bağdada getdi. Xəlifə onu təntənə ilə qəbul etdi və 1156-cı ildə 
ona atası Məhəmməd Təpərin Şahənşah al-Müəzzəm Qiyas əd-
Dünya və əd- Din ləqəbini verdi.  
Xəlifə Süleymanşaha 3 minlik süvari ordu verdi və onu 
Sultan Məhəmmədin üzərinə yürüşə göndərdi. Süleymanşah 
Xuzistana şahzadə Məlikşahın yanına çapar göndərib öz yanına 
çağırdı və onu vəliəhd təyin etdi. Sultan Məhəmməddən narazı 
olan əmirlər Şəmsəddin Eldəgəz, Nüsrəddin Arslanapa, Alınquş 
Günxur, Fəxrəddin Zəngi və başqaları Süleymanşaha qoşulub 
Həmədan üzərinə hərəkət etdilər. Sultan Məhəmməd Həmədanı 
tərk edib kiçik bir dəstə ilə  İsfahana getdi. Müttəfiqlər 
Həmədəna daxil oldular. Süleymanşah sultan taxtına oturdu. 
Lakin tezliklə dövlət işlərini atıb, günlərini eyş-işrət içində 
keçirməyə başladı. 
Süleymanşahın müttəfiqləri olan əmirlər Saltanin onların 
ümidlərini doğrultmadığını  dərk edərək bir-bir sarayı  tərk 
etdilər. Ağ Sunqurun oğlu Nüsrəddin Arslanapa Marağaya, 
Şəmsəddin Eldəgəz Azərbaycana qayıtdı.  
Qəzənfər Rəcəbli 
 
 
146
Şəmsəddinin Azərbaycanda olmadığı dövrdə bir neçə 
yerli hakim arasında toqquşma olmuşdu.  Şəmsəddinin  ən 
təhlükəli düşməni Xass bəyin  əmisi oğlu  əmir Rəvvadi idi.  
Əmir Rəvvadi hələ Sultan Məsud tərəfindən Gəncə  və Aranın 
hakimi təyin olunmuşdu. Şəmsəddinin başı qarışıq olduğu üçün 
müəyyən müddət ona dəymirdi.  Şəmsəddinin Azərbaycanda 
olmamasından istifadə edən Rəvvadi soyğunçuluq və 
quldurluqla məşğul olmağa başlamışdı. Gəncə  əhalisi 
Şəmsəddinin yanına nümayəndə göndərib onları  Rəvvadidən 
xilas etməyi xahiş etdikdə, o ordu ilə    Gəncəyə  gəldi və 
Rəvvadini ölkədən qovdu.  
Sultan Məhəmməd müttəfiqlərin Süleymanşahı  tərk 
etdiklərini eşidən kimi kömək üçün Mosul atabəyi Qütbəddin 
ibn Zəngiyə müraciət etdi. O, da öz növbəsində Zeynəddinəli 
Kiçik başda olmaqla böyük qoşun göndərdi. 1156-cı ildə Sultan 
Məhəmədin ordusu Süleymanşahın ordusunu məğlub etdi. 
Zeynəddinəli onu Mosul qalasına saldı və o, 1159-cu ilə qədər 
orada qaldı.  
Süleymanşaha kömək etmiş atabəy  Şəmsəddin Sultan 
Məhəmməd tərəfindən bağışlandı, lakin Şəmsəddin oğlu 
Nüsrəddin Məhəmmədi girov kimi sultan sarayına gömdərməli 
oldu. 
Süleymanşahı məğlub etdikdən sonra Sultan Məhəmməd 
Xəlifə  əl-Müktəfiyə  məktub göndərib onun adına xütbə oxun-
masını tələb etdi. Xəlifə onun tələbinə cavab vermədikdə Sul-
tan Məhəmməd  Mosul atabəyinin qoşunları ilə birlikdə Bağdad 
üzərinə yeridi və 1157-ci il martın 4-də Bağdadı mühasirəyə 
aldı.  Martın 17-də çox kəskin döyüş oldu. Xəlifənin donanması 
Sultanın ordusuna böyük tələfat verdi. Bağdadın ciddi müqavi-
mətinə baxmayaraq Sultan qalib gəlmək ərəfəsində idi, Bağdad 
təslim olmağa hazırlaşırdı,  şəhərin ehtiyatı tükənmişdi. Lakin 
gözlənilməz xəbər Sultan Məhəmmədi Bağdadın mühasirəsini 
buraxıb Həmədana qayıtmağa məcbur etdi.  


Azərbaycan Tarixi 
 
 
147 
Xəlifənin vəziri Aynəddin ibn Xubeyra Bağdadın 
mühasirəsinin ilk günündən atabəy Şəmsəddinlə yazışaraq ona 
Həmədana hərbi yürüş etməyi təklif edirdi, əvəzində isə 
Şəmsəddinin oğulluğu  şahzadə Arslanşahı sultan taxtına 
oturtmağı  vəd edirdi. Sultan Məhəmmədin düşmənləri – onun 
əmisi oğlu Məlikşahın, Toğrulun oğlu,  Şəmsəddinin oğulluğu 
şahzadə Arslanşahın (onun anası Şəmsəddinin arvadı olmuşdu) 
və atabəy Şəmsəddinin qoşunları Həmədanı tuturlar.  
Sultan Məhəmməd Həmədan üzərinə  gələrkən,  Şəmsəd-
din də onun üzərinə yeridi. Rey yaxınlığındakı döyüşdə  Şəm-
səddin məğlub oldu. Sultan Məhəmməd Həmədana daxil oldu. 
Sonra Sultan Məhəmmədin və Rey hakimi İnancın orduları 
Naxçıvan üzərinə yeridilər. Şəmsəddinin və Bağdaddan kömə-
yə  gələn Süleymanşahın orduları  məğlub oldular. Sultan Mə-
həmməd Naxçıvana daxil oldu və bütün Aranı tutdu. Şəmsəd-
din bağışlanmasını xahiş etdi. Sultan Məhəmməd onu bu dəfə 
də bağışladı və Aranın hakimi təyin etdi. Azərbaycanın hakimi 
isə Marağanın hakimi Ağsunqurun oğlu Arslanapa təyin edildi.  
1159-cu ilin dekabrında Sultan Məhəmməd xəstələnib və-
fat etdi. Süleymanşah Sultan oldu. O , Şəmsəddinin gücünü bil-
diyi üçün onun oğulluğu Arslanşahı vəliəhd təyin etdi. İsfahan-
da olan şahzadə  Məlikşah  əmisi Sultan Süleymanşaha and iç-
məkdən imtina etdi. O, qoşun düzəldib xəlifəyə xəbər göndərdi 
ki, Süleymanşahın adına xütbə oxunmağı dayandırsın, əks təq-
dirdə Bağdad üzərinə yürüşlə hədələdi. Xəlifənin vəziri Aynəd-
din ibn Xubeyra Məlikşahla danışığa girib ona bir kəniz ba-
ğışladı. 1160-cı ilin martında həmin kəniz  Məlikşaha zəhər ve-
rib öldürdü. 
1160-cı il martın 10-da Xəlifə  əl-Müktəfi dəfat etdi və 
onun oğlu əl-Müstəncid Xəlifə oldu. O, Süleymanşaha məktub 
göndərib Sultanın hakimiyyəti altında olan ölkələrdə atasının 
vaxtındakı kimi onun adına xütbə oxunmasını  tələb etdi. 
Süleymanşah bu tələbi qəbul etdi və Bağdada 2 qazi göndərdi, 
onlar Sultanın İraqda canişinləri olmalı idilər. Lakin əl-Müstən-
Qəzənfər Rəcəbli 
 
 
148
cid onları  qəbul etmədi.  Bununla da Bağdadın Səlcuqilərdən 
asılı olmayıb müstəqil siyasət yeritdiyini nümayiş etdirdi. 
Sultan Süleymanşah əvvəlki kimi dövlət işləri ilə məşğul 
olmurdu, sərxoşluq edirdi. Odur ki, 1160-cı ilin oktyabrında 
əmirlər onu həbs edib Həmədan qalasına salır və orada  boğdu-
rub öldürdülər. 
10.3. Eldəgəzlərin Atabəylər dövləti. Süleymanşahı de-
virən  əmirlər koalisiyasının başında  Şərafəddin  Müvəffəq 
Qurd – Bazu dururdu. O, Şəmsəddin Eldəgəz ilə yaxın dost idi. 
Onlar birlikdə Sultan Məsudun məmlükləri olmuşdular.  
Şərafəddin Müvəffəq başda olmaqla əmirlər koalisiyası 
Şəmsəddin Eldəgəzə müraciət etdilər ki, oğurluğu Arslanşahı 
Həmədana gətirsin və  İraq sultanlığı taxtına oturtsun. 1160-cı 
ilin noyabrında  Şəmsəddin  şahzadə Arslanşahla birlikdə 20 
minlik ordu ilə  Həmədana gəldi. Burada onları Rey hakimi 
İnancdan başqa dövlətin bütün əmirləri və əyanları qarşıladılar. 
Təntənəli mərasimdən sonra Arslanşah sultan taxtına oturdu. 
Şəmsəddin böyük atabəy, onun oğlu, sultanın anabir qardaşı  
(Möminəxatunun oğlanları) Nüsrətdin Cahan Pəhləvan sultanın 
əmir-xəcibi, onların qardaşı Müzəffərəddin Osman Qızıl Arslan 
sultan qoşunlarının ali baş sərkərdəsi oldu. Şəmsəddin özünün 
bütün əməllərini yüksək dövlət vəzifələrinə təyin etdi.  
Arslanşah sultan taxtına oturduqdan sonra Şəmsəddin 
Eldəgəz Bağdada səfirlik göndərib tələb etdi ki, Sultanın adına 
xütbə oxunsun. Lakin xəlifə bundan imtina etdi. O, səlcuqilər 
arasında nifaq salmaq üçün Reyə, Marağaya, Farsa, Quma, 
Ərdəbilə, Qəzvinə  məktublar göndərib, yerli hakimləri Sultan 
Arslanşaha və böyük atabəy  Şəmsəddinə qarşı  çıxmağa təhrik 
edirdi. Onlardan bəziləri buna getdilər. Lakin Şəmsəddin 
Eldəgəz müqavimət göstərənləri silah gücünə özünə tabe etdi. 
Bütün ölkədə sultan Arslanşahdan sonra böyük atabəy 
Şəmsəddinin adına xütbə oxunurdu. Şəmsəddin Eldəgəzin 
dövründə Gürcü çarı III Georgi tez- tez Azərbaycana hücum 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə