Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə34/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

Azərbaycan Tarixi 
 
 
133 
Erkən orta əsrin sonlarında yaranmış bu feodal dövlətləri türk 
dövlətçilik ənənələlərini yaşatmış və gələcək nəsillərə nümunə 
ola bilən yeni Azərbaycan dövlətçilik  ənənələrini formalaşdır-
mışlar.  
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. Dərslik, s. 273-289.  
2. M.Şərifli. IX əsrin ikinci yarısı - XI əsrdə 
Azərbaycanın  
feodal dövlətləri. Bakı, 1978.  
3. İ.Cəbrayılov. Azərbaycan tarixi. s.118-120. 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
134
 
 
 
 
X FßSÈL 
 
AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİ 
 
10.1. Səlcuq oğuz türkləri və onların Azərbaycana 
gəlmələri. Qədim türklər zəngin mədəniyyətə malik xalqlardan 
biri olmuşlar. Qədim türklər haqqında ilk məlumata e.ə. 2000-
ci ilə aid Çin qaynaqlarında rast gəlmək olar. Həmin 
qaynaqlarda göstərilir ki, e.ə. 2000-ci ildə  Mərkəzi Asiyada, 
Sayan – Altay dağlarından şimal-qərb bölgələrində və Yenisey 
çayı boyu bölgələrdə yaşayırdılar. Onlar e.ə. 1500-cü ildə 
Sayan bölgəsindən Altay və Tanrı dalğaları bölgəsinə keçir, 
oradan qərbdə Ural dağlarına, Ural çayına və  Xəzər dənizinə, 
cənubi-şərqdə Balxaş gölünə  və ondan şimal-şərqdə yerləşən 
böyük çöllük bölgələri  əhatə edən geniş bir əraziyə yayılırlar. 
Qədim türklər hunlar adı ilə e.ə. 1101-ci ildə Türküstanda 
məskunlaşırlar. E.ə. VII əsrdə hunlar 3 istiqamətdə köç edirlər: 
başqırdların əcdadları olan soylar Ural dağlarının cənub ətəklə-
rində, yakutların  əcdadları olan soylar Qərbi Sibirə, hunların 
böyük kütləsi isə Altayda Ordos bölgəsində  məskunlaşırlar. 
E.ə. IV-III əsrlərdə çox böyük bir əraziyə yayılmış türklərin 
İrtış çayından Xəzərə  qədər olan  geniş  ərazidə  məskunlaşan 
hissəsinə  Qərb hunları, Mərkəzi Asiyada və Çinin Şimalında 
məskunlaşan hissəsinə isə Şərq hunları deyirdilər.  
İlk böyük Hun imperiyasını Şərq hunları yaratmışlar. Bu 
imperiyanı e.ə. III əsrin sonlarında indiki Monqolustanın qərb 
hissəsində  və Çinin şimal-qərbində yerləşən Ordos bölgəsində 
Tuman xanın oğlu Mete yaratmışdır. Bu imperiya e.ə. 174-cü 
ildə kiçik dövlətlərə parçalanır. 


Azərbaycan Tarixi 
 
 
135 
Hunların bir hissəsi eramızın I əsrinin sonu - II əsrinin 
əvvəllərində  Xəzər dənizi ilə Aral dənizi arasındakı torpaqlar-
dan Ural çayının cənubuna və sonra İtil (Volqa) çayı boyuna 
keçərək 374-cü ildə yeni bir qüdrətli dövlət yaradırlar. Bu döv-
ləti Hun imperiyası xaqanlarının nəslindən olan Balamir 
yaradır. Balamir böyük ordu təşkil edib qərb istiqamətində 
hərbi yürüşə başlayır. Onlar öncə alanları  sıxışdırıb, onları 
Şimali Qafqaza köçməyə  məcbur etmişlər. Sonra onlar Qara 
dənizin  şimalındakı böyük düzəngahlarda məskunlaşmış 
german soylarından qotlarla üz-üzə gəlmirlər. O vaxt Don çayı 
ilə Dnepr çayı arasındakı  ərazidə ostqotlar (şərqi qotlar), 
onlardan qərbdə vestqotlar (qərbi qotlar), onlardan da qərbdə 
Dunay çayı boyu bölgələrdə isə german soylarından olan 
vandallar məskunlaşmışdılar. Balamir qotları  və vandalları 
özünə tabe edib Roma sərhədlərinə çatır. O, Bizans və Roma 
imperiyalarının torpaqlarının bir hissəsini də ələ keçirir.  
Balamirin sərkərdələrindən Barsık və Kursıkın başçılığı 
altında iki hun ordusu Don çayı hövzəsindən cənuba hərəkət 
edərək Gürcüstandan keçib Anadoluya, oradan da Suriyaya 
gedir və sonra Azərbaycandan keçməklə geriyə Volqaboyuna 
qayıdırlar. 
400-cü ildə Balamirin vəfatından sonra Ulduz xan xaqan 
oldu. O, Bizans imperiyasını özündən asılı dövlət halına salır. 
Bizans hunlara ildə 10 min talant xərac verməli idi. Ulduz 
xandan sonra Qaradon, ondan sonra isə Muncuq xaqan olur. 
Muncuqun qardaşı Ruanın hakimiyyəti dövründə dövlət Avro-
pa Hun imperiyası adlanırdı. 434-cü ildə Ruanın vəfatından 
sonra Muncuqun oğlu Atilla Avropa Hun imperiyasının xaqanı 
olur. 
Atillanın hakimiyyəti dövründə Avropa Hun imperiyası 
ən yüksək inkişaf mərhələsinə çatır. O, mərkəzləşmiş dövlət 
aparatı yaratmışdı. Atillanın dövründə Bizans imperatoru illik 
xərac verməkdən imtina edir. Atilla böyük bir ordu ilə Bizans 
üzərinə yeriyir. Qorxuya düşən imperator ondan sülh xahiş edir 
Qəzənfər Rəcəbli 
 
 
136
və bu dəfə illik xəracı ikiqat ödəməyə məcbur olur. Atilla sonra 
Roma imperiyasını  xərac ödəməyə  məcbur edir. Atilla Bur-
qundiya kralı Hundikarı da məğlub edərək bütün indiki 
Almaniyanı özünə tabe edir. Franklar, qodlar və onlarla Avropa 
xalqları da Atillanın hakimiyyətini tanıyırlar. Roma sərkərdəsi 
Aetius xərac ödəməkdə davam etsə  də gizlicə Atillaya qarşı 
müharibəyə hazırlaşırdı. Atilla bundan xəbər tutub Roma üzə-
rinə yeriyir və 451-ci il iyunun 20-də Aetiusun ordusunu dar-
madağın edir. 452-ci ildə Roma papası özü onun hüzuruna gə-
lib sülh istəyir və Atillanın Roma üzərində hakimiyyətini tanı-
yır. 
Beləliklə, Atillanın hakimiyyəti dövründə Hun impe-
riyasının sərhədləri şərqdə, Balxaş gölündən başlayaraq, qərbdə 
şimal dənizi və İspaniyaya qədər böyük bir ərazini əhatə edirdi. 
Atilla Roma üzərinə qalibiyyətli yürüşdən sonra İrana hərbi 
yürüşə hazırlaşırdı. Lakin 453-cü ildə onun qəflətən ölümü bu 
yürüşə imkan vermədi.  
Atillanın ölümündən sonra Avropa Hun imperiyası  zəif-
lədi və süqut etdi. Hun soylarından olan xəzərlər, sabirlər 
(suvarlar), haylandurlar və başqaları  Şimali Qafqaza gəlir, ağ 
hunlar isə Orta Asiyaya gedirlər. IV-VII əsrlərdə xəzərlərin bir 
hissəsi Azərbaycana gəlib burada məskunlaşırlar. Hun 
soylarının Azərbaycana axını IX əsrə  qədər davam edir. IV 
əsrdə Orta Asiyada isə  ağ hunlar İranın  şimalı ilə  həmsərhəd 
torpaqlarda Ağ Hun imperiyası yaradır və bir müddət İranı da 
öz təsir dairəsinə salırlar. 
Hun soylarından göy türklər adı ilə tanınan “doqquz 
oğuzlar” VI-VII əsrlərdə Orxon-Yenisey bölgəsində Birinci 
Göytürk xaqanlığı, sonra isə İkinci Göytürk xaqanlığı adlı, biri 
digərini  əvəz edən, iki imperiya (Bumin xaqan və  İtləris 
xaqanının yaratdıqları xaqanlıqlar) yaratmışlar. İkinci Göytürk 
xaqanlığının süqutundan sonra oğuzlar qərbə tərəf hərəkət edib 
Türküstanda qüdrətli Qaraxanilər dövlətlərini yaradırlar. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə