Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə30/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

Azərbaycan Tarixi 
 
 
117 
istifadə edib özünü müstəqil hökmdar kimi aparan Heysən ibn  
Xalid 861-ci ildə özünü Şirvanşahlar dövlətinin ilk şahı elan 
etdi.  
İlk vaxtlar Şirvanşahlar dövlətinin sərhədləri  şimalda 
Samur çayı  və  Dərbənd, cənubda Kür çayı, qərbdə indiki 
Göyçay və  Şəki,  şərqdə isə  Xəzər dənizi idi. Lakin dövlətin 
sərhədləri sabit deyildi. Müəyyən dövrlərdə  Dərbənd,  Şəki, 
Bərdə  və Beyləqan da Şirvanşahlar dövlətinin tərkibində 
olmuşdur. IX əsrin sonlarında Şirvanşahlar dövləti özü də öncə 
Sacilər dövlətinə, sonra isə Salarilər dövlətinə tabe edilir, vassal 
dövlətinə çevrilir. 
  Şirvanşahlar dövlətinin paytaxtı  Məzyədilər sülaləsinin 
hakimiyyəti dövründə Yezidiyyə adlanırdı. Ona görə  də 
Məzyədilər sülaləsinə eyni zamanda Yezidilər sülaləsi də 
deyilir. Məzyədilər sülaləsindən olan sonuncu Şirvanşah Yəzid 
37 il hökmdar olmuş və 1027-ci ildə vəfat etmişdir. 
  Şirvanşah Yəzidin ailəsində hakimiyyətə sahib olmaq 
istəyən qardaşlar və  oğullar arasında daima ixtilatlar, çıxışlar 
olurdu. Sonuncu çıxış Yəzidə qarşı oğlu Ənuşirəvanın uğursuz 
qiyamı olmuşdu. Bu saray çəkişmələri  Şirvanda ictimai 
çıxışlara da səbəb olur, dövlət hakimiyyətini zəiflədirdi. 
Dərbənd hakimləri ilə aramsız müharibələr də Yezidiyyələrin 
(Məzyədilərin)  şahlıq hakimiyyətini zəiflətdirdi. Nəticədə 
1027-ci ildə Məzyədilər sülaləsinin şahlığı kəsildi. 
  Məzyədilər özlərinin  ərəb mənşəyini danmağa və 
mənşələrini  İran hökmdarları  nəsli ilə bağlamağa səy 
göstərdilər. Tədqiqatçı V.Minorskinin qeyd etdiyi kimi “Sasani 
dövrü niskili Şeybani nəslindən olan soy kökü haqqındakı 
xatirələrdən daha cəlbedici oldu”. Bu meyl şirvanşahların 
qədim hökmdarlar nəslindən olan bir qadınla izdivacı ilə 
əlaqələndirilərək Məzyədilər sülaləsinin iranlılaşması 
prosesinin başlanmasına gətirib çıxardı. 
  Şirvanşah Yəzidin övladlarının adları da Məzyədlərin 
qədim  İran hökmdarlar nəsli ilə bağlılığını nümayiş etdirməli 
Qəzənfər Rəcəbli 
 
 
118
idi. Belə övladlardan biri Mənuçöhür idi. Mənuçöhrün 
hakimiyyəti dövrü dərbəndlilərlə mübarizə dövrü olmuşdur. 
Məzyədilər bu vaxt hələ şah titulu daşımırdılar.  
  Şirvan hakimi Mənuçöhür ilə 1027-ci ildən başlanan 
yeni Kəsranlər sülaləsi 1382-ci ilə  qədər hakimiyyətdə 
olmudur. Bu sülalənin 23 nümayəndəsinin adı tarixdə 
məlumdur. Kəsranilər sülaləsinin 6-cı nümayəndəsi Fəribürz 
olmuşdur. Fəribürz 15 il Şirvanın hakimi olmuş  Kəsrani 
Saların oğludur. O, 1063-cü ildə atası Saların vəfatından sonra 
Şirvanın hakimi olmuşdur. Fəribürz,  Şəddadi hökmdarları  və 
Dərbənd  əmirləri ilə bir sıra feodal müharibələrində  məğlub 
olub ağır təzminat verməyə  məcbur olmuşdu. O, 1067-ci ilin 
sonunda İraq Türk Səlcuq Sultanı Alp Arslan Arana və Şirvana 
gələndə Şəddadi hökmdarı Fəzlim təcrübəsindən istifadə edərək 
qiymətli hədiyyələrlə onun yanına getdi və öz xidmətini təklif 
edib Sultanın himayəsi üçün təminat aldı  və özünü şah elan 
etdi. Beləliklə, 1067-ci ildə  Şirvanşahlar dövlətinin ikinci 
mərhələsi, Kəsranilər mərhələsi başlandı. Bu mərhələ arada 
fasilə olmaqla 1382-ci ilə  qədər, Dərbəndlilər sülaləsinin 
hökmdar olduğu üçüncü mərhələyə qədər davam etmişdi. 
  Fəribürzun hakimiyyəti dövrü Şirvanşahlar dövlətinin 
çiçəkləndiyi və  sərhədlərinin genişləndirildiyi dövr olmuşdu. 
Fəribürz Aran, Beyləqan, Muğan və  Dərbənd torpaqlarını 
nəzarəti altına alır. 
 I Fəribürzdən sonra onun oğlu II Mənuçöhür, sonra isə 
digər oğlu I Əfridun  Şirvanşah olmuşdur. I Əfridunun 
hökmdarlığı dövründə  Şirvanşahlar dövlətinin tarixində 
monqolların yürüşünə  qədər davam edən yeni səhifə 
açılır.Şirvanşah tituluna Gürcüstanın məliki titulu da əlavə 
edilir.  Şirvanşah I Əfridun Gürcüstan çarı IV Davidin qızı 
Tamarı oğlu vəliəhd III Məmuçöhürə alır. Buna baxmyaraq IV 
Davud 111-ci ildə  Şirvana qoşun göndərir. O, 1120-ci ildə  də 
Şirvana iki dəfə hücum edərək Qəbələni, Lahıcı  və Kürdivanı 
qarət edir. Şirvanşah III Məmuçöhrün hakimiyyəti dövründə 


Azərbaycan Tarixi 
 
 
119 
Türk Səlcuq Sultanı Mahmud Şirvanda olur. Lakin Sultan 
Mahmud Şirvandan gedən kimi IV David Şirvana yeni yürüşlər 
edir. 1123-cü ildə Gülüstan qalasını, 1224-cü ildə  Şabran, 
Şamaxı, Qələybuğurd və digər  şəhərləri tutur, onlarda öz 
əsgərlərindən ibarət qarnizonlar qoyaraq Gürcüstana qayıdır. 
Şamaxı yalnız IV Davidin ölümündən sonra Şirvanşah III 
Məmuçöhürə qaytarılır. IV Davidin oğlu Demetrinin çarlığı 
dövründə 30 il ərzində  Şirvanşahlar ilə Gürcüstan arasında 
normal münasibətlər olmuşdur. III Məmuçöhrün dövründə 
Şamaxi və  Şirvanşahlar dövlətinin digər  şəhərləri bərpa edilir. 
Onun hakimiyyəti ilərində (1120-1159) Bakının qala divarları 
hörülür.  
 III Məmuçöhrün oğlu  Şirvanah I Axsitan Atabəylər 
dövlətinin Sultanı  Qızıl Arslanın mövqeyinin qeyri-müəyyən-
liyindən istifadə edərək, 1186-cı ildə Azəbaycana hücum edir, 
lakin məğlub olaraq geri çəkilir və Bakını  Şirvanşahlar 
dövlətinin ikinci paytaxt edir. 
 XIII əsrin 60 cı illərində monqol işğalı ilə bağlı olaraq 
dövlətin tarixində yenidən fasilə yaranır. 1260-cı ildə Hülaku 
xan tərəfindən Şirvanşahlıq ləğv edilir və Şirvanın idarəsi mon-
qol xanlarının əlinə keçir.  
9.2. Sacilər dövləti. IX əsrdə Xilafətdə mərkəzi hakimiy-
yətin zəiflədiyi, mərkəzdən qaçma prosesinin qüvvətlədiyi bir 
şəraitdə yaranmış müstəqil feodal dövlətlərdən biri də Sacilər 
dövləti olmuşdur. Sacilər dövləti Cənubi Azərbaycan ərazisində 
yaranmışdı, paytaxtı isə Ərdəbil şəhəri idi. Bu dövləti yaradan 
Sacilər sülaləsinin banisi Əbu Sac Dibdad hesab edilir. Əbu Sac 
Dibdad mənşəcə türk olan adlı-sanlı ərəb sərkərdəsi idi. Xilafət 
ordusunun sərkərdələrindən biri kimi Əbu Sac Dibdad müxtəlif 
vaxtlarda imperiyanın əyalət hakimlərindən biri olmuşdur. Səhl 
Sumbat Babəkin onun sarayında olması xəbərini baş komandan 
Afşinə xəbər verəndə azadlıq mübarizənin tutulması üçün sər-
kərdə  Əbu Sac Dibdad göndərilmişdi. O, Babəki tutaraq 
Qəzənfər Rəcəbli 
 
 
120
Bərzəndə Afşinin düşrgəsinə  gətirib baş  sərkərdəyə  təhvil 
vermişdi.  
Əbu Sac Dibdadın varisləri oğlanları Məhəmməd və Yu-
sif olmuşlar. Onlar da əyalət hakimləri olmuşlar. Məhəmməd 
və Yusif Xilafətdə Abbasilərin hakimiyyətinə qarşı baş vermiş 
üsyanların yatırılmasında fəal iştirakları ilə seçilirdilər. Xid-
mətləri ilə  Xəlifənin rəğbətini qazanmış  Məhəmməd 889-cu 
ildə Azərbaycanın hakimi təyin olundu. O, Ərdəbilə gəldikdən 
dərhal sonra özünü müstəqil hökmdar elan etdi. Məhəmməd 
Xəlifəyə tabe olmaqdan boyun qaçırdı. Lakin o, Xilafət ilə 
birdən-birə əlaqəni kəsə bilmədi. Məhəmməd Xəlifə ilə tez-tez 
razılaşmalı olurdu.  
 Marağa hakimi Məhəmmədə itayətsizlik göstərdi. 
Məhəmməd Marağaya qoşun göndərib  şəhəri tutdu və öz 
hakimiyyətinə tabe etdi. Məhəmməd Naxçıvanı keçərək Cənubi 
Qafqaza gəldi. O, Sünik və Arsaxı tutaraq Gürcüstana getdi. 
Tiflisi və digər gürcü şəhərlərini  ələ  keçirdi.  Bu  qələbələr 
Məhəmmədin  şöhrətini artırdı. Elə  həmin il Məhəmməd 
Azərbaycanda yayılmış taun xəstəliyindən vəfat etdi. 
Hakimiyyətə onun oğlu Dibdad keçdi. Lakin əmisi Yusif onu 
devirərək özü Xilafətin Azərbaycan hakimi oldu. Xəlifənin 
mərhəməti müqavilində Yusif Xilafət xəzinəsinə vergiləri 
göndərməli idi. Ona görə  də Yusif Ərdəbildə hakimiyyəti  ələ 
keçirən kimi Xilafətdən ayrılmağa cəhd göstərdi. O, 912-ci ildə 
Xilafət xəzinəsinə illik 120 min dinarı göndərməkdən qəti 
imtina etdi. Bu isə Xilafətlə müharibəyə səbəb oldu. 918-ci ildə 
Yusif 7 minlik qoşunu ilə Xilafətin 20 min nəfərlik ordusunu 
məğlubiyyətə  uğratdı. 949-cu ildə Yusifin üstünə  sərkərdə 
Munisin komandası altında ikinci dəfə qoşun göndərildi. 
Xilafətin ordusu bu dəfə də məğlubiyyətə duçar oldu. Munis elə 
həmin il daha böyük bir ordu ilə hücuma keçib iyulun 16-da 
Ərdəbil yaxınlığında Yusifi məğlub edib əsir götürdü. Yusif 3 il 
Xilafətin zindanında saxlandı. Bu müddətdə Sacilər Xilafətə 
qarşı mübarizəni dayandırmadılar. Xəlifə yaxın adamlarının 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə