Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə29/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   25   26   27   28   29   30   31   32   ...   134

Azərbaycan Tarixi 
 
 
113 
görə yanvarın 29-da, bəzilərinə görə isə martın 14-də) Samirəyə 
gətirilir və elə  həmin gün edam edilir. Qaynaqların yazdığına 
görə Babək şahlara layiq paltarda edam meydanına gətirilir və 
sorğu-sualdan sonra onun başı  kəsilib Xorasana göndərilir ki, 
Məzyədə ibrət olsun. 
8.3. Xürrəmilər hərəkatının tarixi əhəmiyyəti. Babəkin 
başçılığı altında Azərbaycan xalqının  ərəb işğalçılarına qarşı 
apardığı azadlıq müharibəsi məğlubiyyətə  uğrasa da, onun 
böyük tarixi əhəmiyyəti vardır. Hər  şeydən öncə bu azadlıq 
müharibəsi  ərəb Xilafətini kökündən laxlatdı, imperiyanın 
parçalanmasının əsasını qoydu.  
Babəkin xürrəmi orduları IX əsrin sonunadək Xilafətə 
qarşı çevrilmiş bütün çıxışlarda fəal iştirak etdilər. 838/839-cu 
ildə  Təbəristanda Məzyədin başçılıq etdiyi üsyan baş verdi. 
Məzyəd hələ 825/826-cı ildə  xəlifə  Məmun tərəfindən 
Təbəristana hakim təyin edilmişdi.  Ərəb müəlliflərinin kafir 
adlandırdıqları  Məzyəd də Babəki  şüarlarla çıxış edir, Xilafət 
hakimiyyətinə qarşı mübarizə aparırdı. Məzyədin üsyanı 840-cı 
ildə Xorasan hakimi Abdulla tərəfindən yatırıldı. 
838/839-cu ildə sərkərdə Afşinin qohumu, onun öz yerinə 
hakim təyin etdiyi Minkicəvr  ərəb hakimiyyətinə qarşı üsyan 
qaldırdı. Minkicəvrin məqsədi Xilafətdən ayrılıb öz hakimiyyə-
tini qurmaq idi. 840-cı ildə sərkərdə Buğa ibn Kəbirin koman-
danlığı ilə Xilafət ordusu tərəfindən məğlub edilən Minkicəvr 
tutulub Samirəyə göndərildi. (Mingəçevir  şəhəri toponiminin 
yaranması Minkicəvrin adı ilə bağlıdır) 
Babəkin başçılığı altında Azərbaycan xalqının illərlə da-
vam edən  azadlıq müharibəsi məğlubiyyətə uğrasa da Xilafətə 
külli miqdarda maddi və çox böyük mənəvi ziyan vurdu. Müha-
ribədə Xilafətin yarım milyondan çox döyüşçüsü həlak oldu
onlarla görkəmli sərkərdəsi  əsir düşdü. Bu azadlıq müharibəsi  
Azərbaycan xalqının şüurunda və əməllərində əsrlərlə yaşadı. 
Xürrəmilərə, üsyançılara və onların rəhbəri Babəkə nifrət 
bəsləmələrinə baxmayaraq, ərəb tarixçiləri özləri də azadlıq 
Qəzənfər Rəcəbli 
 
 
114
müharibəsinin  əzəmətini və  təsirini etiraf etmişlər. Bir ərəb 
qaynağında deyilir ki, Babək öz zəmanəsinin qəhrəmanı  və 
Xilafəti dəhşətə  gətirən bir igid idi. Digər  ərəb müəllifi 
Müqəddəsi yazır ki, Babəkin üzərində çalınan qələbə  İslam 
dünyasının  ən böyük qələbəsi idi. Onun əsir alındığı gün 
müsəlmanların bayram günü idi.  
Babəkin başçılığı altında Azərbaycan xalqının azadlıq 
müharibəsi məğlub olsa da, o xalqın azadlıq ruhunu qıra 
bilmədi. Babək hərəkatı xalqın azadlıq uğrunda, müstəqillik 
uğrunda mübarizə əzmini daha da artırdı və onu inqilabi ruhda 
tərbiyə etdi. XX əsrdə  Cənubi Azərbaycanda xalqın üç dəfə 
azadlıq uğrunda müharibəyə qalxması, 1918-ci ildə Azərbaycan 
Cümhuriyyətinin yaradılması və nəhayət XX əsrin sonunda öz 
dövlət müstəqilliyini bərpa edib Azərbaycan Respublikasını 
yaratması Babək hərəkatının ən parlaq tarixi əhəmiyyətidir. 
 
  Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild, s. 236-272. 
 2. Azərbaycan tarixi. Dərslik, s.172-171, 256-272. 
3. Z. Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. 
4. N.Vəlixanlı Ərəb Xilafəti və Azərbaycan. 
 5. İ.Cəbrayılov. Azərbaycan tarixi. s. 100-114. 
  
 
 
 
 


Azərbaycan Tarixi 
 
 
115 
 
 
IX FßSÈL 
 
IX-XI ƏSRLƏRDƏ AZƏRBAYCANIN MÜSTƏQİL 
FEODAL DÖVLƏTLƏRİ 
 
9.1.  Şirvanşahlar dövləti.  Babəkin başçılığı altında 
Azərbaycan xalqının 20 illik azadlıq müharibəsi məğlubiyyətə 
uğrasa da Xifatətə böyük zərbə vurdu, imperiyanı kökündən 
laxlatdı. IX əsrin sonu - X əsrin  əvvəllərində Xilafətin istila 
etdiyi ölkələrdə separatçılıq hərəkatı başladı.  İmperiyanın 
ucqarlarında, Xilafətdə  mərkəzi hakimiyyətin zəifləməsindən, 
imperiyanın üzləşdiyi çətinliklərdən və idarəçiliyin boş 
buraxılmasından istifadə edən bir çox ölkələrdə, o cümlədən 
Azərbaycanda yerli hakimlər müstəqil olmağa can atırdılar. Hə-
min ölkələrin hakimləri ilk vaxtlar Xilafət xəzinəsinə göndər-
dikləri vergilərin miqdarını azaltdılar, sonra isə vergilərin gön-
dərilməsini tamamilə dayandırdılar. Xilafət belə hakimlərə qarı 
əvvəllər nizami qoşunlar göndərirdisə, sonralar müvəffəqiyyət-
siziyə  uğradığından öz zəifliyini dərk edib, həmin ölkələrdə 
Xəlifənin adına xütbə oxunması ilə kifayətlənməyə  məcbur 
oldu. 
  Mərkəzi hakimiyyətdən ayrılmağa cəhd göstərən Azər-
baycan torpaqlarında IX-XI əsrlərdə  Şirvanşahlar (Məzyədilər 
sülaləsi – 861-1027; Kəsranilər sülaləsi – 1067-1382), Sacilər 
(889-942), Salarilər (942-981), Rəvvadilər (981-1065) və Səd-
dadilər (971-1075) yarandı. Onlardan Şirvanşahlar və Səddadi-
lər Şimali Azərbaycanda, Sacilər, Salarilər və Rəvvadilər Cənu-
bi Azərbaycanda yaranmışdı. Cənubi Azərbaycan  ərazisində 
yaranmış dövlətlər müxtəlif dövrlərdə müvafiq olaraq bir-birini 
əvəz etmişlər. 
Qəzənfər Rəcəbli 
 
 
116
 Erkən orta əsrlərdə Azərbaycan  ərazisində yaranmış 
müstəqil feodal dövlətlərdən biri “Şirvanahlar dövləti” adlan-
mışdır. Hələ  qədim Alban dövləti Sasanilər tərəfindən ləğv 
edildikdən sonra Alban torpaqlarının böyük bir hissəsi  Şirvan 
adlanırdı. “Şirvan” coğrafi yer adıdır, toponimdir. Bəzi müəllif-
lər bu coğrafi yer adının etimologiyasını Sasani hökmdarı 
Xosrov  Ənuşirəvanın adı ilə bağlayırlar. Lakin bunun heç bir 
elmi əsası yoxdur. “Şirvan” toponimi iki hissədən ibarətdir. To-
ponimik nominasiya olan “şir” süd, şirə mənasını verir. “Van” 
isə toponomik formantdır. “Van” toponomik formantı Naxçı-
van,  İrəvan, Mimcivan, Qəmərvan, Gürcüvan, Ərkivan,  Ərci-
van Vilıvan və başqa onlarla Azərbaycan toponomində də işlə-
dilir və “yer” mənasını verir. Onun Ənuşirəvanın adının son he-
cası “van” ilə heç bir əlaqəsi yoxdur. “Şir” və “van” sözlərin-
dən yaranmış Şirvan coğrafi yer adı “Varlı yer”, “Bərəkətli tor-
paq” mənasını verir. Ərəb müəllifi  əl-Təbərinin verdiyi məlu-
mata görə Arranın (aranın) xalq arasında  Şirvan adlanması 
Xilafətdə  bəlli imiş. Belə ki, Xilafət tərəfindən Azərbaycanın 
işğalı ərəfəsində Hacı Xəlifə Dərbənd hakimi Şəhribarı “ Şirvan 
hökmdarı” adlandırırdı.  
Sasani imperiyasının tərkibində olan ölkələrin iri torpaq 
sahiblərini – feodalları  “şah” adlandırırdılar. Bu da onların 
müəyyən dərəcədə müstəqil olmaları ilə bağlı idi. Odur ki, Şir-
van torpağında müstəqil feodal dövləti yarandıqda onu Şirvan-
şahlar dövləti adlandırırlar.  
Şirvanşahlar dövlətinin yaradıcısı Heysəm ibn Xalid 
Şirvanın birinci məliki Yezid ibn Məzyədin nəvəsi idi. Ona 
görə  də Azərbaycanda yaranmış  Şirvanşahlar dövlətinin ilk 
hökmdarlar sülaləsi Məzyədilər adlanır. Yezid ibn Məzyəd ərəb 
mənşəli  Şeybani qəbiləsindən olub Xilafətdə bir sıra hərbi və 
inzibati vəzifələrdə olmuşdur.  
 Heysəm ibn Xalid Azərbaycanda Xəlifənin valisi 
işləmişdir. O, vəzifəsindən istifadə edib çoxlu var-dövlət 
toplamışdı. Xilafətdə  mərkəzi hakimiyyətin zəifləməsindən 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə