Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə25/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

Azərbaycan Tarixi 
 
 
97 
ildə varlı dul qadın Xədicə ilə evlənmişdir. 610-cu ildə 
Məhəmmədə (s.) Allahdan mələk Cəbrayıl vasitəsilə 
Peyğəmbərlik vəhyi göndərilmişdir. Həmin ildən o, İslam 
ehkamlarını  təbliğ etməyə başlamış  və müqəddəs “Quran”ı 
xalqa çatdırmışdır. Məkkədə güclü müqavimətlə qarşılaşan 
Məhəmməd (s.) Peyğəmbər 622-ci il iyulun 24-də öz 
tərəfdarları ilə Mədinə şəhərinə köçməyə (hicr etməyə) məcbur 
olmuşdur. Mədinədə o, müsəlman icması yaratmış  və  qısa 
müddətdə ətrafına çoxlu tərəfdar toplamışdır. İslamın tarixi də 
622-ci ildən başlanır. Çünki Mədinəyə köçdükdən sonra 
Məhəmməd (s.) Peyğəmbər  İslam dininin yaranmasını  rəsmi 
elan edir və onun ehkamlarını açıq surətdə  təbliğ edir. 
Məhəmməd (s.) bütpərəstlərin bir sıra hücumlarına məruz 
qalmışdır. O, “Bədr döyüşü”, “Xəndək döyüşü” və s. hücumları 
dəf etdikdən sonra 630-cu ildə Məkkəyə daxil olmuş, sonra isə 
öz təlimini  Ərəbistanın xeyli hissəsinə yayaraq müsəlman 
dövləti yaratmışdır. Allahın Rəsulu (nümayəndəsi) olan 
Məhəmməd (s.) 632-ci ildə  Mədinədə  vəfat etmişdir. Onun 
qəbri  İslam dünyasının, Kəbədən sonra ikinci müqəddəs yeri
ibadətgahı hesab edilir. 
Məhəmməd (s.) Peyğəmbərin vəfatından sonra onun işini 
silahdaşları davam etdirirlər. Onlar xəlifə (xələf – varis 
sözündəndir) adlanırlar. Xəlifələr həm  İslam dinin, həm də 
İslam dövlətinin başçısı hesab edildiklərindən  ərəblərin bu ilk 
müsəlman dövləti Xilafət adlanırdı. Rəşidi xəlifələr adlanan ilk 
dörd xəlifə bilavasitə Məhəmməd (s.) ilə birlikdə İslamın yara-
dılmasında iştirak edən Əbuləkr (ə.) (632-634), Ömər (ə.) (634-
644), Osman (ə.) (644-656) və Əli (ə.) (656-661) olmuşlar. 
Xəlifə Ömərin (ə.) dövründə Xilafət öz torpaqlarını ge-
nişləndirməyə başlayır. Qaynaqların ziddiyyətli məlumatlarına 
baxmayaraq, Azərbaycan tarixşünaslığında qəbul edilmiş fikrə 
görə  ərəblərin Azərbaycana real hücumu yalnız 642-ci ildə 
Nihavənd və  Həmədən uğrunda gedən döyüşlərdən sonra 
başlanır. Nihavənd döyüşündən bir il sonra, yəni 643-cü ildə 
Qəzənfər Rəcəbli 
 
 
98
Xilafət ordusu Bukayr ibn Abdullanın başçılığı altında 
Azərbaycan hüdudlarına daxil oldu. Ərdəbildən bir qədər aralı 
Cərmidan dağı  ətəklərində Azərbaycan mərzibanı  İsfəndiyarın 
qoşunu onu qarşıladı. Bir neçə gün davam edən qanlı döyüşdə 
azərbaycanlılar məğlub oldu, İsfəndiyar  əsir düşdü. Cərmidan 
altındakı döyüşdən sonra Bukayr Xəlifə Ömərin (ə.)  əmri ilə 
sərkərdə Utba ibn Farkadı Xilafətin Azərbaycan üzrə  əmri 
vəzifəsinə  təyin edib, Dərbəndin fəthinə hazırlıq görməyə 
başladı  və elə  həmin il Dərbəndə yürüş etdi. Bu yürüşün 
çətinliklərini yaxşı bilən Xəlifə Ömər (ə.) sərkərdələrdən 
Suraka ibn Əmri, Huzayfa ibn Asidi, Həbib ibn Məsləməni, 
Əbdürrəhman ibn Rəbiyəni və Salman ibn Rəbiyyəni qoşunları 
ilə birlikdə Bukayrın köməyinə göndərdi. Onlar Dərbənd 
yaxınlığında Bukayra çatdılar. Xəlifənin  əmri ilə birləşmiş 
qoşunların komandanı  təyin edilmiş Suraka Dərbənd üzərinə 
hücum edən dəstənin önündə  Əbdürrəhman ibn Rəbiyənin 
qoşununu, sağ  və sol cinahlarda Huzayfa və Bukayrın 
qoşunlarını, arxada isə Salman ibn Rəbiyyənin qoşununu 
yerləşdirdi. Sasanilərin  şimal sərhəd torpaqlarının mərzbanı, 
Dərbəndin hakimi Şəhriyar öncə  Əbdürrahman ilə, sonra isə 
Suraka ilə görüşüb, Dərbəndi döyüşsüz təslim etdi və Xilafətin 
hakimiyyətini tanıdı. 
Dərbəndin alınması ilə Xilafətin  şimal sərhədlərinin 
təhlükəsizliyini təmin edən Suraka yeni torpaqlar zəbt etmək 
məqsədilə, xəlifə ilə razılaşmadan, Bukayrı Muğan, Huzayfanı 
Albaniya, Həbib ibn Məsləməni Tiflis, Salman ibn Rəbiyyəni 
isə Arran üzərinə göndərdi. Surakanın bu özbaşınalığı  Xəlifə 
Ömərin (ə.) narazılığına səbəb olmuşdu. Çünki həmin ölkələr, 
onların  əhalisi və  hərbi qüvvələri hələ yaxşı öyrənilməmişdi. 
Həqiqətən də, göndərilən ordulardan yalnız Bukayrın dəstəsi 
müvəffəqiyyət əldə edə bildi, Muğan fəth edildi.  
Xəlifə Ömərin (ə)  əmri ilə  ərəb qoşunları  Dərbənddən 
şimala Xəzər xaqanlığı üzərinə hücum etdilər. Bu vaxt vəfat 
etmiş Surakanı sərkərdə Əbdürrəhman ibn Rəbiyyə əvəz edirdi. 


Azərbaycan Tarixi 
 
 
99 
Xəzərlər üzərinə ilk hücum uğurlu olsa da, sonra Xilafət 
qoşunları məğlubiyyətə uğradılar və döyüşlərin birində Xilafət 
ordusunun komandanı  Əbdürrəhman ibn Rəbiyyə  həlak oldu, 
ərəb qoşunları geri çəkildi. Ərəblərin Şimali Azərbaycana 643-
644-cü illərdə olan birinci yürüşü başa çatdı. Xilafət yalnız 
Dərbəndədək Xəzər sahili torpaqları tuta bildi. 
Xəlifə Osmanın (ə.) dövründə  sərkərdə  əl-Vahid ibn 
Ukbanın başçılığı altında Xilafət ordusunun 646-cı ildə hücumu 
ilə ərəblərin Şimali Azərbaycana yeni yürüşü başladı. Bu ikinci 
yürüş zamanı  sərkərdə Abdulla ibn Şubeydin qoşunları 
Taylasanı (Talışı) və Muğanı tutdu, sərkərdə Salman ibn 
Rəbiyyənin qoşunları isə Naxçıvanı  və  Bərdəni tutdu. O, 
Şirvanı torpaqlarını da ələ keçirib Dərbənd üzərinə yeridi. 
Xəzərlər Dərbəndi boşaldıb Bələncər  şəhərinə  çəkildilər. 
Salman ibn Rəbiyyə 4 minlik ərəb ordusu ilə Bələncər üzərinə 
hücuma keçdi. 653-cü ildə  Bələncər uğrunda döyüşdə Xilafət 
qoşunu məğlubiyyətə uğradı və Salman ibn Rəbiyyə öldürüldü. 
654-cü ildə Xəlifə Osman (ə.) sərkərdə Həbib ibn Məslə-
məni yeni qüvvələrlə Qafqaza göndərdi. Qafqaz vilayətlərinin 
hakimi (canişini) təyin olunmuş  Həbib ibn Məsləmə  ərəblərin 
birinci və ikinci yürüşləri zamanı Qafqazda işğal etdikləri bütün 
yerlərin  hakimləri və camaatına qasidlər vasitəsilə  xəbər 
göndərib,  onlardan itaət tələb etdi. Az sonda xəlifə Osman (ə.) 
Həbib ibn Məsləməni geri çağıraraq, Hüzayfa  ibn əl-Yəməni 
Xilafətin Qafqaz vilayətlərinin hakimi təyin etdi. O, Xilafətin 
Şimal torpaqlarının canişinliyini Dəbildən Bərdəyə köçürür, 
özü isə  Mədinədə qalaraq, Bərdəyə qohumu Sulat ibn Zafini 
göndərir. Bir il orada hökmdarlıq edən Sulat yerli əhalini özünə 
tabe edə bildi. Beləliklə, 10 ildən artıq müqavimətdən sonra 
Azərbaycanın Şimal torpaqları ərəb Xilafətindən asılı vəziyyətə 
düşdü. 
Ərəblər Qafqazda, o cümlədən Azərbaycanın  şimal vila-
yətlərində ilk illər mümkün qədər vergi toplamaqla kifayətlə-
nib, müstəqilliyini qoruyub saxlaya bilmiş ölkələrin daxili 
Qəzənfər Rəcəbli 
 
 
100
işlərinə qarışmırdılar. Xilafətin hakimiyyətini qəbul etmiş, lakin 
müstəqilliyini qoruyub saxlaya bilmiş belə yerli hökmdarlardan 
biri də Alban hökmdarı Cavanşir idi. O, belə  vəziyyətdən 
istifadə edib ərəb istilasının xalq üçün ağır nəticələrini bir qədər 
azaltmağa cəhd göstərmişdi. 
651-ci ildə  xəlifə  Əlinin (ə.) öldürülməsindən sonra 
xilafətdə baş verən siyasi çevrilişdən istifadə edərək Cavanşir 
Albaniyanın nisbi müstəqilliyini bərpa etməyə çalışır. O, 667 
və 670-ci illərdə iki dəfə Xilafətin paytaxtı Şam (Dəməşq) şə-
hərinə gedərək xəlifə Müaviyyə ilə görüşür. Bu səfərlərin nət-i-
cəsində Albaniya rəsmən Xilafətə tabe olan ölkə elan edilir. La-
kin Cavanşirin yeritdiyi çevik siyasəti nəticəsində Albaniyanın 
Xilafət xəzinəsinə verməli olduğu vergilərin üçdə bir hissəsi 
azaldılır. 
Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın döv-
lət müstəqilliyini itirmiş  cənub hissəsi Xilafətin canişinlərinin 
hakimiyyətinə tabe olur, şimal hissəsi isə siyasi müstəqilliyini 
saxlamağa cəhd göstərir, yalnız Xilafətə vergi verən vassal döv-
lətə çevrilir. 
Albaniya bir tərəfdən Xilafətin istilaçı müharibələri, digər 
tərəfdən Bizans imperiyası  və  Xəzər Xaqanlığı ordularının 
qarətçi hücumlarının döyüş meydanına çevrilmişdi. Alban 
hökmdarı, Mehranilər nəslindən olan Cavanşir Xilafət – Bizans 
ziddiyyətlərindən məharətlə istifadə edərək ölkəsinin dağılma-
sına və qarət edilməsinə mümkün qədər yol vermirdi.  
Xəzər Xaqanlığının qoşunları 662-ci ildə Bələncər yaxın-
lığında Xilafətin orduları üzərində qələbə çalıb Albaniyaya da-
xil olduqda, Cavanşir öz ordusu ilə birlikdə Kür çayını keçib 
onların qarşısına çıxdı. Qaynaqda qeyd edilir ki, Xəzər ordusu-
nu məğlub etdikdən sonra Cavanşir onların başçısına deyir: 
“Get Çola qapısından gir və bir daha buralara qayıtma”. Lakin 
iki ildən sonra Xaqanlığın qoşunları yenidən Albaniya torpaqla-
rına girib Araz çayına qədər irəliləyirlər. Cavanşir Xəzər 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə