Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə23/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

Azərbaycan Tarixi 
 
 
89 
özünün  əvvəlki mövqeyində - mötədil xalkidonçuluqda 
qalmaqla davam edirdi. Alban kilsəsi də Gürcü kilsəsi kimi 
monofizit təliminə  həmişə sadiq qalmamışdı. Sasanilər 
imperiyasının Cənubi Qafqazda siyasi təsirinin zəifləməsi hər 
iki kilsədə monofizitliyin hegemonluğunun süqutuna səbəb 
oldu. VI əsrin  əvvəllərində  və VII əsrdə  Cənubi Qafqazda 
Bizans imperiyasının siyasi təsirinin güclənməsi ilə  əlaqədar 
olaraq, Gürcü kilsəsi kimi Alban kilsəsi də diofizit təliminə 
qoşuldu. 
607-ci ildə Dvin kilsə məclisi Gürcü kilsəsinin Xolkidon 
təliminə qoşulduğunu və onun rəsmi olaraq Erməni kilsəsi ilə 
əlaqəni kəsdiyini elan etdi. Doğrudur, bu vaxt Alban kilsəsi 
rəsmi olaraq xalkidonçuluqdan ayrılsa da bəzi yepiskopluqlar 
Bizansla  əlaqəni kəsməyərək diofizit təliminə etiqadda davam 
edirdilər. Monofizit təliminə etiqad edən Alban yepiskopluqları 
isə Erməni kilsəsi ilə  əlaqəni kəsməmişdilər. Onlar Erməni 
katolikosu Abrahamın Alban katolikosluğuna göndərdiyi 
məktubunun hələ  də  təsiri altında idilər. Məktubda deyilirdi: 
“Albanların katolikos taxtı Ermənistandakından qabaq təsis 
olunub və fikirlərində  bənzəyiş var. Biz albanların köməyilə 
keşişlərin yunanlara verdiyi, qiyamətə  qədər etibarlı olan 
hökmlərinə görə Kurionu lənətləyib rədd etdik. Biz və albanlar 
gürcülər haqqında aşağıdakı  qərarları  qəbul etdik: onlarla heç 
bir təmasda olmamaq – nə ibadətdə, nə yeməkdə, nə içməkdə, 
nə dostluqda, nə  uşaqların tərbiyəsində, ... nə  də onlarla 
qohumluqda. Onlarla yəhudilərlə olduğu kimi yalnız alış-
verişdə təmasda olmaq olar.” 
VIII əsrin əvvəllərində Cənubi Qafqaz ərəblər tərəfindən 
işğal olunduqdan sonra ərəblərin təzyiqi və Erməni kilsəsinin 
təsiri altında Alban kilsəsi rəsmi surətdə diofizitliklə  əlaqəni 
kəsir. Çünki Ərəb Xilafəti də xristianlara münasibətdə Sasani 
imperiyasının siyasətini davam etdirirdi, yəni diofizit təlimini 
dəstəkləyən Bizans imperiyasının təsirinin güclənməsindən 
ehtiyat edərək, monofizit təliminin tərəfdarlarını  dəstəkləyirdi. 
Qəzənfər Rəcəbli 
 
 
90
Ərəb Xilafəti öz tabeliyində olan xristian əhalinin və kilsənin 
fəaliyyətini siyasi məqsədlərlə  əlaqələndirməyə  və  nəzarət 
altında saxlamağa cəhd göstərirdi. Bu məqsədlə Xilafət 
bilavasitə erməni ruhanilərinin xidmətindən istifadə edirdi. 
705-ci ildə Erməni katolikosu İlya xəlifə  Əbdül Malikə 
(685-705) çuğulluq eləyir ki, alban ruhaniləri Bizansla əlaqəyə 
girərək Xilafətə qarşı qiyam qaldırmağa hazırlaşırlar, elə buna 
görə  də gizlində diofizit təliminə etiqadı davam etdirirlər. O 
yazırdı: “Hakimi – mütləq Allahın hökmü ilə bizim ölkə itaətlə 
Sizin hakimiyyətinizə tabedir. Biz və albanlar vahid İsa dininə 
etiqad edirik. Bərdə taxtında oturan indiki Alban katolikosu 
Bizans imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını 
çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona 
qoşulsun.  İndi qoy Sizə  məlum olsun və bu məsələni 
diqqətinizdən kənar etməyiniz, çünki bu bədəfkarlıqda onun bir 
əyan qadın həmfikri vardır. Böyük hökmdar Siz öz hökmünüzlə 
əmr buyurun ki, onlar Allaha qarşı işlətdikləri günahlarına görə 
müstəhəqq olduqları cəzaya çatsınlar.” İlyanın bu məktubundan 
sonra xəlifə  Əbdül Malik Alban kilsəsini dağıtmaq məqsədilə 
Albaniyaya xüsusi ordu göndərdi. Hərbi qüvvə vasitəsilə Alban 
katolikosluğu Erməni katolikosluğuna tabe edildi. Xristian din 
aləminin ümumi iyerarxiya qanunlarının ziddinə olaraq, Alban 
katolikosu bundan sonra “əlqoymanı” Erməni katolikosundan 
qəbul etməli idi. Bu isə o deməkdi ki, eyni mənsəbə və hüquqa 
malik olan din xadimlərindən biri digərinə tabe olurdu. 
Beləliklə, doqmatik baxımdan yaxın olmalarına baxma-
yaraq Alban və Erməni kilsələri arasında iyerarxiya mübarizəsi 
nəticəsində, Xilafətin hərbi-siyasi müdaxiləsi vasitəsilə Alban 
kilsəsi öz müstəqilliyini itirdi, demək olar ki, faktiki olaraq ləğv 
edilib Erməni kilsəsinə qatıldı. Bu da ölkədə  mədəni-ideoloji 
assimilyasiyaya gətirib çıxardı: monofizit təliminə etiqad edən 
albanlar Erməni kilsəsinin təsiri altında “erməniləşdi-
lər”(qriqor-yanlaşdılar), diofizit təliminə etiqad edən albanlar 
isə Gürcü kilsəsinin təsiri altında gürcüləşdilər. 


Azərbaycan Tarixi 
 
 
91 
Alban və Erməni kilsələri arasında yerarxiya mübarizəsi 
bütün orta əsrlər boyu davam etmişdi. Erməni kilsəsinin 
zəiflədiyi dövrlərdə, Erməni katolikosluğunda vahid mərkəz 
olmadığı illərdə (XI, XIII və XV əsrlərdə) Alban katolikosları 
Erməni katolikosluğunun razılığını almadan alban yepiskopları 
tərəfindən müstəqil surətdə seçilirdilər. 
IX-X  əsrlərdə Alban kilsəsinin mərkəzi Xamşi məbədi 
(Arsax vilayətindəki müqəddəs Yakov kilsəsi) olmuşdur. 1240-
cı ildən sonra Qanzasar məbədinin nüfuzu artmağa başlayır. 
Məbədə Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. 
XIV  əsrdən Alban kilsəsinin mərkəzi Qanzasar olur. Alban 
katolikosunun iqamətgahı Qanzasarda yerləşdiyindən Alban 
katolikosluğu Qanzasar katolikosluğu adlanmağa başladı. 
Rusiya imperiyası Qafqazla bağlı öz xarici siyasətində 
çox vaxt Türkiyə  və  İran ermənilərindən istifadə edirdi. Çar 
hökuməti, Qafqazın işğalından sonra ermənilərin köməyinə 
arxayın olmaq üçün Erməni katolikosluğuna bir sıra imtiyazlar 
verdi və erməni ruhaniləri üçün müstəsna dərəcədə  əlverişli 
şərait yaratdı. 1836-cı ildə Rusiya imperiyasının ali dini idarəsi 
olan Peterburq Sinodunun erməni Qriqoryan kilsəsi haqında 
qərarı ilə Erməni kilsəsinə bir sıra güzəştlər edildi, o cümlədən 
Alban katolikosluğu ləğv olundu. Bu vaxtdan başlayaraq 
keçmiş Alban katolikosluğunun tabeliyində olan qəzalarda 
ermənilərin Eçmiədzin katolikosluğuna tabe edilən iki 
yepiskopluq fəaliyyət göstərirdi. Həmin yepiskopluqlardan 
birinə  Şuşa, Vərəndə, Xaçın, Dizak, Berdadzor, Cıraberd, 
Gülüstan, Lənkəran, Şəki, Qəbələ, Gəncə,  Kambecan və Arsax 
qəza və mahallarının, o birinə  Şamaxı, Bakı, Quba, Dərbənd 
qəzalarının kilsələri daxil edilmişlər. Rus hökumətinin xarici 
məzhəblər üzrə dini işlər nizamnaməsinə görə 1857-ci ildə 
Rusiyada 6 erməni – qriqorian yeparxiyası vardı: Həştərxan, 
Gürcüstan, Qarabağ, Naxçıvan, Şirvan və İrəvan yeparxiyaları. 
Alban kilsəsi (yaxud yeparxiyası) anlayışı isə, ümumiyyətlə, 
aradan götürülmüşdü. 1909-1910-cu illərdə Peterburq Sinodu 
Qəzənfər Rəcəbli 
 
 
92
Eçmiədzin kilsəsinə və İrəvan erməni – qriqoryan konsistorya-
sına, yəni dini inzibati idarəsinə icazə verdi ki, tabeliyində olan 
yeparxiyaların köhnə arxiv sənədlərini məhv etsinlər. O zaman 
köhnəlmiş erməni arxivləri ilə birlikdə Alban xristian kilsəsinin 
arxivləri də məhv edildi.  
 
 
Ədəbiyyat: 
 
 1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild, s.105 -108.  
2.  Azərbaycan tarixi. Dərslik, s. 202-208. 
3.  M.Kalankatuklu. Albaniya tarixi. 
4. F.Məmmədova. Albaniyanın siyasi tarixi və tarixi  
coğrafiyası. 
5. Q.Rəcəbli. Azərbaycanın Alban xristian kilsəsi 
 haqqında–BQU-nin “Elmi əsərləri”, Bakı, 2011, №1 (10).   
 
 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə