Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə19/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

Azərbaycan Tarixi 
 
 
73 
Moisey Kalankatuklanın “Albaniya tarixi” kitabında hə-
vari Faddeyn erməni çarı Sanatruk tərəfindən öldürüldüyü xə-
bər verilir. ( s.18). Əfsuslar olsun ki, “Azərbaycan tarixi”nin 
yeddicildlik akademik nəşrində  də bu yanlış  məlumat təkrar 
olunur.  Əslində isə həvari Faddeyin erməni çarı Sanatruk tərə-
findən öldürülməsi şübhəlidir. Çünki akademik Ziya Bünyado-
vun yazdığına görə guya Arşakilər sülaləsindən olan Sanatruk 
115-116-cı illərdə hökmdarlıq etmişdir. Numizmatik tədqiqatlar 
isə tamamilə əks bir faktı təsdiqləyirlər. Arxeoloji qazıntılar za-
manı Azərbaycan ərazisində aşkar edilmiş sikkə dəfinələrindəki 
Parfiya draxmalarından məlum olur ki, Arşakilər sülaləsinin 
nümayəndəsi kimi təqdim edilən Sanatruk əslində Parfiya 
hökmdarı olmuşdur və onun hakimiyyət illəri e.ə. 77-70-ci illəri 
əhatə edir.  Deməli, eramızın I əsrində Faddeyi qətlə yetirə 
bilmədi. “Albaniya tarixi”ndə  həvari Faddeyin erməni çarı 
Sanatruk tərəfindən  qətlə yetirilməsi haqqında yanlış məlumat 
isə, erməni katolikosu Ananiyanın tapşırığı ilə alban dilindən 
ermənicəyə tərcümə olunan zaman, erməni müəllifləri üçün sə-
ciyyəvi olan tarixin saxtalaşdırılması kimi bir fəaliyyətin 
nəticəsidir. 
Göründüyü kimi həvari Faddeyin Azərbaycanda xristian 
dinini təbliği, İsa peyğəmbərin şagirdlərinin dünyanın müxtəlif 
yerlərindəki missionerlik fəaliyyətləri ilə eyni vaxtda baş ver-
mişdir. Azərbaycanda xristianlığın təbliğində böyük fasiləyə də 
yol verilməmişdir. Həvari Fəddayin şagirdi Yelisey, müqəddəs 
Faddeyin həsəd aparıcı şəhidliyi haqqında Yerusəlimdə söhbət 
etdikdən sonra İsa peyğəmbərin qardaşı, Yerusəlimin ilk 
patriarxı, həvari Yakov tərəfindən  Şərq ölkəsinə, yəni Albani-
yaya yepiskop təyin edilir. (“Yepiskop” – yunan sözü olub “nə-
zarətçi” mənasını verir). Həvari Faddeyin və onun şagirdi 
Yeliseyin eyni zaman çərçivəsində, yəni I-II əsrlərdə fəaliyyət 
göstərmələri Azərbaycanda xristianlığın yayılmasının birinci 
mərhələsinin fasiləsizliyini sübut edən tarixi faktlar.  
Qəzənfər Rəcəbli 
 
 
74
Müqəddəs Yakovun təyinatı ilə qismətinə  Şərqdə 
ölkəsində xristianlığı təbliğ etmək düşən Yelisey Yerusəlimdən 
İrana gedir və oradan cənubi Azərbaycana keçərək Xəzər 
dənizinin qərb sahilində yerləşən Maskut elinə  gəlir. Yelisey 
xristianlığın təbliğinə Çoladan başlayır. O, başına müxtəlif 
yerlərdən şagirdlər toplayaraq, onlara İsa peyğəmbər haqqında, 
onun ilahi keyfiyyətləri və möcüzələri haqqında danışır. 
Yelisey Çoladan 3 nəfər  şagirdi ilə Kürün sağ sahilində 
yerləşən Uti vilayətinə gedir və orada xristianlığın təbliği ilə 
məşğul olur. Lakin Çolada xristian dininin düşmənlərinin hədə-
qorxusu nəticəsində Yeliseyin şagirdlərinin bəzi qohumları 
onların ardınca gəlirlər ki, evlərinə aparsınlar. Geri qayıtmaq 
istəməyən  şagirdlərdən birini qohumları öldürürlər. Bundan 
qorxan digər iki şagird qohumları ilə birlikdə geri qayıtdılar.  
Yelisey Utidən Şəki vilayətinə gedir və müasir Şəki şəhə-
rindən şimalda yerləşən Gisdə (indiki Kiş kəndi) kilsə tikdirir. 
Gis kilsəsi bütün Şərqdə ilk xristian kilsəsi hesab edilir. 
Daha sonra Yelisey Şəkidən Zərqun dərəsini keçib bütpə-
rəstlərin müqəddəs səcdəgahlarının olduğu yerə gedir və orada 
şəhid olur. Onun cənazəsini Qomenk adlanan bir yerdə xəndəyə 
atırlar və uzun müddət onun qaxımış  cəsədi gizli qalır. Xeyli 
vaxt keçdikdən sonra müqəddəs Yelisey bir dindar kişinin yu-
xusuna girir  və o, öz yuxusunu adamlara danışır. Adamlar dəs-
tə-dəstə mömün kişinin dediyi yerə yürüyürlər və xəndəyə ça-
tanda yalnız bir yığım sümük görürlər. Bir qədər məyus olsalar 
da, sümükləri xəndəkdən yığıb bütün gecəni ibadət edirlər. 
M.Kalankatuklunun yazdığına görə  səhərə yaxın bərk zəlzələ 
olur və ordakıların hamısı yerə yıxılırlar. Bu vaxt sərt külək əsir 
və murdar sümükləri o tərəfə bu tərəfə səpələyir, həmin yerdə 
yalnız Yeliseyin sümükləri qalır. Elə bu an Urekan kəndinin 
Stepanos adlı keşişi sümüklərin içindən kəlləni oğurlayıb ata 
minir və çapıb aradan çıxır. Camaat onun dalınca yüyürür. La-
kin bu vaxt göyün üzünü qapqara bulud alır və adamlar qorxub 
evlərinə qayıdırlar. Müqəddəs Yeliseyin sümüklərinin hamısını 


Azərbaycan Tarixi 
 
 
75 
götürüb Urekan kəndinə aparıb onun kəlləsinin saxlanıldığı 
yerə qoyurlar. Sonralar Yeliseyin sümükləri oradan Nersmehr 
kilsəsinə aparılır.  
Yelisey Albaniyanın maarifçisi hesab edilir. Xristian 
ədəbiyyatında və xristian aləmində Yelisey yalnız Faddeyin 
şagirdi kimi deyil, həm də  həvari kimi tanınır və albanların 
ziyalanmasının ilkin səbəbkarı hesab edilir. Yeliseyin Albaniya 
yepiskopu vəzifəsinə II əsrdə Yerusəlimin ilk patriarxı Yakov 
tərəfindən təyin olunması və onun Cənubi Qafqazda ilk xristian 
kilsəsinin  əsasını qoyması Alban kilsəsinə  həvari başlanğıcı 
statusu verir. Kilsənin həvari başlanğıcının  əhəmiyyəti, hər 
şeydən öncə ondadır ki, bu həmin kilsənin daha qədim və ilkin 
olduğunu, ikincisi isə onun başqa kilsələrin vasitəçiliyi ilə 
deyil, ilk əsasdan, yəni həvarilərin özləri tərəfindən təsis 
edildiyini sübut edir. 
Albaniyada xristianlığın yayıldığı  həvarilik dövrü 
adlandırılan ilk mərhələdə xristianlıq  İberiya,  İran, Atropaten 
və Ermənistana nisbətən daha böyük uğurlar əldə etmişdi. Bunu 
həm yazılı qaynaqlar, həm də dövrün tədqiqatçıları təsdiq edir-
lər. Xristianlığın Ermənistana nisbətən Azərbaycanda, o cümlə-
dən Albaniyada daha erkən yayılması M.Kalankatuklunun “Al-
baniya tarixi” kitabında verilən yunan kilsəsini erməni kilsəsinə 
yazdığı məktubda belə qeyd edilmişdir: “Erməni katolikosluğu-
nun seçilməsi qaydası isə Albaniya katolikosluq kürsüsünün 
sərfəsi olmalıdır, çünki Albaniya kürsüsü siz ermənilərin 
kürsüsündən daha uca və yaşlıdır.” Akademik Ziya Bünyadov 
yazırdı ki, M.Kalankatuklunun “Albaniya tarixi” əsərindəki bu 
məktuba ilk dəfə X əsrdə Alban katolikosu Hagik (948-962) 
tərəfindən təsadüf edilmişdir. Hagik eşitmişdir ki, Albaniya 
Ermənistandan qabaq xristianlığı  qəbul etmişdir. Erməni 
katolikosu Ananiya 958-ci ildən sonra Xaçenə  gələndə Hagik 
“Alban tarixi” kitabından ona oxuyur ki, həvari Faddeydən 266 
il sonra müqəddəs Qriqori Ermənistanda xristianlığı yaymışdı. 
Ananiya demişdi ki, bu kitab səhih deyil, elə etmək lazımdır ki, 
Qəzənfər Rəcəbli 
 
 
76
albanların xristianlığı  qəbul etməsi haqqında orada yazılanları 
deyil, bizə lazım olan, bizim görmək arzusunda olduğumuz 
məlumatı  həmin “Tarix”dən oxusunlar. Ona görə  də  həmin 
məlumat “Albaniya tarixi” kitabından çıxarılmışdır.  
Araşdırmalar göstərir ki, ilk çağlar sürətlə yayılan xris-
tianlıq Parfiya imperiyası vaxtında Şərqə böyük uğurlar qazan-
mışdı. Lakin İranda Sasanilər sülaləsinin hakimiyyəti dövründə 
xristianlığa qarşı mübarizə siyasəti nəticəsində iki əsrin nəticə-
ləri heçə endirildi. Albaniyada etnik müxəlliflik və politeizmin 
(çoxallahlığın) hökmranlığı monoteist din olan xristianlığın 
yayılması üçün əlverişli  şərait yaratmışdı. Təsadüfü deyil ki, 
Yelisey xristianlığın təbliğinə Albaniyanın  etnik cəhətdən daha 
çox müxtəlif olan şimal-şərq hissəsindəki Çola bölgəsindən 
başlamışdı. Lakin Azərbaycanda xristianlığın yayılmasının bi-
rinci mərhələsində, yəni I-III əsrlərdə Albaniyada xristianlığın 
təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə 
yalnız IV əsrdə tam qələbə çala bildi. 
Albaniyada Yeliseyin adı ilə bağlı Gis kilsəsinin mövcud-
luğu xristianlığın burada daha erkən yayıldığını  təsdiq edən 
amildir. Odur ki, Albaniyada xristianlığın yayılmasının birinci 
mərhələsindən bəhs edərkən mütləq Gis kilsəsi haqqında geniş 
məlumat vermək gərəkdir. 
Gis kilsəsi haqqında ilk məlumat verən M.Kalalankatulu 
yazır ki, “bu yer Şərqin bütün kilsələri və şəhərlərinin başlan-
ğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsi-
dir.”  Qeyd etmək lazımdır ki, Gis kəndində yerləşən bu qədim 
kilsə Alban abidələri arasında xüsusi statusa malikdir. Xristian-
lığın Albaniyada və bütün Qafqazda yayılmağa başlaması tarixi 
Gis kilsəsinin yaranması tarixi ilə bağlıdır. Gis kilsəsinin həvari 
Yelisey tərəfindən tikilməsi isə Qafqazda ən qədim kilsə olan 
Alban kilsəsinin apostol başlanğıcına malik olduğunu, yəni 
avtokefal kilsə olmasını təsdiq edən maddi sübutdur. 
Bir şeyi də qeyd etmək lazımdır ki, müsəlman əhalisinin 
məskun olduğu bölgədə xristianlığın bu qədim abidəsinin qə-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə