Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə15/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

Azərbaycan Tarixi 
 
 
57 
yulmasından istifadə edilmişdi. Xeyir qüvvələrin başında Ahu-
ra Mazda (Hörmüz), şər qüvvələrin başında Əhriman dururdu. 
Zərdüştilik dininin banisi Zərdüşt olmuşdu. Onu 
bəşəriyyət tarixində tək allahlılıq ideyasının ilk təbliğatlarından 
biri hesab edirlər. Zərdüştilik və onunla bağlı olan dini fəlsəfi 
sistemlər,  şübhəsiz, iudaizmə  və xristianlığa müəyyən təsir 
göstərmişdi.  İudaizim və xristianlıq zərdüştilikdən bir çox 
ehkamları, konsepsiyaları  mənimsəmişlər. Zərdüştiliyin yunan 
fəlsəfi fikrinin bir çox nümayəndələrinə böyük təsiri olmuşdur.     
Zərdüştilik dininin ehkamları müqəddəs “Avesta”da öz 
əksini tapmışdı. “Avesta” Ön Asiyanın qədim  əhalisinin, o 
cümlədən Azərbaycan xalqının  əcdadlarının müqəddəs say-
dıqları  ədəbi abidələr – kitablardan biridir. Bu kitabda 
ölkəmizin qədim  əhalisinin dini, əxlaqi, ictimai, siyasi və 
fəlsəfi görüşlərinin bir sıra cəhətləri bədii  şəkildə öz əksini 
tapmışdı. Yunan müəllifi Ktesinin verdiyi məlumata görə 
“Avesta”nın müəllifi Zərdüşt Mada imperiyasının Raqiana 
vilayətində mada icmalarından birinin başçısı olan Spitamanın 
oğludur. Spitama Madanın sonuncu hökmdarı Astiaqın qızı 
Purusasna ilə evlənir və bu izdivacdan Spitak Spitama dünyaya 
gəlir. Spitaka sonralar Zaratuştra (Zərdüşt, yunanca isə 
Zopoastr) deyirlər. Deməli, Zərdüşt Astiaqın qız nəvəsidir. 
“Avesta”dan məlum olur ki, Zərdüşt atəşpərəstlərin 
kahini – “maq” kimi öz mahnıları ilə yeni dini təbliğ edirmiş. 
Yeni dini təbliğatına görə  təqib olunan Zərdüşt qonşu ölkənin 
hakimi Viştaspın yanına qaçır. Viştasp onun dinini qəbul edir 
və dinin təbliği üçün şərait yaradır. Tarixdən məlumdur ki, 
Haxamanişilər sülaləsindən olan Parsua (Persida) hökmdarı I 
Daranın atasının adı Viştasp olmuşdur. 
IX  əsrdə yazılmış “Dinkerd” adlı bir kitabda qeyd edilir 
ki, hökmdar Viştaspın əmri ilə “Avesta” yazıya alınır və Urmu 
ğölü yaxınlığında Şiz şəhərində saxlanılır, onun bir nüsxəsi isə 
(Persepolda (İstərifarsda) qorunur. İskəndər Persepolu ələ 
keçirib yandırdığı zaman “Avesta”nın bir nüsxəsi də yanmışdır. 
Qəzənfər Rəcəbli 
 
 
58
Lakin  İskəndər öncə “Avesta”nın bir nüsxəsini Yunanıstana 
göndərib onu yunan dilinə tərcümə etdirmişdi. Sasani hökmdarı 
Ərdəşirin dövründə “Avesta”nın dağınıq parçaları möbid 
Qansar tərəfindən toplanıb bərpa edilmişdir. IX əsrdə yazılmış 
“Arda Burafnamə” adlı başqa bir kitabda qeyd edilir ki, 
“Avesta” 12 min inək gönü üzərində qızıl sulu hərflərlə yazılıb 
Persepolda xəzinədə saxlanılırmış,  İskəndər Persepolu 
yandıranda, o da yanmışdır.  Ərəb müəllifi  əl-Məsudi yazır ki, 
İskəndər İstəxrifarsı tutduqdan sonra “Avesta”nın tibbi, fəlsəfi, 
astroloji və hüquqla bağlı hissələrini yunan dilinə  tərcümə 
etdirmiş, sonra isə kitabı yandırtmışdır. Yandırıldıqdan sonra 
da “Avesta”nın  şifahi  şəkildə yaddaşlarda yaşaması Sasanilər 
dövründə onu yenidən bərpa etməyə imkan vermişdir. Ərəblər 
isə atəşgahları dağıdarkən, həmin məbədlərdə olan kitabları da, 
o cümlədən “Avesta”nın nüsxələrini də yandırmışlar. Ərəblərə 
baş əyməyən atəşpərəst kahinlərin bir çoxu Hindistana qaçmış 
və orada şifahi  şəkildə yaddaşlarda qalanları yenidən yazıya 
almışlar. “Avesta”nın bizə  gəlib çatan hissələri atəşpərəst 
kahinlərin yaddaşlarından və əldə edilmiş bir sıra qaynaqlardan 
yazıya köçürülmüşdür. 
“Avesta” 21 hissədən ibarət olmuşdur. Onun bizə  gəlib 
çatan variantı isə 4 hissədən ibarətdir: 1) Yasna 2) Yastlar 3) 
Visprat və 4) Videvdat. 
“Yasna” – “ehtiram” , “pərəstiş” , “qurban vermə” məna-
larını verir. 72 fəsildən ibarət olan bu hissənin 17 fəslini “Qat-
lar” bölməsi təşkil edir. “Qatlar” bölməsi himnlər və nəğmələr-
dən ibarətdir. Bu fəsildə müəllif özünü şair Zaratuştra adlandı-
rır.  
"Yastlar" adlanan ikinci hissə 22 himn – duadan ibarətdir. 
Bu himnlərdə atəşpərəstlərin panteonunun müxtəlif allahları 
mədh edilir, təriflənir və onlara dua oxunur. 
“Visprat” – bütün allahlar, hökmdarlar, hakimlər məna-
sını verir. Bu hissə 24 fəsildən ibarətdir. Ahura Mazda haqqın-
da məlumat da bu hissədədir. “Ahura” - “tanrı”, “hökmdar”, 


Azərbaycan Tarixi 
 
 
59 
“ağa”, “cənab” mənalarındadır, “Mazda” isə - “müdrik” məna-
sını verir. “Ahura Mazda” – “Müdrik tanrı”, “Müdrik cənab” 
mənalarında işlədilir. 
“Videvdat” bəzi qaynaqlarda “Vendidat” kimi də oxunur. 
Bu hissə 22 fəsildən ibarətdir. “Videvdat” qanunlar və göstəriş-
lər külliyyatıdır.  
Bunlardan əlavə daha sonralar “Kiçik Avesta” adlı hissə 
də tərtib edilmişdir. “Kiçik Avesta” gündəlik mərasimlərdə isti-
fadə olunmaq məqsədilə yazılmışdır. 
Müqəddəs “Avesta” kitabı insani, humanist görüşlərdən 
ibarət olub xeyirə məhəbbət, şərə nifrət, əməyə hörmət və çağı-
rış ideyaları ilə zəngindir. “Avesta”da sadəlövh şəkildə olsa da, 
bəşər tarixinin dialektik inkişaf mərhələləri də öz şərhini tap-
mışdı. 
“Avesta” e.ə. VI əsrdə Mada imperiyasının şərq vilayətlə-
rində Zərdüşt tərəfindən yazılsa da e.ə. IV əsrdə atəşpərəstliyin 
vətəni sayılan Atropatendə Atropat Mahaspanda tərəfindən ka-
nonlaşdırılmışdır, yəni müqəddəs kitab, dini ehkam kitabına 
çevrilmişdir. Ona görə də dünyanın qədim yazılı abidələrindən 
biri olan “Avesta” Azərbaycan xalqının qədim əcdadlarının da 
müqəddəs kitabı hesab edilir.       
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild, s. 252-327 
2. Azərbaycan tarixi. Dərslik, s. 131-145, 166-169 
3.  И.Алиев. Очерки истории Атропатена. Баку, 1988 
 
Qəzənfər Rəcəbli 
 
 
60
 
 
 
V FßSÈL 
 
ALBAN DÖVLƏTİ 
 
5.1. Alban dövlətinin yaranması  və  sərhədləri.  Şimali 
Azərbaycanı  və müasir Dağıstanın Dərbənd bölgəsini  əhatə 
edən ölkə  qədimdə Albaniya adlanırdı. Albaniya haqqında ilk 
məlumat e.ə. IV əsrə aiddir. Roma tarixçisi Arrianın 
“Anababsis Aleksandrius” (“İskəndərin yürüşü”) kitabında e.ə. 
331-ci ildə Qavqamel döyüşündə kaspi və saklarla birlikdə 
albanların da vuruşduğundan xəbər verilir. Yunan coğrafiyaşü-
nası Strabonun “Coğrafiya” kitabında da Albaniyanın adı çəki-
lir. Srtabon özü Qafqazda olmamışdır. Albaniya haqqında onun 
materialı Patroklın bizə  gəlib çatmayan hesabatlarından götü-
rülmüşdür. Patrokl isə e.ə. IV əsrdə Xəzər dənizinin cənub-şərq 
sahillərindən başlayaraq dəniz ekspedisiyası  təşkil etmiş  və 
Albaniyanı tədqiq etmişdir. 
Albaniya qədim türk və sanskrit dillərində “yüksək”, 
“ucalıq”, “zirvə”, və “dağ” bildirən “alp”, “alb”, sözündən  və 
“an” cəm  şəkilçisindən yaranmış  və “Dağlıq ölkə” mənasını 
verir. (Xalqın adına latın dilindəki “iya” mənsubiyyət şəkilçisi 
əlavə etməklə ölkə adı alınması universal haldır. Məsələn, “İtal 
+ iya”, “İspan + iya” , “Alman + iya” , “Anql + iya”, “Şotland 
+ iya” , “Rumun + iya”, “Ross + iya”,  “Türk + iyə”, “Çex + 
iya”, “Bolqar + iya”, “Slavak + iya” və s.). Müqayisə etmək 
üçün bilmək lazımdır ki, dağlıq ölkə olan Şotlandiyanın qədim 
kelt dilində adı da Albaniya olmuşdur. Eyni zamanda Balkan-
larda mövcud olan Albaniya dövlətinin adı da “Dağlıq ölkə” 
mənasındadır. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə