Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə18/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

Azərbaycan Tarixi 
 
 
69 
Antik müəlliflərin  əsərlərində Albaniyada yun və  kətan 
xanmalı  əsasında toxuculuğun inkişafı haqqında kifayət qədər 
material vardır. Ellian Kaspiana ərazisində toxuculuğun 
inkişafından bəhs edərək yazır ki, bu ölkədə istehsal olunan 
“dəvə yunu çox zəifdir, belə ki, yumşaqlıq cəhətdən hətta Milet 
yunundan da geri qalmır. Bu yundan tikilmiş paltarları...  ən 
varlı kaspilər geyirlər.” 
Məlumdur ki, Cənubi Azərbaycan  ərazisində sinifli cə-
miyyət çox erkən dövrlərdən, e.ə. III minillikdən təşəkkül tap-
mışdı və burada qədim quldarlıq dövlətləri meydana gəlmişdi. 
Azərbaycanın  şimal hissəsində isə  hələ e.ə. II-I minilliklərdə 
artıq mülki bərabərsizlik, sosial təbəqəsinə baş vermişdi. Bu da 
təbiidir. Çünki Şimali Azərbaycan  ərazisi  Şərqin  ən qüdrətli 
dövləti olan Haxamanişilər Madası ilə təmasda idi. Aydındır ki, 
bu fövqəldövlətdə mövcud olan quldarlıq ictimai-iqtisadi 
münasibətləri Albaniya ölkəsinə  təsir etməməyə bilməzdi. 
Lakin burada sosial təbəqələşmə siniflərinin formalaşmasına 
gətirib çıxarmamışdı. Odur ki, bir çox tədqiqatçıların 
mülahizəsinə görə Albaniya quldarlıq mərhələsini yan keçərək 
birbaşa feodalizmə  qədəm qoymuş ölkələrdəndir. Bu fikri 
onunla  əsaslandırırlar ki, Albaniya beynəlxalq ticarət 
yollarından və Ellin dünyasından kənarda yerləşirdi. Ona görə 
də burada iqtisadiyyat və ictimai münasibətlər ləng inkişaf 
edirdi. Belə fikri çox vaxt Strabonun Albaniya haqqında ziddiy-
yətli məlumatları ilə əsaslandırmağa çalışırlar. 
Lakin arxeoloji materiallar Albaniyanın o dövrün tərəqqi 
səviyyəsinə uyğun inkişaf etmiş iqtisadiyyata malik olduğunu 
göstərir. Bunu əsas götürən tədqiqatçılar Albaniyada quldarlıq 
ictimai münasibətlərinin mövcud olması mülahizəsini irəli sü-
rürlər. Ancaq bir şey məlumdur ki, qədim Albaniyada quldarlıq 
ictimai-iqtisadi funksiyasının  əsas sinifləri olan qullar və qul-
darlar haqqında qaynaqlarda tutarlı  məlumat yoxdu. Antik 
müəlliflər qədim Albaniyanın yüksək təbəqələrinin nümayən-
dələri haqqında yunan və latın dilində olan anlayışlarla məlu-
Qəzənfər Rəcəbli 
 
 
70
mat vermişlər. Bunların hər birinin öz alban ekvivalentinə  nə 
dərəcədə uyğun gəldiyini söyləmək çox çətindi. Məsələn, latın 
variantında “basilevs” və “reks” varlı, adlı-sanlı adam, hökm-
dar,  sərkərdə, yaxud sadəcə olaraq nüfuzlu şəxsə  şamil edilə 
bilər. Bu baxımdan antik qaynaqlarda məlumat verilən "hera-
dulları" qullar kimi qəbul etmək olmaz. Doğrudur, “heradul” 
yunan dilində, “müqəddəs qul” deməkdir. Lakin bu anlayış 
klassik “qul” mənasını vermir. Məbədlərdə heç bir hüququ ol-
mayan işçiləri “herodul” adlandırırdılar. 
Qədim Albaniyada mövcud olan sosial təbəqələşməni 
ibtidai icma cəmiyyətindən xüsusi mülkiyyətə  əsaslanan sinfi 
cəmiyyətə keçid dövrü adlandırmaq olar. Bu dövrün siyasi ha-
kimiyyət forması isə quldarlıq dövlət quruluşu deyil, hərbi de-
mokratiya olmuşdu. Bu dövrdə cəmiyyət sosial təbəqələrə bölü-
nür. Strabonun əsərindən məlum olur ki, qədim Albaniyada ali 
təbəqə hökmdarlar, hakimlər olmuşlar. Onlardan sonra gələn 
ikinci sosial təbəqə kahinlər olmuşdur. Üçüncü sosial təbəqə isə 
hərbçilər hesab edilir. Daha sonra isə sənətkarlar, tacirlər, mal-
darlar,  əkinçilər və heç bir hüququ olmayan məbəd işçiləri - 
“herodullar” (“müqəddəs qullar”) sosial təbəqələri gəlirdi. An-
tik müəlliflərin  əsərlərindən bizə Albaniya “basilevslərindən" 
yalnız üçünün adı  məlumdur: Pompeyin yürüşündən tanınan 
Oroyz və onun qardaşı Kazis, bir də Kanidi Krass ilə qarşılaşan 
Lober. Hökmdarlar haqqında olan bu cüzi məlumat belə hesab 
etməyə imkan verir ki, e.ə. I əsrdə Albaniyada artıq dövlət möv-
cud olmuşdu və bu dövlət hərbi demokratiyaya əsaslanmışdır. 
Albaniya Cənubi Qafqazda feodal ictimai münasibətlə-
rinin çox erkən yarandığı ölkələrdən biridir. Albaniyada qul-
darlıq şübhəsiz mövcud olmuşdur. Lakin o ictimai-iqtisadi for-
masiyaya çevrilə bilməmişdir. Albaniyada feodalizm cəmiyyə-
tinin formalaşması prosesi eramızın IV-VII əsrləri  ərzində da-
vam etmişdir. Albaniyada feodalizm cəmiyyətinin əsas sinifləri 
azatlar (feodallar) və şinaklar (azad ictimai kəndlilər) olmuşlar. 


Azərbaycan Tarixi 
 
 
71 
Albaniyanın qədim  əhalisi astral dinlərə sitayiş edirdi. 
Strabonun verdiyi məlumata görə Albaniya əhalisi Göyə, 
Günəşə  və Aya ibadət edirdi. Albaniyada məbədlər və  məbəd 
torpaqları var idi. Lakin eramızın II əsrində, Moisey 
Kalankatuklunun verdiyi məlumata görə Albaniyada xristianlıq 
yayılmağa başlamışdı. 
 
Ədəbiyyat: 
 
 1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild, s. 328-414;  
2-ci cild Bakı, 1998, s. 15-83.  
2. Azərbaycan tarixi. Dərslik, s. 145-156, 170-211. 
3. M.Kalunkatuklu. Albaniya tarixi.  
4. F.Məmmədova. Albaniyanın siyasi tarixi və tarixi coğ-
rafiyası.  Bakı, 1993. 
 
 
 
 
 
 
 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
72
 
 
 
VI FßSÈL 
 
AZƏRBAYCANDA XRİSTİANLIĞIN 
 YAYILMASI 
 
6.1. Azərbaycanda xristianlığın yayılmasının birinci 
mərhələsi.  Azərbaycan xristian dininin yayıldığı  ən qədim 
ölkələrdən biridir. Azərbaycan, hələ IV əsrdə xristianlığın 
dövlət dininə çevrilməsindən xeyli öncə, xristian icmalarının 
yarandığı ölkələrdən sayılır.  
Tarixi qaynaqlarda Cənubi Azərbaycan ərazisində eramı-
zın I əsrində xristianlığın yayılmağa başlaması haqqında məlu-
mat vardır. Burada xristianlığı ilk təbliğ edənlər həvarilər (yu-
nanca – apostıllar) olmuşlar.  İsus Xristosun, göyə  çəkilməsin-
dən iki il sonra Həvarilərdən Pavel Çinə, Foma Parfiyaya və 
Varfolomey Hindistana gedərkən yolüstü Atropatenə gəlmiş və 
burada xristianlığın təbliği ilə  məşğul olmuşlar. Cənubi Azər-
baycanda xristianlığın bilavasitə yayılması isə həvari Faddeyin 
adı ilə bağlıdır. Atropaten əhalisi arasında xristianlığı yaymaq 
şərəfi məhz ona həvalə olunmuşdu. Pavel, Foma və Varfolome-
yin ardınca həvari Faddey öz şagirdləri ilə birlikdə Atropatenə 
gələrək indiki Maku bölgəsində xristianlığı yaymaqla məşğul 
olur. Xristian dininin düşmənləri Faddeyi və onun şagirdlərini 
təqib edirlər. Həvari Faddey əzabla öldürülür. Şagirdləri onu 
gizlicə dəfn edib Yerusəlim (Qüds) şəhərinə qayıdırlar. Həvari 
Faddeyin qəbrinin yeri son vaxtlara qədər məlum deyildi. Onun 
qəbri XX əsin II yarısında Maku şəhərinin yaxınlığında İran – 
alman birgə arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə