Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə17/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

Azərbaycan Tarixi 
 
 
65 
Antik qaynaqlarda “albanlar” anlayışı ölkənin bütün 
əhalisinə  şamil edilirdi. Lakin müxtəlif qaynaqlarda, yeri 
gəldikcə alban etnik birliyinə daxil olan uti, sak, kaspi, mük 
(muğ), savdey, qarqar, gel, leq və b. ayrı-ayrı soyların da adı 
çəkilir. Albaniyanın  əhalisi etnik cəhətdən müxtəlif olmuşdur. 
Albaniyada müxtəlif dil ailələrinə  məsub soylar - Qafqaz dil 
ailəsinin  şərq, yaxud Dağıstan qrupu, türk dil ailəsi və hind-
avropa dil ailəsinin iran qrupuna mənsub soylar yaşamışlar.  
Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixşünaslığının 
çox mötəbər tədqiqat  əsərlərində  və  dərsliklərdə xalqların dil 
mənsubiyyətləri haqqında məsuliyyətsiz, elmi baxımdan səhv 
ifadələr və anlayışlar işlədilir. Məsələn, 7 cildlik “Azərbaycan 
tarixi”nin 1-ci cildində Qafqaz dil ailəsinin şərq qrupu mənasın-
da yanlış olaraq “Şimal-şərq Qafqaz dilləri ailəsi” ifadəsi işlə-
dilir. “Azərbaycan tarixi” (Dərslik, Bakı, 1994) kitabında isə 
“irandilli” mənasında yanlış “farsdilli”, “Dağıstandilli” məna-
sında yanlış “ləzgidilli” ifadələri işlədilir.  
Rus alimi K.Trever guya Strabonun məlumatına əsaslana-
raq yazır ki, Albaniyanın əhalisi 26 dildə danışırdı. Akademik 
Ə.Sumbatzadə isə Strabonun məlumatını belə tərcümə etmişdir: 
“Qış vaxtı yağan qar dağlıq ölkə olan Albaniyanın sərt qa-
yalarını  və  dərin dərələrini uzun müddət keçilməz etdiyindən 
ölkənin kəndləri və bölgələri arasında  əlaqələri zəiflədirdi. Bu 
da  əhalinin 26 ləhcədə danışmasına səbəb olmuşdur”. Strabo-
nun məlumatını Albaniyanın düzən və dağətəyi bölgələrinə aid 
etmək mümkün deyildir və “26 ləhcə” anlayışını ölkənin şimal 
hissəsinə, indiki Dağıstanın cənub bölgələrinə  şamil etmək 
lazımdır. Qafqazda çoxdillilik (çoxləhcəlilik) şəraiti erkən orta 
əsrlərin qaynaqlarında da qeydə alınmışdır. Albaniyanın mərkə-
zi hissəsində, Kür çayının sağ  və sol sahili ərazilərdə yaşayan 
əhalinin dil müxtəlifliyi haqqında heç bir söz deyilmir. Buradan 
belə nəticə çıxarmaq olar ki, qaynaqlarda Alban soyları adı ilə 
bəlli olan – lpi, cilv, leq və başqalarının dilləri Qafqaz dil 
ailəsinin Dağıstan qrupuna aid edilə bilər.  
Qəzənfər Rəcəbli 
 
 
66
Ali məktəblər üçün adı  çəkilən “Azərbaycan tarixi” 
dərsliyində, çox düzgün olaraq, qədim utilər türk dilli soy hesab 
edilir. Bəzi tədqiqatçılar (S.Yeremyan, K.Treven, F.Məmmə-
dova və b) isə qaynaqlarda adı  çəkilən uti soylarını müasir 
utilərlə eyniləşdirir və onların dillərini “səhvən”  şimal-şərq 
Qafqaz dilləri ailəsinə aid edirlər.  Əvvələn, müasir uti dili 
Qafqaz dil ailəsinin şərq qrupuna deyil, cənub qrupuna aiddir. 
İkincisi, müasir utilər ehtimal ki, qədim utilərin nəsilləridirlər. 
Lakin qədim utilər türkdilli soy olmuşlar və sonralar Qafqaz 
dilli olmuşlar. 
E.ə. VIII əsrə aid Urartu mixi yazılarında Göyçə gölü 
hövzəsində Uduri-Etiani vilayətinin adının çəkilməsi, utilərin 
hələ o vaxt bu ərazidə yaşamalarını sübut edir. Haxamanişilər 
sülaləsinin hakimiyyəti dövründə e.ə. VI əsrə aid vergi 
verənlərin siyahısında utilərin də adının çəkilməsi, onların 
Azərbaycanın qədim sakinləri olmasını sübut edir. Görünür 
Azərbaycanın bu qədim sakinlərinin bir hissəsi kuti və digər 
tük soyları ilə birlikdə sonralar şərqə  tərəf köç etmişlər. Daha 
sonralar isə  Qərbi Sibir və Uraldan keçərək Volqaboyuna 
getmişlər.  Ərəb müəllifi ibn Fədlan IX əsrdə Volqaboyunda 
yaşayan türk soylarından onoqurlar, sarıqurlar, kutiqurlar və b 
ilə yanaşı, utiqurların, yəni utioğuzların da adını çəkir. Uti adı 
ilə “oğuz” adının birlikdə  işlədilməsi utilərin oğuz türk soy-
larının qədim  əcdadlarından biri olmasına dəlalət edir. Sibirdə 
Krasnoyarsk vilayətində XVIII əsrdə türk mənşəli udi soyunun 
yaşaması qeydə alınmışdır.  Şimali Azərbaycanın Kür və Araz 
çayları arasındakı torpaqların böyük bir hissəsinin eramızın əv-
vəllərində Arsax və Uti adlanmaları M.Kalantuklunun “Albani-
ya tarixi” kitabından bəllidir. Qarabağın müasir utilərin dilində 
“Böyük bağ” mənasını verən “Arsax” adlanması da məlumdur. 
XIX əsrdə Qarabağ məlikliklərinin qədim alban xristian əhalisi 
də utilər olmuşlar. Utilərin Araz çayından şimalda yerləşən böl-
gələrə  cənubdan gəlmələri haqqında A.Bakıxanovun məlumatı 
da utilərin Azərbaycanın qədim türkdilli soylarından olmasını 


Azərbaycan Tarixi 
 
 
67 
sübut edir. Utilərin Qəbələ  və  Oğuz rayonlarındakı indiki 
məskənlərinə  gəlmələri XVIII əsrə aiddir. Görünür erməni 
kilsəsi tərəfindən sıxışdırılan alban kilsəsinin tərəfdarları olan 
utilər yeni məskənlərində gürcü kilsəsinin təsiri altında 
olmuşlar. Ona görə  də, gürcü kilsə dilinin təsiri altında dilləri 
dəyişikliyə uğramış, Qafqaz dil ailəsinin cənub qrupunu təşkil 
edən iber-kartvel dilləri qrupuna aid olan müasir uti dilinə 
keçmişlər. Mənşəcə uti olan görkəmli dilçi alim, professor 
Voroşil də müasir utiləri qədim Albaniya soylarından olan 
utilərin nəsli hesab edərək onların öncə türkdilli soy olduğunu 
qeyd edirdi. O, udi dilində olan küllü miqdarda türk köklü 
sözləri təhlil etməklə belə nəticəyə gəlirdi ki, müasir udilər qə-
dim utilərin nəsilləridir, onlar türkdilli soy olmuş, sonralar qaf-
qazdilli soya çevrilmişlər. “Kitabi – Dədə Qorqud” dastanından 
bizə bəlli olan qədim türk mərasim yeməyi “yəxni”nin müasir 
udilərin də geniş yayılmış ənənəvi mərasim yeməyi olması kimi 
bir maraqlı fakt da qədim Albaniya utilərinin türkdilli olmasını 
təsdiq edir. 
Albaniya əhalisinin tərkibində utilər ilə bərabər sak, qar-
qar, kəngərli, peçeneq, çola, koman, ijmax, tərtər, hun, xəzər, 
suvar (sabir, silir), mük (muğ), dondar, bayat və b. türk soyları-
nın adları da çəkilir. Albaniya ərazisində yaşayan irandilli soy-
lardan isə qaynaqlarda kaspi, maskut, savdey, mard, mehrani, 
girdman və gel soyları haqqında məlumat vardır. 
Beləliklə, Albaniya əhalisinin tərkibində türkdilli, irandil-
li və qafqazdilli soylar əsrlər boyu birgə yaşamışlar. Qədim za-
manlardan bəri onlar qohumlaşmış, qaynayıb-qarışmış və düş-
mənə qarşı birgə vuruşmuşlar.  
5.3. Albanların təsərrüfat həyatı və ictimai münasibət-
ləri.  Albaniya əhalisinin təsərrüfat həyatında əkinçilik və mal-
darlıq əhəmiyyətli yer tuturdu. Albaniya qədim əkinçilik ölkə-
lərindən biri olmuşdur. Burada dəmyə  əkinçiliyi ilə yanaşı 
suvarma əkinçiliyi də geniş yayılmışdı. Strabon xəbər verir ki, 
Albaniya düzənlikləri çayların suları  və başqa su mənbələri 
Qəzənfər Rəcəbli 
 
 
68
vasitəsilə Babil və Misirdən daha yaxşı suvarılır.  Əkinçilikdə 
torpağı  şumlamaq üçün ağac xışdan geniş istifadə olunurdu. 
Taxılın saxlanması üçün küplərdən və quyulardan istifadə 
edilirdi. Arxeoloji qazıntılar zamanı Albaniya ərazisindən taxılı 
üyütmək üçün çoxlu dən daşları  və  əl dəyirman daşları  aşkar 
edilmişdir. Yaloylutəpə  və  Xınıslıda tapılmış  əl dəyirmanları-
nın daşlarının diametri və qalınlığı eynidir. O zaman Albaniya-
da su dəyirmanları da olmuşdur. Albaniyada əkinçiliyin bağçı-
lıq və üzümçülük sahələri də kifayət dərəcədə inkişaf etmişdi. 
Bağçılığın və üzümçülüyün inkişaf səviyyəsi haqqında IV əsrdə 
Urnayırın fərmanı ilə meyvələrin ilk barının kilsə üçün ayrılma-
sı faktı fikir yürütməyə əsas verir. 
Albaniyada maldarlığın inkişafı üçün əlverişli  şərait ol-
ması haqqında məlumat verən Strabon yazır ki, Albaniya dü-
zənlikləri “daim zəngin otlaq görkəminə malik” idi. İlin qızmar 
vaxtında mal-qara dağ yüksəkliklərində yerləşən Alp çəmənlik-
lərinə qaldırılır, qışın soyuğunda isə düzənliklərə endirilirdi. 
Albaniyada qoyun-keçi çox yayılmışdı. Albaniyada atçılıq və 
dəvəçilik də inkişaf etmişdi. Klavdi Ellian yazır ki, Kaspianada 
“dəvələr lap çoxdur, ... onların gözəl yunu vardır.” Mal-qara 
əhalini süd məhsulları, ət, dəri və yun ilə təmin edirdi. 
Albaniya  əhalisi ovçuluq ilə  də  məşğul olurdu. Ovçuluq 
əhalini əlavə azuqə ilə təmin etməklə yanaşı, həm də gənc dö-
yüşçülər üçün hərbi hazırlıq, bir növ tərbiyə məktəbi və mərdlik 
dərsi idi. 
Albaniyada sənətkarlığın dulusçuluq, ağacişləmə, daşişlə-
mə və metalişləmə sahələri inkişaf etmişdi. Dulusçular küp və 
digər saxsı qablar hazırlayırdılar. Saxsı məmulatı arasında evlə-
rin damını örtmək üçün kirəmitlər xüsusi yer tuturdu. Arxeoloji 
qazıntılar zamanı aşkar edilmiş tunc, gümüş və qızıl əşyalar al-
ban zərgərlik ustalarının məharəti haqqında fikir söyləməyə 
əsas verir.  Bu sözləri Albaniyanın sümükişləmə  sənətkarlığı 
haqqında da demək olar. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə