Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə13/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

Azərbaycan Tarixi 
 
 
49 
III Antiox Selevkilərin  əlindən çıxmış ölkələrdə 
hakimiyyətini bərpa etmək məqsədilə e.ə. 212-205-ci illərdə 
Şərqə böyük yürüşə başladı. Parfiya da məğlub olub 
Sellvkilərin ali hakimiyyətini tanımağa məcbur oldu. III 
Antioxun  Şərqə böyük yürüşü Selcukilər dövlətinin 
parçalanması prosesini bir qədər ləngitsə  də onun qarşısını 
tamam ala bilmədi. E.ə. 190-cı ildə Maqnessiya döyüşündə III 
Antiox romalılara məğlub olduqdan sonra selevkilərin  Şərqdə 
hakimiyyəti xeyli zəiflədi. Bundan istifadə edən Atropaten 
hökmdarları e.ə. II əsrin 60-cı illərində dövrlərin müstəqilliyini 
yenidən bərpa edə bildilər. Onunla eyni vaxtda şərqdə Mada və 
Parfiya, cənubda Parsua və Elam, qərbdə Xurakena və 
Ermənistan dövlətləri də müstəqillik əldə etdilər. Ermənistanın 
ilk çarı I Artaşesdən başlayaraq Ermənistan və Atropaten hakim 
dairələri arasaında qohumluq, nikah əlaqələri vardı. Moisey 
Xoranatsinin yazdığına görə Ermənistan və Atropat Madası 
hakim təbəqələri arasında qohumluq əlaqələri e.ə. II əsrin 
əvvəllərində  nəinki adi hal almışdı, hətta Madalı olan Artaşes 
Ermənistanda hakinmiyyət başına gəlmişdi. Lakin sonralar 
tədricən Ermənistanın qonşuları ilə qohumluq əlaqələrini nəinki 
dostluq münasibətləri, bir çox hallarda hətta hərbi toqquşmalar 
dərəcəsinə  çatan açıq düşmənçilik münasibətləri əvəz etdi. 
E.ə. II əsrin sonu – I əsrin əvvəllərində Atropatenin tarixi 
dünyanın o zamanın iki qüdrətli imperiyası olan Parfiya və 
Roma arasında gedən mübarizə ilə bağlı olmuşdur. Bu dövrdə 
Atropaten gah Parfiyanın, gah da Romanın müttəfiqi olmuşdur. 
E.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Ermənistana 
hücum edir, II Tiqranı  məğlub edərək,  əsir alır və Romaya 
göndərir. II Tiqran Romanın bütün şərtlərini qəbul edərək onun 
vassalına çevrilir. Ermənistanı tabe etdikdən sonra Roma əsas 
düşməni Parfiya ilə qarşı-qarşıya gəlir. Atropaten isə Parfiyanın 
müttəfiqi idi. Roma ilə Parfiya arasında ilk mühüm döyüş e.ə. 
53-cü ildə  Şimali Mesopotamiyada Karna şəhəri yaxınlığında 
baş verir. Bu döyüşdə Atropaten Parfiya tərəfindən iştirak 
Qəzənfər Rəcəbli 
 
 
50
edirdi. Karna döyüşündə Roma qoşunları  məğlub olur. Roma 
tərəfdən 20 mindən çox döyüşçü, sərkərdələr, o cümlədən 
Krass və  oğlu həlak olurlar. Bu qələbədən sonra Parfiya 
qoşunları İoniyaya qədər gedib çıxdılar. Lakin Roma triumviri 
Mark Antoninin dövründə e.ə. 38-ci ildə Roma ordusu Parfiya 
ordusunu məğlub edib Dəclə çayının sol sahilinə  çəkilməyə 
məcbur etdi. 
Misir hökmdarı Kleopatra ilə evlənən Antoni Şərqə doğru 
İskəndərin yolunu davam etdirib dünya dövləti yaratmaq 
arzusunda idi. Antoni də özünü ilahi mənşəli bir şəxs elan 
etmiş, Kleopatradan olan oğlunun adını Aleksandr Helios 
(Günəş allahı), qızının adını isə Kleopatra Selena (Ay ilahəsi) 
qoymuşdu və  rəsmi məclisdə elan etmişdi ki, Aleksandr 
Makedonskinin adını daşıyan oğlu yaradacağı dünya dövlətinin 
hökmdarı olacaqdır. 
E.ə. 36-cı ildə Antoninin komandanlığlı altında Roma 
ordusu  Şərqdə böyük yürüşə başladı. Bu vaxt Atropaten 
hökmdarı Artabazd ilə Parfiyanın yeni hökmdarı IV Fraat 
arasında nifaq düşmüşdü. Roma təhlükəsi onları bu nifaqa son 
qoyub yenidən birləşməyə  məcbur etdi. IV Fraat Şimali 
Mesopotamiyaya çox böyük qoşun çəkib gətirdi. Atropaten 
hökmdarı da 16 minlik süvari ordusu ilə  Fərat çayının sol 
sahilində düşərgə salmış IV Fraatla bir yerdə idi. Antoni 
Parfiyanın paytaxtı Ktesofon üzərinə  hərəkət etməyib  şimala 
yürüş etdi. O, Ermənistan  ərazisindən keçib Atropatenə daxil 
oldu. Plutarxın verdiyi məlumata görə Antoni Xoy – Mərənd 
istiqamətində  hərəkət edib Atropaten hökmdarının qış 
iqamətgahı Fraaspanı mühasirəyə aldı. Antoninin gözləmədiyi 
halda Fraaspa uzunmüddətli mühasirəyə hazir idi.  
Antoninin ordusunun mühasirə texnikası, mərmi atan 
maşınları  və b. döyüş  ləvazımatından ibarət dəstəni daşıyan 
araba karvanının uzunluğu 10-12 km-dən çox idi. Antoni 
sərkərdə Oppi Statiannın başçılığı altında 2 legionu həmin 
karvanı mühafizə etmək üçün qoyub, özü sürətlə irəliləyərək 


Azərbaycan Tarixi 
 
 
51 
Fraaspanı mühasirəyə almışdı. Pont hökmdarı Polemonun və 
ermənilərin qoşunları da döyüş texnikasını daşıyan karvanın 
mühafizəsi üçün saxlanmışdı. 40-50 minlik suvari ordu ilə 
Fraaspın mühafizəçilərinin köməyinə  gələn Atropaten 
hökmdarı Artabazd Roma ordusunun bu vəziyyətindən xəbər 
tutub Statianın dəstəsinə hücum etdi, onları mühasirəyə alıb 
məhv etdi. Statian və onun 10 min nəfər döyüşçüsü həlak oldu, 
Polemon  əsir düşdü, erməni çarı Artavaz isə öz dəstəsini 
götürüb aradan çıxa bilmişdi. Döyüş maşınları  ələ keçirilib 
məhv edildi. Antoni köməyə gəlib çıxdıqda, meyidlərdən başqa 
heç nə tapmadı.  
Aryerqardının məhv edilməsinə baxmayaraq Antoni 
Fraaspın mühasirəsini davam etdirirdi. Antoni ərzaq və yeni 
hərbi sursat tədarükü üçün mühasirə düşərgəsini tərk edəndə 
özü ilə 10 legion (hər legionda 10 min döyüşçü olurdu)  
götürürdü. Parfiya – Atropaten ordusu isə  əbəs yerə itgi 
verməmək üçün romalılar ilə açıq döyüşə girmir, kiçik həmlələr 
ilə düşməni taqətdən salırdılar. Qış düşəndə Antoni sülh 
danışığı üçün IV Fraatın yanına elçilər göndərdi, lakin IV Fraat 
heç bir şərtə razı olmayıb, əgər romalılar mühasirədən əl çəkib 
geri qayıtsalar, onları təqib etməyəcəyini vəd etdi. Antoni geri 
çəkilməyə  məcbur oldu və beləliklə onun Parfiyaya hərbi 
yürüşü uğursuzluqla başa çatdı. 
Atropaten  əhalisinin Fraaspanı  qəhramanlıqla müdafiə 
etməsi və Roma işğalçılarına qarşı  fədakarlıqla mübarizə 
aparması Antoninin Parfiyanı özünə tabe edib “dünya dövləti” 
yaratmaq planının pozulmasına səbəb oldu. Bu qələbə 
nəticəsində Atropaten hökmdarı Artabazdın  əlinə çox böyük 
qənimət, o cümlədən Statianın legionlarından alınmış Roma 
bayraqları keçdi. Pont çarı Palemon da onun əsiri idi. Bu qələbə 
Artabazdın nifuzunu xeyli artırdı. 
Bu qələbədən az sonra Partiyanın Atropateni tutub öz 
dövlətinə qatmaq planı var idi. Bu plandan xəbər tutan 
Artabazd  əsiri Palemonu İskəndəriyəyə Antoninin yanına 
Qəzənfər Rəcəbli 
 
 
52
göndərib ona sülh və dostluq təklif edərək, onu Atropatendə 
görməsinə  şad olacağını bildirdi. Antoni Artabazdın təklifini 
sevinclə qarşıladı və dəvətini qəbul etdi.  
Antoni Atropatenin ox və kamalla silahlanmış atıcı süvari 
ordusuna yüksək qiymət verirdi. Belə qoşun növü Romada yox 
idi. E.ə. 34-cü ilin yazında Antoni Atropaten ilə birləşib 
Parfiyaya qarşı  hərbi  əməliyyata başlamaq üçün Ermənistana 
hücum etdi. O, Ermənistanı tutub, hökmdar Artavazı, ailəsi ilə 
birliksə  əsir götürdü və  xəzinəsini  ələ keçirdi. Ermənistan 
dövləti ləğv edildi və Ermənistan Romaya ilhaq edildi. 
Artabazd ilə Antoni Araz çayı  kənarında görüşdülər. Bu 
görüş zamanı Artabazd Statiandan alınmış Roma bayraqlarını 
Antoniyə qaytardı. Antoni Parfiya ilə müharibəni davam etdirə-
cəyini bildirdi. Artabazd Antoni ilə ittifaqı möhkəmlətmək 
məqsədilə  qızı  İotapanı Antoninin oqlu Aleksandra verəcəyini 
vəd etdi. İskəndəriyədə Ermənistan üzərində qələbə münasibə-
tilə keçirilən  şənlikdə Antoni oğlu Aleksandr Heliosu Mada 
geyimində camaatın qarşısına çıxartdı, onu təntənəli surətdə 
Ermənistanın hökmdarı elan etdi və Parfiya üzərində qələbədən 
sonra böyük Şərq dövlətini ona verəcəyini bildirdi. Sonra isə 
Aleksandr ilə İotapanın rəsmi nişanlanması mərasimi oldu.  
E.ə. 33-cü ildə Antoni Ermənistana gəlib Parfiya üzərinə 
yürüşə hazırlaşmağa başladı. Lakin digər tərəfdən Oktavianla 
münasibətlərinin kəskinləşməsi onu Parfiya üzərinə hücumdan 
çəkindirdi. Qərbə qayıtmağa tələsən Antoni Artabazd ilə görü-
şüb Parfiyadan müdafiə olunmaq üçün ona qoşun verdi və 
Oktavianla mübarizədə onu dəstəkləməsini xahiş etdi. Artabazd 
onu arxayın etdi ki, Antoni lazım gələrsə Atropaten 
süvarilərinin köməyinə bel bağlaya bilər. Bu danışıqlar zamanı 
Artabazd Atropatenin sərhədlərini Ermənistan torpaqları 
hesabına bir qədər genişləndirməyə nail oldu. 
Atropaten Roma qoşunlarının köməyi ilə bir müddət Par-
fiya basqınlarını dəf edə bilir. Lakin Antoni Roma qoşunlarını 
geri çağırdıqdan sonra Atropaten qoşunları məğlubiyyətə uğra-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə