Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə21/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

Azərbaycan Tarixi 
 
 
81 
cəsədlərin atıldığı yeri göstərirlər. O, cəsədləri  şəhid olduqları 
yerdə qurulan kilsəcikdə dəfn etdirir. 
Müqəddəs Qriqori patriarx mənsəbini qəbul etmək istə-
mir. Onda Allahın mələyi onun yanına gəlib deyir: “Etiraz etmə 
və öz itaətində inad göstərmə, ürəkli ol və Allah tərəfindən sənə 
verilən ikiqat əbədi  şöhrəti qəbul et!” Müqəddəs Qriqori pat-
riarx mənsəbini qəbul edib gürcülər və albanlar ölkələrinə xris-
tianlığı yaymağa gedir. O, Haband vilayətinə gələrək əhalini İsa 
peyğəmbərin vəsiyyətlərini qorumağa çağırır və  həmin vila-
yətin Amaras şəhərində kilsə binasının təməlini qoyur, onu 
tikmək üçün usta və fəhlələr cəlb edir. 
Müqəddəs Qriqori kimi mənşəcə parfiyalı olan Alban 
hökmdarı Urnayır onun ilahi möcüzələrindən xəbər tutaraq, 
yanlış yollardan əl çəkib həqiqi Allah yoluna gəlir. Urnayr öz 
əyanları və alban qoşunları ilə Ermənistana yollanır, burada 40 
gün pəhriz saxlayır və müqəddəs Üç Uqumaya iman gətirir. 
Hökmdar Urnayr, onun dalınca  əyanlar və alban ordusu Fərat 
çayına girirlər, müqəddəs Qriqori isə onların xaç suyuna çəkil-
məsi ayinini icra edir. Bu fakt bir daha sübut edir ki, IV əsrdə 
Ermənistan Qafqazda deyil, Anadoluda mövcud olmuşdur. 
Mənşəcə Parfiyanın Arşakilər sülaləsindən olan Alban 
hökmdarı Urnayr tərəfindən xristianlığın qəbul edilməsi həqi-
qətdə daxili tələbatdan daha çox siyasi məqsəd daşıyırdı. Ur-
nayr monoteist din olan xristianlığın köməyilə, etnik tərkibcə 
müxtəlif soylardan ibarət olan ölkəni birləşdirib atəşpərəstliyin 
güclü olduğu Sasanilər İranına qarşı durmağa çalışırdı. Məlum 
olduğu kimi, Sasanilərin Cənubi Qafqazın xristian ölkələri 
Albaniya və İberiya barədə siyasəti sabit olmamışdır. IV əsrin 
əvvəllərində  Şərqi Roma imperiyasında xristianlığın rəsmi 
qələbəsindən sonra Sasanilərin Albaniya barədə siyasəti bir 
daha dəyişir. Sasani şahları  rəsmi kilsə ilə mübarizə aparan 
müxtəlif xristian təriqətlərinin tərəfdarlarına kömək edirdilər. 
Xristianlığın Azərbaycanda yayılmasının ikinci mərhələ-
si, şərti olaraq, yunanfil və ya yunanpərəst mərhələ adlanır. Bu 
Qəzənfər Rəcəbli 
 
 
82
mərhələ Cənubi Qafqaz və Ön Asiya ölkələri üçün ümumi olsa 
da, bir sıra fərdi xüsusiyyətlərə  də malik olmuşdur. Bu fərdi 
xüsusiyyətlər siyasi səbəblərlə bağlı idi. Başqa sözlə desək, 
ölkənin Bizans imperiyasından asılılıq dərəcəsi kilsənin də 
Bizans kilsəsindən asılılığı  səviyyəsində özünü göstərirdi. 
Məlumdur ki, bu asılılıq Bizansa daha yaxın olan Ermənistanda 
daha çox, İberiyada nisbətən az idi. Azərbaycanın isə heç bir 
asılılığı yox idi. Ona görə  də ellinpərəst maarifçi Qriqori və 
onun nəvəsi Qrirorisdən sonra da Alban kilsəsi Yerusəlim 
kilsəsi ilə münasibətlərini davam etdirirdi. 
Onu da qeyd etmək lazımdır ki, IV əsrin  əvvəllərində 
Albaniyada hökmdar, saray adamları  və feodallar tərəfindən 
qəbul edilən, dövlət dini səviyyəsinə yüksələn və əhali arasında 
təbliğ edilən xristianlıq ümumxalq dininə çevrilib hər yerdə 
yayılmadı. Əhali arasında təbiət qüvvələrinə sitayişlə bağlı olan 
qədim yerli dinlər və zərdüştiliyə inam hələ də yaşayırdı. Alban 
Arşaki hökmdarları Urnayr, II Vaçe və III Vaçaqan müxtəlif 
bütpərəstlik dinlərinə qarşı amansız mübarizə aparırdılar. F. 
Məmmədovaya görə Aquen məclisində qəbul edilmiş qanunlar-
dan ikisi (11-ci və 12-ci) xristianlığa qədərki dinlərin qalıqları-
nın təqib olunmasına həsr edilmişdir. “Azərbaycan tarixi”nin 
yeddicildlik akademik nəşrində də bu fikir təsdiq edilir.  Əslin-
də isə Aquen məclisinin qəbul etdiyi dörd qanunda (11, 12, 13 
və 14-cü) xristianlıqdan əvvəlki adətlər qadağan edilirdi.  
Albaniyada xristianlığın yayılmasında alban yazısının ya-
ranması, alban əlifbasının təkmilləşdirilməsi, məktəblərin təşkil 
edilməsi, “İncil” və başqa dini ədəbiyyatın siryani və yunan 
dillərindən alban dillərinə tərcümə edilməsi də mühüm rol oy-
namışdı. 
Arşakilər sülaləsindən olan Alban hökmdarlarının kö-
məkliyi ilə xristianlıq ölkədə yeni feodal cəmiyyətinin ideoloji 
əsasına çevrilərək, Albaniyanın ictimai-iqtisadi və siyasi həya-
tında rol oynamağa başlayır. Alban hökmdarları xristian kilsəsi-
nə, xristian ruhanilərinə böyük qayğı göstərir, onlara xüsusi 


Azərbaycan Tarixi 
 
 
83 
imtiyazlar verirdilər. Hökmdarlar rühaniləri yüksək mənsəbli 
əyanlarla bərabər tutmağa çalışırdılar. Hətta saray məhkəməsi 
ilə yanaşı iki pillədən ibarət kilsə məhkəmələri də yaradılmışdı: 
birinci pillə keşiş  məhkəməsi, ikinci yuxarı pillə isə yepiskop 
məhkəməsi idi. 
Xristianlığın ilk çağlarında alban ruhaniləri iqtisadi və 
siyasi cəhətdən hələ  zəif idilər. Hətta kilsə  məsələlərinin 
həllində belə alban ruhaniləri müstəqil hərəkət edə bilmirdilər. 
Kilsə qanunları  və xristian adət-ənənələri hökmdarların, 
feodalların iştirakı ilə hazırlanır və qəbul edilirdi. Hökmdar və 
əyanlar, feodallar dini sənədlərə öz möhürlərini vurduqdan 
sonra onlar hüququ qüvvəyə minirdi. Alban hökmdarları 
yepiskopları  təyin edir, kilsə qurultaylarını çağırır, məbədlər 
tikdirir, kilsənin və ruhanilərin səlahiyyətlərinə daxil olan başqa 
işləri götürdülər. Alban ruhanilərinin bu vəziyyəti bir tərəfdən 
xalq arasında kilsənin nüfuzunun aşağı olması, kilsənin ideoloji 
mövqeyinin zəifliyi ilə, digər tərəfdən mərkəzləşdirilmiş 
qüvvətli dövlətin mövcud olması ilə bağlı idi.  
Alban hökmdarı Mömin III Vaçaqanın hakimiyyəti 
illərində (487-510) Albaniyada xristianlıq genişlənir və 
möhkəmlənir. III Vaçaqan 26 yanvar 488-ci ildə özünün yaylaq 
kəndi Ağuyendə Alban xristian dini məclisini çağırır. Dini 
məclisdə qeyd edildi ki, yepiskoplar, keşişlər,  əyanlar və xalq 
arasında, dini məsələlər,  əxlaq normaları, adət və  ənənələrlə 
bağlı çoxlu mübahisələr baş verir. Bu mübahisələrə son 
qoymaq və  əhalinin ailə-məişət məsələlərini nizamlamaq 
məqsədilə  Ağuyen ali dini məclisi 21 bənddən ibarət qərar 
qəbul edir. Bunlar faktiki olaraq xristian əhalinin məişətini 
nizamlayan qanunlar idi. 
Ağuyen qanunları keşişlərin təyin olunma və tabelik 
qaydalarını müəyyənləşdirirdi. Hər bir kənd keşişi ildə iki dəfə 
yepiskopa hörmət göstərib müqəddəs kitablar üzrə ondan dini 
qaydaları öyrənməli və adəti üzrə ona ildə bir dəfə  hədiyyə 
aparmalı idi. Xalq tərəfindən keşişə  gətirilən torpağın 
Qəzənfər Rəcəbli 
 
 
84
bəhrəsinin miqdarı belə müəyyən edilirdi: varlı adam 4 çərib 
buğda, 6 çərib arpa və 16 bardaq şirin çaxır; yoxsul varlının 
verdiyi taxılın yarısı qədər, çaxırdan isə bacardığı qədər. Əkin 
yeri və bağı olmayanlardan hec bir şey tələb olunmurdu. Kimin 
təsərrüfatında qoyun vardısa ildə bir qoyun, üç qoyunun 
yununu və bir parça pendir, atı olan bir dayça, qaramalı olan isə 
bir buzov verməli idi.  
Qanunnamənin 6-cı  bəndinə görə monastırdan bir şey 
oğurlayan rahib mühakimə olunmalı, monastırdan qovulmalı 
idi və ona ayrılmış torpaq payı kilsənin xeyrinə müsadirə olun-
malı idi. Əgər bir xaçpərəst kimisə öldürsəydi, o, yepiskopun 
yanına gətirilib qanunlar əsasında cəzalandırılmalı idi.  
Ağuyen qanunnaməsinin 10-cu bəndi əmi nəvəsi və bibi 
nəvəsi ilə evlənməyi, qardaşının arvadını almağı qadağan edir-
di. 11-ci bənddə deyilirdi: “ Kim öz arvadını səbəbsiz boşayıb 
ikinci arvadla kəbinsiz yaşayırsa, kim cadugarlara müraciət 
edirsə, onların və qatillərin  əl-qollarını bağlayıb hökmdar di-
vanına gətirməli və işgəncələrdən sonra ölüm cəzasına məhkum 
etmək lazımdır.” 12-ci bənddə isə deyilirdi: “Əgər bir evdə ölü 
üçün yas saxlayıb ağlayırlarsa, evin sahibinin ağuçılarla birlik-
də əl-qolunu bağlayıb hökmdarların divanına gətirmək və orada 
onları  cəzalandırmaq lazımdır. Ev adamları qoy göz yaşlarını 
tökməsinlər.” 13-cü və 14-cü bəndlər xristianlığa qədərki bəzi 
adətlərlə mübarizə məqsədi daşıyırdılar: “ Kim ölmüş heyvanın 
ətini, qırxgünlük pəhriz zamanı ət yeyirsə və ya bazar günü iş-
ləyib kilsəyə getmirsə qoy keşiş onu dindarların qarşısında 
cəzalandırsın; Kim qırx günlük pəhriz müddəti ərəfəsində çər-
şənbə və ya cümə günü ət yeyərsə, bir həftə pəhriz saxlamalı-
dır. Amma əgər kimsə keşişin yanına gəlib pəhriz saxladığını 
təsdiq edərsə, onda kəndxuda o adamdan bir öküz alıb keşişə 
verməlidir.”  
Ağuyen qanunnaməsinin sonrakı bəndləri keşişlər, yepis-
koplar və zadəganlar arasındakı münasibətləri nizamlayırdı. 
Qanunnaməyə görə zadəganlar yepiskopun xəbəri olmadan öz 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə