Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə24/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

Azərbaycan Tarixi 
 
 
93 
 
 
 
VII FßSÈL 
 
AZƏRBAYCAN XALQININ  
İSLAMI QƏBUL ETMƏSİ
 
 
7.1. Azərbaycan Sasanilər imperiyasının tərkibində. 
Azərbaycanın, xüsusilə  Cənubi  Azərbaycanın III-VII əsrlər 
tarixi, tərkibinə daxil olduğu Sasanilər imperiyası ilə bağlı 
olmuşdur. Fars mənşəli Sasanilər sülaləsinin  əsası 226-cı ildə 
şahənşah (şahlar  şahı)  Ərdəşir tərəfindən qoyulmuşdur. 
Sasanilər imperiyası 226-651-ci illərdə mövcud olmuşdur. 
Sasanilər tərəfindən işğal edilmiş Atropaten dövlətinə son 
qoyulur və  Cənubi Azərbaycan Sasanilər dövlətinin vilayətinə 
çevrilir. IV əsrin sonlarında isə Bizans imperiyasının nüfuz 
dairəsində olan Qərbi Gürcüstan istisna olmaqla bütün Cənubi 
Qafqaz, o cümlədən, Şimali Azərbaycan Sasanilərə tabe edilir, 
İberiya ilə birlikdə Albaniya Sasanilər imperiyasının vassal 
dövlətlərinə çevrilirlər. 
Sasanilərin hakimiyyəti dövründə Azərbaycan Sasani və 
Bizans imperiyaları arasında rəqabət obyektinə çevrilir. 603-cü 
ildə başlanan növbəti Sasani – Bizans müharibəsi 628-ci ilədək 
davam etmişdir. Tərkibində azərbaycanlıların olduğu sasani 
qoşunları 622-ci ilədək müvəffəqiyyət qazanaraq Yerusəlim və 
Misir torpaqlarını tutur, hətta Bizansın paytaxtı Konstantinopo-
lu uzun müddət mühasirədə saxlayırlar. 622-ci ildə Sasanilər 
Şərqdə türk xəqanlığı ilə müharibə etdikləri üçün qərb 
cəbhəsində  zəyifləyirlər. Bizans imperatoru İrakli Sasani 
şahənşahı II Xosrovun qoşunlarını  məğlub edərək Anadoluya 
daxil olur, Ermənistanı  işğal edir və Azərbaycan torpaqlarına 
girir. Cənubi Azərbaycanın Qazaka, Urmu və b. şəhərlərini 
Qəzənfər Rəcəbli 
 
 
94
işğal etdikdən sonra Bizans qoşunları Naxşıvanı tutub 
dağıdırlar. Yalnız 626-cı ildə II Xosrovun Sasani qoşunları 
hücuma keçərək Azərbaycanı  ələ keçirir və bütün Anadolunu 
tutub Konstantinopola qədər irəliləyirlər. 
626-cı ildə Bizansın müttəfiqi olan Xəzər xaqanlığı da 
Dərbənd keçidi vasitəsilə  Cənubi Qafqaza hücum edib 
Albaniyanın paytaxtı  Bərdəni tutdu. Xəzərlər 627-ci ildə 
Cənubi Azərbaycana da yürüş edib ölkənin bir hissəsini 
tutdular. 628-ci ildə isə  hələ  də  Cənubi Azərbaycanda olan 
Bizans imperatoru İrakli Sasani hökmdarı II Xosrovun 
ölümündən sonra taxta çıxmış  şahənşah II Qubad ilə barışıq 
bağlayıb ölkəni tərk etdi.  
Beləliklə, Cənubi Azərbaycanda 628-ci ildə Sasanilər 
hakimiyyəti bərpa olur. II Xosrov öldürüldükdən sonra taxta 
çıxmış onun oğlu II Qubad cəmi 6 ay şahlıq edir. II Qubadın 
ölümündən sonra onun varisləri arasında Sasani taxt-tacı 
uğrunda kəskin mübarizə gedir. 4 il ərzində on şahənşah 
dəyişilir. Nəhayət, 632-ci ildə III Yəzdigərd Sasani hökmdarı 
olur. Onun dövründə  Cənubi Azərbaycanı Sasanilərin 
hakimiyyəti altında olan mərzbanlar (sərhəd qoruyucuları 
deməkdir) idarə edirdilər. Albaniya isə Xəzər xaqani Cebunun 
hakimiyyəti altında idi. Onu şad idarə edirdi (Xəzər türklərində 
xaqanın vəliəhd oğlu, “şad” adlanırdı  və o baş  sərkərdə hesab 
olunurdu). Xəzər türk xaqanlığı Albaniyada vaxtlı-vaxtında 
vergilərin yığılmasıına nəzarət edirdi. 630-632-ci illərdə Xəzər 
xaqanlığında baş vermiş  həyəcanlara baxmayaraq, Albaniya 
xaqanlığın siyasi təsiri altında qalırdı. Bu dövrdə Albaniyada 
yerli siyasi hakimiyyət Mehranilər sülaləsinə mənsub idi. 
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti VI əsrin 
əvvəllərindən başlayır. M.Kalankutuklunun qeyd etdiyi 
rəvayətə görə, sülalənin banisi hesab edilən Mehran Sasanilər 
sülaləsi ilə qohum nəsildənmiş. Bizans imperatoru Mavrikinin 
dəstəyi ilə taxt-tacına qayıtmış  şahənşah II Xosrov atası IV 
Hörmüzdün devrilməsində əli olan adamlara qarşı amansız cəza 


Azərbaycan Tarixi 
 
 
95 
tədbirləri görməyə başlayır. Qəsddə  iştirak etmiş Mehran, 
qorxuya düşərək, təxminən 30 min nəfərə yaxın adamları ilə 
türk xaqanlığına sığınmaq məqsədilə Albaniyaya qaçır. Onun 
türk xaqanlığına qoşulmasından ehtiyat edən  şahənşah II 
Xosrov əyanların məsləhəti ilə ona məktub göndərir. Məktubda 
deyilirdi: “Mənim  əziz qardaşım, sən məni kinlə  tərk etmə. 
Əgər sən mənim yanımda yaşamaq istəmirsənsə, onda mənim 
məktubum sənə çatan yerdə ayaqla keçə bildiyin qədər özünə 
mülk götür.” Guya bu məktub dağ ətəyində yerləşən Girdman 
vilayətində Mehrana çatmış və o, öz adamları ilə birlikdə həmin 
yerdə məskunlaşmışdır. O, vaxt Girdman 591-ci il İran-Bizans 
müqaviləsinə  əsasən Tiflis və Dvinə  qədər Sasanilərin 
hakimiyyəti altında qalmış Albaniyanın vilayətlərindən biri idi. 
Mehranilər sülaləsinin nümayəndələri gah Sasani, gah Bi-
zans, gah da Xəzər xaqanlığı meylli siyasət yeridərək öz haki-
miyyətlərini qoruyub saxlaya bilmişdilər. Gürcü qaynaqlarının 
məlumatına görə imperator İrakli vasitəsilə sonralar xristian-
lığın diofizit təlimini qəbul etmiş Girdman hökmdarı Varaz 
Qriqoz Bizans imperiyasının təsiri altına düşür. Bu zaman 
Xəzər türk xaqanlığı Bizansla ittifaqa girmişdi və Sasanilərə 
qarşı mübarizə aparırdılar. Hələ Alban katolikası Viro 
tərəfindən xristianlığın monofizit təlimini qəbul etmiş Varaz 
Qriqor Sasani şahənşahı II Xosrovun fərmanı ilə Albaniyanın 
hökmdarı təyin olunmuşdu. 
633-cü ildə Xilafət ordusu Sasanilər dövlətinə hücum 
etdikdə,  ərəblərin hücumlarını  dəf etmək üçün şahənşah III 
Yəzdigərd vassal dövlətlərin hökmdarlarından hərbi kömək 
istəyir. Albaniya hökmdarı Varaz Qriqor öz dörd oğlunun 
ikincisi olan Cavanşirin sərkərdəliyi altında Albaniya ordusunu 
Xilafətə qarşı müharibəyə göndərir. Cavanşir Xorasan hakimi 
sərkərdə Rüstəmin başçılıq etdiyi İran ordusunun tərkibində 
634-cü ildən  ərəb qoşunlarına qarşı döyüşlərdə  iştirak edir. 
636-cı ildə Kadisiyya yazıqlığında baş vermiş döyüşdə şücaəti 
ilə seçilən Cavanşiri baş  sərkərdə Rüstəm  şahənşah III 
Qəzənfər Rəcəbli 
 
 
96
Yəzdigərdə istedadlı  sərkərdə  və  cəsur döyüşçü kimi təqdim 
edir. Şah Cavanşirin qəhrəmanlığını layiqincə qiymətləndirir və 
dəyərli hədiyyələr verir. 637-ci ildə Xilafət ordusu Sasanilərin 
paytaxtı Ktesifonu mühasirəyə aldıqda Cavanşir 3 minlik 
qoşunla onun müdafiəsində iştirak edir. Şəhər 4 ay müqavimət 
göstərsə, də  İran ordusu məğlub olur, şahənşah III Yəzdigərd 
Cavanşirin köməyilə mühasirədən çıxa bilir və  Dəclə çayı 
sahilindəki qalalardan birində gizlənir. Sasanilərin Xilafətə 
qarşı  uğursuz müharibəsinin son aqibətini görən Cavanşir 
639/640-cı ildə Albaniyaya qayıdır. 
Varaz Qriqor qəhrəman olduğunu təntənə ilə qarşılayır və 
hakimiyyətindən imtina edərək hökmdar taxt-tacını Cavanşirə 
verir. Cavanşir dövlətin paytaxtını  Qəbələdən Partava 
(Bərdəyə) köçürür. Cavanşir 680/681-ci ilədək Albaniyanın 
hökmdarı olmuşdur. O, sui-qəsd nəticəsində öldürülmüşdür. 
Cavanşirin sərkərdəlik məharəti və Xilafət ordusuna qarşı 
döyüşlərdə göstərdiyi qəhrəmanlıq M.Kalankatuklunun “Alban 
tarixi” kitabında yağlı boyalarla təsvir və tərif edilmişdir. 
7.2.  Azərbaycanın Xilafət tərəfindən  işğalı.  Sasani 
ordusunu məğlub etdikdən sonra Xilafət ordusu 639-cu ildə 
Cənubi Azərbaycana daxil oldu. Cənubi Azərbaycan dinc yolla 
Xilafətə tabe edilmişdir. Xəlifə Ömərin  əmri ilə 639-cu ilin 
avqustunda başlanmış Mesopotamiyanın işğal prosesində 
sərkərdə Huzayfa ibn Yəmənin qoşunları  Cənubi Azərbaycan 
torpağına daxil olduqda buranın mərzbam  İsfəndiyar çoxlu 
xərac verərək ölkəni talandan xilas etmişdir.  Ərəblərin 
Azərbaycanı istilası Azərbaycan xalqının  İslam dinini qəbul 
etməsi ilə əlamətdar olmuşdur. 
İslam dini VII əsrin  əvvəllərində  Ərəbistanda yaranmış-
dır. Bu dinin tərəfdarları “müslüm” (Allaha itaət edən), cəm ha-
lında isə “müsəlman” adlanırdı. İslam dinin banisi Məhəmməd 
(s.) olmuşdur. Məhəmməd (s.) ibn Abdulla, 570/571-ci ildə Hi-
caz ölkəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Qureyşilər 
qəbiləsinin Bəni Hasim nəslindəndir. Məhəmməd (s.) 594-cü 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə