Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə22/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

Azərbaycan Tarixi 
 
 
85 
mülklərindəki keşişləri nə qova bilərdi, nə də vəzifədən götürə 
bilərdi. Yepiskoplar da zadəganların razılığı olmadan keşişləri 
nə təyin edə bilərdilər, nə də vəzifədən götürə bilərdilər.  
Ağuyen ali dini məclisi Alban kilsəsinin əsasnaməsini də 
qəbul etdi və kilsənin iyerarxiya quruluşunu müəyyənləşdirdi. 
Alban kilsəsinin başçısı ilk çağlar arxiyepiskop adlanırdı. 
Sonralar bu vəzifə katolikos adlandırıldı. Alban kilsəsinin 
başçısının iqamətgahı  əvvəllər Qəbələ  şəhərində yerləşirdi. VI 
əsrdə isə  xəzərlərin Albaniyaya tez-tez baş verən yürüşləri ilə 
bağlı olaraq Alban kilsəsi başçısının iqamətgahı dövlətin pay-
taxtı Bərdə şəhərinə köçürülür. Dini mərkəzin Bərdəyə köçürül-
məsi tarixinin M.Kalankatuklunun verdiyi bir məlumatla də-
qiqləşdirmək olar. O, yazır ki, “... xəzərlər Albaniya ölkəsini 
əsarət altına aldılar. Kilsələr və müqəddəs kitablar yandırıldı. 
Sonra şahlar şahı Xosrovun padşahlığının iyirminci ... ilində öl-
kəyə soxulmuş  İsa xaçının düşmənlərinin talanları  nəticəsində 
Alban katolikosluğunun taxtı Çola şəhərindən ölkənin paytaxtı 
olan Bərdə  şəhərinə köçürüldü". Məlumdur ki, Sasani şahı I 
Xosrov  Ənuşirəvan 531-579-cu illərdə hökmranlıq etmişdir. 
Onun hakimiyyətinin iyirminci ili 551-ci il edir. Deməli, Alban 
kilsəsinin mərkəzinin Bərdəyə köçməsi 551-ci ilə təsadüf edir. 
Alban kilsəsi yeparxiyalara bölünürdü. Onların başında 
yepiskoplar dururdular. Ona görə  də yeparxiyalara çox vaxt 
yepiskopluq da deyilir. V əsin sonunda Alban kilsəsi 8 yepis-
kopluqdan ibarət idi: Qəbələ, Bərdə, Girdman, Balasakan (Bey-
ləqan), Amaras, Şəki, Lpi və Çola. Sonralar Alban kilsəsinə ta-
be olan yepiskopluqların sayı 10-a çatdı. Əvvəlki yepiskopluq-
lara Baharat və Böyük Kolman yepiskopluqları da əlavə olun-
du. VIII əsrdə isə Alban kilsəsinə artıq 12 yepiskopluq tabe idi.  
Yepiskoplar katolikos, yaxud arxiyepiskop, yəni baş yepiskop 
tərəfindən təyin edilirdilər. Kilsə yerarxiyasında yepiskopdan 
aşağıda keşiş  gəlirdi. Keşişlər yepiskop tərəfindən təyin edilir 
və ona tabe idilər.  
Qəzənfər Rəcəbli 
 
 
86
IV  əsrin sonlarına yaxın Albaniyada artıq özünəməxsus 
zəruri subardinasiya olan kilsə iyerarxiyası yaranmışdı. Bu isə 
alban ruhanilərinə imkan verirdi ki, Alban kilsəsinin 
rəhbərlərini özləri müəyyənləşdirib seçsinlər. Müqəddəs 
Qriqorisə  qədər Alban katolikosları  təyinatı Yerusəlimdən 
alırdılar. Ondan sonra isə 340-cı ildən başlayaraq “əlqoyma” 
mərasimini Alban yepiskopları özləri icra edirdilər. 
Beləliklə, Alban kilsəsi artıq 340-cı ildən aftokefal, yəni 
müstəqil kilsə olmuşdu. Demək olar ki, ilk başçıları  qədim 
Yerusəlim patriarxlığı  tərəfindən təyin edilən Alban kilsəsinin 
çox erkən aftokefal olması üçün Alban dövlətinin siyasi statusu 
şərait yaratmışdı.  
6.3.  Alban xristian kilsəsinin inkişafı və tənəzzülü. VI 
əsrin ikinci yarısında Alban xristian kilsəsi xeyli güclənir. 
Onun Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında 
mövqeyi möhkəmlənir və rolu artır. Bu vaxt Alban kilsəsini 
başçısı katolikos Abbas idi. O, 44 il (552-596-cı illərdə) Alban 
kilsəsinə başçılıq etmişdi. Onun dövründən başlayaraq Alban 
kilsəsinin başçısı hüquqi olaraq arxiepiskop deyil katolikos 
adlanmağa başladı. Alban kilsəsinin başçısı faktiki olaraq, xeyli 
əvvəldən bu titula sahib idi. Ali kilsə rütbələri – patriarx, 
katolikos və arxiyepiskop Albaniyada eyni mənalı terminlər 
kimi işlənilirdi. Halbuki yunanlarda patriarx, katolikos və 
arxiyepiskop rütbələrinin hər biri ayrılıqda ali kilsə iyerarxiya 
rütbələri idilər. Müqəddəs Abbasdan başlayaraq Alban kilsəsi-
nin başçıları  rəsmi olaraq “Albaniya, Lpi və Çolanın kato-
likosu” titulunu daşıyırdılar.  
Abbasdan sonra Alban kilsəsinin katolikosu Viro olmuş-
dur. Lakin o, 603-cü ildə Albaniyada Sasanilərin hakimiyyətinə 
qarşı baş vermiş üsyanda iştirak etməkdə ittiham olunaraq həbs 
edilir və  əsir kimi İrana aparılır. Viro əsirlikdə olarkən 
Ktesifonda şah sarayında göz dustağı kimi saxlanılırdı. O, 25 il 
əsirlikdə qalır. Bu müddətdə Viro sarayda şahzadə vəliəhd Xos-
rov ilə dostluq edir və onun hörmət və etibarını qazana bilir. 


Azərbaycan Tarixi 
 
 
87 
Xosrov şah taxtına çıxdıqdan sonra, 628-ci ildə Viroya Vətənə 
qayıtmağa icazə verir. Viro Albaniyaya qayıdarkən özü ilə 
birlikdə Gidman hökmdarı Varaz Qriqor üçün onun bütün 
Albaniyanın hökmdarı  təyin olunması haqqında  şah fərmanını 
gətirir. 
Varaz Qriqor hələ 627-ci ildə Ktesifona gedib Viro ilə 
gizli surətdə görüşmüş və onun tərəfindən xaç suyuna çəkilərək 
xristianlığı  qəbul etmişdi. Görünür onların arasında gizli 
razılaşma olmuşdu və bu razılaşmaya görə Varaz Qriqorun 
xristianlığı  qəbul etməsi müqabilində Viro onun ölkənin 
hökmdarı  təyin olunmasına kömək edəcəyinə söz veribmiş. 
Sasanilər xristianlığın düşməni olduqlarına  görə Varaz Qriqor 
xristianlığı  qəbul etməsini gizli saxlayırdı. 628-ci ildə Bizans 
imperatoru  İrakli Gürcüstandan Albaniyaya hücum edir. O, 
Albaniya torpağına daxil olduqda Varaz Qriqor indiki Şəmkir 
yaxınlığında onu qarşılayır və onlar görüşürlər. Bu görüş 
zamanı Varaz Qriqor imperator İraklinin əli ilə ikinci dəfə xaç 
suyuna çəkilir və  rəsmi surətdə leqal xristian olur. Mehranilər 
sülaləsindən olan Varaz Qriqor on il (628-638-ci illər) tarixə 
Girdman dövləti adı ilə daxil olan Alban dövlətinin hökmdarı 
olur. Varaz Qriqorun və ondan sonra Girdman hökmdarı olmuş 
oğlu Cavanşirin Alban xristian kilsəsinin möhkəmləndirilmə-
sində, onun iqtisadi və siyasi qüdrətinin artmasında rolu böyük 
olmuşdu.  
Alban xristian kilsəsinin hüquqi vəziyyəti faktiki olaraq 
451-ci ildə Xalkidonda çağırılmış IV Ümumdünya kilsə qurul-
tayında qanuniləşdirildi. Bu vaxt xristian dünyasında  Şərq və 
Qərb kilsələri arasında, monofizitlərlə diofizitlər arasında doq-
matik ideya mübarizəsi başlamışdı. Xakidon mübahisələrində 
Alban kilsəsi fəal iştirak edə bilməmişdi. Çünki bu vaxt Albani-
yada zərdüştiliyə qarşı kəskin mübarizə gedirdi və kilsə xadim-
lərinin başı bərk qarışıq idi. 
Alban kilsəsi ilk üç Ümumdünya kilsə qurultaylarının qə-
rarlarını  qəbul etmişdi. 325-ci ildə Nikedə keçirilən I 
Qəzənfər Rəcəbli 
 
 
88
Ümumdünya kilsə qurultayı Arinin küfrlərini mühakimə etmiş, 
bəzi  əlavə düzəlişlərdən sonra xristianlığın rəmzini qəbul 
etmişdi. Arinin təliminin  əksinə olaraq bu rəmz  İsanı Allahın 
oğlu və Allah – Ata ilə eyni mahiyyətli sayırdı. Bu rəmz Alban 
kilsəsi tərəfindən də  qəbul edilmişdi. 381-ci ildə Konstantino-
polda çağırılmış II Ümumdünya kilsə qurultayında yalnız Şərq 
kilsələrinin nümayəndələri iştirak etmişlər. Qurultay Arinin 
küfrlərini daha da inkişaf etdirən və Müqəddəs Ruhun xəlq 
edildiyini sübuta çalışan Makedonun küfrlərini mühakimə etdi. 
Qurultay Müqəddəs Ruhun Allah – Ata və Allah – Oğulla eyni 
mahiyyətliliyi haqqında Üç Üquma təlimini bir daha təsdiq 
etdi. Konstantinopol kilsə  məclisinə görə Roma patriarxından 
sonra patriarxlar arasında ikinci yeri Konstantinopol patriarxı 
tutdu. Bu da daha qədim olan Şərq patriarxlarının narazılığına 
səbəb oldu. 431-ci ildə Efesdə keçirilən III Ümumdünya kilsə 
qurultayında Nestorun təlimi – nestorianlıq mühakimə edildi. 
Antioxiyalı keşiş Nestor 428-ci ildə Konstantinopol patriarxı 
seçilmişdi. Nestor İsa peyğəmbərdə iki təbiətin - insani və ilahi 
təbiətin bir-birindən ayrılıqda mövcudluğu haqqında təlimi 
qəbul edərək,  İsus Xrustosun Allah kimi deyil, insan kimi 
doğulduğunu iddia edirdi. Nestorun təlimini Asiya, Pont və 
Suriya yepiskopları müdafiə edirdilər. Suriyanın  əhalisi 
Nestorun təlimini vergi əsarətinə qarşı etiraz bayrağına 
çevirmişdilər. Bizansda təqib olunan Suriya nestorianları Şərqə 
qaçırdılar. Nestorianlıq Efesdə  də  dəstəklənirdi. Burada İran 
xristianlarının məktəbi təşkil olunmuşdu. Bu məktəbdə 
Azərbaycan xristianlarının uşaqları da oxuyurdular.  
Elə bu vaxtlar Bizans kilsəsinin özündə, xüsusilə 
İskəndəriyyədə nestorianlıq  əleyhinə yeni təlim yarandı. Bu 
monofizit təlimi idi. Sonralar Alban kilsəsi də bu təlimə 
qoşuldu. 551-ci ildə Alban kilsəsi Bizans kilsəsi ilə  əlaqəni 
kəsib hüquqi cəhətdən avtokefal oldu və diofizit təlimindən 
imtina edib monofizit təlimini qəbul etdi. Sasani şahları 
monofizitləri dəstəkləyirdilər. Qafqazda Gürcü kilsəsi isə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə