Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə20/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

Azərbaycan Tarixi 
 
 
77 
naətbəxş  səviyyədə qorunub saxlanması, Azərbaycan xalqının 
başqa dinlərə qarşı dözümlülük göstərmək qabiliyyəti kimi hu-
manist keyfiyyətinin və maddi mədəniyyət abidələrinə hörmətlə 
yanaşmasının parlaq təcəssümüdür. Məhz bu baxımdan ölkə-
mizin elmi ictimaiyyəti bu qiymətli unikal tarixi abidəni qayğı 
ilə qoruyub saxladıqlarına görə Kiş  kəndinin  əhalisinə 
minnətdar olmalıdır. 
Əlbəttə, kilsənin müasir tikilisini çox qədim dövrə aid 
etmək olmaz. Lakin kilsədə  və onun ərazisində arxeoloji 
qazıntılar zamanı  aşkar edilmiş  qədim bünövrələr, qəbirlər və 
əşyalar göstərir ki, kilsə qədimdən ibadətgah yeri olan ərazidə 
yerləşir və onun ən qədim tikilisi bizim eranın ilk əsrlərinə 
aiddir.  
Memar professor Gülçöhrə  Məmmədova elə hesab edir 
ki, müqəddəs Yeliseyin müasir anlamda kilsə binası tikdirməsi-
nə çətin inanmaq olar. Ehtimal ki, Yelisey həmin yerdə ibadət-
gah qurub, yaxud o, həmin ərazidəki bütpərəstlərin ibadətgahla-
rı olan tikilini kilsə üçün uyğunlaşdırmışdır. Tarixdən məlum-
dur ki, xristianlığın ilk çağlarında bütpərəstlərin məbədlərindən 
kilsə məqsədilə istifadə etmişlər.  
Bütün orta əsrlər boyu Kiş  kəndi  Şəki yepiskopluğunun 
mərkəzi olmuşdu. XVI əsrdə  Şəki mahalının  Şirvanşahlar 
nəslindən olan hakimi Həsən bəy gürcü çarlarının basqınların-
dan qorunmaq üçün Şah İsmayıla müraciət edir və Səfəvilərin 
himayəsinə keçir. Həsən bəyin vəfatından sonra onun oğlu Dər-
viş  Məhəmməd xan Səfəvilərin hakimiyyətinə tabe olmaqdan 
imtina edir. Şah Təhmasib özü Şəkiyə gələrək Dərviş Məhəm-
məd xana itaət etməyi təklif edir. Dərviş Məhəmməd xan rədd 
cavabı verərək Kiş, Gələsən-görəsən və başqa bir neçə qalanı 
möhkəmlədib Səfəvi qoşunlarına müqavimət göstərir. Ciddi dö-
yüşlərdən sonra Şah Təhmasib həmin qalaları tutur və  dağıdır.  
Türkmənçay müqaviləsindən sonra Qafqazda rus qoşun-
larının baş komandanı general Paskeviç tərəfindən Cənubi 
Azərbaycanın Xoy xanlığı  ərazisindən  Şəkiyə köçürülmüş 
Qəzənfər Rəcəbli 
 
 
78
ermənilər XIX əsrin 50-60-cı illərində Gis kilsəsini təmir edib 
öz ibadətgahlarına çevirdilər.  
Gis kilsəsinin bədii dəyəri onun erkən orta əsrlərdə 
yaradılmış “gümbəzli zalı” olan kilsə tiplərinə aid olmasıdır. 
Kilsənin divarlarının hörgüsü V-VII əsrlərin Yeddikilsə  və 
Mamrux kimi alban abidələrinin divarlarının hörgüsü ilə 
oxşardır və ehtimal ki, Alban memarlığının  ərəb işğalından 
əvvəlki dövrünə V-VI əsrlərə aiddir. Eyni zamanda böyük 
divarlarının yuxarı hissələri və kilsənni gümbəzi daha sonrakı 
dövrlərə aiddir. Bu hissələr Alban memarlığında IX-XI əsrləri 
əhatə edən “keçid dövrünün” məhsuludurlar. Bu dövrdə Gis 
kilsəsinin görünüşünün tam formalaşması, memarlıq doktoru, 
professor G.Məmmədovanın fikrinə görə sütunlu zal kilsələri-
nin təkamülü və onların gümbəzli zal kilsələrinə çevrilməsinin 
məhsulu kimi çox böyük bədii – memarlıq dəyəri kəsb edir. La-
kin XIX əsrin 50-60-cı illərində ermənilər tərəfindən aparılan 
təmir zamanı  əlavə edilmiş ünsürlər disproporsiya yaradır və 
kilsənin görünüşünü təhrif edir. Odur ki, Gis kilsəsini restavra-
siya edib onun XIX əsrdən əvvəlki görünüşünü bərpa etmək la-
zımdır.  
Hazırda indiki Kiş  kəndindəki bu qədim Alban kilsəsi 
bərpa və təmir olunur. Onun Azərbaycanda xristian dininin tari-
xi muzeyinə çevrilməsi nəzərdə tutulmuşdur. Təbiətin gözəl gu-
şəsində yerləşən və sağlam iqlimi olan Kiş  kəndindəki bütün 
memarlıq abidələri bərpa edilib Şəki  şəhərinin dəyərli turist 
obyektlərinə çevrilmişlər. 
6.2. Azərbaycanda xristian dininin yayılmasının ikinci 
mərhələsi və Alban kilsəsinin yaranması.  Azərbaycanda 
xristianlığın yayılmasının ikinci mərhələsi IV əsrdən başlayır 
və Alban hökmdarı Urnayrın adı ilə bağlıdır. O, 313-cü ildə 
xristianlığı qəbul etmiş və albanları yenidən Müqəddəs Ruhun 
işığı ilə “maarifləndirmişdir.” Urnayr Romada olduğu kimi 
xristianlığı dövlət dininə çevirir. O, gəlirin, taxıl məhsulunun, 
xırda buynuzlu mal-qaranın və bütün ev heyvanlarının onda 


Azərbaycan Tarixi 
 
 
79 
birinin və meyvələrin novbarının kilsə üçün ayrılması barədə 
fərman verir, kilsə üçün torpaq sahəsi ayırır. 
M.Kalankatuklu xəbər verir ki, Urnayr xristianlığı 
müqəddəs Qriqori vasitəsilə qəbul etmişdir. Bu barədə “Alban 
tarixi” kitabında bir dini rəvayət də vardır. Rəvayətə görə 
Qriqori Parfiyanın yeddi məşhur nəslindən biri sayılan Paxlava 
nəslinə  mənsub olan Amakın oğludur. Amak Sasani şahı I 
Ərdəşirin tapşırığı ilə Ermənistana gedərək Atropatenin Maku 
vilayətində həvari Faddeyin dəfn edildiyi kənddə dayanmışdır. 
Qriqorinin anası məhz burada hamilə olmuşdur. Bu əfsanə bir 
növ həvarilik fəaliyyətinin varis kimi Qriqoriyə keçməsinin 
simvoluna çevrilmişdir. Əfsanəyə görə Amak Sasani şahı I Ər-
dəşirin təhriki ilə erməni çarı Xosrovu öldürdükdən sonra qa-
çarkən Araz çayında boğulmuşdur. Atasının ölümündən sonra 
Qriqori Yunanistana aparılmış və burada bütün Şərq ölkələrinin 
xilası üçün qorunub saxlanmışdır. M.Kalankatuklu yazırdi: “Bu 
əhvalat Uca Allahın  əməllərindən idi və pozğun Fironun əlin-
dən qaçmış, səbətin içində Nil çayının sularından xilas olan bi-
rinci peyğəmbər Musanın  əhvalatına bənzəyirdi. Xilas olan 
Musa sonralar öz xalqını ağır Misir əsarətindən və işgəncələrin-
dən qurtarmışdı. Bunlara bənzər erməni canilərin qılınclarından 
xilas olan müqəddəs Qriqori də Allah tərəfindən yunanlar ölkə-
sində ona görə gizlində saxlanılırdı ki, gələcəkdə  Şərq ölkələ-
rini xilas etsin...O, Allah tərəfindən hələ anasının bətnində 
seçilmişdi, hələ bətndə ikən o, müqəddəs şəhid və həvari kimi 
adlanmışdı  və dünyaya gəldikdən sonra xristianlığı yaymaq 
üçün Əskinazın nəsillərinin yanına göndərilmişdi.”  
Qriqori ellin dövləti olan Kappodokiyanın paytaxtı Qey-
səriyyə  şəhərində  tərbiyə  və  təhsil almışdı. Xristian ruhunda 
tərbiyə almış Qriqori həvariyə xas olan cəsarətlə erməni çarı 
Tridatın hüzuruna gələrək onu İsa peyğəmbərin yoluna dəvət 
edir. Çar ona müxtəlif işgəncələr verməklə əqidəsindən döndər-
məyə  cəhd göstərir. Lakin çar comərd  ərin  İsa peyğəmbərə 
həqiqi inamını  sındıra bilmir və onu Artaşad  şəhərində ilanla 
Qəzənfər Rəcəbli 
 
 
80
dolu çox dərin bir quyuya atdırır. Qriqori otuz il orada qalır. 
Qriqorinin quyuda olduğu vaxtda çar Tridatın  əmri ilə 
öldürülmüş  məşhur  şəhidlərin – Ripsime, Qayane və onların 
otuz beş rəfiqəsinin meyitləri də çöllüyə atılmışdı.  
Qriqori quyuda olduğu illərdə Allah erməniləri elə günə 
qoyur ki, bir- birilərinin  ətini yeyirlər. Onlar elə  dəhşətli 
qorxuya düşürlər ki, qiyamət gününün gəldiyini zənn edirlər. 
Yalnız bu zaman Allah yer üzünə mərhəmət mələyini göndərir. 
Mərhəmət mələyi çar Tridatın bacısı Xosrovduxtun yuxusuna 
girir və ona deyir ki, bu əziyyətlərdən sizi yalnız müqəddəs 
Qriqori xilas edə bilər. Odur ki, gedib onu dərin quyudan 
çıxarın. Xosrovduxt oyanaraq yuxusunu danışdıqda hamı onu 
dəli hesab edir və deyirlər ki, çoxdan ölüb getmiş adamın 
sümüklərini tapmaq mümkün olmadığı halda, özünü haradan 
tapmaq olar? Lakin məleykə ikinci və üçüncü dəfə  qızın 
yuxusuna girdikdən sonra mürtədlər yeni bəlalardan qorxaraq, 
quyunun yanına gedib Qriqorini səsləyirlər və deyirlər ki, əgər 
sağsansa cavab ver! Elə həmin anda quyudan səs gəlir ki, sağ-
salamatam. Adamlar təəccüb və sevinclə Qriqorini yuxarı 
qaldırıb erməni çarının sarayına aparırlar. Mürtədlər müqəddəs 
Qriqorinin yanına dəli divanələri, sayıqlayanları, öz ətlərini 
didənləri, müxtəlif xəstəliklərə tutulanlara və donuza döndərilib 
qalın qamışlığa qaçmış çar Tridati gətirirlər. Müqəddəs Qriqori 
diz çöküb, göz yaşları axıdaraq mərhəmətli Allaha yalvarır ki, 
bədbəxt xalqın günahından keçsin. Allah onun dualarını eşidib 
xalqı öz cismani xəstəliklərindən sağaldır. Müqəddəs Qriqori 
şəhid qadınların faciəsini yuxusunda görübmüş və ona görə də 
soruşur ki, müqəddəs qadınların qaxımış  cəhətləri haradadir? 
Hamı  təəccüblə soruşur ki, o , hansı müqəddəslərdən danışır. 
Axı Ripsime və Qayane ilə birlikdə  şəhid olan qadınların 
faciəsi Qriqorinin dərin quyunun dibində olduğu illərdə baş 
vermişdi. Qriqori müqəddəs qadınların adlarını  çəkəndə hamı 
onun ilahi vergisinə heç bir şəkk-şübhə etmir və ehtiramla 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə