Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə16/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

Azərbaycan Tarixi 
 
 
61 
Qədim Albaniyanın ikinci adı Aran olmuşdur. Belə ki, 
Şimali Azərbaycan  ərazisinin böyük bir hissəsini Kür – Araz 
ovalığı  təşkil edir, xalq isə isti düzənlik  əraziyə “aran” deyir. 
Qədim yunan, Bizans qaynaqlarında da ölkənin adı Aran kimi 
bəllidir. VI əsrə aid ərəb qaynaqlarında da Albaniya ölkəsi 
Aran (ərəb transkripsiyası – “Arran”) adlandırılır.  Bu  da  təsa-
düfü deyildir. Çünki ərəb orduları  əsasən düzənlik hissələrlə 
irəliləyirdilər və düzənliklərdə düşərgə salırdılar. Ona görə  də 
onların ilkin təəssüratında Şimali Azərbaycan düzənlikdən iba-
rət “aran” ölkə olmuşdur. Maraqlı bir cəhətə də diqqət yetirmək 
lazımdır.  Şotlandiyanın düzənlik relyefli bir adası hazırda da 
“Arran” adlanır. Erməni qaynaqlarında isə “Aran” “Aqvan” 
kimi işlədilmişdir. Bu da erməni dilində “l” və “r” fonemlərinin 
“q” foneminə çevrilməsilə bağlıdır. 
Albaniya dövlətinin yaranması tarixi dəqiq məlum deyil-
dir. Qaynaqlarda Albaniya haqqında olan məlumatların məntiqi 
təhlili nəticəsində prof. İlyas Babayev belə qənaətə gəlir ki, Al-
baniya dövləti e.ə. IV əsrin sonu – III əsrin əvvəllərində yaran-
mışdır.  
Alban dövlətinin  ərazisi və  sərhədləri barədə müxtəlif 
fikirlər vardır. Antik müəlliflərə görə Alban dövlətinin  ərazisi 
şərqdə Kaspi dənizindən başlayıb qərbdə  İberiyaya qədər bir 
sahəni  əhatə edirdi. Buradan belə bir nəticə  çıxarmaq olar ki, 
indi Gürcüstan ərazində qalan Kaxetiya da Alban dövlətinin 
ərazisi hesab edilirmiş.  
Albaniyanın  şimal sərhəddindən bəhs edərkən, rus alimi 
prof. K.Trever antik dövr müəlliflərinə istinad edərək yazır ki, 
Albaniyanın şimal sərhədləri dəniz sahili boyunca Soana çayına 
qədər uzanır. O, Soana çayını müasir Terek çayı ilə eyniləşdirə-
rək belə hesab edir ki, Albaniyanın  şimal sərhədləri guya Şi-
mali Qafqaz çöllərinə  qədər, yəni qədim Sarmatiyaya qədər 
uzanırmış. Buradan belə  nəticə  çıxarılır ki, indiki bütün 
Dağıstan Albaniya ərazisinə daxil imiş. Lakin prof. Kamal 
Əliyev antik qaynaqları  dərindən təhlil edərək belə  qənaətə 
Qəzənfər Rəcəbli 
 
 
62
gəlir ki, qaynaqlardan heç biri bütün Dağıstanı Albaniyanın tər-
kibinə daxil etməyə  əsas vermir. Onun fikrincə Soana çayını 
Samur çayı ilə eyniləşdirmək olar. Çünki qaynaqlarda Albani-
yanın  şimal sərhədlərinin Böyük Qafqaz sıra dağlarının cənub 
yamacları boyu uzanması haqqında fikir vardır. K.Əliyevin 
fikirlərini dəstəkləyən akad. Əlisöhbət Sümbatzadə  və tarix 
elmləri doktoru Qiyasəddin Qeybullayev belə  nəticə  çıxarırlar 
ki, indiki Dağıstan Respublikasının yalnız Dərbənd bölgəsi 
Alban dövlətinin tərkibinə daxil olmuşdur. 
Alban dövlətinin cənub sərhədləri haqqında fikirlər daha 
çox ziddiyyətlidir. Bəzi antik dövr müəllifləri yazırlar ki, 
Albaniyanın cənub sərhədləri Kür çayına qədər uzanırdı, yəni 
Kür çayının yalnız sol sahil torpaqları Albaniyaya daxil idi. 
Ancaq Strabon çox aydın yazır ki, Kür çayı Albaniya 
ərazisindən axırdı. O, Kürün sağ sahili torpaqları Talış, Muğan, 
Mil və Qarabağı Albaniyaya aid edirdi. Prof. K.Trover 
Srabonun məlumatına  əsaslanaraq yazır ki, qədimdə Kaspiana 
adlanan Kür çayının sağ sahili mənsəbi Albaniyaya daxil idi. 
Lakin bəzi qaynaqlar Kaspiananı Albaniya ərazisinə daxil 
etmirlər. Məsələn, Klavdi Ellian (II əsrin sonu – III əsrin 
əvvəlləri) Kaspiananı azad icmalıq kimi təsvir edərək yazır ki, 
kaspi soyları balıqçılıqla məşğul olur, qayıqlarla dənizə  çıxır, 
balıq tutur, onu duzlayır, qurudur və  dəvələrlə Ekbatana 
göndərirdilər. Ellian kaspi soylarının Albaniya ilə  əlaqəsi 
haqqında isə heç bir söz demir. Kaspiananın dəniz sahili 
düzənliyi cəngəlliklərdən və bataqlıqlardan ibarət olduğu üçün 
həm Albaniya, həm də Atropaten onu tutub öz dövlətləri 
ərazisinə qatmağa canfəşanlıq göstərməmişlər. Kaspiana qədim 
tarixdə çox vaxt azad icmalıq kimi qalmışdır. Bununla belə 
tarixin müəyyən dövrlərində Kaspiana gah Albaniyanın, gah da 
Atropatenin nüfuz dairəsində olmuşdur. Təsadüfü deyil ki, 
Q.Qeybullayevin “Azərbaycanlıların etnogenezinə dair” 
kitabında kaspi soyları həm Albaniya soyları siyahısına, həm də 
Atropaten soyları siyahısına daxil etmişdir.  


Azərbaycan Tarixi 
 
 
63 
Qarabağ  məsələsinə  gəlincə, erməni qaynaqlarına 
əsaslanan K.Trover yazır ki, e.ə. II əsrdə erməni hökmdarı I 
Artaşes kür çayının sağ sahilini, yəni Qarabağı, Zəngəzuru, 
Naxçıvanı  və  İrəvanı tutub Ermənistana birləşdirdi və guya 
həmin torpaqlar 6 əsr, yəni eramızın 387-ci ilində Ermənistanın 
Sasani və Roma dövlətləri arasında bölüşdürülüb, siyasi 
xəritədən silinənədək Ermənistanın tərkibində qaldı. Yalnız 
bundan sonra Alban hökmdarları Arsax və Utini (Qarabağ  və 
Zəngəzur) geri alıb öz torpaqlarına birləşdirdilər. Çox təəssüf 
ki, 3 cildlik “Azərbaycan tarixi”nin I cildində də bu yanlış fikir 
K.Treverə istinadən öz əksini tapmışdır. Halbuki, e.ə. II əsrdən 
eramızın IV əsrinə  qədər olan dövrün hərbi-siyasi tarixdən 
məlum olur ki, bu 6 əsr  ərzində Ermənistan özü gah bir, gah 
digər dövlətə tabe olmuş, gah da dövlətçiliyini itirmişdir. 
Məsələn, e.ə. 69-cu ildə Roma sərkərdəsi Lukullun ordusu 
erməni hökmdarı II Tiqranın ordusunu məğlub edib 
Ermənistanın paytaxtı Tiqranakerti də ələ keçirdi. Yalnız iki il 
sonra, e.ə. 67-ci ildə II Tiqran Albaniya və  İberiyanın 
köməkliyi ilə Tiqranakerti geri ala bildi. E.ə. 66-cı ildə Roma 
sərkərdəsi Pompey yenidən Ermənistanı tutur və II Tiqran 
təslim olmağa məcbur olur. Pompey İberiyanı da özünə tabe 
edir və Albaniya üzərinə yürüş edir. Alban hökmdarı Orayz ona 
ciddi müqavimət göstərə bilmir, məğlub olub e.ə. 66-cı ildə 
Pompeylə barışıq bağlayaraq, Roma ordusunu keçib Kaspi 
sahilinə getməsinə razılıq verir. Lakin Romadakı siyasi 
hadisələr Pompeyi təcili surətdə geri qayıtmağa məcbur edir. 
E.ə. 37-36-ci illərdə Roma sərkərdəsi Kanidi Krassın ordusu 
yenidən Ermənistanı tutur. 
E.ə. 20-ci ildə Parfiya dövləti Romanın Ermənistan 
üzərində hakimiyyətini tanıyır,  əvəzində isə Roma Parfiyanın 
Atropaten üzərində hakimiyyətini tanıyır. Eramızın I əsrində 
Roma sərkərdəsi Antoni ermənilərin Romaya qarşı üsyanını 
yatırır, Ermənistanın idarə olunmasını, artıq bu vaxt Roma ilə 
dostluq edən Atropaten hökmdarlarının sərəncamına verir. 34-
Qəzənfər Rəcəbli 
 
 
64
cü ildə Parfiya Ermənistanı zəbt edir. Lakin elə həmin il Roma 
Atropaten, Albaniya və  İberiyanın köməkliyilə Ermənistanı 
Parfiyadan geri alır. 
Onu da qeyd etmək lazımdır ki, I əsrin 90-cı illərində 
Roma ordusu Ermənistandan keçərək Albaniyaya hücum edir. 
Bu dəfə Roma ordusu Kaspi dənizi sahillərinə çıxa bilir. Bunu 
Roma imperatoru Domisianın və “XII İldırımsürətli” legionun 
adının qeyd olunduğu Qobustandakı Böyükdaş qayaüstü 
yazıları təsdiq edir.  
114-cü ildə Parfiya üzərində  qələbə çalmış Roma 
imperatoru Troyan, tarixçi Festin yazdığına görə “Ermənistanı 
Parfiyadan aldı, onları Böyük Ermənistan tacından məhrum 
edib onu özünə götürdü, albanlara çar verdi, iberləri, bosporları 
və kolxları Roma tabeliyinə götürdü.” Nəhayət, IV əsrdə 
Ermənistan dövləti yer üzündən silindi. 
Beləliklə, 6 əsrin siyasi tarixi göstərir ki, Arsax və Uti, 
həmçinin Naxçıvan və  İrəvan Ermənistanın tərkibində ola 
bilməzdi, çünki Ermənistan bu müddətdə  dəfələrlə qoltuq 
altında olmuşdu. Həm də K.Treverin yazdığına inansaq, onda 
belə qənaətə gəlmək olar ki, həmin torpaqlar öncə Albaniyanın 
olmuşdur, ermənilər isə onları  işğal etmişlər və sonralar geri 
qaytarmalı olmuşlar. Hətta Allah eləməmiş  həmin torpaqlar 
qədimdə ermənilərin olsaydı da, müasir dövrdə ermənilərin 
Azərbaycan torpağına iddia etmələrinə hüquqi əsasları yoxdur. 
İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş sərhədlər 
isə beynəlxalq hüquq normalarına görə, Potsdam konfransının 
qərarlarına görə toxunulmazdır.        
5.2. Albaniya əhalisinin etnik tərkibi.  Albaniya 
əhalisinin etnik tərkibi haqqında e.ə. I minilliyin ortalarına 
qədər heç bir məlumat yoxdu. Alban soyları haqqında Heradot 
və Strabonun əsərlərində olan ilk məlumat e.ə. IV əsrə aiddir. 
Həmin qaynaqlarda Albaniyada alban soyları ilə  bərabər 
utilərin, sakların, kasların (kaspi) da yaşadıqları xəbər verilir.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə