Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə12/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

Azərbaycan Tarixi 
 
 
45 
E.ə. 324-cü ildə Böyük Madada Bariaks adlı biri özünü 
Parsua və Madanın  şahı elan edərək, Haxamanişilər Madasını 
bərpa etmək adı altında  İskəndərin hakimiyyətinə qarşı  çıxdı. 
Kiçik Mada atroparı üsyanı yatıraraq Bakiaksı  əsir tutub 
İskəndərə verdi. Atropat İskəndərlə satraplığın sərhəddində 
olan Niseya çölündə görüşür və bir müddət onun yanında qalır. 
E.ə. 323-cü ildə Hindistanda İskəndər malyariya xəs-
təliyinə tutulur və imperiyasının paytaxtı Babilə qayıdaraq 
vəfat edir. Onun ölümündən sonra imperiyası dağılmağa 
başlayır.  İskəndərin sərkərdələrindən Selevk və Perdikka 
imperiyanın naibləri adı ilə  Şərq ölkələrinin idarə olunmasını 
əllərinə alırlar. Onlar imperiyanın  Şərq ölkələrinin satraplarını 
və  sərkərdələri Babildə müşavirəyə çağırırlar. Müşavirədə 
əvvəlki satraplar təsdiq edilir, yaxud yeni satraplar təyin edilir 
və naiblərə  sədaqət andı içilir. Kiçik Mada atropatı  həmin 
müşavirəyə çağırılmamışdı. Bu Kiçik Mada atropatının 
müstəqil hökmdar kimi tanınması ilə  əlaqədar idi. E.ə. 321-ci 
ildə Kiçik Mada atropatının kürəkəni, suvari qoşunların 
komandanı, naib Perdikkanın döyüşlərdən birində həlak olması 
ilə  əlaqədar Selevk Babildə ikinci and içmə  mərasimi çağırır. 
Bu müşavirəyə  də Kiçik Mada atropatı  dəvət olunmur. Bu 
İskəndər imperiyasının varisi Selevki imperiyası  tərəfindən də 
Kiçik Madanın müstəqil dövlət kimi tanınması demək idi. Odur 
ki, bu tarixdən Kiçik Mada müstəqil dövlət sayılır. 
Yeni yaranmış dövlət ilk çağlar rəsmən Mada adlanırdı. 
Sonralar isə antik qaynaqlarda hökmdar titulu ilə bağlı Atropat 
Madası, yaxud Atropaten adlanırdı. Atropaten makedon – 
yunan asılılığından azad olmuş ilk Şərq dövləti idi. Dövlətin 
paytaxtı Qazaka şəhəri idi. Qazaka şəhəri indiki Miyandob 
şəhərindən şərqdə Leylan kəndi yaxılığında lokallaşdırılır. 
Beləliklə, Mada fövqəldövlətinin süqutundan iki əsrdən 
bir qədər çox vaxt ötdükdən sonra Azərbaycan  ərazisində 
yenidən müstəqil “milli” dövlət yarandı. Xalqımızın tarixində 
bu dövlətin taleyüklü, misilsiz əhəmiyyəti olmuşdur. Cənubi 
Qəzənfər Rəcəbli 
 
 
46
Azərbaycanın ərazisində madalılar ilə qədim soylar kuti, lullu, 
turukki, mana və başqalarının qaynayıb-qarışması  nəticəsində 
yeni etnos-atropatenlilər etnosu təşəkkül tapır. Bu etnosda 
mada elementlərinin üstün olmasına baxmayaraq Atropaten 
dövlətinin  ərazisində saqartalar, müklər, utilər, parikanlar, 
oğuzlar, saklar, kadusilər, dareytlər, pantimaklar, pavsiklər, 
kaspi, mardlar, matienlər, anariaklar və b. soylar yaşamaqda 
davam edirdilər. 
“Azərbaycan tarixi” kitabında Atropaten dövlət adının 
sərkərdə Atropatın adından götürülməsi kimi yalnış fikirlə 
yanaşı, Azərbaycan ölkə adının da guya Atropaten sözünün 
fonetik dəyişikliyə uğraması nəticəsində yaranması iddia edilir. 
Müqəddəs “Avesta” kitabında bu ölkənin “Atərəpata”, e.ə. I 
minilliyə aid Elam qaynaqlarında “Atarapata” adlandırılması 
onun sərkərdə Atropatın adından götürülmədiyini göstərir. 
Akademik Əlisöhbət Sumbatzadə “Azərbaycan” ölkə adının da 
atəşpərəstliklə bağlı olduğunu qeyd edir. Lakin “Azərbaycan” 
sözünün Atropaten dövlət adından deyil, “azər” [od] + “baz” 
[pərəstiş] + “kan” [yer, məkan, ölkə] sözlərindən düzəldilib 
“atəşpərəstlər ölkəsi” mənasını verdiyi əsaslandırılır. Sonralar 
“Azərbazkan” fonetik dəyişikliklərə  uğrayaraq  ərəblərdə 
“Adərbaycan”, azərbaycanlılarda isə “Azərbaycan” formasını 
almışdır.  
4.2. Atropaten ellinist dövlətləri sistemində. Atropaten 
– Parfiya – Roma münasibətləri.  Azərbaycan tarixində 
mühüm rol oynamış Atropaten dövləti ellin dövlətləri sisteminə 
daxil idi. İskəndərin istilalarından başlayaraq e.ə. I əsrin 30-cu 
illərində sonuncu güclü dövlət olan Misirin Roma tərəfindən 
işğalına qədər yunan – makedoniyalıların  Şərqdə  ağalıq 
etdikləri 300 illik bir tarixi dövr ellinizm dövrü adlanır. 
Ellinizm dövrü dünya sivilizasiyasının böyük nailiyyət 
qazandığı illər kimi səciyyələnir. Dünya dövləti yaratmaq 
xəyalında olan İskəndər beynəlmiləlləşdirmə siyasəti yeridirdi. 
İskəndər və onun xələflərinin zamanında  Şərqdə  qədim 


Azərbaycan Tarixi 
 
 
47 
şəhərlərin inkişafı ilə yanaşı yeni yunan şəhər və koloniyaları 
yaranırdı. Ellinizm dövrü iqtisadiyyatın xeyli inkişaf etdiyi, 
qədim dünyanın əsas dövlətləri arasında iqtisadi, siyasi və mə-
dəni  əlaqələrin genişləndiyi bir dövr idi. Şərqə yunan döyüş-
çüləri ilə birlikdə tacirlər, sənətlarlar və alimlər də  gəlirdilər. 
Onlar özləri ilə Şərq ölkələrinə yunan mədəniyyətinin, dilinin, 
hüquq qanunları  və normalarının, ictimai qaydalarının, xalq 
adət və ənənələrinin, döyüş texnikası və üsullarının ünsürlərini 
gətirirdilər. Eyni zamanda Şərq xalqlarının  ənənəvi iqtisadiy-
yatı, təsərrüfat formaları, siyasi və hüquqi təsisatları, mədəniy-
yət və adət-ənənələrinin yunanlara güclü təsiri olmuşdur. Belə 
qarşılıqlı  təsir və  zənginləşmə  nəticəsində  Şərq ilə  Qərbin bir 
çox mütərəqqi cəhətlərini özündə birləşdirən yeni bir mədəniy-
yət formalaşır. Bu mədəniyyət tarixdə ellin mədəniyyəti adı ilə 
tanınır. Ellin mədəniyyəti yunan – makedoniyalıların Şərqdə si-
yasi hakimiyyətlərinin süqutundan sonra da Ön və  Mərkəzi 
Asiya, həmçinin Qafqaz xalqlarının mədəniyyətlərinin inkişa-
fında mütərəqqi təsirini saxlamışdır. 
İskəndərin vəfatından sonra onun varislərinin hakimiyyəti 
bilavasitə Atropatenə şamil edilməsə də ellin mədəniyyəti bura-
da da yayılmışdı. Atropatendə ellin mədəniyyətinin yayılma 
vasitəsi birinci növbədə onun Böyük Mada ilə  sıx  əlaqəsi idi. 
Ilk naiblər Böyük Madaya sərkərdə Pitonu satrap təyin 
etmişdilər və bu ölkə yunan – makedoniya ağalığının mərkəzi 
kimi ellin mədəniyyətinin arealı idi. 
Qeyd edildiyi kimi Atropaten hökmdarları yunan – 
maakedoniyalıların ölkəyə soxulmasının qarşısını almağa səy 
göstərirdilər. Lakin heç bir şeyə baxmayaraq elleinizm 
Atropatenə nüfuz edirdi. Atropatendə Seləvki sikkələrindən 
istifadə edilməsi buna sübutdur.  
Məlumdur ki, e.ə. 321-ci ildə İskəndərin sərkərdələrindən 
biri Seləvkinin Babilə  gəlməsilə Ön Asiyada Seləvkilər 
hakimiyyəti dövrü başlayır. Selcuk və onunla hakimiyyətə şərik 
olan Perdikka, sonra isə I Antiox İskəndərin imperiyasını bərpa 
Qəzənfər Rəcəbli 
 
 
48
etməyə cəhd göstərirdilər. Selcuk bütün İran satraplarını özünə 
tabe edə bilmişdi. Lakin Atropaten hökmdarları özlərinin 
müstəqilliyini qoruyub saxlaya bilmişdilər.  
Selevk və Antioxun bütün cəhdlərinə baxmayaraq e.ə. III 
əsrin ortalarında Selevkilər dövlətinin süqutu başladı. Baktriya, 
Soqdiana və Parfiya imperiyanın tabeliyindən çıxdılar. 
Orta Asiyanın Xəzər dənizindən Tecən çayına qədər 
əkinçilik üçün yararlı vadilərində yaşayan parn soy birləşmələri 
e.ə. 247-ci ildə Arşakın başçılığı altında Parfiyaya yürüş etdilər. 
Döyüşdə selevki satrapı Andaqor həlak oldu. Arşak 
hakimiyyəti  ələ alıb müstəqil Parfiya dövlətini yaratdı. 
Arşakilər sülaləsinin hakimiyyəti altında eramızın 226-cı 
ilinədək mövcud olmuş Parfiya dövləti Mərkəzi və Ön 
Asiyanın tarixində mühüm rol oynamışdır. Parfiya dövlətinin 
paytaxtı ilk vaxtlar indiki Aşqabat  şəhərinin yaxınlığında 
yerləşmiş Nisa şəhəri idi. Sonralar Arşakilər bütün İranı  və 
Mesopotamiyanı işğal edərək, paytaxtı Mədain şəhərinə (yunan 
qaynaqlarında Mədain Ktesifın adlandırılır) köçürdülər. 
İskəndərin parçalanmış imperiyasını yenidən bölmək 
uğrunda mübarizə bütün e.ə. III əsr boyu davam etdi. 
Diadoxları (yunancada – varisləri) epiqonlar (yunancada – 
sonradan doğulmuşlar, törəmələr)  əvəz etdi. İskəndərin 
sərkərdələri Ptolomey, Selevk, Antiex və b. Kiçik Asiyada, 
Suriyada, Finikiyada, Misirdə, Yunanıstanda və Makedoniyada 
rəqabəti davam etdirirdilər. Selevkilər dövlətində III Antioxun 
hakimiyyəti dövründə (e.ə. 223-187) Böyük Mada satrapı 
Molon və onun qardaşı, Parsua satrapı Aleksandr Selevkilərin 
hakimiyyətinə qarşı üsyan qaldırdılar. III Antiox üsyanı 
yatırdıqdan sonra Atropaten üzərinə yürüşə başladı. Görünür 
Atropaten hökmdarı Molonu dəstəkləmişdi. Atropaten 
Selevkilərə qarşı 10 min süvari və 40 min piyadadan ibarət 
qoşun çıxarsa da yürüşün qarşını ala bilmədi, Atropaten 
hökmdarı Selevkilərin ali hakimiyyətini tanımaq  şərtilə ölkəni 
işğal olunmaq təhlükəsindən qurtara bildi. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə