Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə10/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

Azərbaycan Tarixi 
 
 
37 
qarşı Mada narazılığının təzahürü idi. Belə ehtimal edirlər ki
Qaumat madaların hökmdarlığını bərpa etmək niyyətində idi. 
 Qaumatın ideoloji silahı  zərdüştilik təlimi idi. Bu 
təlimdə geniş xalq kütlələrinin ümüdləri ilə bağlı demokratik və 
mütərəqqi ideyalar öz əksini tapmışdı. Qaumat öz islahatlarını 
həyata keçirməyə başlayır və geniş xalq kütlələrinin mənafe və 
maraqlarına uyğun olaraq, yuxarı  təbəqənin, yəni zadəganlar 
silkinin bir sıra imtiyazlarını  ləğv edir, onların  əmlaklarını  və 
qullarını  əlindən alır. Qaumat imperiyanın bütün ölkələrinə 
qasidlər göndərərək, əhalinin üç il müddətinə vergilərdən və or-
duda xidmətdən azad edildiyini bildirdi. Əsilzadələrin öz haki-
miyyətlərini geri qaytarmaq cəhdlərinə qarşı amansız mübarizə 
aparırdı. O, bütün tədbirlərində geniş xalq kütlələrinin fəal 
dəstəyinə arxalanırdı. 
 Qaumat, başqa üsyanlardan fərqli olaraq, ayrı-ayrı keç-
miş qüdrətli dövlətləri (Elam, Assur, Babil, Mada və b.) bərpa 
etməyə deyil, Kambizin hakimiyyəti dövründə zəifləmiş “ölkə-
lər  şahlığı”, yəni Haxamanişilər dövrü Mada fövqəldövlətinin 
qüdrətli hakimiyyətini bərpa etməyə  və möhkəmlətməyə 
çalışırdı. Lakin bu imperiya parsların (farsların) hakimiyyəti 
altında deyil, madaların başçılığı altında bərpa edilməli və 
möhkəmləndirilməli idi. Maq – hökmdar Qaumat bu məqsədinə 
çatmaq üçün özünü etibarlı adamlarla əhatə etmək niyyətilə 
iqamətgahını Parsuadan Madaya köçürmüşdü. Farsların haki-
miyyətinə qarşı və Madapərəst siyasət yeritdiyinə görə Qaumat 
öldürüldükdən sonra, onun taleyi üçün farslardan başqa imperi-
yanın bütün xalqları  təəssüflənirdilər. Qaumat e.ə. 522-ci ildə 
hakimiyyətə qayıtmış Haxamanişilər sülaləsinin nümayəndəsi 
Dara tərəfindən edam edilmişdir. 
 Qaumatın öldürülməsindən sonra I Daranın hakimiyyə-
tinə qarşı Madada Fravardizin başçılığı altında yeni güclü üs-
yan baş verdi. Bir neçə ay davam edən bu üsyan yatırıldıqdan 
sonra isə Saqartada (Madanın qərb vilayəti) Çissantaxmanın 
başçılığı altında daha bir güclü üsyan olmuşdur. 
Qəzənfər Rəcəbli 
 
 
38
  I Dara imperiya xalqlarının üsyanlarına, ayrılmaq üçün 
bütün cəhdlərinə son qoyub dövlət hakimiyyətini möhkəmlət-
mək məqsədilə bir sıra inzibati, vergi, maliyyə və hərbi xarak-
terli islahatlar keçirdi. 
 Madada Haxamanişilər sülaləsinin hakimiyyəti e.ə. IV 
əsrin sonlarına qədər davam etmişdir. Haxamanişilər dövrünə 
aid Azərbaycan haqqında məlumat çox azdır. Şimali Azərbay-
can soyları haqqında isə yazılı qaynaqlarda, demək olar ki, heç 
bir məlumat yoxdur. E.ə. VI-V əsrlərə aid arxeoloji materiallar 
da bir o qədər çox deyil. Həmin materiallar o dövrdə  Şimali 
Azərbaycan əhalisinin təsərrüfat məşğuliyyəti və maddi mədə-
niyyəti haqqında müəyyən təsəvvür yaradır. Cənubi Azərbay-
canda Mada soyları haqqında və Madanın qərbində Saqarta 
soyları  haqqında isə yalnız Heradotun əsərlərində  məlumat 
vardır. 
3.3. Azərbaycan Makedoniyalı Aleksandrın  (İskəndə-
rin) imperiyasının tərkibində.  Haxamişilər sülaləsinin son 
hökmdarları Yunanıstana da hərbi yürüşlər edib, ölkənin  əra-
zisinin bəzi torpaqlarını tutmuş, qarət etmiş, hətta Afinanı yan-
dırmışdılar. 
 O dövrdə Afina və Sparta dövlətlərinin süqutundan son-
ra Yunanıstan kiçik hökmdarlıqlara parçalanmışdı. E.ə. IV əsrin 
30-cu illərində Balkan yarımadasında qədim Elladanın şimalın-
da Makedoniya hökmdarları qüvvətlənib bütün Yunanıstanı öz-
lərinə tabe edərək panellin ittifaqı yaradırlar. Makedoniya 
hökmdarı II Filipp bu ittifaqdan təkcə öz hakimiyyətini möh-
kəmlətmək üçün deyil, eyni zamanda Anatolunu (Şərqi) işğal 
etmək üçün də istifadə etmək qərarına gəldi. O, Haxanişilərin 
işğalı zamanı guya ruhları təhqir olunmuş Yunanıstanın Olimp 
allahlarının qisasını  şərqlilərdən almaq üçün yunan ordularını 
e.ə. 336-cı ildə Kiçik Asiyaya göndərdi. Lakin onun ölümü bu 
hərbi yürüşü təxirə saldı. 
 Filippin oğlu Aleksandr (sonralar o, Şərqdə İskəndər adı 
ilə tanınır) e.ə. 334-cü ildə bu yürüşü davam etdirdi. E.ə. 333-


Azərbaycan Tarixi 
 
 
39 
cü ildə İskəndər Kilikiyanı keçərək Şimali Suriyaya daxil oldu 
və burada İs döyüşündə Haxamanişi şahı III Daranın ordusunu 
məğlub etdi. III Dara ordusunun kiçik bir hissəsi ilə  tələsik 
Fərat çayına tərəf qaçdı. Onun ordu xəzinəsi və  hətta ailəsi 
İskəndərin əlinə keçdi.  
  İs qələbəsindən sonra İskəndər bütün Kiçik Asiyanı 
tutub Misirə, oradan isə Liviyaya getdi. O, Liviyada qədim 
misirlilərin və yunanlıların sitayiş etdikləri Amon məbədini 
ziyarət edir. Guya Amon kahinləri (orakulları) ona xəbər 
verirlər ki, o, allahın oğludur və bütün Yer kürəsinin hökmdarı 
olmalıdır. Amon ziyarətindən qayıdan  İskəndər  şərqə doğru 
yürüşünü davam etdirdi. III Dara imperiyanın Fərat çayına 
qədər bütün torpaqlarını və 10 min talant qızıl (1 talant – 40 kq-
dır) xərac verməklə barışıq xahiş etdi. Lakin İskəndər onun 
tamamilə təslim olmasını tələb etdi. E.ə. 331-ci il oktyabrın 1-
də Qavqamel (Cancal) adlı düzənlikdə döyüş baş verdi. Bu 
döyüşdə III Dara ordusunda madalar, baktriyalılar, parslar ilə 
birlikdə Azərbaycanda yaşayan alban, kas(pi), kadusi, mard, 
sak, oğuz və qafqazlı ümumi adı altında tanınan soylar da 
iştirak edirdilər. Qavqamel döyüşündə kaspi döyüşçülərinə 
Fradat başçılıq edirdi. Döyüşdə Baktriya və sak suvarilərinin 
qələbəyə yaxın olmalarına baxmayaraq III Dara döyüşün 
dəhşətindən vahiməyə düşərək qorxub Madaya qaçmışdı. 
İskəndər onu təqib etməyərək, Ekbatan üzərinə yerimədi. O, 
Babili və Elamın paytaxtı Suz şəhərlərini tutub, 
Haxamanişilərin vətəni Parsua üzərinə yeridi. Parsuanın satrapı 
Ariobarzanın müqavimətinə baxmayaraq Persepol və Pasarqad 
şəhərlərini  ələ keçirdi. Persepolda Haxamanişilər sülaləsinin 
120 min talant qızıl və gümüşdən ibarət xəzinəsinə sahib oldu. 
Şəhər qarət edildikdən sonra yandırıldı. Ehtimala görə 12 min 
dana gönü üzərində yazılmış “Avesta” da həmin yanğın zamanı 
məhv olmuşdur. E.ə. 330-cu ildə  İskəndər Persepolu tərk 
edərək Ekbatanaya gəldi. III Dara şərq istiqamətində qaçdı. 
Xəzər dənizindən cənubda Orta Asiyaya gedən yolda ordu 
Qəzənfər Rəcəbli 
 
 
40
sərkərdələri ona suiqəsd təşkil etdilər. Baktriya satrapı olan 
sərkərdə Bess III Daranı öldürdü, başını  kəsərək Ekbatana 
apardı və İskəndərə verdi. İskəndər ona ənam vermək əvəzinə 
Bessin edam olunmasını əmr etdi və dedi ki, “bu gün dünənki 
ağasına xəyanət edən şəxs, sabah bu günkü ağasına da xeyanət 
edə bilər”. 
 III Daranın öldürülməsi ilə Haxamanişilər sülaləsinin 
hakimiyyətinə son qoyuldu və  İskəndər özünü Haxamanişi 
sülaləsinin varisi elan etdi. O, tezliklə Haxamanişilərin bütün 
torpaqlarını əlinə keçirdi. Babil şəhəri İskəndərin imperiyasının 
paytaxtı oldu. Cənubi Azərbaycanın bütün ərazisi  İskəndərin 
imperiyasına daxil idi. Albaniya və Kaspiana İskəndərin 
imperiasına daxil deyildilər. Alban hökmdarı  xərac verməklə 
ölkəsinin müstəqilliyini qoruyub saxlaya bilmişdi. 
  İskəndər dünyanı  zəbt etmək niyyətində idi. Lakin o, 
bütün dünyanı tutmaq arzusunu həyata keçirə bilmədi. Onun 
hərbi yürüşü Hindistanın qərbində sona çatdı. O, malyariya 
xəstəliyinə tutuldu və təcili Babilə qayıtdı. İskəndər e.ə. 323-cü 
ildə 36 yaşında Babil şəhərində vəfat edib. 
  İskəndər Xəzər dənizi sahillərini tədqiq etmək üçün 
Patrokl adlı bir sərkərdənin başçılığı altında ekspedisiya 
göndərmişdi. Həmin vaxta qədər Xəzər dənizi Hirkan dənizi 
adlanırdı. Heradotun əsərlərində  də Hirkan dənizindən bəhs 
olunur. Patroklın ekpedisiyası  dənizə Kaspiana ərazisindən 
çıxdığı üçün kas soylarının  şərəfinə onu Kaspi dənizi 
adlandırır. Patroklın ekspedisiyasının hesabatı  zəmanəmizə 
qədər gəlib çıxmamışdır. Onun mövcudluğu haqqında 
Strabonun  əsərlərində  məlumat vardır. E.ə. I əsrin sonu və 
eramızın I əsrinin  əvvəllərində yaşamış  məşhur yunan 
coğrafiyaşünası Strabon özünün "Coğrafiya" kitabında indiki 
Xəzər dənizinin adını, Patroklın ekspediyasının hesabatlarına 
əsasən “Kaspi dənizi” adı ilə vermişdir. “Xəzər dənizi” adını 
isə sonralar ərəb müəllifləri öz əsərlərində, ehtimal ki, xəzər 
soylarının adı ilə bağlı olaraq işlətmişlər. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə