Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə7/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   2   3   4   5   6   7   8   9   10   ...   134

Azərbaycan Tarixi 
 
 
25 
rında birləşdirib mərkəzləşmiş Mana dövlətini yaratmışlar. Ona 
görə də qaynaqlar Mana əhalisinin etnik tərkibi haqqında məlu-
mat verərkən manalarla bərabər kuti, lullu və turukki soylarının 
da adlarını çəkirlər. Səbai soyları isə köçlərini davam etdirmiş, 
Şimali Azərbaycana gəlmiş, Abşeron və Quba bölgələrində et-
nik cəhətdən qohum soylarla rastlaşmış və bu torpaqlarda məs-
kunlaşmış, yerli soylarla qaynayıb-qarışaraq müasir tat etnosu-
nun etnegenezi prosesində  iştirak etmişlər. Onlar Abşeronda, 
indiki Bakı şəhərinin Bayıl hissəsində dəniz sahilində, hazırda 
su altında qalmış Səbail şəhərini salmışlar. 
E.ə. I minillikdə Cənubi Azərbaycanın Qaradağ bölgəsin-
də kadusilər, Naxçıvan bölgəsində  və ona yaxın  ərazilərdə 
mardlar Xəzərin cənub-qərb sahillərində kaspi (kaslar), onlar-
dan cənubda və Cənubi Azərbaycanın cənub-şərq torpaqlarında 
madalar, Şimali Azərbaycan və Dağıstanın cənubunda albanlar 
yaşamışlar. 
2.2. Azərbaycan  ərazisində erkən dövlət qurumları. 
Qədim sümər piktoqrafik yazılarında Azərbaycan ərazisində ilk 
siyasi qurum Aratta (Arata) dövlətinin adı  çəkilir. Aratta ilə 
bağlı hadisələr e.ə. III minilliyin birinci yarısına aid sümər 
dastanlarında təsvir olunur və Arattada dövlət qurumlarının ol-
ması haqqında təsəvvür yaradır. 
Aratta Cənubi Azərbaycan ərazisində təşəkkül tapmış ilk 
erkən dövlət olmuşdur. Onun ərazisi Urmu gölünün cənub və 
cənub-şərq hissəsini  əhatə edirdi. Aratta dövlətinin cənub sər-
hədlərini Diyala çayı, cənub-şərq sərhədlərini indiki Zəncan – 
Qəzvin bölgələri təşkil edirdi. “En – Merkar və En – Sukuşsi-
ranna” dastanında Sümər və Aratta hökmdarları arasındakı 
məktublaşmadan iki dövlət arasındakı iqtisadi əlaqələr haqqın-
da təsəvvür əldə etmək mümkündür. Arattadan sümərlərin Uruk 
şəhər - dövlətinə  qızıl, gümüş, lacivərd, tikinti materialları  və 
maldarlıq məhsulları göndərilir, Urukdan isə Arattaya taxıl və 
meyvə gətirilirdi. 
Qəzənfər Rəcəbli 
 
 
26
Aratta - ökəsini “en” rütbəli hökmdar idarə edirdi. O, həm 
də baş kahin idi. Dastanlarda rast gəldiyimiz “ensi” anlayışı, 
ehtimal ki, vəliəhd, yaxud vassal hökmdar titulu olmuşdur. 
Arattada bərəkət və məhəbbət ilahəsi İnannaya ibadət geniş ya-
yılmışdı. 
E.ə. III minilliyin ikinci yarısında Sümər dövləti süqut 
edir, Mesopotamiyanın  şimalında yaranmış Akkad dövləti 
tərəfindən işğal edilir. Bu vaxt artıq Aratta dövləti də yox idi. 
Urmu gölündən cənubda Lullubi dövləti, cənubi – qərbdə isə 
Kuti dövləti yaranmışdı. 
E.ə. XXIII əsrdə yaranmış Lullubi dövləti Cənubi 
Azərbaycan  ərazisində mövcud olmuş ikinci erkən dövlət 
qurumu idi. Qaynaqlarda Lullubi hökmdarı Satuninin (e.ə. 
2236-2200-ci illər) Akkad hökmdarı Naram – Suyenə qarşı 
hərbi yürüşündən və məğlubiyyətə uğramasından xəbər verilir. 
Lullubi hökmdarı  İmmaşqun (e.ə. 2200-2170-ci illər) ölkənin 
xırda hökmdarlıqlarını özüne tabe edib Akkad ilə rəqabət apara 
bilən güclü dövlət yaradır. Lullubi dövlətinin qüdrəti hökmdar 
Anubaninin dövründə daha da artır. Bu Diala çayı sahilində 
Zöhhab şəhəri yaxınlığında Saripul adlanan yerdə aşkar edilmiş 
“Daş sütun” abidəsindən məlum olur. Lullubi dağlıq ölkəsinin 
əhalisi Mesopotamiya ilə iqtisadi əlaqə yaratmışdılar. Onlar 
Mesopotamiyadan taxıl gətirir, oraya isə mal-qara 
göndərirdilər. “Daş sütun” abidəsindəki yazıların Akkad mixi 
yazı nümunələri ilə yazılması Lullubinin Akkad ilə mədəni əla-
qələri olduğundan xəbər verir. Lullubi dövləti e.ə. II minilliyin 
əvvəllərində kiçik hökmdarlıqlara parçalanır və süqut edir. 
Kuti dövləti hələ Sümər dövləti mövcud olduğu zaman-
larda onunla müttəfiq idi və Akkada qarşı çıxırdı. Dastanlardan 
məlum olurdu ki, Akkad hökmdarı Naram – Suyen sümərlərin 
dini mərkəzi olan Nippur şəhərinə qoşun göndərib oradakı Enlil 
məbədini dağıtmaq istədikdə En – Ridavazirin başçılığı altında 
Kuti qoşunları sümərlərin köməyinə gedirlər və Naram – Suyen 
məğlub olub geri qayıdır. Nippur şəhərində bu qələbə 


Azərbaycan Tarixi 
 
 
27 
munasibətilə En – Ridavazirin şərəfinə mıxi yazılı sütun abidə 
qoyulmuşdur. Həmin abidədə En – Ridavazir dünyanın dörd 
səmtinin hökmdarı adlandırılmışdır. 
Kuti hökmdarları Akkada tez-tez hərbi yürüşlər edirdilər. 
Akkad hökmdarı Naram – Suyen Elam hökmdarı Kutik 
İnşuşinak ilə kutilərə qarşı  hərbi müqavilə bağlayır və bir 
müddət kutilərin hücumunun qarşısını almağa mütəffəq olur. 
Lakin Naram – Suyenin ölümündən sonra kütilərin Akkada 
hücumları yenidən başlanır. Akkad hökmdarı Sarkarizarri 
kutilərin hücumlarına cavab olaraq onlara qarşı yürüş  təşkil 
edir. Bu vaxt Kuti hökmdarı En – Sarlaq (e.ə. 2191-2185) idi. 
Döyüş Mesopotamiya ərazisində baş verir, kutilər məğlubiyyə-
tə uğrayırlar və En – Sarlaq əsir düşür. En – Sarlaqın varisi En 
– Yarlaqas (e.ə. 2185-2177) Akkada hücumu qüvvətləndirir. 
Nəticədə Akkadda hakimiyyət zəifləyir və hərcmərclik başlanır. 
Bundan istifadə edən Kuti hökmdarı En – Elulumeş (e.ə. 2177-
2171) e.ə. 2175-ci ildə Akkadda hücum edir, onu tutub Akkad 
dövlətinə son qoyur. Kutilər Mesopotamiyada öz dövlət 
hakimiyyətlərini qurub 100 ilə yaxın hökmdarlıq edirlər. Bu 
müddətdə Mesopotomiyada Kuti hakimiyyətinə tabe olan 
sümər hökmdarları “ensi” titulu daşıyırdılar. Sümər hökmdarla-
rı Kuti hökmdarlarının  şərəfinə yazılı sütun abidələr qoyur-
dular. Belə abidələrdən Kuti hökmdarı En – Laharabın (e.ə. 
2135-2133) şərəfinə Sinpur şəhərində, En – Yarlaqandanın (e.ə. 
2120-2113) şərəfinə və En – Siumun şərəfinə Umma şəhərində 
tərtib edilmiş yazılı sütun abidələr aşkar edilmişdir. 
E.ə. III minilliyin sonunda Kuti dövləti süqut edir və ki-
çik ölkə hökmdarlıqlarına paralanır.  Azərbaycan  ərazisində 
mövcud olmuş bu üçüncü dövlətin süqutundan sonra e.ə. I mi-
nilliyin əvvəllərinədək mərkəzləşmiş dövlət olmamışdur.  
2.3. Mana  və Oğuz (Skif) dövlətləri.  E.ə. II mi-
nilliyin sonu – I minilliyin əvvəllərində dəmir alətlər və silah-
lardan istifadə nəticəsində Azərbaycanın qədim əhalisi arasında 
təbəqələşmə prosesi güclənir. Bu dövrdə ölkənin  şimal 
Qəzənfər Rəcəbli 
 
 
28
bölgələri ilə  cənub bölgələri arasında təsərrüfat həyatında 
böyük fərq olmasa da, sosial inkişaf cəhətdən fərqlər olmuşdur. 
Şimali Azərbaycanda ibtidai icma quruluşunun dağılması  zəif 
getdiyi halda, Cənubi Azərbaycan ərazisində ibtidai icma quru-
luşu sürətlə dağılır, sinfi cəmiyyət və ilkin sinfi qurumlar yara-
nırdı. 
 E.ə. I minilliyin əvvəllərində Urmu gölü ətrafı bölgələr-
də qəbilə - tayfa bölgüsünü ərazi bölgüsü əvəz edir. Mövcud ki-
çik  ərazi vahidləri ilə  bərabər, nisbətən iri siyasi qurumlar da 
yaranır. Assur qaynaqlarında adına hələ e.ə. X əsrin sonunda 
təsadüf edilən Zamua ölkəsi Urmu gölü ətrafı bölgədə  ən iri 
siyasi birləşmə olmuşdur. E.ə. IX əsrdə burada Zamuanın xeyli 
hissəsini əhatə edən siyasi birləşmənin başında Daqara soyunun 
başçısı Nuradad dururdu. Assur hömdarları Zamua ölkəsinə 
tez-tez basqınlar edirdilər. E.ə. 881-ci ildə Assur hökmdarı 
Aşşurnasirapal məlumat verir ki, zamualılar ölkəni 
basqınlardan qorumaq üçün Babite aşırımında (indiki Dərbəndi 
– Bazian) müdafiə divarları hörmüşlər. Lakin onlar assurların 
hücumunun qarşısını ala bilmirlər. II Aşşurnasirapal Daqaranın 
Birutu, Uze və Zaqalaqa qalalarını işğal edərək çoxlu qənimət 
və  əsir  ələ keçirib aparır. Assurlar Zamuanın digər  ərazilərinə 
yürüş etdikləri vaxt Nuradad Birutu qalasına qayıdıb müdafiə 
mövqelərini möhkəmləndirməyə başlayır. Bundan xəbər tutan 
II Aşşurnasirapal yenidən hücum edib Birutu qalasını alır və 
yandırır. 
 Urmu gölü hövzəsində Zanma ölkəsi ilə yanaşı 
Allabriya, Karalla, Kirruri, Gilzan, Mesi, Zikirtu, Maday, An-
diya, Qızılbunda, Ninni, Ulmana, Adaus, Xarmasa, Sanqibuti, 
Puluadi və b. ölkələrin adı da qaynaqlarda çəkilir. Bu ölkələrə 
sahib olmaq uğrunda Assur ilə Urartu arasında mübarizə gedir-
di. Belə bir şəraitdə Urmu gölü – Zaqros dağlarını əhatə edən 
ərazidə adları çəkilən ölkələrin siyasi tayfa ittifaqlarının birləşib 
Azərbaycanın ilk iri mərkəzləşmiş dövlətini yaratmaları üçün 
əlverişli zəmin yaranmışdı. Belə bir dövlət isə e.ə. 843-cü ilə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə