Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə11/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

Azərbaycan Tarixi 
 
 
41 
  İskəndər tutduğu ölkələrdə özünü işğalçı kimi deyil, 
qanuni “varis” hökmdar kimi aparır, köhnə idarə üsullarını 
saxlayır, yunanlar və makedoniyalılarla bərabər yerli 
zadəganlara da vəzifə verirdi. O, öz döyüşçülərinin yerli əhali 
ilə yaxınlaşması üçün xüsusi tədbirlər həyata keçirir, onların 
yerli qızlar ilə evlənməsinə və Şərqdə məskunlaşmalarına şərait 
yaradırdı.  İskəndər süvari qoşunlarının baş  sərkərdəsi 
Perdikkini atəşpərəstlərin atropatı (baş kahini) olan Kiçik 
Madanın satrapının qızı ilə evləndirmişdi.  İskəndər yunan 
alimlərini, bacarıqlı ustalarını  Şərq ölkələrinə aparır, yunan 
mədəniyyətinin  Şərqə yol almasına  şərait yaradırdı. Nəticədə 
qarışıq yunan – şərq mədəniyyəti yaranır. Bu mədəniyyət 
qədim Elladanın adı ilə bağlı olaraq, “elin mədəniyyəti” adı ilə 
tarixə düşmüşdür.               
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 1-ci cild,  s. 226-251. 
2. Azərbaycan tarixi. Dərslik, s. 120-130. 
3. И.Алиев. История Мидии. Баку, 1960. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
42
 
 
 
IV FßSÈL 
 
ATROPATEN DÖVLƏTI 
 
4.1. Atropaten dövlətinin yaranması. “Atropaten” 
dövlət və “Azərbaycan” ölkə adlarının mənşəyi haqqında. 
Atropaten dövlətinin adı “atropat” sözündən götürülmüşdür. 
Hələ e.ə. V-IV əsrlərdə Haxamanişilər Madası imperiyasına 
daxil olan ölkələrin hakimləri özlərini müstəqil hökmdar kimi 
aparırdılar. Belə ölkələrin satrapları “şah” adlanırdı. İmperiyaya 
daxil olan Kiçik Madanın satrapına isə “atropat” deyirdilər. III 
Artakserksin hakimiyyəti dövründə Kiçik Mada satraplarına 
“atropat” deyilməsi haqqında qaynaqlarda məlumat vardı. E.ə. 
331-ci ildə Qavqamel döyüşündə də Mada qoşunlarının başçısı 
“atropat” adlanırdı. 
“Atropat” yunan sözü olan “atr”  [od] (hind-avropa dil 
ailəsinin  İran qrupu xalqlarının dillərində isə “adur”, “adər”, 
“atər”, “azər” və s.) və “pat” [qoruyan] sözlərindən düzəlmiş və 
“odu qoruyan” mənasını verir. 
Atəşpərəstlərin Kiçik Madanın mərkəzi  şəhəri Qazakada 
yerləşən baş  məbədinin ali kahini də “atropat” adlanırdı. 
Deməli, din başçısı hesab edilən “atropat”, həm də Kiçik 
Madanın satrapı idi. Lakin tarixşünaslıqda Atropat hökmdarının 
adı kimi, şəxs adı kimi izah edilir. Əlbəttə belə izahın heç bir 
elmi  əsası yoxdur. Onu da qeyd etmək lazımdır ki, 7 cildlik 
“Azərbaycan tarixi"ndə “atropatın” hökmdar titulu olması 
haqqında həqiqət  əslində etiraf edilir. Kitabda yazılır ki, “... 
sonralar Atropatenin siyasi quruluşu, ola bilsin müəyyən 
dərəcədə  dəyişir və Atropaten bəlkə  də teokratik dövlətə - bir 
növ Papa dövlətinə (oxşar dövlətə - Q.R.) çevrilir ki, bu da 


Azərbaycan Tarixi 
 
 
43 
görünür Mada maqlarının dövlətdə çox böyük rol oynamaları 
ilə bağlı idi... Biz Atropatın hökmdarlıq illərinin necə 
keçdiyini... bilmirik, ... hətta Atropatenin bu ilk tacidarının nə 
vaxt vəfat etdiyini, taxt-tacı kimə miras qoyduğunu da bilmirik. 
Lakin sonrakı onilliklərin və  hətta yüzilliklərin hadisələri 
göstərir ki, Atrpaten monarxiyası başçısının hökmranlıq etdiyi 
illər gənc dövlətin möhkəmləndiyi, qüvvətləndiyi bir dövr idi” 
(1-ci cild, s. 258). Bu iqtibasa onu da əlavə etmək olar ki, Papa 
dövlətindən öncə  ərəb Xilafətində  xəlifələr həm də dövlət 
başçısı idi, daha sonra, Osmanlı imperiyasının müəyyən 
dövründə sultanlar həm hökmdar, həm də din başçıları idilər. 
Müasir dövrdə  İranda da teokratik hakimiyyət mövcuddur, ali 
dini şuranın sədri ayatolla həm din başçısıdır, həm də dövlətin 
başçısı – alı rəhbəridir. 7 cildlik “Azərbaycan tarixi” kitabında 
atropatlardan birinin adı da qeyd edilir: “... “Avesta” – IV əsrdə 
(e.ə. IV əsrdə - Q.R.) Atropatendə ali kahin Atropat 
Mahrspandan tərəfindən kanonlaşdırılmışdır”. (1-ci cild, s. 
315). Bu yazılardan belə bir məntiqi nəticə  çıxarmaq olar ki, 
Atropat şəxs adı olmamışdır, din və dövlət başçısı titulu, rütbə 
adı olmuşdur. Lakin çox təəssüf ki, “Azərbaycan tarixi” kimi 
çox sanballı, möhtəbər kitabda bu nəticə çıxarılmır. 
Kiçik Madada dövlət başçısı titulu atropat olduğu üçün 
dövlət də Atropat Madası, yaxud sadəcə olaraq Atropaten 
adlanırdı. Tarixdə bunun analoqu çoxdur. Məsələn, dövlət 
başçısı papa olan Papa dövləti, dövlət başçısı xəlifə olan Xilafət 
dövləti, dövlətin başçısı yabqu olan Yabqu dövləti, dövlət 
başçısı elxan adlanan Elxanilər dövləti və i.a. 
Məlum olduğu kimi Haxamanişilər sülaləsinin hakimiy-
yəti dövründə azərbaycanlıların ulu əcdadlarının yaşadıqları 
torpaqlar X, XI və XIV satraplıqların tərkibinə daxil idi. I Dara 
zamanında X satraplığa, yaxud Kiçik Mada satraplığına Asar-
qata adlanan Cənubi Azərbaycan torpaqlarından əlavə parikan-
ların, oğuzların və sakların məskunlaşdıqları torpaqlar da daxil 
idi. Haxamanişi Madası imperiyasında mərkəzi hakimiyyətin 
Qəzənfər Rəcəbli 
 
 
44
zəiflədiyi illərdə Kiçik Mada satrupları müstəqil siyasət 
yeridirdilər. XI və XIV satraplıqların torpaqları da Kiçik Mada 
Atropatının hakimiyyət dairəsinə daxil idilər. Məhz buna görə 
də Qavqamel döyüşündə farslara boyun əyməyən kadusilər Ha-
xamanişilər sülaləsinin hakimiyyəti altında deyil, Kiçik Mada-
nın tərkibində olan soy kimi, yaxud madalıların müttəfiqləri 
kimi iştirak edirdilər.  
Polibinin yazdığına görə Mada atropatının hakimiyyəti 
hələ Haxamanişilər sülaləsinin hökmdarlığı zamanından möv-
cuddur. Buradan belə bir nəticə çıxartmaq olar ki, Kiçik Mada 
satraplığının  əhalisi din başçısı olan atropatı öz hökmdarları 
hesab edirdilər və həmin satraplıq hələ müstəqil dövlətə çevril-
məmişdən əvvəl “Atropatın padşahlığı” adlandırırmış. 
Makedoniyalı Aleksandr Ekbatanın üzərinə yürüş 
edərkən Kiçik Mada atropatının başçılığı altında madalılar, 
kadusilər və saklar, III Daranın tərəfini saxlamasalar da ilk 
vaxtlar işğalçılarla mübarizəyə girmək niyyətində imişlər. Ona  
görə  də  İskəndər Haxamanişilər sülaləsini devirdikdən sonra 
Kiçik Mada atropatı onun hüzuruna gəlib baş  əymədi və 
İskəndər e.ə. 330-cu ildə onu vəzifəsindən götürüb Oksadat adlı 
bir nəfəri Kiçik Madaya satrap təyin etdi. Lakin Atropat az bir 
zamanda  İskəndər ilə münasibətləri yoluna qoya bildi və e.ə. 
328-ci ildə yenidən Kiçik Madanın satrapı vəzifəsinə qaytarıldı. 
Ola bilsin elə buna əsaslanan Strabon yazır ki, Atropat “bu 
ölkənin makedoniyalıların hakimiyyəti altına düşməsinə yol 
vermədi”. 
Ali kahin – hökmdar Atropat müdriklik göstərərək,  Şər-
qin yeni hökmdarı ilə yaxınlaşmaq və onun tədbirlərində içtirak 
etməklə istilaçıların Atropaten ərazisinə girməsinə yol vermədi. 
İskəndərin qoşunları Atropatenin yalnız sərhədlərinə qədər gə-
lib çatmış və ölkənin daxilinə girməmişdir. İskəndər Azərbay-
candan yan keçərək Orta Asiyaya və Hindistana getmişdir. 
Onun bu səfəri e.ə. 328-ci ilədək davam etmişdir.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə