Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə33/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

Azərbaycan Tarixi 
 
 
129 
Ləşkəri 978-ci ildə  vəfat edir. Lakin Ləşkəridən sonra 
hakimiyyət onun qardaşı  Fəzlin deyil, Məhəmməd ibn 
Şəddadın ortancıl oğlu Mərzban ibn Məhəmmədin əlinə keçir. 
Mərzbanın bacarıqsızlığı  və düzgün siyasət yeridə bilməməsi 
nəticəsində  Şəddadilər dövləti bir sıra vilayətləri itirməli olur. 
982-ci ildə  Şivanşah Məhəmməd ibn Əhməd Bərdəni tutaraq, 
Musa ibn Əlini Bərədəyə hakim təyin edir. Lakin Musa ibn 
Əlinin Şirvanşahlara tabeliyi çox çəkmir. Musa ibn Əli Bərdəni 
müstəqil hakim kimi idarə etməyə başlayır.  
Fəzl  Şəddadi 985-ci ildə ov zamanı fürsətdən istifadə 
edərək qardaşı  Mərzbanı öldürür, sonra isə onun oğlu  Şirvanı 
həbs etdirir və hakimiyyəti ələ alır. Fəzl Şəddadilər dövlətinin 
sərhədlərini genişləndirmək məqsədilə Şirvanşahlar üzərinə və 
Gürcüstana dəfələrlə hücum edir. Bərdə, Beyləqan, Xaçın, 
Sünik, Gorus və b. vilayətləri yenidən  Şəddadilər dövlətinin 
ərazisinə qatır. 1030-cu ildə  Fəzl hərbi yürüşdən qayıdarkən 
Gəncə yaxınlığında xəzərlərin qəfil hücumuna məruz qalır. 
Xəzərlərlə döyüşdə çoxlu canlı qüvvə itirir və qazandığı 
qənimətdən əl çəkməli olur.  
Fəzl 985-ci ildən 1031-ci ilədək təqribən 47 il Şəddadilər 
dövlətinin hökmdarı olmuşdur. Onun düzgün daxili siyasəti və 
dövlətin ərazilərini genişləndirməyə yönəldilmiş xarici siyasəti 
nəticəsində Şəddadilər dövləti Cənubi Qafqazda ən qüdrətli və 
nüfuzlu dövlətlərdən birinə çevrilir. 
Fəzldən sonra Şəddadilər dövlətinin hökmdarı olmuş 
onun oğlu Musa 1031-ci ildə Bakıya hücum etmiş ruslara qarşı 
müharibədə  qələbə çalaraq onları Bakıdan qovmuşdur. 
Musanın hakimiyyəti cəmi 2 il davam etmişdir. 1033-cü ildə 
onun oğlu  Əbülhəsən  Əli Ləşkəri atasına qarşı  qəsd təşkil 
edərək onu öldürmüş və hakimiyyəti ələ keçirmişdir. II Ləşkəri 
Şirvanşahlar ilə qohum olmuş, Rəvvadilərlə dostluq etmişdir. II 
Ləşkərinin gürcü və ermənilərə qarşı apardığı  uğurlu 
müharibələr  şair Qətran Təbrizinin qəsidələrində öz əksini 
tapmışdır.  Şair qəsidələrində “Aranşah” adlandırdığı II 
Qəzənfər Rəcəbli 
 
 
130
Ləşkərinin qələbəsi ilə başa çatan bu döyüşləri bədii boylarla 
təsvir etmişdir. 
1046-cı ildə  Səlcuq Türk Sultanı Toğrulun qoşunları 
sərkərdə Qutlamışın başçılığı ilə  Gəncəyə hücum edirlər. II 
Ləşkəri şəhərin müdafiəsini təşkil edir, müdafiə istehkamlarını 
möhkəmləndirir. Qutlamış  Gəncəni ay yarım  ərzində 
mühasirədə saxlasa da, şəhəri ala bilmir. 
II Ləşkərinin vəfatından sonra 1049-cu ildə  Gəncədə 
hakimiyyəti Dvin hakimi Şavur  Şəddadi  ələ alır. Hələ Dvində 
fəal xarici siyasət yeridən Şavur Gəncədə də Şəddadi hökmdarı 
kimi xarici siyasətini gücləndirir. 1051-ci ildə  Səlcuq 
türklərinin Gürcüstana hücum etməsindən istifadə edən  Şavur 
Tiflis əmirləri Cəfərilərin Kür çayı boyunda yerləşən qalalarını 
ələ keçirməyə  cəhd edir. 1053-cü ildə  Şavur oğlu  Əbunəsr 
İskəndəri Dvinə hakim təyin edir və  şəhərin möhkəmləndiril-
məsini ona tapşırır. 
Şavurun hökmdarlığı  Cənubi Qafqazın Səlcuq Türk 
Sultanlığı  tərəfindən işğal olunması dövrünə  təsadüf edir. 
Səlcuqilər Cənubi Qafqaz ölkələrinin çoxunu özlərindən vassal 
asılılığında olan dövlətlərin mülkiyyətinə verirlər. Şəddadilərin 
vassal dövləti halına düşməsinə  Şavurun daima Bizans 
imperatorluğu ilə apardığı müharibələr  əsas olmuşdu. 1054-cü 
ildə  Rəvvadi hökmdarı  Vəhsudanı tabe edən Səlcuq Türk 
Sultanı Toğrul Gəncəyə  gələndə  Şəddadi hökmdarı  Şavur da 
sultanın hakimiyyətini qəbul edib onun vassalına çevrildi. 
Şəddadilər Səlcuqilərə, Bizansa qarşı müharibədə iştirak etmək 
üçün böyük qoşun dəstələri verirlər. Bundan sonra Şəddadilər 
dövləti Səlcuq Türk Sultanlığının müttəfiqə çevrilir. 
Sultan Toğruldan sonra 1063-cü ildə  İraq Türk Səlcuq 
Sultanı olmuş Alp Arslan vassal asılılığında olan hökmdarlar 
üzərindəki təsirini möhkəmlətmək üçün dərhal Cənubi Qafqaza 
hərbi yürüş etdi. Sultan Alp Arslan Cənubi Qafqazın müsəlman 
dövlətləri 
Şəddadilərin, 
Şirvanşahların və 
Cəfərilərin 
möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Səlcuq türklərinin 


Azərbaycan Tarixi 
 
 
131 
sərkərdəsi Sautəkinin qoşunları  Xəzər sahili boyu hərəkət 
edərək Dərbəndə  də gedirlər. Sonra Sautəkin bütün 
Azərbaycandan keçərək Naxçıvana və oradan da Gürcüstana 
gedir. Sautəkin hər yerdə yerli vassal hökmdarları  təsdiq edir, 
Şəddadilərin hökmdarı  Şavuru isə  Səlcuq sultanının Qafqaz 
atabəyi, yəni canişini təyin edir.  
Bu hadisələrdən az sonra 1065-ci ildə gürcü - alan 
qoşunları Azərbaycana soxuldular. Ölkənin şəhər və kəndlərini 
qarət edən gürcü - alan qoşunları Gəncəyə yaxınlaşdılar. Artıq 
qocalmış Şavur şəhərdən çıxıb düşmənlərlə vuruşmadı, qalaya 
çəkilib onu möhkəmləndirdi. Gürcü – alan qoşunları  Gəncəni 
bir müddət mühasirədə saxladıqdan sonra mühasirəni ləğv edib 
ölkənin daxilinə doğru hücumlarını davam etdirdilər. Onlar 
Bərdə  şəhərini də 3 gün mühasirədə saxlasalar da ala 
bilmədilər. Gürcü – alan qoşunları yolları üstündə olan şəhər və 
kəndləri qarət edib yandıra-yandıra cənuba doğru hərəkət 
edərək Araz çayı boyuna çatdılar, sonra isə çoxlu əsir və zəngin 
qənimətlə geri qayıtdılar. Onların çıxıb getmələri Səlcuqilərlə 
qarşılaşmaq təhlükəsi ilə bağlı idi. Doğrudan da Alp Arslan 
bundan sonra iki dəfə Qazqaza yürüş edib mütəffiqi Şəddadiləri 
dəstəklədi. 1067-ci ildə  Şəddadi hökmdarı  Şavur vəfat etdi. 
Onun yerinə oğlu II Fəzl keçdi. 
1068-ci ildə Gürcüstana yürüş edən Alp Arslan gürcü 
hökmdarı IV Baqratı  və  Cəfərilər sülaləsindən olan Tiflis 
əmirini sultanın hakimiyyəti altına aldı. Alp Arslan mütəffiqi 
olmuş Şavurun varisi II Fəzli Tiflis və Rustavmim atabəbi təyin 
etdi. 
1068-ci ildə II Fəzl Gürcüstana hücum etdi və Msxeti 
yaxınlığında məğlubiyyətə düçar olaraq qoşunlarının qalıqları 
ilə birlikdə Kaxetiyaya qaçdı. Lakin II Fəzlə sığınacaq vermiş 
Kaxetiya hökmdarı onu IV Baqrata təslim etdi. Yalnız Alp 
Arslanın tələbi ilə IV Baqrat II Fəzli azad etdi. 
II Fəzl 1070-ci ildə Şirvanşahlar ərazisinə hücum edərək 
Dərbəndi tutur. Bir neçə döyüşdən sonra Şirvanşah Fəribürz ilə 
Qəzənfər Rəcəbli 
 
 
132
II Fəzl arasında sülh müqaviləsi bağlanır. II Fəzl öz xarici 
siyasətində dövlətin sərhədlərini genişləndirmək xəttini davam 
etdirərək, 1072-ci ildə Səlcuq hökmdarına hədiyyə kimi verdiyi 
zər naxışlı qiymətli parçalar müqavilində Ani şəhərinin də 
Şəddadilər dövlətinin torpaqlarına qatılmasına nail oldu. II 
Fəzlin kişik qardaşı Ani əmirliyinin hakimi təyin edildi. Bütün 
XI əsr boyu Cənubi Qafqazın siyasi həyatında fəal rol oynamış 
Şəddadilər dövləti Bizans imperatorluğu, Rəvvadilər, 
Şirvanşahlar və Gürcüstan hökmdarlıqları ilə qarşı – qarşıya 
durmuş, Səlcuq oğuz türklərinin Qafqazda yeganə mütəffiqi 
kimi onların Cənubi Qafqazı  işğal etmələri üçün şərait 
yaratmışdı. Elə buna görə  də  Səlcuq hökmdarları  Şəddadilərə 
qonşu dövlətlər hesabına öz sərhədlərini genişləndirməyə mane 
olmur, lazım gələndə onu dəstəkləyirdilər. 
1073-cü ildə II Fəzlin oğlu Fəzlun atasına qarşı  çıxır və 
hakimiyyəti  ələ keçirir. Lakin onun hökmdarlığı uzun sürmür. 
1075-ci ildə öz təbəələri sırasında güclü, qüvvətli və nüfuzlu 
hökmdarın olmasını istəməyən Səlcuq sultanları  Şəddadilər 
dövlətini ləğv etmək qərarına gəldilər. Bu məqsədlə Sultan 
Məlikşah  əmiri Sautəkini böyük bir ordu ilə Qafqaza, o 
cümlədən Arana göndərdi.  Əmir Sautəkin  İraq Türk Səlcuq 
Sultanlığının Qafqaz üzrə canişini təyin edildi. Şəddadi 
hökmdarı Fəzlun müqavimət göstərməyə cəhd etsə də, nəhayət, 
hakimiyyəti  əmir Sautəkinə  təhvil verməyə  məcbur oldu. 
Beləliklə, 1075-ci ildə  Şəddadilər sülaləsinin hökümdarlığına 
son qoyuldu, Şəddadilər dövləti süqut etdi. 
Sonda qeyd edilməlidir ki, IX-XI əsrlərdə Azərbaycan 
ərazisində mövcud olmuş  Şirvanşahlar, Sacilər, Salarilər, 
Rəvvadilər və  Şəddadilər dövlətləri Azərbaycan tarixində 
əhəmiyyətli rol oynamışlar. Bu müstəqil feodal dövlətləri 
tarixin müəyyən dövründə Azərbaycanın müxtəlif bölgələrini 
vahid mərkəzləşmiş dövlətlər daxilində birləşdirməklə əhalinin 
təsərrüfat həyatının canlanması, iqtisadi və ticarət  əlaqələrinin 
inkişafı  və  mədəniyyətin yüksəlməsi üçün şərait yaratmışlar. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə