Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə36/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   32   33   34   35   36   37   38   39   ...   134

Azərbaycan Tarixi 
 
 
141 
olmuşdur. Lakin o özü üçün əsas rəqib  əmisi sultan Səncəri 
hesab edirdi. Çünki ənənəyə görə səlcuqlardan yaşca ən böyüyü  
ali sultan olmalı idi. 
Məhəmməd Təpərin Mahmudu özünə  vəliəhd təyin 
etməsinə baxmayaraq, Xorasan mərkəz olmaqla İraqdan  şərq 
torpaqlara sahib olan Səncər sultan Mahmudun öz üzərində 
hakimiyyətini tanımadı. Mahmud Səncərə qarşı qoşun 
göndərdi. 1119-cu ildə Savə yaxınlığındakı döyüşdə  Səncər 
qalib gəldi. Mahmud Səncərin ali hakimiyyətini tanıdı. Səncər 
də öz növbəsində Mahmudu özünə  vəliəhd təyin etdi və  əmr 
etdi ki, xütbə oxunarkən “ali sultan və sultanlar sultanı” 
Səncərdən sonra “böyük sultan və sultanlar ağası” Mahmudun 
adı çəkilsin. Bu barədə Səncər xəlifəyə məlumat verdi və 1120-
ci ildən xütbələrdə  hər iki sultanın adı  çəkilməyə başladı. 
Sultan Mahmud iqta kimi Xorasandan Anadolu və Suriyaya 
qədər bütün torpaqların – Həmədən,  İsfəhan, Cibal, Kirman, 
Fars, Xuzistan, Azərbaycan, İraq, Cəzirə, Diyar – Müdar, Diyar 
– Rəbiyə, Şam və Rumun sahibi oldu. 
Sultan Mahmudun ölümündən sonra Səncər onun qardaşı 
II Toğrulu özünə  vəliəhd etdi. Mahmudun oğlu Davud II 
Toğrula qarşı  çıxış etdi. Davudu Mahmudun qardaşı  Gəncə 
əmiri Məsud müdafiə etdi. O, Davudun qəyyumu Azərbaycan 
atabəyi Ağ - Sunqura xəbər göndərdi ki, II Toğrul ilə özünə 
görə mübarizə aparmır, ona gürcülərdən aldığı torpaqlar bəs 
edər, o Davuda  kömək etmək istəyir. Davud və Ağ – Sunqur 
Azərbaycan və Arandan qoşun toplayıb Həmədan üzərinə 
yeridilər. Vahan kəndi yaxınlığındakı döyüşdə Davudun türk 
əskərlərinin bir hissəsi II Toğrula tərəf keçdi və Davud öz 
atabəyi Ağ – Sunqur ilə birlikdə Bağdada qaçdı. Məsud da bura 
gəldi. 1133-cü ildə  xəlifə onlara fəxri libas hədiyyə etməklə 
adlarını xütbədə çəkdi. Xəlifə, Məsud və Davud birlikdə saziş 
bağlayıb II Toğrul tərəfindən tutulmuş Azərbaycan üzərinə 
ordu göndərdilər. II Toğrul məğlub oldu və Reyə qaçdı. Məsud 
II Toğrulu təqib edərək Rey, İsfahan və Fars bölgələrinə 
Qəzənfər Rəcəbli 
 
 
142
gedərkən xəbər tutdu ki, Davud ona qarşı üsyan qaldırıb və 
təcili Azərbaycana qayıtdı. Davud qaçıb Ruincək qalasında 
gizləndi. Bu vəziyyətdən istifadə edən II Toğrul hücuma keçib 
Qəzvin yaxınlığında qələbə çaldı. Məsud məğlub olub yenə də 
Bağdada qaçdı. Xəlifə Məsud üçün yeni ordunu təchiz edəndə 
xəbər gəldi ki, II Toğrul ölüb. Məsud tez Həmədana gəldi, ordu 
ona and içdi və o İraq, Qərbi  İran və Azərbaycana sahib olub 
sultan elan olundu. 
II Toğrulun ölümünə  qədər xəlifə  əl-Müstərşid səlcuq 
hökmdarlarını  və  şahzadələrini bir-biri ilə vuruşdurmaqla 
müsəlman aləminin təkcə dini başçısı deyil, həm də dünyəvi 
başçısı mövqeyini bərpa etmək niyyətində idi. Məsud ilə Xəlifə 
əl-Mestərşid II Toğrulun ölümünə qədər bir-birilə gizli rəqabət 
aparırdılarsa, sonra onların gizli mübarizəsi açıq silahlı 
toqquşmaya çevrildi. Xəlifə bir sıra türk hərbi sərkərdələrini öz 
tərəfinə çəkməyə başladı. Sultan Məsud xəlifə tərəfinə keçmiş 
əmirlərin başına ağıl qoymaq üçün onlara məktublar yazır. 
Məsudun əmirlərə məktubları xəlifənin nökərləri tərəfindən ələ 
keçirilir. Xəlifə  əl-Müstərşid Bağdadda xütbələrdə Sultan 
Məsudun adını çəkməyi dayandırır  və 1135-ci il mayın 24-də 
sultan Məsuda qarşı müharibəyə başlayır.  
Müharibədə  xəlifə  məğlub oldu. Sultan Məsud  əsir 
alınmış  əl-Müstərşidi Həmədana gətirdi. Burada bağlanmış 
müqaviləyə görə  əl-Müstərşid  Sultan Mahmudun adına xütbə 
oxunmasına təminat verdi və heç bir zaman qoşun toplayıb 
Bağdadı  tərk etməməyini öhdəsinə götürdü. Məsud ali sultan 
Səncərə müraciət edib Xəlifənin gələcək taleyi barədə sərəncam 
verməyi xahiş etdi. Sultan Səncər ona Xəlifəni bağışlamağı və 
bütün ləyaqəti ilə Bağdada qaytarmağı  məsləhət gördü. Lakin 
əl-Müstərşid Bağdada yola düşməyə hazırlaşarkən bir dəstə 
ismaililər Xəlifənin çadırına girib onu öldürürlər. Sultan Məsud 
əl-Müstərşidin oğlu  əl-Rəşidin  əleyhinə olsa da, o əl-
Müstərşidin vaxtında vəliəhd təyin edildiyindən onun xəlifə 
seçilməsinə razılıq verdi. 


Azərbaycan Tarixi 
 
 
143 
Əl-Rəşid Səlcuqilərdən narazı olan bütün qüvvələri öz 
başına toplayıb onlara iqta paylayırdı. Bununla İraq daxili 
məsələlərdə müstəqil olduğunu nümayiş endirirdi. O, Bağdadda  
üçlər ittifaqı (Xəlifə, Davud və Mosul hakimi Zəngi) təşkil edib 
İraq sultanlığının mərkəzi hakimiyyətinə qarşı hərbi əməliyyata 
başladı. Bu müharibədə  əl-Rəşid məğlub olub Suriyaya qaçdı. 
Məsud Bağdadda bütün qazı və üləmaları yığıb əl-Müstərişidin 
öz xətti ilə yazdığı iltizamnaməni oxudu. Müftilər  əl-Rəşidin 
devrilməsini təsdiq etdilər və əl-Müktəfini Xəlifə seçdilər. 
Sultan Məsud Xilafətdə mövqeyini möhkəmlətdikdən 
sonra  əmirlərin hüquq və müstəqilliyini məhdudlaşdırmağa 
başladı. Bu ideyanı ona vəziri Kamaləddin Məhəmməd  əl-
Xəzin aşılamışdı. Məsud bu siyasəti bir qədər yerinə yetirə 
bilir, lakin əmirlərin ciddi müqavimətinə rast gəlir. Sultan 
Məsudun siyasətindən narazı olanların başında Azərbaycan 
atabəyi Qara Sunqur dururdu. Sultan taxtına göz tikən 
şahzadələr Səncərşah və Davud da Qara Sunqur ilə bir idilər. 
Qara Sunqurun əmirlər arasında nüfuzu böyük idi. Bunu nəzərə 
alaraq vəzir  əl-Xəzin Sultana Qara Suquru aradan qaldırmağı 
tövsiyə edir. Qara Sunqur da öz növbəsində 1139-cu ilin iyun 
ayında 20 minlik qoşunla Həmədan üzərinə yeriyir və Sultana 
ultimatum göndərir. Sultan əl-Xəzini öldürtdürür və başını Qara 
Sunqura göndərir. Qara Sunqurun vəziri  İzzətəlmülk Tahir 
Sultan Məsudun vəziri olur və onu uzun müddət müstəqillikdən 
məhrum edir. Qara Suqurun təkidi ilə Sultan Məsud  şahzadə 
Davudu vəliəhd təyin edir, lakin o, ismaililər tərəfindən 
öldürülür. Qara Sungur Sultan Məsudun nüfuzunun tamamilə 
aşağı düşməsindən istifadə edərək Fars vilayətinə hücum edir, 
Farsı tutub şahzadə  Səncərşaha verir. Lakin o, Azərbaycana 
qayıdan kimi Farsın  əvvəlki hakimi Boz Apa qayıdır 
Səncarşahın qüvvələrini məğlub edir, özünü isə  əsir alıb 
İsfiddej qalasına salır. Onun sonrakı taleyi haqqında heç bir 
məlumat yoxdur. Beləliklə, Sultan Məsudun taxtına namizədin 
hər ikisi aradan götürülür. Atabəy Qara Sunqur yenidən Fars 
Qəzənfər Rəcəbli 
 
 
144
üzərinə yerimək istəyir. Lakin Azərbaycanda, xüsusilə Gəncədə 
baş verən güclü zəlzələ buna mane olur. Atəbəyin ailəsi 
Gəncədə həlak olur. Qara Sunqur 1141-ci ildə Gəncə şəhərinin 
bərpası zamanı xəstələnir və vəfat edir. 
1146-cı ildə Azərbaycan və Aranın hakimi əmir Cəlili, 
Farsın hakimi əmir Boz Apa və Reyin hakimi Abbas Sultan 
Məsuda qarşı çıxış edirlər. Sultanın əmir həcibi Fəxrəddin To-
ğan – Yürek də onlara qoşulur. Onlar qoşunla Həmədana gəlib 
sultanlıqda hakimiyyəti ələ alırlar, Sultan Məsudu öz əllərində 
oyuncağa çevirirlər. Azərbaycan Fəxrəddin Toğan-Yürekin 
iqtasına verilir. Sultan Məsudun vəziri Xass bəy saraydan uzaq-
laşdırılır. 
Sultan Məsud Fəxrəddindən xilas olmaq üçün onu 
gürcülərin üzərinə göndərir. Gəncədən bütün qoşunları Şəmkirə 
yola salan Fəzrəddin tək qalır. Onu güdən Xass bəy arxadan 
yaxınlaşıb Fəxrəddini öldürür. Fəxrəddini öldürdükdən sonra 
Xass bəy Azərbaycan və Arana sahib olur. 
Fəxrəddindən bir neçə gün sonra Sultanın  əmri ilə  əmir 
Abbas da öldürülür. Fəxrəddinin və Abbasının Sultanın əmri ilə 
öldürülməsindən xəbər tutan Boz Apa öz qoşununu  İsfahana 
göndərir. Şəhəri tutub şahzadə Məhəmmədi sultan elan edir və 
Həmədan üzərinə yeriyir. 1147-ci ildə  Məsudun təcili çağırdığı 
Xass bəylə döyüşdə qələbə çalmaq şansı olan Baz – Apanın atı 
qəflətən büdrəyir və o atdan yıxılan kimi başını kəsirlər. 
1152-ci ildə Sultan Məsud Həmədanda vəfat edir. Sultan 
taxtına onun qardaşı Mahmudun oğlu Məlikşah çıxır. Xass bəy 
qoşunu ilə gəlib yeni Sultana and içirlər. 
Yeni  Sultan  Məlikşah  müstəqillik  göstərmək  istəyəndə 
vəzir  Xass  bəy  bütün  hakimiyyəti  ələ  alıb  Sultan  Məlikşahı 
həbs  edir  və 1153-cü  ildə  onun  qardaşı    Məhəmmədi  Sultan 
elan  edir.  Yeni  Sultan  Xass  bəyin  təhlükəli  adam  olmasını 
nəzərə  alaraq  hakimiyyətinin  üçüncü  günü  onu  edam  etdirir. 
Sultan
  Məhəmməd  nüfuzlu  əmirləri  öz  tərəfinə  çəkmək  üçün 
Xass  bəyin  başını  atabəy  Şəmsəddin  Eldəgizə  və  Marağa 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə