Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə39/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

Azərbaycan Tarixi 
 
 
153 
öldürüldülər. Bundan sonra III Toğrulun bütün tərəfdarları onu 
tərk etdilər. 
Qızıl Arslan Xəlifə ən-Nasirə məktub yazıb məmlük oğlu 
məmlük olduğunu və bütün müsəlmanların  əmrinin  şərafətli 
adını qorumaq üçün həmişə çalışdığını bildirdi. Sonra o, III 
Toğrula qarşı qoşun göndərməyi ondan xahiş etdi. Ən-Nasir 
1188-ci ilin martında vəziri Cəmaləddin Übeydulla ibn Yunis 
başda olmaqla III Toğrulun üstünə qoşun göndərdi. III Toğrul 
Həmədandan çıxıb  şəhərin yaxınlığında Xəlifənin ordusu ilə 
döyüşə girdi. Qızıl Arslanın ordusu gecikdiyindən Xəlifənin 
ordusu ilə birləşə bilmədi. Toğrul qələbə çaldı  və  Xəlifənin 
vəziri Cəmaləddini əsir aldı, lakin sonra buraxdı. III Toğrulun 
qalib gəlməsinə səbəb əmir Mahmud ibn Parçam əl-Yivayinin 
öz türkmən və kürd dəstələri ilə birlikdə sultanın tərəfinə 
keçməsi idi.  
1188-ci ilin dekabrında xəlifə ən-Nasir əmir Mücahidəd-
din Xalis əl-Xass başda olmaqla yeni ordu göndərdi. Xəlifənin 
ordusunun yaxınlaşmasını  eşidən III Toğrul Həmədanı  tərk 
edib  İsfahana çəkildi. Xəlifənin ordusu Həmədanı tutdu. Qızıl 
Arslan da bura gəldi. Əmir Mücahidəddin onu hökmdara məx-
sus ləyaqətlə  qəbul etdi və  xəlifənin onu öz canişini təyin 
etməsi haqqında fərmanını ona verdi. Bağdadda Qızıl Arslanın 
adına bir hökmdar kimi xütbə oxundu. Xəlifənin ordusu Qızıl 
Arslanın sərəncamına verildi və o, Həmədanda sultan taxtında 
oturduldu. Qızıl Arslanın Azərbaycanda olmamasından istifadə 
edən III Toğrul Azərbaycana soxuldu. Ona əmir  İzzəddin 
Həsən ibn Qıpçaq da qoşuldu. O, Uşnu, Urmu, Xoy və Salmas 
şəhərlərini tutdu və qarət etdi. 
1190-cı ilin oktyabrında III Toğrul Qızıl Arslan üzərinə 
hücuma keçdi. Qızıl Arslan döyüşə girməmişdən öncə qardaşı 
oğlanları Qutluq İnanc və  Əmir  Əmran ilə barışdı. Onlar 
Həmədana  əmilərinin qulluğuna gəldilər. Qızıl Arslan onların 
anası, öz qardaşının dul arvadı İnanc xatunla evləndi. Sonra o, 
qardaşı oğlu Əbubəkri ordunun sərkərdəsi təyin etdi və döyüşə 
Qəzənfər Rəcəbli 
 
 
154
girdi.  İzzəddin Həsən və III Toğrul məğlub olub döyüş 
meydanından qaçdılar. III Toğrul yenidən Həmədan üzərinə 
hücum etdi və məğlub olub əsir alındı. Qızıl Arslanın əmri ilə 
III Toğrulun ayaqlarına qandal vuruldu və Naxçıvan 
yaxınlığındakı Qəhrəm qalasına salındı.  
Qızıl Arslan Gürcüstan yürüşündən qayıdarkən 
həbsxanada olan şahzadə  Səncəri özü ilə  Həmədana gətirdi. 
Qızıl Arslan onu sultan taxtına oturtmaq istəyirdi. Lakin xəlifə 
ən-Nasir məsləhət gördü ki, o, özü sultan taxtına otursun. Onda 
Qızıl Arslan şahzadə Səncəri yenidən qalaya saldırdı və sultan 
taxtına oturdu. Sonra Qızıl Arslan İsfahana yürüş etdi və 
əleyhdarlarını darmadağın edib Həmədana qayıtdı. Beləliklə, 
İraq sultanlığının  şəriksiz Sultanı oldu. Onun hakimiyyəti 
Azərbaycan, Aran, Həmədan,  İsfahan və Reyi əhatə edirdi. 
Vassal kim ona Fars və Xuzistan hökmdarları da tabe idilər. 
Lakin hakimiyyətin  ən yüksək zirvəsinə qalxsa da Qızıl 
Arslan onu möhkəmlətmək üçün bütün imkanlardan istifadə 
etmədi. Sarayda özbaşınalıq hökm sürürdü. Qızıl Arslanın vax-
tının çoxu nökər və kənizlərin cəmiyyətində keçirdi. Onu nadir 
halda ayıq görmək olardı. 
İnanc xatun və  ətrafındakılar ondan qorxmağa 
başlamışdılar. Qızıl Arslan da onlara şübhə ilə yanaşırdı. İnanc 
xatun etibar etdiyi bir neçə əmiri yanına çağırıb dedi ki, sultan 
bizi aradan götürməmişdən biz onu aradan götürməliyik. 1191-
ci ildə Qızıl Arslana sui-qəsd təşkil edildi. O, sərxoş vəziyyətdə 
yatağında öldürüldü. Qızıl Arslan öldürülən kimi Cahan 
Pəhləvanın dul arvadlarından biri Qutayba xatun onun 
barmağından sultan üzüyünü çıxarıb oğlu  Əbubəkirə verib 
dedi: Azərbaycan və Arana get, orada bütün hakimiyyəti ələ al. 
Əbubəkir Naxçıvanın  Əlincə qalasına gəldi. Burada babası 
Şəmsəddin Eldəgəzin vaxtından bəzi Azərbaycan Atabəyliyinə 
tabe torpaqların bütün vergiləri toplanıb qalmışdı. Qala özü isə 
Cahan Pəhləvanın digər dul arvadı Zahidə xatunun 
sərəncamında idi. Əbubəkr qalanı  və  xəzinəni  ələ keçirdi. 


Azərbaycan Tarixi 
 
 
155 
Bütün yerli hakimlər onun hakimiyyətini qəbul etdilər. 
Həmədanda hakimiyyəti Qutluq İnanc və  Əmir  Əmran  ələ 
keçirdilər. İnanc xatun isə Reydə qaldı.  
Beləliklə, dövlət Cahan Pəhləvanın oğlanları arasında bö-
lüşdürüldü. Bu vaxt Cahan Pəhləvanın görkəmli silah-
daşlarından biri olan onun məmlükü  əmir Mahmud Anasoğlu 
III Toğrula qəsd edilə biləcəyini nəzərə alaraq qala rəisi ilə 
razılaşıb onu azad etdilər. O, Həmədana hücum edib onu aldı. 
Qutluq  İnanc Reye qaçdı. Burada Xarəzmşah Tekişə  xəbər 
göndərdi ki, III Toğrul həbsdən çıxıb İran İraqını tutub. O, Xa-
rəzmşahdan III Toğrula qarşı kömək istədi. Tekiş  vəziyyətdən 
istifadə edib öz qoşunlarını İraqı tutmağa göndərdi. Onun ordu-
su Reyi tutub ölkədə özbaşınalığa başladı. Qutluq İnanc və 
anası qorxuya düşüb Sərcahan qalasında gizləndilər. 
Tekiş  xəbər tutdu ki, qardaşı Sultanşah ona qarşı üsyan 
qaldırıb. O, Rey və Təbərəkdə əmir Tamğaçın başçılığı altında 
qarnizon qoyub getdi. III Toğrul bundan istifadə edib 1193-cü 
ildə xarəzmlilərin qarnizonlarına hücum etdi, Rey və Təbərəki 
aldı.  
İnanc xatun III Toğrula məktub yazıb bildirdi ki, o, 
həmişə III Toğrula meyli etmişdir və onun düşmənlərinin 
düşməni olmuşdur.  Əgər onu qəbul etsə, onun kənizi olar və 
ona xidmət edər. O, yazırdı ki, Həmədana gəlib özündə olan 
xəzinə  və pulları III Toğrula verəcəkdir. III Toğrul  İnanc 
xatunla evlənməyə razı oldu. Evləndikdən bir az sonra III 
Toğrula xəbər verdilər ki, İnanc xatun onu zəhərləmək istəyir. 
III Toğrul  İnanc xatunun zəhər qatdığı içkini onun özünə 
içdirdi.  İnanc xatun zəhəri içib, həyatı  tərk etdi. Qutluq İnanc 
Təbrizə qaçdı və qardaşı Əmir Əmiran ilə birlikdə Təbrizi ələ 
keçirib Naxçıvan üzərinə hücum etdilər, lakin Əbubəkr 
tərəfindən məğlub edildilər.  Əmir  Əmiran  Şirvana qaçdı, 
Qutluq  İnanc isə  Zəncanda gizləndi, sonra isə Xarəzmşahın 
yanına getdi.  
Qəzənfər Rəcəbli 
 
 
156
III Toğrul bəzən xəlifənin hakimiyyəti altında olan 
torpaqlara da  hücum edirdi. Odur ki, xəlifə Xarəzmşahla əlbir 
olub III Toğrula qarşı mübarizəyə başladılar. Reydə Qutluq 
İnancın komandası altında olan Xarəzmşahın qoşunları ilə 
döyüşdə III Toğrul gözündən oxla yaralandı  və Qutluq İnanc 
tərəfindən tutulub başı  kəsildi, Xarəzmşah Tekişə göndərildi; 
Tekiş də onu Bağdada xəlifəyə göndərdi. İraq taxtının sonuncu 
sultanı belə öldürüldü. 
Şirvanşah I Axsitan Əmir  Əmiranı  ləyaqətlə qarşıladı. 
Qızını ona ərə verdi və onun üçün qoşun düzəldib  Əbubəkirə 
qarşı vuruşmaq üçün gürcü ordusu ilə birləşməyə göndərdi.  
Çariça Tamara Əbubəkir ilə müharibə üçün Əmir  Əmiran 
şəxsində müttəfiq tapıb Aran və Azərbaycan üzərinə qoşun 
göndərdi.  Əbubəkir  Şəmkir yaxınlığındakı döyüşdə  məğlub 
oldu. O, Beyləqana geri çəkildi, oradan isə Naxçıvana getdi.  
Gürcülər David Soslanın komandası altında Gəncəni ala 
bilmədilər. Onda Əmir  Əmiran hiyləyə  əl atdı, gürcülərə dedi 
ki, siz Gəncədən uzaqlaşın, məni gəncəlilər  şəhərə buraxarlar 
və siz vaxtlı-vaxtında xəracınızı alarsız. Gürcülər bir neçə hərbi 
sərkərdənin  Əmir  Əmiranla Gəncəyə girməsi  şərti ilə 
razılaşdılar. Gəncəlilər Əmir Əmiranı şəhərə buraxdılar. Gürcü 
qoşunları getdikdən sonra Əmir  Əmiran  şəhərin müsəlman 
əhalisini sıxışdırır, xristianlara üstünlük verirdi. Odur ki, şəhər 
əhalisi onu zəhərləyib öldürdülər,  Əbubəkiri Gəncəyə  dəvət 
etdilər. 
Müttəfiqlərinin ölümü xəbərini alan gürcülər Gəncəyə 
hücum etdilər.  Əbubəkr Naxçıvana geri çəkildi. Gürcülər onu 
təqib etməyə başladılar. Onlar Dvini aldıqdan sonra Əbubəkr 
gürcülərin ölkənin gürcülərinə girəcəklərindən ehtiyat edib 
Naxçıvandan Təbrizə getdi. Bu vaxt Xarəzmşah Tekiş Əbubək-
rə məktub göndərib xəbər verdi ki, Həmədanı tərk edir və İran 
İraqının idarəsini ona vermək istəyir.  Əbubəkr cavabında 
bildirdi ki, hazırda o gürcülərlə müharibə  vəziyyətindədir və 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə