Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə42/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   38   39   40   41   42   43   44   45   ...   134

Azərbaycan Tarixi 
 
 
165 
sonra  Əmir Teymura arxalanan Şirvanşah I İbrahim Qarabağı 
da tutaraq öz dövlətinə qatdı.  
1405-ci ildə  Əmir Teymurun vəfatından sonra, onun 
varislərinin hakimiyyəti dövründə  Şirvanşah I İbrahimin  əl-
qolu açıldı. O, bütün Azərbaycanı öz hakimiyyəti altında 
birləşdirmək siyasəti yeritdi, lakin buna nail ola bilmədi.  
I  İbrahimdən sonra Şirvanşahlar taxtına onun oğlu I 
Xəlilüllah oturdu. I Xəlilüllah Qarabağda düşərgə salmış Əmir 
Teymurun nəvəsi  Şahruxun yanına getdi. O, Şahrux ilə 
qohumluq əlaqəsi yaratmaqla teymurilərin dəstəyinə nail oldu. 
Bu isə Qaraqoyunlu hökmdarı  İskəndərin xoşuna gəlmədi. 
Qaraqoyunlu  İskəndər  şah 1434 və 1437-ci illərdə iki dəfə 
Şirvana hücum edib Şamaxı şəhərini xarabazara çevirdi. 1460-
cı ildə Ərdəbil hakimi Şeyx Cüneyd Şirvana hücum etdikdə isə 
Şirvanşah I Xəlilüllah Qaraqoyunlu Cavanşahla birləşib Samur 
çayının sol sahilində  Qıpçaq kəndi yaxınlığında baş verən 
döyüşdə  Ərdəbil hakiminin 10 min nəfərlik qoşununu məğlub 
etdi, Şeyx Cüneyd isə öldürüldü. 
1465-ci ildə I Xəlilüllahın ölümündən sonra Şirvanşah 
taxtına onun oğlu Fərrux Yasar oturdu. O, hakimiyyətinin ilk 
illərində ata və babasının Əmir Teymur və onun nəsli ilə yaxın 
əlaqə saxlamaq ənənəsini pozaraq, daha qüdrətli dövlət olan 
Ağqoyunlu dövləti ilə yaxınlaşdı. O, öz bacısını  Ağqoyunlu 
Yaqub şaha ərə verməklə onlarla qohumlaşdı. Lakin Ağqoyun-
luların müttəfiqi və qohumları  Ərdəbil hakimi Şeyx Cüneydin 
oğlu Şeyx Heydər də Dağıstana hərbi yürüş zamanı Şamaxıya 
hücum etdi. Yaqub şah qaynı Fərrux Yasarın köməyinə qoşun 
göndərib Şeyx Heydəri məğlub etdi. Döyüşdə Şeyx Heydər ya-
ralanıb öldü. Beləliklə, Şirvanşahlar dövlətinin müstəqilliyi qo-
runub saxlandı. 
11.4. Qaraqoyunlu dövləti.  XIII  əsrdə monqollarla 
birlikdə Azərbaycana oğuz türk soylarından qaraqoyunlular da 
gəlmişdilər. Qaraqoyunlu soyları öz adını daşıdıqları bayrağın 
rəmzindən almışdılar. Qaraqoyunlu soyları  Cənubi Azərbay-
Qəzənfər Rəcəbli 
 
 
166
canın qərb hissəsində  və indiki Türkiyənin  şərq torpaqlarında 
məskunlaşmışdılar. Qaraqoyunlu soy ittifaqının başçısı Bayram 
Xoca idi. 1380-ci ildə onun vəfatından sonra Qaraqoyunluların 
başçısı Qara Məhəmməd olur. O, Van gölü ətrafındakı 
torpaqları öz hakimiyyəti altında birləşdirib kiçik hökmdarlıq 
yaradır. Onun ölümündən sonra qaraqoyunluların hakimi oğlu 
Qara Yusif olur. Qara Yusif torpaqlarını  Əmir Teymurun 
hücumlarından qorumaq üçün Təbrizi özünə paytaxt etmiş 
Cəlairilər dövləti ilə ittifaq bağlayır. 1392-ci ildə müttəfiqlərin 
qoşunu  Əmir Teymurun ordusu ilə döyüşdə  məğlubiyyətə 
uğrayır. Qara Yusif Kürdistandan cənuba tərəf çəkilməli olur. 
1394-cü ildə Bağdad yaxınlığında Qara Yusif və onun müttəfiqi 
Əhməd Cəlairi ikinci dəfə Əmir Teymur tərəfindən məğlubiy-
yətə uğradılır. Onlar Əmir Teymura qarşı yeni ittifaq bağlamaq 
üçün Misirə gedirlər. Lakin Misir sultanı nəinki onların ittifaq 
təklifini qəbul etmir, hətta  Əmir Teymurun qəzəbindən 
qorxaraq onları həbs etdirib zindana saldırır. Onlar yalnız 1405-
ci ildə Əmir Teymurun vəfatından sonra zindandan çıxdılar.  
Zindandan çıxdıqdan sonra Sultan Əhməd Cəlairi öncə 
Bağdadı sonra isə  Təbrizi tutub öz hakimiyyətini bərpa etdi. 
Qara Yusif isə Kürdüstandan şimalda yerləşən öz torpaqlarını 
geri ala bildi. Tezliklə teymurilərdən olan Əbubəkr Sultan Əh-
mədi məğlub edib Təbrizi tutdu. Sultan Əhməd qaçaraq canını 
qurtara bildi. Qara Yusif onun köməyinə  gəldi, 1408-ci il ap-
relin 21-də Təbriz yaxınlığındakı döyüºdə Əbubəkrin ordusunu 
məğlubiyyətə  uğratdı. Döyüşdə Azərbaycanın hökmdarı  təyin 
olunmuş Əmir Teymurun oğlu Miran şah da öldürüldü. Sultan 
Əhməd Təbrizə qayıdıb yenə  də  Cənubi Azərbaycanda haki-
miyyətini bərpa etdi. 
Qara Yusifin dəstəyi ilə hakimiyyətini bərpa etmiş Sultan 
Əhməd qaraqoyunluların güclənməsindən qorxuya düşərək, 
onlara qarşı düşmənçiliyə başladı. Sultan Əhmədin dönüklü-
yündən xəbər tutan Qara Yusif Təbriz üzərinə yeriyərək 1410-
cu il avqustun 30 da Təbriz yaxınlığındakı döyüşdə Sultan 


Azərbaycan Tarixi 
 
 
167 
Əhməd üzərində  qələbə çalıb Təbrizi aldı, öz dövlətinin 
paytaxtı etdi və Qaraqoyunlu dövlətini yaratdı. 
Şirvanşah I İbrahim oğlu Keyumərsin başçılığı altında 
Qara Yusifin üzərinə qoşun göndərdi. Qara Yusif Şirvanşah 
qoşunları üzərində  qələbə çalıb Keyumərsi  əsir aldı.  Şah I 
İbrahim  Şəki və Kaxetiya hökmdarları ilə Qara Yusifə qarşı 
ittifaq bağladı. Qara Yusif güclü süvari qoşunla Kür çayı 
sahilinə  gəldi və 1412-ci il noyabrın 6-da həlledici döyüşdə 
müttəfiqlər üzərində parlaq qələbə çalıb  şah I İbrahim ilə 
birlikdə Kaxetiya çarını və Şəki hökmdarını da əsir aldı. Şah I 
İbrahim can bahası ödəməklə azad edildi. Şirvanşahlar dövləti 
Qaraqoyunlu dövlətindən asılı vəziyyətə düşdü. 
Qara Yusifin vəfatından sonra Qaraqoyunlu hökmdarı 
onun oğlu Qara İskəndər, daha sonra Cahanşah oldu. Qara 
İskəndər  Şirvanşah I Xəlilüllah və Orta Asiya ilə  İranı özünə 
tabe edə bilmiş Əmir Şahrux ilə uzun sürən müharibələr etməli 
oldu.  İskəndərin ölümündən sonra Şahrux Cahanşahı özündən 
asılı vəziyyətə sala bilmişdi. Bu asılılıq Şahruxun sarayına hər 
il hədiyyələr göndərməklə  məhdudlaşırdı. 1435-ci ildə  Şahru-
xun ölümündən sonra Cahan şah müstəqilliyini bərpa edə bildi. 
11.5. Ağqoyunlu dövləti. Qaraqoyunlu dövlətindən qərb-
də Diyarbəkir, Mərdin və ətraf torpaqlarda oğuz türk soyların-
dan ağqoyunlu soyları yaşayırdılar. Ağqoyunlu soy ittifaqının 
bayrağında ağ qoç rəmzi vardı. Ağqoyunlu sülaləsinin baniləri 
olan Bayandurlar sülaləsinin nümayəndələri Bizans və Trabzon 
yunan sarayları ilə qohumluq əlaqələrilə bağllı idilər. 
XV  əsrin 60-cı illərində daxili çəkişmələr nəticəsində 
Qaraqoyunlu dövləti xeyli zəifləmişdi. Xalq kütlələrinin maddi 
vəziyyəti ağırlaşmışdı, ölkədə narazılıq artmışdı. Bundan da 
ağqoyunlular istifadə edərək Azərbaycanda hakimiyyəti  ələ 
keçirmək fəaliyyətinə başladılar. Ağqoyunlu sülaləsi  Əmir 
Teymur və teymurilər ilə  sıx  əlaqə saxlayırdı. Bu əlaqələr 
Şahruxun hakimiyyəti illərində daha da möhkəmlənmişdi. 
Teymuri  Şahrux ağqoyunlulardan qaraqoyunluları öz 
Qəzənfər Rəcəbli 
 
 
168
tabeliyində saxlamaq üçün istifadə edirdi. Ağqoyunlu hökmdarı 
Qara Osman Yuluq (1394-1494) qaraqoyunlular Təbriz 
yaxınlığında teymurilərlə qarşı-qarşıya gələn zaman arxadan 
qaraqoyunlular üzərinə hücum edib Ərzincan  və Sivasi ələ 
keçirməklə teymurilərə kömək etmişdi.  
Ağqoyunlu sülaləsinin görkəmli nümayəndəsi istedadlı 
sərkərdə və dövlət xadimi Uzun Həsən (1453-1478) olmuşdur. 
1453-cü ildə hakimiyyət başına gələn Uzun Həsən qaraqoyunlu 
qoşunlarını məğlub edib tarixi Ermənistanı və Kürdüstanı tutur. 
Qərbdə torpaqlarını itirən Qaraqoyunlu Cahanşah  şərqə  tərəf 
torpaqlarını genişləndirərək  İranın Xəzər sahili torpaqlarını 
tutur. 1459-cu ildə Cahan şah teymurilərlə hərbi ittifaq bağlayıb 
ağqoyunluları ənənəvi müttəfiqlərindən ayırmağa nail olur.  
Ağqoyunluların güclənməsi qaraqoyunlularla bərabər 
Osmanlı türklərini də narahat edirdi. Bu dövrdə Osmanlı 
Sultanı II Mehmet Fateh geniş işğallara başlamış, 1453-cü ildə 
Bizansın paytaxtı Konstantinopolu tutmuşdu.  
Şərqdən Cahanşahın, qərbdən isə II Mehmetin istilaları 
ağqoyunluların vəziyyətini mürəkkəbləşdirirdi. Uzun Həsən 
qaraqoyunluların daxili çəkişmələrindən istifadə edərək öncə 
onların üzərinə hücuma başladı. Onların arasında həlledici 
döyüş 1467-ci ildə Muş düzündə baş verdi. Bu döyüşdə qaraqo-
yunlu ordusu darmadağın edildi və qaraqoyunlu dövlətinin 
mövcudluğuna son qoyuldu. Onun torpaqları  ağqoyunluların 
əlinə keçdi.  
Cahanşahın varisləri Qaraqoyunlu dövlətini bərpa etməyə 
cəhd göstərdilər. Onlar Xorasan hakimi Teymuri Əbu Səidlə 
ağqoyunlulara qarşı ittifaq bağladılar. Əbu Səid böyük qoşunla 
ağqoyunlular üzərinə  hərəkət edərək Xəzərin cənub-qərbində 
Mahmudavar kəndi ilə Qızılağac kəndi arasında düşərgə saldı. 
O, Şirvanşah Fərrux Yasarın ona qoşulacağına ümid bəsləyirdi. 
Lakin Fərrux Yasar ona qoşulmadı, Uzun Həsənlə ittifaqa girdi. 
Ərdəbil hakimi Şeyx Cüneyd də  ağqoyunlulara qoşuldu.  Əbu 
Səid çox gözlədi, Qaraqoyunlu qoşunları da gəlib onunla 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə