Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə35/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

Azərbaycan Tarixi 
 
 
137 
IX əsrdə Türkmənistan ərazisində mövcud olan Qərbi və 
Şərqi Qaraxanilər dövlətləri ilə yanaşı Yabqu dövləti adlı bir 
oğuz dövləti də vardı. Yabqu dövləti doqquz oğuz türklərindən 
olan 24 oğuz boyunu birləşdirirdi. Dövlətdə hökmdar vəzifəsi 
“yabqu” adlanırdı. Hakimiyyətdə ikinci vəzifə qoşunun sərkər-
dəsi olan “sübaşı” (“sü” – qoşun və “başçı” sözlərindəndir) he-
sab edilirdi. Bir qayda olaraq yabqu vəzifəsini “bayat” boyunun 
bəyi, sübaşı vəzifəsini “kınık” boyunun bəyi tuturdu.  
Yabqu dövlətində görkəmli sübaşılarından biri Dokak 
bəy olmuşdur. Tarixdə  Əltunqa adı ilə  məşhur olan Dakak 
bəyin vəfatından sonra onun oğlu Səlcuq bəy sübaşı olur. 
Səlcuqun yabqu ilə arası  dəyir, münasibətləri gərginləşir. 
Səlcuq öz kınık boyunu götürüb Aral dənizindən cənubda 
yerləşən bir bölgəyə gedir. O vaxt Türküstanda ən qüdrətli 
dövlət olan Qaraxanilərin xaqanı onlara məskunlaşmaq üçün 
torpaq verir. Həmin dövrdə Buxara və Səmərqənd şəhərlərinin 
əhalisi artıq müsəlman idi. Səlcuq onlar vasitəsilə İslam dininin 
ehkamları ilə tanış olur və  İslamın mahiyyətini dərk edib, 
mütərəqqiliyini görür. Səlcuq  İslamı  qəbul edir və onun fəal 
təbliğatçılarından birinə çevrilir. Bu onun hörmətini artırır və 
qısa müddətdə bölgədə tanınmış siyasi xadimə çevrilir. 
 
Yabqunun adamları növbəti dəfə vergi toplamağa gələndə 
Səlcuq onları qovur və deyir: “Mən kafirlərə vergi vermərəm.” 
Bundan sonra Səlcuq müstəqil hökmdar olur və özünü “yabqu” 
adlandırır. Beləliklə, Səlcuq dövləti yaranır. Qaraxanilər 
hökmdarı bu dövləti tanıyır.  
Səlcuqun 4 oğlu vardı. Mikayıl, Arslan, Yusif və Musa. 
Böyük oğlu Mikayıl hələ 998-ci ildə döyüşlərdən birində həlak 
olmuşdu. Səlcuq 1009-cu ildə 100 yaşında vəfat etdikdən sonra 
onun oğlanları növbə ilə yabqu taxtına otururlar. Kiçik oğlu 
Musa dörd il hökmdar olduqdan sonra qardaşı Mikayılın 
oğlanları Çağrı və Toğrulun xeyrinə yabqu vəzifəsindən imtina 
edir. Çağrı və Toğrul yabqu taxtına otururlar.  
Qəzənfər Rəcəbli 
 
 
138
Səlcuq vəfat edəndə Çağrı və Toğrulun 17-21 yaşları var 
idi. Səlcuq hələ sağ ikən nəvələrinin tərbiyəsi ilə  məşğul 
olurdu. O, nəvəsi Çağrı  bəyi cəsur döyüşçü və yaxşı  sərkərdə 
kimi, nəvəsi Toğrulu isə  ağıllı  və müdrik dövlət başçısı kimi 
yetişdirmişdi. Çağrı və Toğrul birlikdə dövləti idarə edir və öz 
qabiliyyətləri ilə bütün Türküstanda şöhrət qazanırlar. Onların 
şöhrətinin artması Qaraxani hökmdarını narahat edir. Çağrı sə-
fərdə olduğu zaman Qaraxanilərin hökmdarı Toğrul bəyə böh-
tan atdırıb onu həbs edir. Bundan xəbər tutan Çağrı bəy qoşunla 
Qaraxani sarayına hücum edir, qələbə çalıb qardaşını azad edir.  
Bu hadisədən sonra Çağrı və Toğrul qardaşları Qaraxani-
lərin torpaqlarında qala bilməzdilər. Onlar soydaşları ilə 
birlikdə öz ölkələrinə qayıdırlar. Burada isə yabqu onların 
mülklərini müsadirə etmişdi və qardaşları ölkəyə buraxmadı. 
Qardaşlar dəstək üçün türklərin  ən böyük hökmdarı Sultan 
Mahmud Qəznəviyə müraciət etdilər. lakin Sultan Mahmud 
Qaraxanı xaqanlarının və yabqunun tərəfini saxladı.  
Vəziyyət belə  gərgin hal aldıqda Çağrı  və Toğrul Ön 
Asiyaya köçməyi qərara aldılar. Öncə Çağrı bəy 2 min nəfərlik 
süvari dəstə ilə Ön Asiyaya, o cümlədən, Azərbaycana 
kəşfiyyat səfəri etdi və qayıdıb qardaşına bildirdi ki, səfər etdiyi 
ölkələr maldarlıqla məşğul olmaq üçün, qoyun sürüləri və at 
ilxıları saxlamaq üçün çox yaxşı,  əlverişli yerlərdir. Qardaşlar 
ağsaqqallar ilə  məsləhətləşib qərbə doğru köç etməyi qərara 
aldılar. 
1040-cı ildə səlcuq oğuzlarının qərbə doğru köçü başladı. 
Səlcuq oğuzları  İranın  şimal bölgələrində olarkən xəbər 
tutdular ki, Qaznəzi hökmdarı Sultan Mahmud Hindistanda 
hərbi səfərdədir və paytaxtı Nişapur  şəhərinin müdafiəsi 
möhkəm deyildir. Çağrı bəy Nisapur şəhərini hücumla aldı və 
Qəznəvilərin xəzinəsini ələ keçirdi. Sultan Mahmud Nişapurun 
səlcuqlar tərəfindən alınması xəbərini eşidib Hindistan səfərini 
yarımçıq qoydu və geri qayıtdı. Çağrı bəy Sultan Mahmud ilə 
döyüşmək qərarına gəldi. O, Sultan Mahmudun 100 min 


Azərbaycan Tarixi 
 
 
139 
nəfərlik ordusunun gəlib çıxmasını gözləmədən ona qarşı 
hərəkət etdi. Böyük ordu hələ    hərbi yürüş qaydası ilə 
Hindistandan İrana doğru hərəkət edən zaman Çağrı bəy kiçik 
dəstələrlə cinahlardan ona həmlələr edib taqətdən saldı. 
Nəhayət, 1040-cı il mayın 20 də  Mərv  şəhəri yaxınlığında 
Dandanakan adlı yerdə baş döyüş oldu. Çağrı bəyin sərkərdəlik 
məharəti nəticəsində səlcuqların 20 min nəfərlik süvari ordusu 
qəznəvilərin yaxşı təlim görmüş nizami ordusunu məğlub etdi
Sultan Mehman öldürüldü. 
Dandanakan döyüşündən bir gün sonra Mərv  şəhərinin 
kənarındakı meydanda səlcuq oğuz türklərinin bəyləri, 
sərkərdələri və  ağsaqqalları qurultaya toplaşdılar. Qurultayda 
Türk Səlcuq Sultanlığının yaradılması elan olundu. Çağrı bəyin 
təklifi ilə qardaşı Toğrul bəy sultan taxtına oturduldu. Toğrul 
bəy sultan taxtına oturduqdan sonra səlcuq oğuz türkləri qərbə 
doğru yürüşlərini davam etdirdilər. 
Sultan Toğrulun türk ordusu bütün İranı tutub 1054-cü 
ildə Azərbaycana daxil oldu. Azərbaycanda Rəvvadilərin 
hökmdarı Vəhsudan Vəhsırdan müqavimət göstərməyib Sultan 
Toğrulun hakimiyyətini tanıdı. 17 yanvar 1055-ci  ildə Sultan 
Toğrulun türk ordusu Xilafətin paytaxtı Bağdada daxil oldu. 
Abbasi xəlifələr sultan Toğrulun ali hakimiyyətini tanıdılar. 
Xilafət ilə Türk Səlcuq Sultanlığı arasında bağlanan 
müqaviləyə  əsasən Xilafət  və Türk Səlcuq Sultanlığı vahid 
dövlət halında birləşdilər. Yeni fövqəldövlət  İraq Türk Səlcuq 
Sultanlığı adlandı. Sultanlıqda ali dini hakimiyyət xəlifələrə, ali 
dövlət hakimiyyəti isə sultanlara məxsus idi. Beləliklə, səlcuq 
oğuzları  tərəfindən tutulmuş Azərbaycan da İraq Türk Səlcuq 
Sultanlığının tərkibinə qatıldı. 
10.2. Azərbaycan  İraq Türk Səlcuq Sultanlığının 
tərkibində.  Sultan Toğrulun vəfatından sonra varisləri 
Alparslar və  Məlikşahın hərbi yürüşləri nəticəsində bütün 
Cənubi Qafqaz, Kiçik Asiya və Suriya da İraq Türk Səlcuq 
Sultanlığının tərkibinə qatıldı. Səlcuq oğuzlarının ən böyük qə-
Qəzənfər Rəcəbli 
 
 
140
ləbələrindən biri 1071-ci ildə Malazgird yaxınlığında Bizans 
ordusu üzərində olmuşdur. Bu qələbənin nəticəsində  səlcuq-
ların hakimiyyəti  şərqdə Orta Asiyanın Qaşqar bölgəsindən 
qərbdə Aralıq dənizinə qədər, şimalda Qafqazdan cənubda Yə-
mənə qədər böyük bir ərazini əhatə edirdi. Səlcuqların imperi-
yasının tərkibinə daxil olan dövlətlərin hökmdarları sultanların 
vassallarına çevrilirdilər. 
Məlikşah və onun məşhur vəziri Nizamimülkün vəfatın-
dan sonra imperiyanın  əsas  ərazisində böyük sultan taxt-tacı 
üstündə mübarizə başlandı. Məlikşahın böyük oğlu 
Börküyarığa qarşı onun kiçik qardaşı, Azərbaycanın hakimi 
Məhəmməd Təpər çıxış etdi. Onu Xorasanın hakimi, 
Məhəmməd Təpərin anabir qardaşı  Səncər və bir sıra  əmirlər 
müdafiə edirdilər. Lakin Sultan Börküyarıq 1101-ci ildə  Hə-
mədan yaxınlığındakı döyüşdə onları  məğlub etdi. Xəlifə  əl-
Müstəzirin vasitəçiliyi ilə sultanlıq qardaşlar arasında bölüşdü-
rüldü. Məhəmməd Təpər Azərbaycan, Cəzirə  və Diyarbəkirin 
məliki (hakimi), Səncər – Xorasanın məliki oldu, Börküyarıq 
isə sultan elan olundu. 
Bir qədər sonra M.Təpər yenə  də qoşun toplayıb 
Börküyarığa qarşı çıxdı və bu dəfə də Xoy yaxınlığında məğlub 
oldu. Lakin ən nəhayət Börküyarıq 1104-cü ildə  Məhəmməd 
Təpərin Azərbaycan, Qafqaz və Suriya üzərində sultanlığını 
təsdiq etdi. 1104-cü ildə sultan Börküyarıq öldü və bütün impe-
riyanın sultanı Məhəmməd Təpər oldu. Qərbi İran, Azərbaycan 
və İraqı o bilavasitə özü idarə edirdi. Xorasanı isə canişin kimi 
Səncər idarə edirdi. 1118-ci ildə Məhəmməd Təpərin ölümün-
dən sonra taxt-tac üstündə mübarizə yenidən qızışdı. 
Məhəmməd Təpər ölümündən hələ bir qədər  əvvəl oğlu 
Mahmudu vəliəhd təyin etdi. Əmirlər Mahmuda and içdilər, xə-
lifə əl-Müstəzir Mahmudun sultan hüququnu tanıdı, Bağdadda 
onun adına xütbə oxunmağa başladı. 
Mahmud hakimiyyətinin bütün illərində qardaşları Toğ-
rul, Məsud, Səncərşah ilə taxt-tac üstündə mübarizə etməli 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə