Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə49/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   45   46   47   48   49   50   51   52   ...   134

Azərbaycan Tarixi 
 
 
193 
oktyabrın 29-da Təbrizi azad etdi. Təbrizin alınmasında üsyan 
etmiş şəhər əhalisinin orduya böyük dəstəyi oldu. Təbrizi azad 
etdikdən sonra 120 min nəfərlik Səfəvi ordusu geri çəkilən 
Osmanlı ordusunu təqib etməyə başladı. Səfəvi ordusu üsyan 
etmiş  əhalinin dəstəyi ilə Xoy, Salmas, Marağa, Culfa, 
Ordubad, Cavanşir və b. yaşayış məntəqələrini azad etdi. 1603-
cü il noyabrın 26- da Naxçıvan, 1604-cü ildə  İrəvan və Qars 
azad edildi. 1605-ci ildə  Səfəvi ordusu Urmu və Van gölləri 
ətrafındakı ərazidə Osmanlı ordusu üzərində mühüm qələbələr 
çaldı. 1605-ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı döyüşdə 
Cəlaloğlu Sənan paşanın başçılıq etdiyi 100 min nəfərlik 
Osmanlı ordusu darmadağın edildi. 
Osmanlı dövlətinin məğlub olması  təhlükəsi yaranmışdı. 
Bu da Avropa dövlətlərini çox narahat edirdi. Çünki Avropa 
dövlətləri Səfəvilər dövlətinə Osmanlı sultanlığını Avropanın 
mərkəzinə doğru irəliləməkdən çəkindirən bir qüvvə kimi 
baxdıqları halda, Osmanlı sultanlığına Səfəvilərin həddən artıq 
güclənib dünya dövlətinə çevrilməsinin qarşısını ala bilən 
qüvvə kimi baxırdılar. Odur ki, Almaniya Osmanlı imperiyası 
ilə  təcili sülh bağlayaraq, Səfəvilər dövlətini Osmanlı 
imperiyası ilə müharibə meydanında tək qoydu. Osmanlı 
ordusunun komandanlığı Avropa cəbhəsində olan hərbi 
hissələrini Anadoluya keçirmək imkanını  əldə etdi. Amma bu 
Osmanlı ordusunun durumunu bir qədər yaxşılaşdırsa da onu 
məğlubiyyətdən xilas edə bilmədi. 
Sufiyan yaxınlığındakı  qələbəsindən sonra Şah I Abbas 
osmanlılara öz qoşunlarını  bərpa etməyə imkan vermədi, 
hücumu davam etdirərək 1605-1607-ci illərdə Gəncə,  Şamaxı, 
Bakı, Dərbənd, Lori, Tiflis və Dumanisini azad etdi. Bütün 
Azərbaycanı azad etdikdən sonra Şah I Abbas Osmanlı 
sultanına sülh təklif etdi. Qərbdə və şərqdə apardığı uzun sürən 
müharibələrdə  zəifləmiş Osmanlı dövləti üçün sülh 
bağlamaqdan başqa çıxış yolu yox idi. 1612-ci il oktyabrın 17-
də İstanbulda Səfəvi – Osmanlı sülh müqaviləsi imzalandı. Bu 
Qəzənfər Rəcəbli 
 
 
194
müqavilə ilə Səfəvilər dövlətinin sərhədləri 1555-ci il Amasiya 
sülh müqaviləsi ilə müəyyən edilən hüdudlarda bərpa edildi. 
Səfəvilər dövləti  Şah I Abbasdan sonra onun varisləri 
dövründə xeyli zəiflədi. Dövlətin belə durumu xüsusilə  Şah 
Hüseynin dövründə daha da ağırlaşdı. Şah Hüseynin dəbdəbəli 
həyat sürməsi dövləti müflisləşdirmişdi.  İş o yerə çatmışdı ki, 
eyş-işrət məclisləri düzəltmək və  əyanlara hədiyyələr vermək 
üçün saraydakı qızıl-gümüş əşyalar da götürülüb xərclənmişdi. 
Paytaxtda və əyalətlərdə əmirlər və iri feodallar Şah Hüseynlə, 
demək olar ki, hesablaşmırdılar. 
Dövlətin acınacaqlı durumu öz torpaqlarını  cənuba tərəf 
genişləndirmək planı olan Rusiyanın da diqqətini cəlb edirdi. 
Rusiyanın Səfəvilər sarayındakı  səfiri Volınski gizli məktubla 
imperator I Pyotra yazırdı: “İndi buranın elə hökmdarı var ki, o, 
təbəələri üzərində deyil, təbəələri onun üzərində hakimlik edir. 
Şah zahirən suverendirsə  də, onun hakimiyyətinin ancaq adı 
var. Hakimlər meyvəni özlərinə götürür, yarpağını isə dövlətə 
verirlər.” Səfir başqa bir məktubunda yazırdı: “Səfəvilər 
dövlətinin taxıl anbarı olan Azərbaycanda 7 ildir ki, tarlalar 
əkilmir. Güclü aclıq hökm sürür. Biz Təbrizdə olarkən
küçələrdə yüzlərlə dilənçiyə rast gəldik.” 
Beləliklə, XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin 
iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. İki  əsrdən çox yaşı 
olan Səfəvilər dövlətinin tənəzzülü dövründə Azərbaycan 
Osmanlı və Rusiya imperiyalarının rəqabət meydanına çevrildi. 
Səfəvilər dövlətinin tənəzzülü dövrünü ölməkdə olan bir 
nəhəngin can verməsinə  bənzətmək olar. Rusiya və Osmanlı 
imperiyaları kimi yırtıcılar can verən nəhəngin ətrafında durub 
onun ölməsini gözləyirdilər ki, cəsədini parçalayıb öz 
aralarında bölüşdürsünlər.  
Azərbaycan Səfəvilər dövlətinin yaranması  və inkişafı 
ölkəmizin tarixində xüsusi əhəmiyyəti olan hadisələrdən biri 
idi. Səfəvilər dövlətinin meydana gəlməsi sadəcə sülalə 
dəyişikliyi deyildi, Ön Asiyada, o cümlədən Azərbaycanda 


Azərbaycan Tarixi 
 
 
195 
feodal münasibətlərinin inkişafının yeni mərhələsinin nəticəsi 
idi. 200 ildən çox mövcud olmuş Səfəvilər dövlətinin tərkibinə 
Azərbaycanın  şimal və  cənub torpaqlarının siyasi baxımdan 
birləşməsi Vətənimizin feodalizm dövrü tarixində mühüm 
mərhələ hesab edilir. 
                         
Ədəbiyyat: 
1. Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, s.182-200  
2. Azərbaycan tarixi. Dərslik,1 - ci cild, s.382 - 499 
3. O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 
1993  
4. Ş. Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası  
(XV-XVI əsrlərdə). Bakı, 1994  
5.C.  İbrahimov. Səfəvilərin  Ərdəbil hakimiyyətinə dair. 
Bakı, 1958 
6. Y. Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 1996 
7. Я.Махмудов. Взаимоотношения государства  
Аккоюунлу и Сефевидов с европейскими  странами  
во второй половине XV - начале - XVII вв.   
                                
   
Qəzənfər Rəcəbli 
 
 
196
 
 
XIII FßSÈL 
 
AZƏRBAYCAN XANLIQLARI 
 
13.1. Səfəvilər dövlətinin süqutu və Azərbaycan 
ərazisində xanlıqlar adlı kiçik feodal dövlətlərin yaranması. 
XVII  əsrin sonu və XVIII əsrlərin başlanğıcında Səfəvilər 
dövlətində siyasi durum çox mürəkkəb, beynəlxalq vəziyyəti 
isə qeyri müəyyən idi. Şimaldan Rusiya imperiyası, qərbdən isə 
Osmanlı imperiyası Azərbaycana göz dikmişdilər.  
Rusiya imperatoru I Pyotr hələ 1700-cü ildən Qafqazda 
vəziyyətlə  və  Səfəvilər dövlətinin iqtisadi-siyasi durumu ilə 
maraqlanırdı. 1721-ci ildə  Şimal müharibəsini qələbə ilə başa 
çatdırdıqdan sonra I Pyotr Xəzər sahillərinə  hərbi yürüşə 
başlamaq imkanı əldə etdi. Ciddi hazırlıqdan sonra rus ordusu 
1722-ci il iyulun 18-də Həştərxandan çıxıb cənuba doğru hərbi 
yürüşə başladı. I Pyotr özü Dərbəndə qədər gəldi, rus qoşunları 
isə Quba və Bakıya daxil oldular.  
Səfəvi şahı II Təhmasib xüsusi nümayəndəsi İsmayıl bəyi 
geniş  səlahiyyətə Peterburqa göndərərək sülh istədi.  İsmayıl 
bəyə tam səlahiyyət verilmiş və tapşırılmışdı ki, nəyin bahasına 
olursa olsun Rusiya ilə sülh müqaviləsi bağlasın. 1723-cü il 
sentyabrın 12-də Peterburqda Səfəvilər dövləti ilə Rusiya 
dövləti arasında sülh müqaviləsi bağlandı.  İsmayıl bəyin 
imzaladığı bu müqaviləyə görə  Xəzər dənizinin qərb sahili 
boyu Azərbaycan torpaqları  Rəşt  şəhərinə  qədər Rusiyaya 
keçirdi və rus tacirləri Azərbaycanda  əlverişli  şərtlərlə ticarət 
etmək hüququ qazandılar. Bu müqavilə Osmanlı dövləti 
tərəfindən narazılıqla qarşılandı. Azərbaycanda marağı olan 
Osmanlı dövləti Səfəvilərdən Peterburq müqaviləsini ləğv 
etməyi tələb etdi.  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə