Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə56/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   52   53   54   55   56   57   58   59   ...   134

Azərbaycan Tarixi 
 
 
221 
Azərbaycanın görkəmli tarixçisi İskəndər bəy Münşi öncə 
Məhəmməd Xudəbəndənin sarayında katiblik etmiş, sonra isə I 
Şah Abbasın tarixçisi olmuşdur. Onun “Tarixi aləm arayi 
Abbasi” (“Abbasın dünyanı  bəzəyən tarixi”) əsəri XVI əsrin 
sonu – XVII əsrin  əvvəllərində  Səfəvilər dövləti tarixini 
öyrənmək üçün ən qiymətli mənbədir. 
Səfəvilər dövlətinin yaranması ilə Ərdəbil səfəviyyə dini 
ordenin ideoloji əsası olan şiəlik məshəbi Azərbaycan 
ərazisində hakim dini-siyasi  məfkurəyə çevrildi. Şah İsmayılın 
hakimiyyətə  gəlişindən sonra səfəvi-şiə  məfkurəsi kəskin 
surətdə  dəyişdi. Onun müxtəlif ifratçı sufi cərəyanları ilə 
əlaqələri ya tamamilə  kəsildi, ya da formal səviyyə daşımağa 
başladı. İslamın şiə ruhunda təbliği mülayim mövqelərdə duran 
ideoloqlara xas idi. Bu xüsusiyyət şair – hökmdar Şah İsmayıl 
Xətainin yaradıcılığında daha qabarıq surətdə özünü nümayiş 
etdirirdi.  Şah  İsmayıl Xətai yaşadığı dövrdə “qızılbaş” səfəvi 
məfkurəsinin  əsas təbliğatçısı olmuşdur. O, bidətçi 
panteizmdən uzaqlaşaraq, hürufiliyə aludə olmuş  əcdadlarının 
ənənələrini davam etdirmiş  və  şiəliyin təbliğinə geniş yer 
vermişdir. O, şiə imamları güclü təbliğ edir, lakin özünü 
təkmilləşdirmənin təbliği zərurətini də unutmurdu.  
Səfəvilər dövlətində amansızlıqla təqib olunan geniş 
yayılmış bidətçi təlimlərdən biri “nöqtəvilik” olmuşdur. 
“Nöqtəviliyin” başlıca cəhətləri materialist meyilli panteist 
fəlsəfə olması və islamın bir çox ehkamlarına qarşı çıxmasıdır. 
“Nöqtəvilik” təliminə qarşı  təqiblər  Şah I Abbasın dövründə 
xüsusilə güclü olmuşdur. 
XVI 
əsrdə Azərbaycanda “nöqtəviliklə” yanaşı 
“əliallahilik”, “əxilik”, “rövşənilik” və s. təlimlər də mövcud 
olmuşdu. XVI-XVII əsrlərdə vaxtilə Səfəvilərin dayağı olan şə-
hərlilər, tədricən “qızılbaş” ideologiyasından uzaqlaşıb “hey-
dəriyyə” adlanan və asketizmi təbliğ edən sufi təşkilatları ilə və 
panteist meyilli “neymətullahiyyə” təlimi ilə bağlı olmuşdur.  
Qəzənfər Rəcəbli 
 
 
222
XVI  əsrdə Azərbaycanda ictimai-siyasi və  fəlsəfi fikri 
görkəmli nümayəndəsi dünya şöhrətli  şair Məhəmməd Füzuli 
olmuşdur. Füzuli bədii  əsərlərini Azərbaycan (türk), fars və 
ərəb dillərində yaratmışdı. Füzulinin divanları ilə yanaşı “Leyli 
və  Məcnun”, “Şah və  gəda”, “Rind və Zahid”, “Səhhət və 
Mərəz”, “Şikayətnamə”, “Ənis-ül qəlb”, “Həqiqət üs-şüəda” 
(Həqiqət baxçası), “Qırx hədisin tərcüməsi” və “Mətlə ül-
etiqad” adlı  bədii  əsərləri dünya, o cümlədən Ön Asiya 
poeziyasının inciləri hesab edilir. O, fəlsəfi və elmi əsərlərini 
isə fars və  ərəb dillərində yazmışdır. Füzuli dahi Nizami 
Gəncəvinin fəlsəfi poeziyasını, islamın rasional təlimlərini, 
sufilik və digər cərəyanların və  təriqətlərin fəlsəfi təlimlərini 
gözəl bilirdi və onlardan öz bədii yaradıcılığında geniş istifadə 
etmişdi. Füzuli “Mətlə ül-etiqad” fəlsəfi  əsərində elmlərin 
təsnifatını vermişdi. O, elmləri iki qrupa bölür: birinci qrupa 
təcrübi elmləri (əxlaq, evdarlıq və siyasət), ikinci qrupa isə 
nəzəri elmləri (ilahiyyat, riyaziyyat və təbiət) aid edir. 
XVI-XVII əsrlər Azərbaycanda müxtəlif fəlsəfi fikirlərin, 
xüsusilə sufiliyin geniş yayıldığı dövr olmuşdur. Bu dövrün 
fəlsəfi fikir nümayəndələri Saib Təbrizi, Qövsi Təbrizi və Yusif 
Qarabağının dünyagörüşü insanpərvərlik, azad fikirlilik, 
ədalətlilik və xeyirxahlıq ruhundadır. 
XVIII  əsrdə Azərbaycanda elm sahəsində elə bir ciddi 
irəliləyiş olmamışdı. Coğrafiyaşünas alim Hacı Zeynalabdin 
Şirvani və onun qardaşı Hacı  Məhəmmədəli  Şirvani, tarixçi 
alim  Əbdürrəzzaq bəy o dövrün tanınmış  şəxsiyyətləri idilər. 
Hacı Zeynalabdin Şirvani ömrünün qırx ilini Avropa, Asiya və 
Afrikanın bir çox ölkələrində səyahətdə keçirmişdi. O, olduğu 
yerlər, gördüyü xalqlar haqqında külli miqdarda material 
toplamışdır. O, “Riyaz üs-səyahət” (“Səyahət baxçaları”), 
“Hədayiq üs-səyahət” (“Səyahət bağları”), “Bustan üs-səyahət” 
(“Səyahət bostanları”), “Kəşf ül-maarif” (“Mərifətlərin kəşfi”) 
və b. əsərlərin müəllifidir. H.Z.Şirvani səyyah və coğrafiyaşü-
nas olmaqla yanaşı, həm də tarixçi, etnoloq, filosof və şair kimi 


Azərbaycan Tarixi 
 
 
223 
də tanınmışdı. H.Z.Şirvani Azərbaycan toponimlərinə dair 
materialları “Bustan üs-səyahət” əsərində vermişdir. H.Z.Şirva-
ninin kiçik qardaşı Hacı Məhəmmədəli Şirvani Türkiyə, Misir, 
İraq,  İran,  Əfqanıstan, Hindistan və başqa ölkələri gəzmiş, öz 
təəssüratını “Həqiqətən əl-həqail” (“Həqiqətlərin həqiqəti”) adlı 
əsərində  əks etdirilmişdir. O, da qardaşı kimi həm də tarixçi, 
filosof və şair olmuşdur.  
XVIII əsrin ikinci yarısı XIX əsrin əvvəllərində yaşamış, 
ensiklopedik biliyə malik olan alim Əbdürrəzzaq bəy Dünbuli 
Təbriz xanı Nəcəfqulu xanın oğlu olmuşdur. O, on yaşında ikən 
Şirazda Kərim xan Zəndin yanında girov saxlanmışdı. Yalnız 
Kərim xan Zəndin ölümündən sonra vətəninə qayıtmışdır. 
Əbdürrəzaq bəy antik və  Şərq fəlsəfəsinin dərin bilicisi idi. 
Onun tarix, etnologiya, ədəbiyyat və  fəlsəfəyə dair əsərləri 
vardır. Məftun təxəllüsü ilə yazan Ə.Dünbulinin yaradıcılığında 
“Həqaiq əl-Ənvər”, “Hədaiq əl-üdəba”, “Məsnəvi”, “Humayun-
namə” əsərləri xüsusi yer tutur.  
Azərbaycan mədəniyyəti tarixinin görkəmli nümayəndəsi 
Mirzə  Əbutalib xan Təbrizinin yaradıcılığı da XVIII əsrə aid-
dir. Nadir şahın hakimiyyəti dövründə Hindistana köçmüş azər-
baycanlı ailəsində anadan olan Əbutalib xanın yaradıcılığında 
tarixi  əsərlərlə yanaşı orta əsrlər  şairlərinin yaradıcılığına həsr 
olunmuş tədqiqatlar da xüsusi yer tutur. Onun 1791-ci ildə yaz-
dığı “Xülasət ül-əfxar” əsərində Şərq poeziyasının digər nüma-
yəndələri ilə  bərabər görkəmli Azərbaycan  şairi Xaqaninin 
yaradıcılığı da tədqiq edilmişdir. 
Azərbaycan mədəniyyəti tarixi üçün ənənəvi olan klassik 
mədəniyyətin tədqiqi və təbliği XVIII əsr fəlsəfi fikir tarixində 
də xüsusi yer tutmuşdur. XVIII əsr panteist fəlsəfəsi 
Azərbaycanda sufizmin ideoloqu Mirzə Həsən Zünuzinin “Bəhr 
əl-ülum” və “Biyaz ül-cənnət” əsərlərində öz əksini tapmışdır. 
14.2. Orta əsrlər Azərbaycan  ədəbiyyatı.  X-XII  əsrlər 
bütün müsəlman mədəniyyətinin, o cümlədən onun mühüm 
tərkib hissəsi olan Azərbaycan  ədəbiyyatının  ən məhsuldar 
Qəzənfər Rəcəbli 
 
 
224
dövrlərindən biri hesab edilir. Bu dövrdə  ərəb-fars dillərində 
yazıb-yaratmış Azərbaycan  şairləri öz əsərlərində dövrün 
ümummüsəlman mədəniyyətini 
ən yüksək səviyyəyə 
qaldırmışlar. XI-XII əsrlərdə yazıb-yaratmış Azərbaycan şair və 
mütəfəkkirlərinin türk (Azərbaycan) dilində  qələmə aldıqları 
heç bir əsər bizə  gəlib çatmasa da qaynaqlarda belə  əsərlərin 
mövcudluğu haqqında məlumat verilir. 
Bu dövrdə Azərbaycan poeziyasının inkişafında Təbriz 
ədəbi məktəbinin nümayəndələri xüsusi yer tuturlar. Təbriz 
ədəbi mühitinin yetişdirmələri olan Hüseyn Təbrizi, Xətib Təb-
rizi, Qətran Təbrizi və b. fars dilində gözəl qəzəllər və  şeirlər 
yazmışlar.  
XII  əsrin  əvvəllərindən başlayaraq Azərbaycan poeziya-
sında Əbül Üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, İzzəd-
din Şirvani, Müzirəddin Beyləqani, Məshəti Gəncəvi və Nizami 
Gəncəvi kimi dahi söz ustaları öz gözəl  əsərləri ilə bu 
ədəbiyyatın xəzinəsinə qiymətli töhfələr vermişlər.  
Əfzələddin Xaqani Şirvani (1121-1199) öz yaradıcılığı ilə 
Yaxın və Orta Şərq xalqlarının poeziyasında yeni səhifə açdı. 
Ensiklopedik biliyə malik olan bu görkəmli şair o dövrdə fars 
dilinin hökmranlıq etdiyi şeir dilinə doğma Azərbaycan söz-
lərini ustalıqla gətirdi. Xaqaninin poeziyaya gətirdiyi ye-
niliklərdən biri də  şerlərdə  işlətdiyi fəlsəfi fikirlərdi. Belə  fəl-
səfi fikirlər ilk dəfə onun məşhur “Həbsiyyə” qəsidələr silsilə-
sində, “Tövhətül-İraqeyn” məsnəvisində və “Mədain xarabala-
rı” əsərində öz əksini tapmışdır. 
Azərbaycanın ilk görkəmli qadın şairi Məshəfi Gəncəvi-
nin dastana dönmüş  həyatı haqqında məlumatı XV-XVI əsr-
lərin  şifahi xalq yaradıcılığı  məhsulu olan “Məshəti və  Ənvər 
Əhməd” dastanından bəllidir. Ehtimal ki, dastanda olan şeirlər 
XII-XIII əsrlərdə yaratmış Məshəti Gəncəviyə məxsusdur. 
XII-XIII əsrlər Azərbaycan ədəbiyyatının ən görkəmli si-
ması Nizami Gəncəvi olmuşdur. Şərq xalqlarının və bütün bə-
şəriyyətin böyük şairi, şeir dünyasının Allahı adlandırılan Şeyx 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə