Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə62/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   58   59   60   61   62   63   64   65   ...   134

Azərbaycan Tarixi 
 
 
245 
1823-cü ildə İran ilə Osmanlı dövləti arasında müqavilə bağlan-
dı. 
Rusiya İranla münasibətdə İngiltərənin fəal iştirak etmə-
sini nəzərə alaraq müharibədən qaçırdı. Ona görə də Rusiya hö-
kuməti danışıqlar aparmaq və ərazi məsələlərini dinc yolla həll 
etmək üçün Tehrana öz nümayəndələrini göndərməyi qərara 
aldı. 1826-cı ildə general Menşikovun rəhbərliyi ilə rus 
nümayəndə heyəti Tehrana gəldi. Menşikov  şah sarayının 
nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi  İranla sülh və 
dostluq münasibətlərini qorumaqdan ibarətdir. Menşikov aldığı 
təlimata əsasən bütün gücünü şahı razı salmaq üçün sərf etməli 
idi. Rusiya Talış və Qarabağ xanlıqlarının bir hissəsini güzəştə 
getməyə hazır idi. Lakin Rusiyanın  İranla hərbi münaqişəyə 
girməmək üçün bu cəhdi müvəffəqiyyətsizliyə  uğradı. Menşi-
kovu  İranda çox soyuq qarşıladılar. Hətta  Şimali Azərbaycan 
sərhədlərinə çoxlu qoşun yeridildi. Menşikov  şahın yay iqa-
mətgahı Sultaniyyəyə gələn zaman bunun təxribat olduğunu və 
müharibənin labüdlüyünü başa düşdü. O, heç bir danışıq apar-
madan geri dönməli oldu. İran Rusiyaya ultimatum verərək 
Talış  və Muğanı ona qaytarmağı  tələb etdi və  rədd cavabı 
aldıqda, İran qoşunları 1826-cı il mayın 26-da Rusiyanın sərhəd 
dəstələrinə hücum etdilər. 1826-cı il iyulun 16-da isə  şahzadə 
Abbas Mirzənin 60 minlik ordusu sərhədi keçərək Rusiyaya 
qarşı müharibəyə başladı. Beləliklə, Azərbaycan uğrunda ikinci 
Rusiya  - İran müharibəsi başladı. 
İran sərkərdəsi Hüseyn xanın başçılığı altında ordu 
Şoragöl və  Pəmbəni tutub Abbas Mirzənin  əsas qoşunlarının 
gəlməsini gözlədi. Abbas Mirzə yetişdikdən sonra İran ordusu 
Gəncə üzərinə yeridi. Başqa bir ordu Şuşaya tərəf hərəkət etdi. 
Şuşa qalasına çəkilən  əhali yol üstündə olan hər  şeyi məhv 
edirdi ki, İran ordusunun əlinə keçməsin. 
Cənubi Qafqazda rus qoşunlarının sayının azlığı  və 
pərakəndə halda yerləşməsi İran qoşunlarının Bakı, Quba və b. 
bölgələrdə  hərəkəti üçün əlverişli  şərait yaradırdı.  İran 
Qəzənfər Rəcəbli 
 
 
246
qoşunları ilə birlikdə Azərbaycana, vaxtilə İrana qaçmış bakılı 
Hüseynqulu xan, şirvanlı Mustafa xan, Gəncə xanı Cavad xanın 
oğlu Uğurlu xan və başqaları da gəlirdilər. Gəncədə rus haki-
miyyətindən narazı qüvvələr üsyan qaldırıb iyulun 28-də yerli 
rus qarnizonunu məhv etdilər. Beləliklə, hərbi əməliyyatlar Şi-
mali Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. 
İran ordusuna güclü müqavimət göstərən  Şuşa qalasının 
müdafiəçiləri müharibənin taleyində böyük rol oynadılar. 
Qalanın 48 gün davam edən mühasirəsi xeyli İran qoşununun 
diqqətini özünə  cəlb edirdi. Bu da rus ordusunun komandanı 
general Yermolova pərakəndə  hərbi hissələri cəmləşdirib  İran 
qoşunlarına qarşı hücum əməliyyatına keçməyə imkan verdi. 
Rus hərbi hissələri  Şəmkir yaxınlığında  İran qoşunlarının 
hücumunun qarşısını  kəsdi və onu məğlub etdi. Məğlubiyyətə 
uğrayan  İran qoşunu Gəncəyə  çəkildi.  Şəmkirdə  məğlub olan 
İran qoşunları özlərinə  gələ bilmədilər. Bir-birinin ardınca 
məğlubiyyətə uğrayan İran qoşunları geri çəkilməyə başladılar. 
1827-ci ilin əvvəlində İran süvariləri bütün Şimali Azərbaycan 
ərazisini tərk etdilər. Yalnız Talışda vaxtilə  İrana qaçmış 
Mirhəsən xanın süvariləri qalırdı. 
Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən canlandı. 
Aprelin 20- də rus qoşunları Xüdafərin körpüsünü ələ keçir-
dilər, Cənubi Azərbaycana yol açıldı. 1727-ci il iyulun 7-də 
Qafqaz əlahiddə ordusunun döyüşçüləri Cavanbulaq adlı yerdə 
Abbas Mirzənin 16 min nəfərlik qoşununu ağır məğlubiyyətə 
uğradıb Abbasabad şəhərini tutdular. 
Rus ordusu oktyabrın 11-də Xoy şəhərinin yaxınlığında 
ciddi müqavimətə rast gəlməyərək, Təbrizə doğru hərəkət etdi 
və oktyabrın 18- də şəhərə daxil oldu. 1827-ci il noyabrın 7-də 
hərbi  əməliyyatların dayandırılması barədə danışıqlar başladı. 
Rusiya  İrəvan və Naxçıvan  xanlıqlarının ona güzəştə 
gedilməsini,  İran qoşunlarının Talış xanlığından çıxarılmasını, 
30 milyon rubl gümüş pul miqdarında təzminat verilməsini 
tələb edirdi. Lakin ingilis və türk diplomatiyasının təzyiqi 


Azərbaycan Tarixi 
 
 
247 
altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də rus 
qoşunlarının komandanı general Paskeviç qoşuna  Ərdəbil və 
Urmu üzərinə hücum əmri verdi. Rus qoşunları yanvarın 28-də 
Urmunu, fevralın 8-də isə  Ərdəbili tutdular. İranın tamamilə 
darmadağın olunacağından ehtiyat edən  İngiltərə  səfiri 
Makdonald  döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 
1828-ci il fevralı 6-da Təbriz şəhəri yaxınlığındakı Türkmənçay 
kəndində  şahzadə Abbas Mirzə ilə qraf Paskeviç arasında 
danışıqlar yenidən başladı. Rusiya ilə  İran arasında müharibə-
nin bitməsi haqqında Türkmənçay müqaviləsi 1828-ci il fevra-
lın 26-da imzalandı. Müqaviləni Rusiya tərəfindən qraf Pas-
keviç, İran tərəfindən isə şahzadə vəliəhd Abbas Mirzə imzala-
dılar. 
Türkmənçay sülh müqaviləsinə görə  İran  Şimali Azər-
baycana iddiasından tamamilə  əl çəkdi. Bakı, Dərbənd, Qara-
bağ, Quba, Gəncə, Talış, Şamaxı və Şəki xanlıqları ilə birlikdə 
İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya qatıldı. Cənubi 
Azərbaycan isə İranın tərkibində qaldı. Azərbaycan qəti olaraq 
iki yerə bölündü.  
15.3. Ermənilərin Cənubi Azərbaycan xanlıqlarından 
köçürülüb  İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının 
torpaqlarında yerləşdirilməsi. Türkmənçay müqaviləsinin 15-
ci maddəsi Azərbaycan xalqı üçün daha acınacaqlı oldu. Bu 
maddəyə  əsasən  İranın Azərbaycan xanlıqlarında yaşayan 
xristianlar, daha doğrusu ermənilər ailələri ilə birlikdə 1 il 
müddətində  sərbəst surətdə Rusiya ərazisinə köçə bilərdilər. 
Onlara daşınmaz mülkiyyətlərini 5 il müddətində satmağa icazə 
verilirdi.  
Qafqaz ordusunun baş komandanı qraf Paskeviç 
tərəfindən ermənilərin Rysiyaya köçürülməsi  əməliyyatına 
rəhbər təyin edilmiş polkovnik Lazarevə  (əslən Türkiyə 
ermənisi olan rus zabiti Lazarev Paskeviçin adyutantı idi və 
Türkmənçay danışıqlarında katiblik edirdi) verilən təlimat 19 
maddədən ibarət idi. Təlimatın  əsas  şərtlərinə görə köçürülmə 
Qəzənfər Rəcəbli 
 
 
248
könüllülük  əsasında həyata keçirilməli idi. Köçürülənlər 6 il 
müddətinə bütün vergilərdən və 3 il müddətinə feodal 
mükəlləfiyyətlərini yerinə yetirməkdən azad edilirdilər. 
Mülkiyyəti olmayanlara təcili maliyyə yardımı edilməsi nəzər-
də tutulurdu. Lazarevə tapşırılmışdı ki, erməniləri mümkün qə-
dər tez köçməyə inandırsın. Bu onları yerli əhalinin təzyiqindən 
qorumaq və köç zamanı mühafizələrini təşkil etmək üçün lazım 
idi. Ermənilər öz əvvəlki yerlərində etibar etdikləri adamlara 
daşınmaz mülklərini və əmlaklarını satmağı tapşıra bilərdilər. 
Cənubi Azərbaycanın Marağa, Urmu və Xoy 
xanlıqlarından ermənilər 1828-ci il martın 9-dan köçməyə 
başladılar. Onları Rusiya sərhədlərinə  qədər rus məmurları  və 
əskərləri müşayiət edirdilər.  İran  şahzadəsi vəliəhd Abbas 
Mirzə qraf Paskeviçə  məktub yazaraq bildirirdi ki, rus 
məmurları Türkmənçay müqaviləsinin 15-ci maddəsilə nəzərdə 
tutulmuş könüllülük prinsipini pozur, erməniləri köçməyə 
təhrik edir, hətta pul ilə  şirnikləndirirlər. Qraf Paskeviçin 
göstərişi ilə polkovnik Lazarev şahzadə Abbas Mirzənin 
məktubuna cavab yazaraq bildirir ki, Sizin xanlar yalan danışır 
və Sizi aldadırlar. Həqiqətdə isə rus məmurları erməniləri 
köçməyə  təhrik etmir, əksinə Sizin xanlar köçmək istəyən 
erməniləri hədələyir və könüllülük  prinsipinə mane olurlar. 
Ermənilər öncə Naxçıvan və  İrəvan xanlıqlarının 
torpaqlarına köçürülüb məskunlaşdırılırdılar. Lakin Lazarev 
gördü ki, bu xanlıqlar köçkünləri  ərzaqla təmin etmək üçün 
kifayət qədər ehtiyata malik deyillər. O, mayın 29-da Qarsa 
gedərək qraf Paskeviçdən köçkünlərin məskunlaşdırılması üçün 
daha zəngin xanlığın ayrılmasını xahiş etdi. Qraf Paskeviç təcili 
Peterburqa gedərək imperator I Nikolaydan köçkünlərin 
Qarabağ xanlığının da torpaqlarında məskunlaşdırılması üçün 
icazə aldı. O, bunu çaparla Lazarevə göndərdiyi məktubunda 
xəbər verərkən  əlavə bildirirdi ki, imperator Nikolay 
köçkünlərə paylamaq üçün 14.000 çervon və 400 gümüş rubl 
göndərmişdir. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə