Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə70/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   66   67   68   69   70   71   72   73   ...   134

Azərbaycan Tarixi 
 
 
277 
olduğu kimi Azərbaycanda da Fəhlə  və  Əsgər Deputatları So-
vetlərində rəhbərliyi eser və menşevik partiyalarının nümayən-
dələri ələ keçirmişdilər. Petroqraddan fərqli olaraq Azərbaycan-
da fəhlə və əsgər deputatları Sovetləri siyasi və təşkilatı cəhət-
dən zəif idilər və hakimiyyəti ələ almağa hələ cürət etmirdilər. 
Azərbaycanda hakimiyyəti ələ almağa siyasi partiyaların-
dan ilk olaraq kadet, eser, menşevik, müsavat və daşnaklar 
təşəbbüs etdilər. Martın 5-də Bakıda İctimai Təşkilatlar Şurası 
və onun İcraiyyə Komitəsi yaradıldı. Onun sədri öncə kadet 
L.Biç, sonra isə eser İ.Frolov seçildi. İTŞ İcraiyyə Komitəsinə 
L.Biç,  İ.Frolov,  İ.Heydərov, M.H.Hacınski və A.Bekzadyun 
daxil oldular. İTŞ  İcraiyyə Komitəsi özünü Rusiya Müvəqqəti 
Hökumətinin Bakı quberniyasında yerli hakimiyyət orqanı elan 
etdi. Martın 10-da Gəncədə, sonra isə Azərbaycanın digər  şə-
hərlərində də İctimai Təşkilatlar Şurasının İcraiyyə Komitələri 
yaradıldı. 
Qeyd etmək lazımdır ki, mövcud tarixi ədəbiyyatda  İTŞ 
İcraiyyə Komitəsi ilə Bakı Soveti arasındakı münasibətlər 
Rusiyanın mərkəzi şəhərləri Petroqrad və Moskvada olduğu tək 
ikihakimiyyətlilik kimi səciyyələndirilir. Həqiqətdə isə belə 
olmamışdır. Bakı Soveti İTŞ  İcraiyyə Komitəsini bütün Bakı 
quberniyasında Rusiya Müvəqqəti Hökumətinin yerli 
hakimiyyət orqanı kimi tanımış  və öz nümayəndəsini onun 
tərkibinə göndərmişdi. Bakı Soveti İTŞ-nı  təşkil edən ictimai 
təşkilatlardan biri idi. Bakı Sovetinin qərarları  məşvərətçi 
təşkilatın qərarları hüququna malik idi və onların yerinə 
yetirilməsi İTŞ İcraiyyə Komitəsinin qərarından  asılı idi. 
Bakı  şəhər Duması da Bakı Sovetinin qarşısında deyil, 
İTŞ  İcraiyyə Komitəsi qarşısında hesabat verirdi. Bakı  şəhər 
Dumasının sədri 1917-ci ilin aprelində Azərbaycanın görkəmli 
siyasi xadimi Fətəli xan Xoyski seçilmişdi. Bakı  şəhərinin 
inzibati idarə orqanları Bakı  şəhər Duması qarşısında hesabat 
versələr də, ilk növbədə  İTŞ  İcraiyyə Komitəsinin qərar və 
sərəncamlarını yerinə yetirirdilər. 
Qəzənfər Rəcəbli 
 
 
278
Bakıda yaradılmış, müxtəlif sosial təbəqələri birləşdirən 
milli  şuralar da öz nümayəndələrini  İTŞ  İcraiyyə Komitəsinə 
göndərməklə onun hakimiyyətini tanımışdılar. Bakıda rus 
(xristian) milli şurası  və erməni milli şurası ilə  bərabər 
azərbaycanlıların müsəlman milli şurası da güclü nüfuza malik 
idi, Azərbaycanın qəzalarında da milli şuralar yaradılmışdı. 
Bakı Sovetinin qızıl qvardiyası kimi silahlı  dəstəsi ilə yanaşı, 
milli  şuraların müsəlman milli qvardiyası, rus milli qvardiyası 
və erməni milli qvardiyası kimi silahlı dəstələri vardı. 
Azərbaycanın siyasi həyatında fəal iştirak edən nüfuzlu 
təşkilatlardan biri də 1917-ci il martın 29-da yaradılmış 
Müsəlman  İctimai Təşkilatlarının Bakı  Şurası idi. Şuranın 
Müvəq-qəti  İcraiyyə Komitəsinə M.H.Hacınski (sədr), 
M.Ə.Rəsulzadə,  Ə.Topçubaşov, F.Xoyski, M.Əsədullayev, 
N.Nərimanov, M.Əzizbəyov və b. daxil idilər. Müvəqqəti  İc-
raiyyə Komitəsinin fəaliyyəti nəticəsində Bakıda 1917-ci il 
aprelin 15-dən 20-dək Qafqaz müsəlmanlarının birinci qurul-
tayı keçirildi. Qurultay ərazi muxtariyyəti ideyasını  rədd 
edərək, belə  qərara gəldi ki, Qafqaz müsəlmanlarının məna-
feyini  ərazi federasiyası  əsasında yaradılmış demokratik 
respublika quruluşu müdafiə edə bilər. 
Azərbaycan siyasi partiyaları arasında "Müsavat" 
partiyasının nüfuzu gündən-günə artırdı. Bakı Sovetinə payızda 
keçirilən seçkilərdə "Müsavat" bütün siyasi partiyaları geridə 
qoyaraq səslərin 40 faizini toplaya bilmişdi. Lakin Sovetin 
rəhbər orqanlarının seçilməsi zamanı xristian deputatlar vahid 
blokda birləşib, sonralar məlum olduğu kimi İngiltərə 
kəşfiyyatına xidmət edən, bolşevik S.Şaumyanı yenidən Bakı 
Sovetin sədr seçdilər. Buna etiraz əmaləti olaraq "Müsavat"ın 
liderləri, siyasi taktika baxımında böyük səhvə yol verərək, 
Bakı Sovetinin İcraiyyə Komitəsinə daxil olmaqdan imtina 
etdilər. Bakı Sovetinin İcraiyyə Komitəsinə azərbaycanlılardan 
yalnız bolşevik S.M.Əfəndiyev və sol eser M.H.Vəzirov 
seçildilər. 


Azərbaycan Tarixi 
 
 
279 
1917-ci il oktyabrın 25-də Böyük Oktyabr sosialist 
inqilabı  nəticəsində Petroqradda Sovetlər bolşeviklərin 
rəhbərliyi altında hakimiyyəti  ələ aldılar. Petroqradın ardınca 
Moskva və Bakıda da Sovetlər hakimiyyəti ələ almaq haqqında 
qərar qəbul etdilər. Noyabrın 2-də bolşeviklərin rəhbərliyi 
altında Bakı Soveti bütün Bakı quberniyasında hakimiyyəti ələ 
almaq üçün tədbirlər planı hazırladı. 
Noyabrın 7-də "Müsavat" partiyası qəbul etdiyi qətnamə-
sində Müvəqqəti Hökumətin, müharibəni davam etdirmək kimi 
xarici siyasət yeritdiyinə görə  və millətlərin öz müqəddəratını 
təyin etmək hüququnu qəbul etmək istəmədiyinə görə, dev-
rilməsini təbii və qanuni hal hesab edirdi. Lakin hakimiyyətin 
yalnız bir partiyanın əlində cəmləşməsinin Rusiyada demokra-
tiya və inqilab üçün təhlükə törədə biləcəyi qeyd edilirdi. Bu-
nunla belə "Müsavat" Bakı Sovetində bir çox məsələlərdə 
bolşeviklərlə eyni mövqe tutur və onu dəstəkləyirdi. Bunu 
onunla izah etmək olar ki, bolşeviklər partiyası, hakim rus 
millətçiliyi siyasəti yeridən kadet, eser və menşeviklərdən və 
açıq antiazərbaycan mövqeyindən çıxış edən daşnaklardan 
fərqli olaraq, millətlərin öz müqəddəratını  təyin etmək 
hüququnu öz proqram tələbi kimi irəli sürmüşdü. Bundan əlavə 
Sovet Rusiyasının hökuməti 1917-ci il noyabrın 2-də  qəbul 
etdiyi "Rusiya xalqlarının hüquq bəyannaməsi"ndə xalqların öz 
müqəddəratını  təyin etmək, hətta ayrılıb müstəqil dövlətlərini 
yaratmaq hüququnu elan etdi, noyabrın 22-də isə "Rusiya və 
Şərqin bütün müsəlman zəhmətkeşlərinə" müraciətində bildirdi 
ki, "sizin etiqad və adətləriniz, sizin milli və mədəni təsisatla-
rınız azad və toxunulmaz elan olunur. Öz milli həyatınızı  sər-
bəst və maniyəsiz qurum, sizin buna hüququnuz vardır". Bu 
dekret və  bəyanatlar "Müsavat"ın ümidini bir qədər də artırdı 
ki, bolşeviklər öz vədlərinə  əməl edib Azərbaycan xalqına öz 
müqəddəratını təyin etmək imkanı verəcəklər. 
Məhz "Müsavat"ın dəstəyilə bolşeviklər Bakı Sovetində, 
hələ oktyabrın 26-da yaradılmış və özünü Bakıda ali hakimiy-
Qəzənfər Rəcəbli 
 
 
280
yət orqanı elan etmiş, İctimai Təşkilatların Təhlükəsizlik Komi-
təsinin qanundan kənar elan edilməsi haqqında qərar çıxarmağa 
nail oldular. 
1917-ci ilin noyabr və dekabr aylarında Bakı Sovetinin 
hakimiyyəti faktiki olaraq Bakı bölgəsini  əhatə edirdi. Cənubi 
Qafqazın qalan hissələri isə 1917-ci il noyabrın 11-də Tiflisdə 
yaradılmış Zaqafqaziya Komissarlığı tərəfindən idarə olunurdu. 
Y.Gegeçkorinin sədr olduğu Zaqafqaziya Komissarlığı höku-
mətinin 11 üzvündən 4-ü azərbaycanlı, 4-cü gürcü, 3-ü erməni 
idi. Hökumətə Azərbaycandan M.Y.Cəfərov, X.Məlikaslanov, 
X.Xasməmmədov v F.Xoyski daxil idilər. 
1918-ci il dekabrın 26-28-də  Cənubi Qafqazda Ümum-
rusiya Müəssisələr Məclisinə seçkilər keçirildi. Müəssisələr 
Məclisinə gürcü menşeviklərindən 11, müsavatçılardan 10, daş-
naklardan 9, müsəlman sosialist blokundan 2, bolşeviklərdən 1, 
eserlərdən 1, hümmətçilərdən 1 və ittihadçılardan 1 deputat 
seçildilər. 1918-ci ilin yanvarında Rusiya Müəssisələr Məclisi 
buraxıldığından Cənubi Qafqazdan Müəssisələr Məclisinə 
seçilmiş deputatlar 1918-ci il fevralın 23-də Tiflisə toplaşıb 
özlərini Zaqafqaziya seymi elan etdilər. Seym Cənubi Qafqazı 
Federativ Respublika elan etdi. Seym özünü Cənubi Qafqazda 
qanunverici orqan elan edərək, Y.Gegeçkorinin başçılığı ilə 
Müvəqqəti Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya 
seymi 1918-ci il aprelin 22-də  Cənubi Qafqazın Federasiya-
sının müstəqilliyini elan etdi və aprelin 26-da onun yeni höku-
mətini təşkil etdi. Cənubi Qafqaz Federasiyasının yeni höku-
məti 14 nəfərdən ibarət idi: 5 azərbaycanlı, 5 gürcü və 4 ermə-
ni. Baş nazir və  əsas nazir portfellərini gürcülər və ermənilər 
tutdular. Çxenkeli - baş nazir, Çxeidze - xarici işlər naziri, Ra-
miaşvili - daxili işlər naziri, Georqadze - silahlı qüvvələr naziri, 
Xomerani - kənd təsərrüfatı naziri, Xatisiyan - maliyyə naziri 
və s. Azərbaycanlılara aşağıdakı nazir portfelləri qismət ol-
muşdu: F.Xoyski - ədliyyə naziri, M.H.Hacınski - ticarət və 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə