Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə71/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   67   68   69   70   71   72   73   74   ...   134

Azərbaycan Tarixi 
 
 
281 
sənaye naziri, X.Məlikaslanov - nəqliyyat naziri, N.Usubbəyli - 
təhsil naziri və M.Y.Cəfərov - dövlət nəzarəti naziri. 
17.3. Bakıda azərbaycanlıların 1918-ci il Mart soyqırı-
mı. Sözdə xalqların öz müqəddəratını təyin etmək hüququndan  
dəm vuran Rusiya Sovet hökuməti 1917-ci il dekabrın 18-də 
S.Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etməklə fakti-
ki olaraq Qafqazı öz müstəmləkəsi saydığını nümayiş etdirdi. 
S.Şaumyan öz hakimiyyətini möhkəmlətdikdən sonra 
açıq surətdə millətçi, ermənipərəst siyasəti yeridərək, Azərbay-
can milli siyasi partiyalarına və ictimai təşkilatlarına qarşı 
mübarizəyə başladı. Hətta V.Lenin onun erməni millətçiliyi 
siyasətini görərək, 1918-ci il martın 15-də "Bakinski raboçi" 
qəzetində  dərc olunmuş "Stepan Şaumyana məktubu"nda onu 
xalqların öz müqəddəratını  təyin etmək hüququnu tanımaq 
istəmədiyinə görə  tənqid edirdi. Həmin məktubda V.Lenin 
yazırdı: "Rusiya marksistinə erməni toyuq hini mövqeyində 
dayanmaq ayıb deyilmi?.. Siz "erməni" korluğu üzündən 
Pruşkeviçlərin və onların millətçiliyinin əlaltısına çevrilirsiniz. 
(ПСС, 48-ci c., s. 300). 
S.Şaumyan Azərbaycan siyasi və ictimai təşkilatlarına 
qarşı mübarizə aparmaq üçün onları antisovet təxribatında 
ittiham etmək məqsədilə xüsusi plan hazırlayıb həyata keçirdi.  
İlk öncə onları  təşkilati dəstəkdən məhrum etmək üçün 
F.Xoyskinin sədr olduğu Bakı  şəhər Dumasına qarşı hücuma 
keçdi. Bakı Sovetinin qərarı ilə Bakı şəhər Duması buraxıldı. 
Sonra isə Azərbaycan siyasi və ictimai təşkilatlarını 
silahlı qüvvələrinin dəstəyindən məhrum etmək qərarına gəldi. 
Bu vaxt Şimali Qafqazda fəaliyyət göstərən general Denikinin 
Könüllülər ordusunun "Vəhşi diviziya" adı ilə tanınan 
müsəlman (əsasən azərbaycanlı) zabitlərdən ibarət korpusunun 
qərargahı Bakıda yerləşirdi. Bakı Soveti adından S.Şaumyan 
tələb etdi ki, korpusun qərargahı Bakıdan çıxarılsın. Korpusun 
komandanı general X.Talışinski həbs edildi. Bu tədbir  şəhərin 
azərbaycanlı  əhalisinin qəzəbinə  səbəb oldu. Daşnaklar bu 
Qəzənfər Rəcəbli 
 
 
282
hadisədən  şəhərin müsəlman milli şurası ilə Bakı Soveti 
arasında silahlı toqquşma törətmək üçün istifadə etməyə  cəhd 
göstərdilər. Lakin Azərbaycan milli ziyalıları  və siyasi 
xadimlərinin səyi nəticəsində bu təxribat planı baş tutmadı. 
Korpusun qərargahı Lənkərana köçdü. 
Bu təxribat baş tutmadıqda S.Şaumyan azərbaycanlıların 
soyqırımı planlaşdırdı. Azərbaycanlıların soyqırımı planını 
həyata keçirmək üçün bəhanə  Lənkəran sindromu oldu. 
Milyoner H.Z.Tağıyevin Lənkəranda müsəlman milli qvardiya-
sında xidmət edən zabit oğlu Məhəmməd təsadüfən öz əlindəki 
silahdan açılan atəş  nəticəsində  həlak olmuşdu. Milyoner 
Ş.Əsədullayevin oğlu, Lənkəran müsəlman alayının zabiti Əli 
Əsdullayevin başçılığı ilə bir qrup zabit onun dəfnində  iştirak 
etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra 
həmin zabitlər martın 29-da "Evelina" gəmisinə minib 
Lənkərana getmək istədikdə S.Şaumyanın göstərişi ilə tərksilah 
olundular. Bu xəbər şəhərə çatan kimi müsəlman əhali küçə və 
meydanlara çıxaraq, nümayiş və mitinqlərdə Bakı Sovetinin bu 
hərəkətinə öz etirazlarını bildirdilər. S.Şaumyanın niyyətini 
başa düşən M.Əzizbəyov, M.Ə.Rəsulzadə, N.Nərimanov və 
başqa azərbaycanlı siyasi xadimlər həmin mitinqlərdə  çıxış 
edərək əhalini səbirli olmağa, təxribata uymamağa çağırırdalır. 
Lakin martın 30-da axşam saat 5 radələrində  şəhərdə atışma 
başladı. 
Bakıda atəşin başlanması üçün bəhanə, S.Şaumyanın 
dediyinə görə, şəhərin müsəlmanlar yaşayan dağlıq məhəlləsin-
də guya həyətlərin birindən Bakı Sovetinin atlı patrul dəstəsinə 
atılan güllə oldu. S.Şaumyanın özünün etiraf etdiyi kimi o, bu-
nu bəhanə edərək bütün cəbhə boyu hücuma keçmək əmri verdi. 
(S.Şaumyan. İzbrannıe proizvedeniya. 2-ci cild, M., 1976, s. 246) 
Şəhərdə atışma başlanan kimi Bakının bütün sahil boyu 
kəndləri Mayılov qardaşlarının balıqçı  gəmilərində qurulmuş 
toplardan atəşə tutuldu ki, kənd  əhalisi  şəhərdəki qardaşlarına 
köməyə gələ bilməsinlər. Şəhərdə isə müsəlman milli şurasının 


Azərbaycan Tarixi 
 
 
283 
silahlı  dəstələrinə qarşı Bakı Sovetinin qızıl qvardiyası ilə 
birlikdə daşnakların rəhbərlik etdikləri erməni milli qvardiya-
sının dəstələri, Brest sülh müqaviləsindən sonra tərxis olunmuş 
və indiki Ermənistana qayıdan, döyüş  təcrübəsi olan silahlı 
ermənilər iştirak edirdilər. (Onları  gətirən eşalonların qatarları 
S.Şaumyanın göstərişi ilə Bakıda ləngidilmişdilər). Bakı Soveti 
tərəfindən eserlərin və menşeviklərin silahlı  dəstələri və  hətta 
Muğandan çağrılmış rus qolçomaqlarının silahıl dəstələri də 
vuruşurdular. Xəzər hərbi dəniz donanmasının əsasən ruslardan 
ibarət olan matrosları da aldadılaraq  İçərişəhəri top atəşinə 
tutmuşdular. Matroslara deyilmişdi ki, guya azərbaycanlılar 
İçərişəhərdə rusları  qırmağa başlamışlar. Lakin matroslar 
bundan  şübhələnib  şəhərə nümayəndə heyəti göndərərək  İçə-
rişəhərdə heç bir nəfər də rusun "burnunun qanamadığına" 
əmin olduqdan sonra top atəşini dayandırmışdılar. 
Bakıda iki gün davam edən qırğın nəticəsində  təkcə 
silahlı kişilər deyil, qadınlar və uşaqlar da öldürülmüş, şəhərin 
qiymətli tarixi və memarlıq abidələri dağıdılmış, yaxud yandı-
rılmışdı. Yalnız martın 31-dən aprelin 1-ə keçən gecə M.Əziz-
bəyovun adamları  tərəfindən oğurlanıb girov kimi N.Nə-rima-
novun mənzilinə  gətirilən S.Şaumyan atəşin dayandırılması 
haqqında  əmri imzalamağa məcbur edildikdən sonra azərbay-
canlıların soyqırımı dayandırıldı,  şəhərin müsəlman  əhalisi 
tamamilə məhv edildikdən xilas oldu. 
Mart hadisələri zamanı Bakıda 12 min nəfərə yaxın azər-
baycanlı öldürülmüşdü. Bu əsl soyqırım idi. Çünki azərbaycan-
lıların bu qırğının S.Şaumyan başda olmaqla ermənilər haki-
miyyət orqanı olan Bakı Sovetinin əli ilə həyata keçirmişdilər. 
Mart qırğını vaxtı Bakı Soveti Qızıl qvardiyasının qərargah 
rəisi "Daşnaksütyun" partiyasının üzvü, keçmiş çar ordusunun 
zabiti, polkovnik D.Avetisyan idi. Dinc əhaliyə qarşı vəhşiliklər 
törətməkdə erməni silahlı dəstələrinin komandirləri, keçmiş çar 
ordusunun zabitləri Hamazaps və Kazaryan xüsusi fərqlənmiş-
dilər. Polkovnik Hamazaps Bakıdan sonra Quba və  Şamaxıya 
Qəzənfər Rəcəbli 
 
 
284
göndərilmiş cəza dəstəsinin komandiri kimi də azərbaycanlılara 
qarşı vəhşilikdə ad qazanmışdı. 
Bakıdan sonra azərbaycanlıların soyqırımı Quba, Şamaxı, 
Lənkəran, Salyan,  Caund və Kürdəmirdə  də davam etdirildi. 
S.Şaumyanın göndərdiyi cəza dəstələri bu bölgələrdə  əhaliyə 
divan tutur, hətta qoca və körpələrə  də aman vermirdilər. 
Beləliklə, mart-aprel aylarında Bakıda və ona yaxın  şəhər və 
kəndlərdə 20 mindən çox azərbaycanlı soyqırım qurbanı oldu. 
Soyqırım qurbanlarının sayına görə mart soyqırımı dünyada ən 
böyük soyqırım hesab edilə bilər. 
Mart soyqırımına vətəndaş müharibəsi donu geydirməyə 
çalışan S.Şaumyan bunu şüurlu surətdə  təşkil etdiyini etiraf 
edirdi. O, yazırdı: "Biz, atlı dəstəmizə ilk silahlı hücum cəhdini 
bəhanə edərək, bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 
min nəfərə yaxın silahlı dəstəmiz var idi. "Daşnaksütyun"un da 
3-4 min nəfərdən ibarət milli qoşunu vardı. Onlar da bizim 
sərəncamımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsi-
nə milli qırğın xarakteri verdi, lakin bundan qaçmaq olmazdı. 
Biz buna şüurlu surətdə getdik. Əgər onlar Bakıda üstünlüyü 
ələ alsaydılar,  şəhər Azərbaycanın paytaxtı elan oluna bilərdi. 
(S.Şaumyan. Göstərilən əsər, s. 246). 
S.Şaumyan Mart hadisələrinin törədilməsində "Müsavat" 
və digər milli siyasi partiyaları ittiham edərək, onları təqib et-
məyə başladı. Bolşeviklərin və daşnakların mətbuat orqanların-
dan başqa Bakıda çıxan bütün qəzetlərin nəşri dayandırıldı. 
"Müsavat" və digər Azərbaycan milli siyasi partiyaları öz 
qərargahlarını Gəncə və Tiflisə köçürməyə məcbur oldular. 
Ermənilər sonralar da azərbaycanlılara qarşı qanlı cina-
yətlər törətməkdə davam etmişlər. Hazırda Ermənistan respub-
likasında məməyeyəndən pəpəyeyənə  qədər bütün ermənilərin 
şovinist, antiazərbaycan, antitürk, antimüsəlman ruhunda tərbi-
yə olunması dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bu siya-
sət erməni xristian kilsəsi tərəfindən tarix boyu dəstəklənmiş-
dir. Məhz buna görə də biz ermənilərlə heç bir zaman dost ola 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə