Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə69/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   65   66   67   68   69   70   71   72   ...   134

Azərbaycan Tarixi 
 
 
273 
demokratlar Bakıya gəldilər. Onlar fəhlələr arasında təbliğat 
aparırdılar ki, sahibkarlara təzyiq göstərmək üçün mədənləri 
yandırsınlar. Lakin fəhlələr onların bu təxribatçı  təbliğatına 
uymadılar. Şendrikov qardaşları Ramanı neft rayonunda yanğın 
törətməyə  nail ola bildilər. Sonradan məlum oldu ki, 
jandarmanın agentləri olan bu sosial-demokratlar Bakıya təxri-
bat törətmək üçün hökumətin xüsusi tapşırığı ilə  gəlmişlər. 
Yanğını söndürmək üçün şəhərdən yanğınsöndürənlər dəstəsi 
göndərilməsi əvəzinə silahlı hərbi dəstə göndərildi. Lakin silah-
lı dəstə gələnə qədər fəhlələr yanğını söndürməyə müvəffəq ol-
dular. Jandarma fəal fəhlələri həbs etmək istədikdə  fəhlələr 
tərəfindən tərksilah edilib qovuldu. 
Tətilçilərin inqilabi əzmini görüb sahibkarlar başa düşdü-
lər ki, fəhlələr tam qələbəyədək tətili davam etdirəcəklər. Ona 
görə də fəhlələr ilə birgə danışıq stolunun arxasında oturmağa 
razılıq verdilər. 
1904-cü il dekabrın 30-da fəhlələr ilə sahibkarlar arasında 
“Kollektiv müqavilə” bağlandı. Fəhlələrin «Mazut 
konstitusiyası» adlandırdıqları bu müqavilə Rusiya tarixində 
kapitalistlər ilə  fəhlələr arasında bağlanmış ikl kollektiv 
müqavilə idi. 
Kollektiv müqaviləyə görə  fəhlələr 9 saatlıq  iş günü, 
gecə növbələrində və qazma işlərində isə 8 saatlıq iş günü əldə 
etdilər. Qeyd etmək lazımdır ki, o vaxt bütün Rusiyada 
fəhlələrin iş günü 11-14 saata çatırdı. Müqavilənin  şərtlərinə 
görə fəhlələrin əmək haqqı artırılırdı; xəstəliyə görə fəhəllər 3 
həftə  ərzində  əmək haqqınını yarısı  məbləğində  vəsait almalı 
idilər. Müqaviləyə görə emalatxanalar kifayət qədər işıqla 
təmin edilməli, buxar istilik sistemi və hava təmizləyici 
qurğuları  və s. gigiyenik vasitələrlə  təchiz edilməliydilər. 
Müqavilədə xüsusi bir maddə vardı ki, ona əsasən fəhlə 
kazarmalarında yaşayış yeri olmayanlar kirayə pulu almalı 
idilər. Müqavilədə belə bir maddə  də vardı ki, sahibkarlar 
fəhlələr ilə nəcib rəftar etməli idilər, onlara «Sən» deyil, «Siz» 
Qəzənfər Rəcəbli 
 
 
274
deyə müraciət etməli idilər. Kollektiv müqavilə bağlandıqdan 
sonra, dekabrın 31-də fəhlələr tətili dayandırıb işə çıxdılar. 
Bakı proletariatının Dekabr tətili Rusiyanın mərkəzi 
vilayətlərində geniş  əks səda verdi. Peterburq, Moskva, 
Xarkov, Rostov, Yekaterinburq, Samara, Simbirsk, Tiflis, 
Qroznı  və Rusiya imperiyasının başqa  şəşərlərində  fəhlələr 
Bakı hadisələrinə dair inqilabi vərəqələr buraxdılar. Həmin 
vərəqələrdə Bakı proletariatının Dekabr tətilində  qələbəsinin 
bütün Rusiya fəhlə sinfi üçün böyük əhəmiyyəti olduğu qeyd 
edilirdi. Saratov fəhlələrinin intibahnaməsində deyilirdi: 
“Proletariatın azadlığı uğrunda müqəddəs mübarizənin alovları 
genişlənir. Bu alovlar bütün Rusiyanı bürüyür, Bakının 
arxasınca Piter, Piterin arxasınca isə Moskva gedir”. 
Dekabr tətili günlərində Bakı proletariatı Rusiyada 
yaxınlaşmaqda olan xalq inqilabının yol göstərəni kimi çıxış 
etdi. Bu tətil Rusiyada 1905-ci il şanlı yanvar-fevral çıxışları 
üçün bir siqnal oldu. O yetişməklə olan hadisələr üçün bir növ 
tufandan öncəki ildırım oldu. 
Bakı proletariatının bu qələbəsi Rusiyada zülm və əsarətə 
əsaslanan sükunət buzunu sındırdı. Həqiqətən də az sonra 
ölkədə 1905-1907-ci illərin xalq inqilabı baş verdi. 
17.2. 1917-ci il Rusiya inqilablarından sonra Azərbay-
canda  ictimai-siyasi həyat və Bakı Sovetinin hakimiyyəti 
ələ alması.  1917-ci il fevralın 27-də Rusiyada Fevral burjua-
demokratik inqilabının qələbəsi nəticəsində çarizm devrildi, 
ölkədə ikihakimiyyətlilik yarandı. Bu hakimiyyətlərdən biri 
burjuaziya və mülkədarların hakimiyyəti olan Müvəqqəti höku-
mət, digəri isə fəhlə, kəndli və əsgərlərin hakimiyyəti olan So-
vetlər idi. Rusiyanın paytaxtı Petroqradda Sovetlərə eser (so-
sialist inqilabçılar) və menşevik sosial-demokratlar başçılıq 
edirdilər. 
Paytaxtda inqilabın qələbəsi və çarizmin devrilməsi xəbə-
ri Bakıya martın 2-də gəlib çatdı. Bu xəbər Azərbaycan əhalisi-
nin zəhmətkeş  və demokratik təbəqələri tərəfindən sevinc və 


Azərbaycan Tarixi 
 
 
275 
ruh yüksəkliyi ilə qarşılandı.  İnqilabın qələbəsi nəticəsində 
ictimai-siyasi həyatın liberallaşması  şəraitində  əvvəllər gizli 
fəaliyyət göstərən siyasi partiyalar leqallaşdılar. Həmçinin 
Azərbaycanda yeni siyasi partiyalar yarandı. 
Açıq fəaliyyət göstərməyə başlayan siyasi partiyalardan 
biri də "Müsavat" idi. Bu partiya 1911-ci ildə Bakıda "Müsəl-
man Demokratik Müsavat Partiyası" adı altında yaranmışdı. 
Onun təşkilatçıları M.Ə.Rəsulzadə, T.Şərifzadə və A.Kazımza-
də idi. 1908-1910-cu illərdə  Cənubi Azərbaycanda inqilabi 
hərəkatda fəal iştirak etdiyinə görə hökumət tərəfindən təqib 
olunan və millətçilikdə ittiham edilən M.Ə.Rəsulzadənin İstam-
bula muhacirətə getməsindən sonra "Müsavat" partiyası öz 
fəaliyyətini dayandırmalı olmuşdu. 1913-cü ildə Romanovlar 
sülaləsinin 300 illik yubileyi münasibətilə siyasi məhbuslar və 
mühacirlər haqqında verilən amnisiyadan sonra Bakıya qayıt-
mış M.Ə.Rəsulzadə “Müsavat partiyasının ideyalarını” "Açıq 
söz" qəzeti vasitəsilə  təbliğ edirdi. Bu ideyalar "türkləşmək, 
islamlaşmaq və müasirləşmək" devrinə əsaslanırdı. 
1917-ci ilin martında N.Usubbəyli tərəfindən Gəncədə 
"Türk Federalistlər Partiyası" yaradıldı. Həmin ilin iyun ayında 
"Müsavat" və "Türk Federalistlər Partiyası" birləşmək qərarına 
gəldilər. Oktyabrın 26-da isə bu partiyaların birləşmiş I qurul-
tayında yeni partiyanın rəsmi adı "Türk Federalistlər Müsavat 
Partiyası" oldu, lakin bir qayda olaraq həmişə "Müsavat" adını 
daşıdı. Partiyanın Mərkəzi Komitəsinə M.Ə.Rəsulzadə, 
N.Usubbəyli, H.Ağayev, M.H.Hacınski və b. daxil oldu. 
Partiyanın sədri M.Ə.Rəsulzadə, sədrin müavini N.Usubbəyli 
seçildilər. Fevral inqilabının qələbəsindən sonrakı ilk illərdə 
milli  ərazi muxtariyyəti  şüarını belə irəli sürməyən "Müsavat" 
birləşmədən sonra I qurultayında Rusiyanın gələcək dövlət 
quruluşunu "milli ərazi muxtariyyəti  əsasında federativ 
dedekratik respublika formasında" nəzərdə tutan proqramı 
qəbul etdi. 1917-ci ilin yazında kiçik zəif partiya kimi 
Qəzənfər Rəcəbli 
 
 
276
fəaliyyətə başlayan "Müsavat" həmin ilin payızınla Azərbay-
canda ən iri, nüfuzlu və güclü siyasi partiyaya çevrildi. 
Gizli fəaliyyətdən leqal fəaliyyətə keçən siyasi 
partiyalardan biri də RSDF(b)P-nin Bakı Komitəsi idi. Fevral 
inqilabından sonra sosial-demokrat "Hümmət" təşkilatı da 
yenidən fəaliyyətə başladı. "Hümmət" 1904-cü ilin sonlarında 
RSDF(b)P-nin Bakı komitəsinin yanında müsəlman fəhlələri 
arasında iş aparmaq üçün yaradılmış siyasi təşkilat idi. Birinci 
Rusiya inqilabın məğlubiyyətindən sonra "Hümmət" də gizli 
faliyyətə keçmişdi. "Hümmət"in yaradıcıları N.Nərimanov, 
M.Ə.Rəsulzadə, Ə.Axundov və S.M.Əfəndifev olmuşlar. 1917-
ci ildə açıq fəaliyyətə keçdikdən sonra "Hümmət"in sədri 
N.Nərimanov seçildi. "Hümmət"in rəhbər heyətinə M.Əzizbə-
yov,  Ə.Axundov, H.Sultanov, B.Sərdarov, B.Hacıyev, 
S.M.Əfəndiyev və M.Qədirli (İsrafilbəyov) daxil idilər. 
1917-ci ilin martında  İrəvanda "İrşad", sentyabrında Ba-
kıda "Rusiyada müsəlmanlıq" və Gəncədə "İttihadi islam" ("is-
lam birliyi") adlı Azərbaycan milli siyasi partiyaları da yarandı. 
Fevral inqilabından sonra Bakıda hələ əsrin əvvəllərindən 
mövcud olan rus dilli əhalinin "Kadet", "Trudovik", "Eser" və 
"Sosial-demokrat (menşevik)" partiyalarının Bakı  təşkilatları, 
habelə ermənilərin "Daşnaksütyun" partiyasının yerli təşkilatı 
mövcud idi. Siyasi həyatın liberallaşdırılması şəraitində böyük 
təcrübəyə  malik  olan  bu  siyasi  partiyalar  ilk  çağlar müəyyən 
qədər populyar olub hakimiyyət orqanlarında və ictimai 
təşkilatlarda üstün mövqelər tutmağa nail ola bilmişdilər. 
1917-ci il martın 4-5-də Bakıda Fəhlə Deputatları Sove-
tinə seçkilər keçirildi və martın 6-da 52 nəfərdən ibarət Bakı 
Fəhlə Deputatları Soveti təşkil olundu. Həmin gün Bakıda Za-
bit Deputatları  və ayrıca  Əsgər Deputatları sovetləri yaradıldı. 
Martın 29-da onlar birləşib vahid Hərbi Deputatları Soveti 
adlandırıldı. 
Azərbaycanın digər  şəhərlərində  də  Fəhlə  və  Əsgər 
Deputatları sovetləri yaradıldı. Rusiyanın mərkəzi şəhərlərində 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə